Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə32/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   28   29   30   31   32   33   34   35   ...   185

 92

arvadlarına baxmağa getmədiyi üçün dəfələrlə təhqir edilmiş, özünün 

dediyi kimi, az qala küçədə itin hürməyini də ondan görmüşlər. 

Zülalov bunlarla kifayətlənməyərək, Məmmədbəyin ictimai 

mənşəyinə  əl atır, bu yoxsul balasının adındakı ”bəy” sözündən 

yapışır, müdir olmaq üçün doldurduğu anketə  ”əfibaşlı sual işarəsi” 

qoyur və hamının ”allah” dediyi, ”mələk” hesab etdiyi Məmmədbəyi 

xalqa xidmətdən, yaşayışdan, dirilikdən məhrum etməyə çalışır. Hətta 

kinayə ilə onun bığını da ”bəy bığı” adlandırırlar. Məmmədbəy öz 

xalqının sağlamlığı, artması, inkişafı uğrunda hər şeyi qurban verməyə 

hazır olduğu halda, Zülalov xalq üçün yanan hər bir işığı  əzazilliklə 

söndürmək, məhv etməklə  məşğuldur. Zülalovun simasında  şərin, 

xəyanətin ”gizli, qapqara, qıllı  əli” xeyirxah insanların həyatına 

uzanır, həm də canavar hərisliyi, canavar cəsarəti ilə uzanır. Zülalov 

kimilərin təbiətindəki yırtıcılığı başa düşə bilməyən Bacıxanım 

suallar, müəmmalar qarşısında qalır, anlaya bilmir ki, nə üçün mələk 

kimi bir adam - Məmmədbəy birdən-birə öz vəzifəsindən, ev-

eşiyindən, hələ üstəlik öz arvadından da əl çəkməli oldu. Bacıxanım 

görə bilmir ki, Zülalov çox dəhşətli bir iblisdir və bu iblisin devizi çox 

murdardır: ”Sənədsiz-sübutsuz vicdan havadır, əzizim, küləkli hava... 

Möhürlə,  ştampla, qolla vicdanın qapısını elə  qıfıllayırlar ki, nəfəsi 

birdəfəlik batır.” Zülalov özündən, öz xidmətlərindən çox razıdır, 

hiylə  və saxtakarlıq yolu ilə yüz dəfələrlə ”filtrdən keçdiyini” 

riyakarlıqla yada salır: ”Burada neçə-neçə  tərifnamə, təşəkkürnamə 

var mənim barəmdə. Elə arayışlarım, xasiyyətnamələrim var ki, dağa 

vursan, dağı yarar. Mən can qoymuşam, mən mənəm...” Bütün bu 

misallardakı  səciyyəvi sözlər və birləşmələr hər iki qütbü yaxşı 

xarakterizə edir, Zülalov kimiləri qoruyub saxlayan, filtrdən keçirən, 

onu arayış, tərifnamə, təşəkkürnamələrlə mühafizə edənlərin özlərini 

də nifrət obyektinə çevirir.  

Lətif Zülalov - Lələ belə adamdır və  qəribədir ki, ”Qətl 

günü”ndəki Salahov kimi, tale onun da uzun müddət cəmiyyətdə öz 

yaramaz  əməllərini davam etdirməsinə imkan verir, hələ bir fərdi 

pensiya da alır, hələ bir onun heykəlini də qoymağı  təklif edən ağzı 

göyçəklər tapılır. Zülalovun bəd  əməlləri 40-45 il sonra da öz 

”bəhrəsini” verir, Kifayət və  İnayət kimi gənclərin sağlam ailə 

qurmasına mane olur. Məhz yazıçını da düşündürən bu cəhətdir və o, 

buna tipik söz və ifadələrlə, uğurla tapılmış incə detallarla nail 

olmuşdur. Bir nəfər yaramazın yüksək bir vəzifəni ələ keçirməsi uzun 

müddət cəmiyyətdə öz mənfi təsirini saxlayır, ictimai inkişaf və əxlaq 

məsələlərində mənfi izlər qoyur.  



 93

Romanın bədii sintaksisi ədəbi dil normalarına əksərən uyğun 

olsa da, obraz və müəllif dilində cümlə üzvlərinin inversiyası mühüm 

yer tutur. Lakin bu inversiya süni emosionallıq vasitəsi olmayıb, canlı 

dilin xüsusiyyətləri və məntiqi vurğu ilə bağlıdır. B. Bayramov müasir 

nəsrdə geniş  işlənən, lakin kökü qədimlərlə bağlı olan sintaktik 

parselyasiyalardan da müvafiq şəkildə istifadə etmişdir. 

Parselyasiyalar - qoşulma və ya əlavə cümlələr  əsas cümlədən sonra 

gəlməklə (nöqtə  və ya vergüllə ayrılaraq), sanki əsas cümlədə 

söylənməli olan, lakin sonradan yada düşən və ya əvvəlki fikri 

dolğunlaşdırmaq, izah etmək, konkret nümunələrlə isbat etmək 

xarakteri daşıyan yarımçıq cümlələrdən ibarətdir və çox zaman lirik 

bədii dil üçün faydalı vasitələr olduğundan B.Bayramov da yeri 

gəldikcə belə cümlə quruluşlarına müraciət etmişdir: ”Bacıxanım... 

bütün sahəni silib ayna kimi təmizə çıxarana qədər dinclik tapmazdı

İstər alaçalpov qar töksün, istər külək tüğyan eləsin, istər ilk 

baharın alagöz səhəri, rayihəli mehi onun qırışlar cığır salmış əlini 

oxşasın.” Bu cür cümlə quruluşları arabir obraz nitqində də müşahidə 

olunur: ”Maya, mehribanım, elə yavaş-yavaş, xırda-xırda baxıram ki, 

mütəxəssis kadrlarımız  əmələ  gəlməkdədir.  Mama həkimləri, 

akuşerkalar, tibb bacıları, tibb qardaşları. ” 

 

 



B.Bayramovun ”Tək palıdın kölgəsi” romanı ideya-estetik 

keyfiyyətlərinə, aşılamaq istədiyi arzu və amallara, bədii fikrin 

əhəmiyyətinə görə xeyirxah məqsədlər daşıyır, millət və xalq 

fədailərinin qarşısına çıxan pensneli iblisləri bədii və obrazlı dil ilə 

ifşa edir, insan üçün daxildən gələn səs - vicdan səsi arzulayır, insanı 

mənəvi kamilliyə səsləyir.  

 

1984 

 

 



 94

 

AĞ DƏRƏNİN RƏNGLƏR ALƏMİ 

 

Dünya ədəbiyyatının təcrübəsi göstərir ki, yazıçı sadəcə olaraq 



bir mövzudan başqa bir mövzuya keçmir, yalnız hadisələrin məntiqini, 

inkişaf yolunu izləməklə qalmır, eyni zamanda özünün inkişaf yolunu 

əsərlərində mühafizə edir, öz obrazlar dünyasının, mövzularının 

arasıkəsilməz hərəkətini əks etdirir. Yazıçının müxtəlif kitabları onun 

ömür boyu yazdığı bir kitabda birləşir və hər bir kitab bu ümuminin 

bir səhifəsidir.  

Əkrəm  Əylislinin ”Ağ  dərə” romanı

1

 onun ”ömür boyu 



yazdığı” kitabın yeni bir səhifəsidir, yazıçının ilk romanıdır. 

Doğrudur, roman hələ bitməyib, biz onun hələlik yalnız birinci kitabı 

ilə tanış ola bilmişik, lakin elə bu hissədən aydın olur ki, bu əsər 

sosial-bədii keyfiyyətləri ilə oxucuların marağına səbəb olacaqdır. 

Ə.Əylisli yenə  də özünəməxsus  şairanə bir dil ilə, poeziya dili ilə, 

lirik, həzin bir intonasiya ilə danışır, dünyaya həm böyüklərin, həm də 

uşaqların gözü ilə, uşaq saflığı ilə baxmağa çalışır, uşaq saflığını 

təbiətin saflığı ilə, rənglərin şəfəqləri ilə birləşdirir. Yazıçı bu əsərdə 

üslubunu daha da inkişaf etdirmiş, nəsrin  şeriyyətini yaratmaqda 

xüsusi məharət göstərmişdir.  

Ə.  Əylisli bizim bu qalmaqallı dünyamıza, bizim bu acılı-

şirinli dünyamıza bu dəfə balaca Mehdinin gözləri ilə baxır, daha çox 

Mehdinin nəzərlərini bu aləmə toplayır. 13 yaşlı bu uşaq təbiətin min 

bir rəngini fərqləndirmək qüdrətinə malikdir. Onun seçdiyi və 

mənalandırdığı bu rənglərə torpağın, suyun, ağacların, dağların, 

dərələrin, günəşin, ulduzların rəngləri ilə yanaşı, atası  Həbib 

müəllimin, anası Pakizənin, şəhərdən gəlmiş əmisi Ramazanın, bibisi 

Səidənin, qonşu qadın Dosta arvadın, kənd camaatının rəngləri də 

qarışır. Bu rənglər - şüalar içərisində yaşıdları  Şəmsiyyə  və Leylinin 

rəngləri də parlaq görünür. Bu rənglər - şüalar içərisində Validin qara 

kölgəsi daha aydın seçilir.  

Uşaq dünyası Əkrəmin poeziyasında bütün incə, elastik, işıqlı 

cəhətləri ilə, tarixi mərhələnin mənəvi-texniki inkişafına uyğun 

səviyyədə, yüksək sənət dilində  əbədiləşir.  Şair duyğusu ilə yazılmış 

bu romanda Mehdi öz hərəkətləri, düşüncə  və  təfəkkürü, sevgisi - 

rəngli, işıqlı  məhəbbəti ilə insan ülviliyinin insan övladında 

mühafizəsidir. Bu, oxucunu riqqətə gətirir. Mehdinin həyatda seçdiyi 

                                                           

1

 

”Азярбайъан” журн., 1984, № 6. 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə