Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə31/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   27   28   29   30   31   32   33   34   ...   185

 90

ğularını burada yaşamağa başlamış, məhəbbət tilsiminə burada düş-

müşdür. Bir çox müqayisələrdə  şən yumor bənzəyənlə  bənzədilənin 

gözlənilməz oxşarlığından doğur: ”Əlniyaz Bacıxanımın aləmində 

yenicə düvələk bağlamış balqabaq idi”. ”Elə bil, boğazı  məxmərlə 

astarlanmışdı, səsi bişmiş barama ipəyi kimi yumyumşaq idi”, ”İnd-

inin qızlarının bir qismi baxırsan ki, şümaldı, tərdi-təravətlidi, nə təhər 

ki parnik xiyarı” (sonuncu müqayisə uğurlu olsa da, sintaktik quruluş 

alınmadır) və s. Ümumən B. Bayramov fikri müqayisələrlə ifadə 

etməyi xoşlayır (bu cəhət həm obraz nitqinə, həm də müəllif 

təhkiyəsinə aiddir): sucuq yerin qamışı  təkin boy verib, ada dovşanı 

kimi yağlı-sığallı, ürəyim quru yer qurbağasına döndüMayaxanım öz 

dünyasında qır qazanı kimi qaynayırdı və s. Bəzi bədii təyinlər də bu 

müqayisələrə yaxındır: üst dodağı çərmək kişi, ”yunquşturm” geyimli 



arvad, uşaq-doğum loğmanı Məmmədbəy, əfibaşlı sual işarələri və s.  

Məhəlli və arxaik sözlər, alınmalar, terminoloji söz və birləş-

mələr romanın leksik tərkibinin mühüm bir hissəsini təşkil edir. 

Faktlar göstərir ki, canlı danışıq dilində işlənib, bədii dildə nisbətən az 

təsadüf edilən sözləri yerində işlətdikdə fikrin tutumu artır, emosional-

lıq güclənir.  Əsərdə ”asfaltları oyalayıb” birləşməsi də, ”söhbətləri 

oyalananda” birləşməsi də vardır; birincisi fikrin adi, cari ifadə 

tərzidir, ikincisi metaforikdir, bədii və tutarlıdır. Eləcə də ”qayğılanır” 

sözü uğurla seçilmişdir. Bacıxanımın təhkiyəsində və dialoqlarda: bu 

qız azardardır, azaylanırdı, kirimişlik oldu, kürük, gürrahı, sürhay-

layıb gedib, bikeflənmisən, ölüşkümüşdü, yasalamışdılar, heylə, xıjmı-

nan, çöndü, düvələk, day (daha),qabqardı,dəbərtmək, sovlaya-sov-

laya, sovlu tiyə, dər-dəyişək, müxəllifat, səvərmək, sətnimək kimi 

sözlər romanın dilində fərdi-üslubi nitq vasitələridir və bunlardan bir 

Qismi, xüsusən fellərdən ibarət olanlar dilin zəruri elementləridir, ti-

pikləşdirmə prosesində istifadəsi mümkün olan leksik vahidlərdir. Ya-



zıqlaşdı, allandım (qızardım),  hoqquldayıb güldü, milləndi (başı üstə 

yerə gəldi), quylamaq kimi məhəlli və ya arxaik çalarlı fellər, xozeyin, 



ağa, ləbbadəsilist, sicim kimi tarixizmlər də bu qəbildəndir;  sorğu-

sualın altı - uğurlu metaforadır; qulaqlarına, elə bil, qızmar yeridi, üz-

gözünü  şum eləmək, qılçalarının iliyinə deyirdin bəs dağlov yeriyir, 

cəng-cidala çıxmaq kimi ifadələr də xəlqidir.  

Romanın dilində  profil, anfas, podmalçişka, duel, podruqa, 



mitinq, yunquşturm, pensne, ekspertiza, şankir, silist, ekzema, şpris, 

ampula, preparat, pnevmaniya, revmatizm, miokard, portmanat, dok-

tor, direktor, piramidon, profilaktik, ştamp, flakon, akuşerka, sani-

tarka, bnikarlo, furajka, filtr, konsilium kimi rus və Avropa; mürəxxəs 


 91

(olmaq), ləbbadə, qıfılbənd, müxəllifat  və s. kimi ərəb-fars mənşəli 

alınmalar vardır. Bu cür sözlər hadisələrdən doğur və indiki nəslin 

başa düşməsi üçün çətinlik törətmir.  Düyünlü müddəalar, mama 

həkimləri, tibb bacıları, tibb qardaşları, beşdəqiqəlik, tərifnamə, 

təşəkkürnamə, arayış kimi terminoloji sözlər və birləşmələr də əsərin 

mövzusu ilə bağlıdır.  

B.Bayramov yazıçı  təhkiyəsini obrazlı  məcazlarla rəngləyir, 

fikri emosional mübaliğə  və kiçiltmələrlə, troplarla bədiiləşdirir. 

Bəzən hadisələri maraqlı metaforlaşdırmalarla nəql edir: ”Bacıxanım 

hansı kitabınsa yuxusunu pozurdu.” Sineqdoxalar obrazı 

səciyyələndirmə  və ümumiləşdirmə gücü ilə  nəzəri cəlb edir: ”Əli 

təsbehlilər, yarmapapaqlılar bu bağda seyrə çıxmasaydılar, yataqları 

daşa dönərdi”. ”Pensneli hər şeyə zənlə baxa-baxa çıxdı eyvana.” 

S.Rəhimov kimi, Bayram Bayramov da fikri qoşa sözlərlə, 

həmcins və ya sinonim söz və ifadələrlə qollu-qanadlı ifadə etməyi se-

vir və bu cəhət onun nəsr dilində bir üslubi keyfiyyət kimi özünü gös-

tərir: ”Əyninə yapışan-yaraşan xalatda tən-dürüst görünürdü”, ”silinib-

sığallanıb xalatı çıxarardı”, ”dalaşıb-cırmaqlaşmışdılar”, ”ağır-yüngül 

günləri, kamlı-nakam çağları”, ”kəndin-kəsəyin dərdini araşdırmaq”, 

”enli-uzun eyvanın tərcümeyi-halı” və s. cümlə  və birləşmələr 

tərkibindəki qoşa sözlərə  hələ  əsərin ilk səhifələrində  təsadüf edilir. 

Sonrakı səhifələrdə həm obraz nitqində, həm də müəllif təhkiyəsində 

bu cür: mülayim-sakit  dolanır, məlul-müşkül  baxıb, vaxtı-vədəsi 

qalmamışdı, boyuma-sinəmə  tuturdu, qartal-çalağan, sel-su  sənin 

taleyinə  əl uzada bilməz kimi qoşa sözlər yüzlərcədir. Romanın 

dilində  məfhumun incə çalarlarını  əhatə edən zəngin sinonim 

cərgələrə tez-tez təsadüf edilir; məs.: ”Yaxşının yaxşısını deyib, 

nümunə elədiyin kimi, pisin də  pisliyini, məkrini, yalanını, riyasını, 

xəyanətini, cinayətini de. ” 

B.Bayramov ayrı-ayrı söz və ifadələrdən, atalar sözləri və mə-

səllərdən obrazları  səciyyələndirmə vasitəsi kimi geniş istifadə edir. 

”Ya lələ  şələni basar, ya şələ  lələni” məsəlinin ilk hissəsini 

xatırlatmaqla (”Lələ şələni basır, yəni Lələ qocalığa məhəl qoymur”) 

Lələnin - Lətif Zülalovun bütün dəhşətli keçmişini yada salır. Bu 

həmin Zülalovdur ki, ”şəhərdə faytonlu, sözü ötən bir idarənin 

başçısı” olmuş, cinayətlərinin çoxunu da vəzifəsinin köməyi ilə 

pərdələmiş, xeyirxah insanları  ləkələmiş, Məmmədbəy kimi əsl xalq 

həkimini hər cəhətdən məhv etməyə çalışmışdır. Zülalovun 

əməllərinin nəticəsidir ki, Məmmədbəy evsiz-eşiksiz qalmış, 

xəstəxana küncündə yaşamalı olmuş, ağır xəstələri qoyub böyüklərin 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə