Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə36/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   32   33   34   35   36   37   38   39   ...   185

 104

biyə etməyi təlqin edir, insanı bu yolla qanadlandırmağı lazım bilir: 

 

  

Hüseyn  Arifəm, sənət aşiqi,  



  

Məndən şeir istə, möhür istəmə.  

”Tez bulanan, tez durulan” şairin təb’i də  təbiətin özü kimi 

anbaan dəyişir, lakin bu dəyişmələr xeyirxahlıq naminədir, insan 

naminədir. O, şairi bir vətəndaş kimi, vətən, el, bəşəriyyət uğrunda, 

yaxşılıq, kamillik uğrunda daim mübarizə aparan güclü bir qüvvə he-

sab edir:  

  

Bir  xalqın dilidir bir şerin dili,  



  

Dövrdür,  əsrdir, əyyamdır şair...  

  

Ağac alışsa, bir ocaq,  



  

Şair yansa, bir el yanar...  

  

Bir  şair ordusu qalxsa ayağa,  



  

Ağ evin üstünə min zülmət çökər.  

 

Həqiqi  şair doğulanlar dünyanın dərdini öz kövrək sinəsində 



gəzdirir, onun çəkdiyini dağ da çəkə bilməz:  

 

  



Dağların gözünün yaşına baxma,  

  

Şairlər çəkəni dağlar çəkməyib.  



 

Şairin qəlbində əzələ, ilkinə, ululara, insan və təbiət ulularına 

hörmət, məhəbbət çox güclüdür. Elə buna görə də şair qəlbində el sev-

gisi, el məhəbbəti elin şairə  məhəbbəti ilə  tən gəlir.  Şair öz poe-

ziyasının gücü ilə yeniliyə mane olanlara, ictimai bəlalara, tüfeylilərə, 

satqın və alverçilərə, zəhmətdən qaçanlara odlu, kəskin və tutarlı zər-

bələr endirir: yenini, böyüməkdə olanı, gələcəyi olanları qorumağa, 

qanadlandırmağa səsləyir, mühafizəkar, bürokrat idarə başçılarını yeri 

gəldikcə ibrətli faktlarla sarsıdır, tənbeh edir. Onun fikrincə, yaşıl bu-

daq torpaqdan və günəşdən pay alıb qol-qanad atdığı kimi, cəmiyyətdə 

də böyüməkdə olan nəslin qarşısını almaq olmaz:  

 

  



Ağac tək böyümək istəyənləri 

  

Payatək çəpərdə saxlamaq olmaz.  



 

Hüseyn Arif yüksək poetik bir dil ilə bu günün sürət əzmini, 

insan  əməyinin inkişaf, irəliləmə potensialını, kosmik əsrin 

mənzərəsini yaradır.  Şair saniyəyə, dəqiqəyə, günə, aya, ilə, hər bir 

mənfi və müsbət hadisəyə  mənalı gözlə baxır, onların etik-psixoloji, 



 105

sosial-ictimai  əhəmiyyətini nəzərə alır, onları sadəcə  mədh etmir, 

zamanın ictimai-zəruri aktuallaşdırma imkanlarını ön plana çəkir:  

 

  



Gün var, mənimlə yaşar,  

  

İl var, yadımdan çıxıb.  



  

Tikan var, fikrimdədir,  

  

Gül  var,  yadımdan çıxıb.  



 

İnsan arzularının hüdudsuzluğu onun poeziyasında zirvəyə 

can atan insanların real arzusu kimi tüğyan edir.  

Hüseyn Arifdə sözü ulu babalarımıza məxsus mənalandırma 

qüdrəti, ümumiləşdirmə və ümumiləşə bilən tutarlı müqayisələr yarat-

ma istedadı vardır:  

 

  

Dərinlikdə dəniz, genişlikdə göy,  



  

Hərarətdə günəş, dözümdə torpaq.  

 

Bu cür ifadə tərzi sadə olduğu qədər də duyumlu və poetikdir. 



Hikmətdən söz düşəndə Hüseyn babaları tez-tez xatırlayır:  ”Duz-

çörəyi düz kəsibdi babalar, Haram qatma çörəyinə, çörəkçi!” 

”Bir dənizin sinəsində min bulağın sirri yatır”, ”Dağların 

yükünü dərələr çəkir”, ”Yüz dağdan ağırdır bir kiçik kədər”, ”Yer gö-

yə sığmayıb, göy yerə sığmaz”, ”Bir xalqın söhbəti bir ömrə sığmaz”, 

”Neçə yol qayanı yel ayaqlayıb, Qaya yerindədir, yeldən xəbər yox”,  

”Getmə” söyləməklə gedən dayanmaz”, ”Bayquşun gözündə gül də 

tikandır” və s. kimi Hüseyn hikmətləri ulu babaların yadigarlarından 

seçilmir.  

Onun poetikasının mühüm bir sirri də fikri eyni sistemli mə-

cazlarla müşaiyət etmə qabiliyyətinin gücündədir.  Şair ya eyni bir 

təsvir obyektini müxtəlif cəhətdən, yaxud müxtəlif təsvir obyektlərini 

eyni sistemli, lakin obyektin xarakterinə müvafiq ifadələrlə  səciyyə-

ləndirir. Məsələn, ”Mən sənə  nə deyim” şerində Mingəçevir hər bir 

bəndin son misrasında yeni bənzətmə obyektləri ilə müqayisə edilir: 

Kiçik bir kənd idin, bir şəhər oldun”, ”Kiçik bir damlaydın, bir dəniz 

oldun”, ”Kiçik bir zərrəydin, bir günəş oldun”, ”Kiçik bir nəğməydin, 

bir dastan oldun”. Burada obyekt birdir, müqayisə vasitələri müxtəlif. 

”Özbək dostuma” şerində də iki dostun ürəyi ”dostu-qonağı bir olan”, 



”yolu-yolağı bir olan”, ”kökü, budağı bir olan”, ”səsi-sorağı bir 

olan” tipli ifadələrlə  səciyyələndirilir. Müxtəlif obyektlərin öz 

xarakterinə uyğun cizgilərlə, əlamətin ümumiləşmiş obrazlarla təsviri 




 106

Hüseyn Arifin şeir dilinin xəlqiliyini, ifadəliliyini, ümumxalq ifadə 

tərzinə yaxınlığını,  şeir dilinin bədii ümumiləşdirmə keyfiyyətini 

göstərən ən mühüm amillərdəndir. Eyni şeirdə: ”İzlər iz götürdü izlərə 

doğru” tipli ifadələr onun şeir dili üçün çox xarakterikdir. Yaxud: 

”Pələnglər dizindən yaralanırlar”, ”Ceyranlar izindən yaralanırlar”, 

”Yarpaqlar üzündən yaralanırlar”, ”Ocaqlar gözündən yaralanır-

lar”, ”Şairlər sözündən yaralanırlar” (”Qoşma”) kimi sadalamalar 

prosesində poetik tapıntı getdikcə gücləndirilir. Belə  şeirlərdə  bənd-

lərin son misraları çox vaxt hikmətli söz səciyyəsi daşıyır: ”Qara bir 

boyadır, ağ bir boyadır”, ”Yenə çeşmə çeşmə, dərya dəryadır”, 

”Həqiqət həqiqət, xülya xülyadır”, ”Mən oldum-olmadım, dünya dün-

yadır”(”Dünya dünyadır”).  

Hüseyn Arif ilhamının mayası Dədə Qorqud, Qurbani, Kərəm, 

Tufarqanlı Abbas, Dilqəm,  Şəmkirli Hüseyn, Aşıq Alı,  Ələsgər və 

Vurğundan gəlir. Onun əsərlərində klassik saz-söz ustalarının yanğısı 

vardır:  

 

  



Saz dedim, söz dedim,  

  

 



Dədə Qurbani 

  

Əsrdən əsrə səslədi məni.  



  

Bir  elə ah çəkdi, ahım qurudu,  

  

Saçımı göynətdi saçımın dəni.  



 

Şair ”Saz” müxəmməsində  və bir çox başqa  şeirlərində belə 

sənətkarlar yetişdirən bir xalqla öyündüyünü qeyd edir: ”Kərəmlər, 

Dilqəmlər kimdə var desin, Əlimin dalını yerə qoyum mən”. Dastan 

qəhrəmanları Kərəm, Qərib, Koroğlu, Nəbi, xalq qəhrəmanları Cavan-

şir, Babək Hüseynin sevimli müqayisə obrazlarıdır. ”Dili Dilqəm 



diləkli, Qəmdə Füzuli qəmli”, ”Kərəm yoxdur, ”Kərəmi” var” kimi 

saysız misralarla daim onları yad edir. Saz, saz mahnıları, aşıq, aşıq 

sənəti şairin dirilik aləminə daxildir. Klassik aşıq sənətinin, böyük sə-

nətkarların təbliğində, tapılıb üzə  çıxarılmasında xidmətləri misilsiz-

dir:  

  

Nə qədər canında can var, Hüseyn,  



  

Sənətə borcunu qaytar, Hüseyn! 

  

Axtar  babaları, axtar, Hüseyn! 



  

Bir gün nəvələr də səni axtarar.  

 

Şair ustadlara məhəbbətini əməli işi və yeni bədii tapıntıları ilə 



davam etdirir. Onun yaradıcılığında poetik forma öz kökünü el 


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə