Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə37/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   33   34   35   36   37   38   39   40   ...   185

 107

ədəbiyyatından alır. Lakin Hüseyn keçmişi təkrar etmir, şair duyğu-

larının təzə və təsirli ifadə vasitələrini tapır:  

  

 



”Bir şəkil çəkdirək, qalsın yadigar” -  

  

Belə bir söz dedin, qəlbim göynədi.  



  

Yeridi  üstümə həsrət, intizar,  

  

Bilmədim yerdə yer, göydə göy nədi.  



 

İnsan ömrünün vəfasızlığından doğan kədər cinasların köməyi 

ilə  təsirli ifadə edilmişdir. Həyat, gənclik, uşaqlıq çağları bu misra-

larda əlçatmaz illərin həsrətli uzaqlığı ilə qovuşmuşdur. ”Ömür deyir: 



”Qocalmışam”, Könül deyir: ”Yaşa hələ” - misraları dillər əzbəridir, 

mahnı qanadlarında gəzir. Şair, həyatın ziddiyyətlərini varlığın hər bir 

elementində görür:  

 

  



Ağladır, güldürür çiçək hər kəsi,  

  

Çiçək həm sevincdir, həm də kədərdir.  



 

Hətta satira boyalı, yumorlu şeirlərində də şair əksərən şifahi 

xalq ədəbiyyatı ənənələrinə sadiq qalır:  

  

  



Bir otaqda üç münəqqid əyləşib,  

  

Biri kordu, biri kardı, biri lal.  



  

Biri uzun, biri arıq, biri kök,  

  

Biri qoca, biri cavan, biri çal.  



 

Lirik şerin gəraylı növünü də bu istiqamətə ustalıqla yönəldə 

bilmişdir:  

  

Bir  münəqqid dostum da var,  



  

Sağa cumar, sola cumar.  

  

Axşam başqasını tapar,  



  

Sabah biz ilə, biz ilə.  

 

Şair bu cür şeirlərində ”qağasına” imzasız məktub yazmaqdan 



”dərs deyənləri”, qurd ilə köpəyi, saman ilə kəpəyi, bez ilə ipəyi seçə 

bilməyənləri, ”Özü orta, bəxti  əla  şairlər”i, qırx il gözünü yumub 

”Poçt qutusu”nun içində yatanları, sol əli Salman Mümtazın, sağ  əli 

Hümmətin ”cibindən çıxan” elm oğrularını tənqid obyektinə çevirmiş-

dir.  

 

 




 108

Hüseyn Arif daha çox təbiət və gözəllik  şairidir, təbiət və 

gözəllik poeziyası yolunun yolçusudur. O, bu yolla hələ çox irəliləyə-

cək, məhəbbəti, nurlu fikirləri neçə-neçə gözəl şerə çevriləcək.  

 

1984 



 109

AĞLIN, POETİK DÜŞÜNCƏNİN, QƏHRƏMANLIĞIN 

VƏHDƏTİ  HAQQINDA ROMAN  

 

Əziz oxucu! 

Yəqin ki, xalqımızın minilliklər yola salmış keşməkeşli 

tarixinə  bələdsən. Yəqin ki, bizim tarixin on altıncı yüzilliyində yur-

dumuzun sənət üfüqlərində parlayan böyük şair, dövlət və mədəniyyət 

xadimi Şah İsmayıl Xətai barədə fərəhli düşüncələrin var...  

Hər bir xalqın tarixində unudulmaz səhifələr olur. Bu cür 

səhifələr adətən ictimai şüurun yetkinliyi, milli dirçəliş  və qurtuluş, 

böyük ideallar uğrunda mübarizənin yüksəkliyi, kəskinliyi, əməli nəti-

cələri ilə  şərtlənir. XVI yüzilliyin sübh çağında  Şah  İsmayılı yetirən 

qüvvələr,  Şah  İsmayılın başçılığı ilə görülən işlər xalqımızın, torpa-

ğımızın, dilimizin sonrakı müqəddəratı üçün güclü özülə çevrildi. Şah 

İsmayılı yüz illərlə kamala çatdıran, qoluna qüvvət, ağlına itilik verən 

bu cür qüvvələr, bütün varlığı ilə incəsənətlə nəfəs alıb onun hamisinə 

çevrilən  Şah  İsmayıl kimi tarixi şəxsiyyətlər heç vaxt unudulmur, 

incəsənətin, ədəbiyyatın gücü ilə yenidən doğulur. ”Qarlı aşırım” ro-

manı ilə oxucuların rəğbətini qazanmış  Fərman Kərimzadənin bu 

duyğu ilə  qələmə aldığı ”Xudafərin körpüsü

1

”  dilogiyası xalqımızın 



tarixinə, 500 il əvvəlki babalarımızın rəşadətinə məhəbbət və hörmətin 

ifadəsidir. Oxucunu orta əsr Azərbaycan həyatının həyəcanlı səhnələri 

ilə qarşılaşdıran bu roman Ağqoyunlularla Səfəvilər hakimiyyətinin 

qovuşduğu, birincinin ikinci ilə  əvəzləndiyi dövrün, Azərbaycan tor-

paqlarının birlik, Azərbaycan mədəniyyətinin yüksəliş dövrünün gözəl 

bədii salnaməsidir. Ağqoyunlu hökmdarı Uzun Həsənin 

hakimiyyətindən  İsmayılın ilk uğurlarına qədərki dövrü və  İsmayılın 

fəaliyyətinin  ən gərgin illərini (1501-1514) əhatə edən, XV əsrin 

sonları, XVI əsrin ilk illərinə məxsus mütərəqqi meyilləri yalnız tarixi 

fakt kimi deyil, yüksək bədii səviyyədə  əks etdirən bu əsər 

Azərbaycan xalqının taleyi, onun inkişafının müəyyən mərhələsi 

barədə  bədii tədqiqatdır.  Şah  İsmayılın ictimai-siyasi fəaliyyətinin 

sürətli inkişafı, genişlənməsi faktoru, hadisələrin cərəyan etdiyi yerlər, 

toxunulan sosial-mənəvi amillər, vahid dövlət, hakimiyyət və dil 

uğrunda mübarizə, poeziya və sənət düşüncələri, insanların məişəti və 

əxlaqi münasibətləri, dövrün təsərrüfatı, böyük bir xalqın taleyi, 

Səfəvilərin dostları, düşmənləri və s. kimi çox rəngarəng və mürəkkəb 

                                                           

1

 «Õóäàôÿðèí êþðïöñö» - äèëîýèéàíûí öìóìè àäû, «×àëäûðàí äþéöøö» îíóí 



èêèíúè êèòàáûäûð. 


 110

məsələlər yazıçının bəhs etdiyi ictimai-siyasi həyatın canlı 

mənzərəsini yaradır.  

Şübhəsiz, əsərdə əsas obraz Şah İsmayıldır. Onun düşüncələri, 

istək və arzuları Azərbaycan xalqının düşüncələri, istək və arzularıdır. 

Təsadüfi deyil ki, İsmayılın mübarizəsinə bütün xalq qoşulur. O, 

dəhşətli təhlükələr qarşısında titrəmir, büdrəmir, haqq işi uğrunda

ölkənin birliyi və  gələcəyi uğrunda böyük inam və  cəsarətlə 

mübarizəyə başlayır, ağır müharibələr aparmalı olur.  

İsmayıl kimi yüksək əqidə sahibləri, İsmayıl kimi qəhrəmanlar 

birdən-birə yaranmır. Tarix yüksək bəşəri məsələləri, nəhəng  şəx-

siyyətləri böyük təkamül yolu ilə, yüz illərlə yetişdirir, çətin sınaqlar-

dan, ağır imtahanlardan keçirir, polad kimi bərkidib dəhşətli döyüşlərə 

dözə biləcək, azğın qara qüvvələrə duruş gətirə biləcək şəkildə hazır-

layır. XV yüzilliyin sonlarında tarix İsmayılı yetirsə  də,  İsmayıla 

qədər bu yolun Şeyx Səfiyəddin,  Şeyx  Əli,  Şeyx Sədrəddin,  Şeyx 

Cüneyd,  Şeyx Heydər kimi və adını bilmədiyimiz neçə-neçə  tədbirli 

qəhrəman fədailəri olub. Onların çoxu öz canlarını bu inam, bu əqidə 

yolunda qoyublar. İsmayıl bu kökü görür, bu əqidənin başlanğıcını, 

onun  əzəmətini duyur, inamlı bir kök üzərində boy atması ilə 

fərəhlənir.  

İsmayılın özü körpə bir aslan kimi çox ağır qasırğalardan 

keçib. Dar ayaqda həmişə vətənin köklü-köməcli meşəlikləri, əlçatmaz 

dağları onu qoruyur. Tarixdən məlumdur ki, İsmayılın hakimiyyət 

başına gəlişi son dərəcə  məşəqqətli olub. F. Kərimzadə yeni faktlar 

əsasında bu məşəqqət və  çətinliklərin təsəvvür etdiyimizdən qat-qat 

artıq olduğunu göstərir. Həm də aydın olur ki, hədsiz maneə və qur-

banlara baxmayaraq, Zaman özü İsmayılı qoruyub saxlamış, hazır-

ladığı, yetişdirdiyi böyük ideyanı  həyata keçirmək səlahiyyətini ona 

tapşırmışdır. Buna görə də onun ”zamanın sahibi” adlandırılması dini-

məcazi mənada başa düşüldüyü kimi, həqiqi mənada da anlaşılmalıdır. 

O, bir təriqət başçısı, bir ”mürşidi-kamil” hesab olunduğu kimi, bir 

dövlət başçısı,  ərazi, mədəniyyət və dil birliyi uğrunda canından 

keçməyə hazır olan bir fədai kimi də zamanın sahibidir və zamanın 

sahibi olmaqla ləyaqətlə yaşayır, ləyaqətlə vuruşur, zamanın qarşıya 

qoyduğu tələbləri qəhrəmanlıqla yerinə yetirir. 

Səfəvilərin batin istəyi nədən ibarət idi?  Bu istəyin müasirlik 

ruhu nədədir? 

F.Kərimzadə məhz bu cür mühüm tarixi məsələlərin bədii həl-

linə,  İsmayılın  şiə-qızılbaş bayrağı altında tarixi mübarizəsinin 

məqsədini, qədim köklərini və güclü müasirlik ruhunu təqdim etməyə 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə