Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə35/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   31   32   33   34   35   36   37   38   ...   185

 100

üçün cümlənin əvvəlində işlənən ”və” bağlayıcısı da üslubi əlamətdir. 

Bu cür cümlələrdə ”və” təkcə müxtəlif cümlələr və abzaslar arasındakı 

fikirləri bağlamağa deyil, emosionnallığa da xidmət edir.  

”Ağ  dərə” zövqlə, istedadla yazılmış bir əsərdir. Ağ  dərənin 

rənglər aləmi ilə  əsər tamamlandıqdan sonra daha ətraflı tanış olaca-

ğıq.  

1984 



 101

TƏBİƏT VƏ GÖZƏLLİK ŞAİRİ 

 

40 ilə yaxın yaradıcılıq yolu keçmiş Hüseyn Arifin gözəl 



poeziyası klassik ədəbiyyatımızın nəhəng simalarının,  şifahi xalq 

ədəbiyyatı yaradıcılarının  ədəbi-bədii irsi zəminində formalaşmışdır. 

Burada rus və dünya ədəbiyyatının da payı vardır. Lakin Hüseyn Arif 

poeziyası daha çox M.P.Vaqif - Aşıq  Ələsgər - S.Vurğun poeziyası 

qəlibində mayalanmışdır. Bu xəttə, xüsusən Ələsgər şerinə vurğunlu-

ğunu şair: ”O (Ələsgər - Q.K.), Vaqifdən sonra, Vurğundan əvvəl, Elə 

bil, saz tutub, söz deməliydi” misralarında gözəl ifadə etmişdir. Səməd 

Vurğun poeziyasının xəlqi ruhu sonrakı ədəbiyyatımızda Hüseyn Arif 

yaradıcılığı ilə xeyli zənginləşmişdir. Xalq şerinin min il əvvəldən 

süzülüb gələn  ən yaxşı keyfiyyətlərinə onun şeir dünyasında rast 

gəlmək mümkündür.  

Hüseyn Arifin poeziyasının xüsusi bir rəngi, boyası var. Bu 

boyanı onun şerindən ayırmaq olmaz. Ayırmaq mümkün olsa, şeir bü-

tün ifadəlilik vasitələrindən məhrum olar, bu poeziyanın canına 

hopmuş hikmətlər, aforizmlər, ifadələr, ümumiləşmiş fikir-obrazlar, 

babaların deyim tərzinə uyğun deyimlər, təzadlar, obrazlı müqayisələr, 

bütün emosional məcazlar yox olar. Onun şeirlərini oxuduqda dil iliş-

mir, oxucu kəkələmir, misralar ana südü kimi, bulaq suyu kimi içilir. 

Bu  şeirləri oxuduqda baş yorulmur, beyin sancmır,  əksinə, nəfəs 

genişlənir, bədən sanki şəkərlə, şərbətlə qidalanır. Hüseynin ifadə tərzi 

gözəl və  təbiidir, fikirləri yeni və  səmimidir. O, bizim yüz dəfələrlə 

gördüyümüz  əşyalarda, müşahidə etdiyimiz hadisələrdə yeni 

keyfiyyətlər görmək, onu yeni şəkildə  mənalandırmaq qüdrətinə 

malikdir. Buna görə də Hüseyn Arif oxunur və sevilir.  

Günü vətənin ucsuz-bucaqsız düzlərində, başı göyləri dələn 

dağlarında, dibi gün görməyən meşələrində, yaşıl zəmi və tarlalarında, 

əzəmətli quruculuq meydanlarında keçir. Lilparlı buz bulaqlardan, elin 

yetirdiyi min cür nemətlərdən söz açır. Xınalı qayalar, naxışlı daşlar, 

Koroğlu nişanəli, Cavanşir izli dağlar, laləli, nərgizli, yarpızlı 

çəmənlər dilinin əzbəridir. Təbiət dostu, insan dostu, ana torpağın əzi-

zi, sevimlisidir. Bəxtinə gözəllik düşüb, ruhu həqiqi şair duyğuları ilə 

mayalanıb. El üçün saz çalıb söz qoşmaqdan yorulmur. Elinin 

unudulmaz şairidir:  

  

Getməz qulaqlardan Hüseyn Arif,  



  

Son  aşıq sazını çalana kimi.  

 

Adi yoncanı, yovşanı, yarpızı  vətənin bir zərrəsi kimi sevir, 




 102

əzizləyir. ”Zirvələrdən zirvələrə gedən yolu məndən soruş”, ”Ceyranı 

da, cüyürü də  nəsil-nəsil tanıyıram” deyən  şair adi yovşan kolunun 

qoynunda sənətkar  şair duyğusu ilə  kəşf edilə bilən neçə-neçə sirlər 

gizləndiyini qeyd edir: ”A Yonca, a Yovşan, bircə gün sizi Unutsam, 

bilin ki, unudulmuşam.” 

”Bir ovuc torpaqdan dönən deyiləm, Bir ovuc torpağa dönənə 

kimi” misralarında torpağa, ana yurda bağlılıq çox güclüdür. Təbiət və 

təbiətin insanlara bəxş etdiyi nemətlər Hüseynin qəlbini qürurla 

doldurur, onu riqqətə gətirir, daim özünə çəkir:  

 

  

Gəl çıxaq seyrinə uca dağların,  



  

Çəmən olan yerdə xalça nə lazım.  

  

Gözündən su içək buz bulaqların,  



  

Lilpar  olan  yerdə dolça nə lazım.  

  

Nə kaman götürək, nə tar, nə qaval,  



  

Orda  nəğmə də var, nəğməkar da var...  

 

Şair təbiətin qoynunda təbiətlə  təkbətək dolanmaq, təbii 



davranmaq, təbiətlə bilavasitə təmasda olmaq eşqilə bütün sünilikləri 

rədd edir: ”Qoy əlimi suya vurum, Əlcək, məndən nə istərsən?” 

Təbiətə vurğunluğunun nəticəsidir ki, şair ad günündə sevimli 

obrazlarını - dağ  kəlini, ceyranı, cüyürü unutmur: ”Deyirəm: - 

Görəsən, bu ad günümdə Dağ kəli yadına məni salarmı?” 

Babaların, nənələrin zəhməti nəvələri yaşatdığı kimi, 

nəvələrin  əkib-becərdikləri də  nənələrin dərdinin dərmanıdır. Arifin 

əlləri ilə əkilmiş, nənənin əlləri ilə su içmiş bir ağac nənə və nəvə me-

hrinin, nənə  və  nəvə xatirələrinin, nənə  və  nəvə  həsrətinin, Hüseyn 

Arif həsrətinin timsalıdır:  

 

  

Ana  hərarətli, bala ətirli 



  

Ağaclar içində bir ağacım var...  

 

Şair təbiətin ahənginin pozulmasına dözmür, onun 



zədələnməsinə etiraz edir: ”İnsanıq, nə olur, qoy bizə olsun” deyə 

bəlaların onlardan uzaq olmasını arzulayır. Təbiətin, təbiət 

qüvvələrinin, ağacların, yaşıllığın, heyvan və quşların insan üçün təbii 

zövq, həyat və dirilik mənbəyi olduğu onun şeirlərində füsunkar bir dil 

ilə ifadə olunur. Meşədə azarkən ona yol göstərmiş xoruzun az sonra 

”qonaqpərvərliklə” qazanda qaynadıldığını görən  şairin qəlbi kədərlə 

inləyir:  



 103

  

 



Ömrümdə ilk dəfə dost süfrəsində 

Mənim boğazımdan çörək ötmədi.  

 

Bu sözləri o Hüseyn deyir ki, daim dost süfrəsini öz süfrəsi 



sayıb. Təbiətin qoynunda ocaq çatmaqdan, təbiət qoynunda süfrə 

açmaqdan, insanların halal zəhmətlə qazandıqlarından və ürək açıqlığı 

ilə, böyük sevinclə təqdim etdiklərindən söz açmaqdan doymayıb.  

Hüseyn təbiəti sevdiyi kimi, onun yağışını, qarını, buzunu, 

şaxtasını, tufanını, bir sözlə, istisini, soyuğunu, qəfil baş verən hay-

harayını da sevir və onlara dözməyi bacarır. O, təkcə  təbiətin deyil, 

istehsalatın, zəhmətin, ucsuz-bucaqsız tarlaların mehini, ətrini  şerə 

gətirir, insan zəhmətinə yüksək qiymət verir, qurub-yaradan insanları, 

böyük sənət və yarış dostlarını sənətin dili ilə alqışlayır:  

 

  



Neçə yarış meydanında saz tutub, 

  

Neçə zəfər müjdələri gətirdim.  



  

Nəfəsimlə Azərbaycan elindən 

  

Tarla  mehi,  zavod  ətri gətirdim.  



”Səyahət nə qədər  şirin olsa da, nəhayət, yadıma ev-eşik dü-

şür” sözlərində yumor da var, həqiqət də: şair təbiətin qoynunda, bu-

laq başında, kabab tüstüsü altında, yaşıl meşədə də yazır, evdə - yazı 

masası arxasında da. Hüseyni bir yerdə tapmaq çətindir. Daim gəzir, 

axtarır, görür, duyur, daim yoldadır. O, S.Vurğunu da beləcə duymuş, 

beləcə  mənalandırmış, ”Yolda” poemasını da bu duyğu ilə yaratmış-

dır.  

Onun poeziyasının estetik prinsipləri  şair qarşısında, söz 



sənəti qarşısında yüksək vəzifələr qoyur. Şeir asan yaranmır, şair qəlbi 

ümman kimi çağlamalıdır:  

 

  

Dünyaya  bir  şeir gəlməzdən əvvəl 



  

Könüldə ümmanlar çağlasın gərək.  

 

Hüseyn Arif şairi,  şair qəlbini dərdlilərin ümid yeri, sirdaşı, 



müalici, təbibi, bütün canlı və cansız varlıqların tapındığı dayaq bilir, 

onu insan yaralarının məlhəm qoyanı sayır. Sinəsindən güllə yarası 

alan maral da, tülkü əlilə  kəməndə salınan pələng də, öküz ayaqları 

altında tapdanan yaşıllıq da öz dərdlərini şairlə bölüşür. Poeziyası elə 

bir poeziyadır ki, inzibati yolla deyil, möhür və şallaq gücü ilə deyil, 

insanı sənətin qüdrəti ilə, bulaq suyu kimi şəffaf və duru şeirlərlə tər-




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə