Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə39/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   35   36   37   38   39   40   41   42   ...   185

 114

taxtda oturmaqdan çəkinir. Çəkinir ki, taxtda oturmaqla arxayınlaşar, 

ata-babaların ona tapşırdıqlarını yerinə yetirə bilməz, vətəndə yadlar

yağılar at oynadar. İsmayıl yaxşı başa düşür ki, babalarının istəyini, öz 

arzularını, tarixin istəklərini həyata keçirmək üçün o, heç vaxt rahat 

olmamalıdır və olmayacaqdır: ”Onun yeri anadan olandan bəri nə 

qədər narahat idisə, indi də elə narahat olmalıdır. Bir ana bətnində ra-

hat olmuşdu, bir də bu fani, vəfasız dünyadan köçəndən sonra rahat 

olar.”  İsmayıl bilir ki, o, günlərini döyüşlərdə, at belində keçirməli

böyük əqidə yolunda daim qılınc çalmalı və hər dəqiqə pərvanə kimi 

özünü oda atmağa hazır olmalıdır. Az müddət  ərzində babası Uzun 

Həsənin hakimiyyəti altında olmuş torpaqları  qılınc gücünə geri alır. 

Gənc və qüdrətli şah özünü fiziki cəhətdən hazırlamaqdan çəkinmir - 

pələnglə döyüşmək qüdrətinə malik olduğunu nümayiş etdirir. Mənəvi 

cəhətdən də son dərəcə saf və  təmizdir - bu cəhətdən bütün feodal 

hakimlərindən fərqlənir. ”Əxlaq pozulubsa, o səltənəti heç nə qurtara 

bilməz” deyə, Sultan Bayqaranın timsalında  əxlaqsız hakimlərin 

ölkəyə necə böyük ziyan vurduğunu söyləyir.  

İsmayıl həm də  şairdir, ”Xətai” təxəllüsü ilə Azərbaycan 

dilində gözəl şeirlər yazır, öz eşqini, istəyini, vətən məhəbbətini incə, 

lirik şeirlərlə dilə gətirir, təriqət ideyalarını şeir dili ilə təbliğ edir.  

Əsərdə tarixi şəxsiyyət və hadisələrdən, qədim toponim və 

etnonimlərdən bəhs edilərkən bəzən onların bədii-etimoloji təhlili də 

verilmişdir. Bunların bir qismini elmi baxımdan da ağlabatan saymaq 

olar. Bəzən ”Xəta” tayfa adı ilə bağlı izah edilən Xətai təxəllüsü  İs-

mayılın öz dilində müəllif tərəfindən belə mənalandırılmışdır: ”Mirzə 

Əli, mən anadan olanda dünyaya yox, xətalar içinə düşmüşəm. Bunu 

hamı bilir. Amma həmişə mənə bir hikmətli səs deyir ki, bu xətaların 

hamısından çıxacaqsan. O xəta sözü taleyimdə yox, gələcək 

ləqəbimdə qalacaq.” Xətainin sözləri onun öz taleyini həqiqətə uyğun 

səciyyələndirir.  

F. Kərimzadə  Şah  İsmayılın bir sıra mənəvi keyfiyyətlərini 

(elə keyfiyyətlər ki, onların yoxluğu bəşəriyyətə indi də bəlalar gətirir) 

yüksək səviyyədə əks etdirə bilmişdir.  

İsmayıl rüşvətin, rüşvətxorluğun,  əliəyriliyin,  əqidəsizliyin, 

vətənsizliyin düşmənidir. O, ölkənin qazısı  və  sədri Məhəmməd 

Kaşini, ”biz rüşvəti dara çəkməliyik”, - deyə, aldığı rüşvətlə - qızıl 

pullarla birlikdə asdırır, bu murdar pulları yoxsulların zəhmətilə 

qazanılmış  xəzinə pullarına qarışdırmağı  rəva bilmir. Məhəmməd 

Kaşinin xəyanətini aşkar edən kimi, ayıq olmadıqları üçün dərhal son 

dərəcə  sədaqətli olan Hüseyn bəy Lələni  əmiri-üməra, Dədə  bəyi 



 115

qorçubaşı  vəzifəsindən azad edir. Ölkənin müxtəlif yerlərindən, 

müxtəlif tayfalardan - Qacarlar, Bayandurlar, Bəydillilər, Zülqədərlər, 

Şamlılar, Təkəlilər, Bayatlar, Ustaclılar arasından gəlib qızılbaşlara 

qoşulan Dədə  bəy, Qara Piri bəy Qacar, Şeyx Nəcməddin Gilani, 

Zəkəriyyə Keçəçi,  Əbdi bəy, Dəli Dovraq kimi ağıllı, igid, tədbirli 

adamlara arxalanır, onlarla məsləhətləşir, lakin onların heç bir yanlış 

hərəkətinə, səhvinə güzəşt etmir, göz yummur. Ən yaxın 

məsləkdaşlarını ölkənin  ən təhlükəli mövqelərində yerləşdirib, o 

yerlərin hakimi təyin edir, qalalar tikdirir, ölkənin müdafiə qüdrətini 

daim artırır.  Əqidəsizliyi, gündə bir padşaha qulluq göstərdiyi üçün 

Xorasanın məşhur qazısını dar ağacından asdırır.  

İsmayıl eyni zamanda mehriban və qayğıkeşdir. Murada qay-

ğısı, Taclıbəyimə, Bəhruzəyə  məhəbbəti, Bağdadda tapdığı  kənizləri 

Səkinəyə mehribanlığı, necə olur-olsun onu sağaltmaq cəhdi şahın xa-

rakterinin insani cizgilərini  əks etdirir. Lələni vəzifədən götürsə  də, 

unutmur, halını-vəziyyətini soruşur, qəlbinə  dəyib-dəymədiyini bil-

mək istəyir; ümumi əqidə  uğrunda mübarizədə öz sərtliyinə  bəraət 

qazandırsa da, heç kəsin  əməyini itirmir. ”Vətəni qoruyarlar, vətən 

olar”, - deyən  İsmayıl özü bu müdrik kəlamının ardıcıl icraçısı kimi 

fəaliyyət göstərir.  

Romanın ikinci kitabında çox ibrətamiz bir əhvalat təsvir 

edilmişdir. Bəyazid elində üsyan edən şiələrə divan tutulur və onların 

doqquz nəfəri güclə qaçıb Təbrizə - uğrunda canlarını  fəda etdikləri 

şaha pənah gətirirlər. Ənam gözlədikləri halda, şah dərhal onların əl-

qolunu bağladır və dara çəkilmələrini  əmr edir. Heç kəs onu bu 

fikirdən daşındıra bilmir. Qərarının düzgünlüyünü yalnız o özü başa 

düşür: ”Axı bu fərarilərə, doğma torpaqlarını qoyub qaçanlara bundan 

əskik cəza versə, onda Xorasandan da, Bağdaddan da onun dili bir, 

qanı bir qardaşları qaçıb gələr. Yurd, torpaq özgələrə qismət olar. Nə 

vaxta qədər bu millət öz canının qorxusundan vətənini, torpağını atıb 

qaçacaq... Mən hələ  fərman verməliydim ki, onların meyitlərini də 

aparıb gəldikləri torpağa basdırsınlar.” Vətən və millət, doğma torpaq 

naminə  ən  ədalətli hökmdür və tarix boyu unudulmamalıdır. Bu gün 

daha müasirdir.  

Şah  İsmayıl müdrik, hazırcavab və  tədbirlidir. Şeybani xanın 

yüsür təsbeh və  dərviş köşkülü göndərməklə onu təhqir etmək 

istədiyini başa düşən kimi, Bəyaziddə şahzadələrin çəkişməsini, Bağ-

dadın və   Şirazın yenidən alınmasını  əsas tutaraq, dərhal onunla qəti 

döyüşün yetişdiyini qərarlaşdırır.  Şeybani xanla döyüşdə incəsənətin 

gücündən istifadə edir. Özünü peyğəmbərin xəlifəsi hesab edən bu 



 116

qoca və qəddar hökmdarı son dərəcə məharətlə düşünülmüş bir taktika 

ilə  məhv edir. O, sakit və  ağıllı qonşulara hörmət edir, onu vadar 

etməyincə qardaş qanı tökmək istəmir.  

Son döyüşdə şahın igidliyi, düşmənin güclü sərkərdələrini qıl-

ıncla doğraması, ağır toplar və tüfənglər qarşısında, qeyri-bərabər dö-

yüşdə  cəsarəti, hiylə  əl atmadan böyük rəşadətlə, mərdliklə açıq dö-

yüşə girməsi onun qüdrətli bir dövlət başçısı, gözəl bir şair olmaqdan 

əlavə, həm də həqiqi bir qəhrəman olduğunu göstərir.  

Şah  İsmayılın mühüm keyfiyyətlərindən biri də yüksək sənət 

adamlarını qiymətləndirməsi, himayə etməsi, onlar üçün şərait yarat-

masıdır. O, Sultan Məhəmməd, Behzad, Fransisko kimi rəssam və 

nəqqaşları, Həbibi, Qurbani kimi söz, saz ustalarını  ətrafına toplayır, 

onlara qayğı göstərir, bərk ayaqda onların düşmən  əlinə keçməməsi 

üçün tədbirlər görür. Şairlər məclisində  şəxsən iştirak edir, Həbibi, 

Kişvəri, Süruri, Şahi, Tüfeyli, Matəmi, Nəqqaş kimi sənətkarları 

dinləyir, öz şirin bayatıları, Qurbaninin xalq ruhundan süzülüb gələn 

qoşmaları ilə onlara istiqamət verməyə çalışır, Qurbanini nümunə 

gətirməklə, daha sadə, daha xəlqi bir dildə yazmağa çağırır. Onu da 

qeyd edək ki, romanın ”Çaldıran döyüşü” hissəsində ədəbiyyatımızda 

ilk dəfə olaraq Qurbaninin bədii obrazı yaradılmışdır. Müəllif Qurbani 

yanğısını, Qurbani sözünün qüdrətini, Qurbani sazının təsirini çox 

gözəl əks etdirə bilmişdir.  

M.Arif vaxtilə yazırdı: ”Oxucular bizdən xalqımızın tarixini və 

müasir həyatını bütün ictimai, milli, psixoloji keyfiyyətləri ilə  əks 

etdirən real, canlı, tipik xarakterlər tələb edirlər; xalqımızın mədəni ink-

işafını özündə  əks etdirən məharətlə ümumiləşdirilmiş cazibədar 

surətlər tələb edirlər.” Bizə elə gəlir ki, F.Kərimzadə yazıçıların qarşıs-

ında duran bu cür tələblərə diqqət və  məsuliyyətlə yanaşmış, tipik 

xarakterlər, cazibədar obrazlar yaratmış,  İsmayılın mühitini göstərmək 

üçün dövrün bir sıra hakimlərinin - Sultan Yaqub, Bəysunqur, Rüstəm 

Mirzə, Gödək  Əhməd, Fərrux Yasar və başqalarının ictimai-siyasi 

mövqeyini əks etdirən tarixi-bədii icmallar verməli olmuşdur.  

Romanda Uzun Həsənin tarixi xidmətlərinin təsviri və 

görkəmli Ağqoyunlu sərkərdəsinə müəllif münasibəti rəğbət doğurur. 

Bu nəhəng adam öz ağlı, bacarığı, hakimlik və sərkərdəlik qabiliyyəti 

ilə yaddan çıxmır. O, öz qılıncının qüdrəti ilə ”Dərbənddən başlamış 

Bağdada, Diyarbəkrdən tutmuş Xorasana qədər” böyük bir ərazidə 

Azərbaycan torpaqlarını birləşdirmiş, güclü Ağqoyunlu sultanlığı 

yaratmaqla Səfəvilərin böyük arzusu üçün zəmin hazırlamışdır. Uzun 

Həsənin uğurlarında anası Sara xatunun - azərbaycanlı ilk diplomat 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə