Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə40/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   36   37   38   39   40   41   42   43   ...   185

 117

qadının böyük rolu vardır. Sara xatun əsl el anası kimi, ağıllı 

məsləhətləri ilə  oğluna və bütün Ağqoyunlulara yol göstərir.  Əmir 

Teymurun nəvəsi  Əbu Səidlə görüşü, diplomatik söhbətləri onun si-

yasi işlərdən yaxşı baş açdığını sübut edir.  

Uzun Həsənin Trabzon hakiminin qızı Dəspinə xatundan (Fe-

odaradan) olan qızı Aləmşahbəyim - Şeyx Heydərin arvadı, İsmayılın 

anası ağıl və gözəllik, mənəvi saflıq timsalıdır. Aləmşahbəyim büllur 

kimi saf, bənövşə kimi kövrək, qızılgül kimi pak və lətifdir. ”Çaldıran 

döyüşü”ndə bu cür xüsusiyyətlər Taclı bəyimin, Bəhruzə xanımın si-

masında davam etdirilmişdir. Taclının cəsarəti, at çapma, qılınc vurma 

qabiliyyəti Şah İsmayıl ordusunda döyüşən qadınların nümunəsi kimi 

unudulmazdır.  

Romanda ən çox yadda qalan obrazlardan biri Hüseyn bəy Lə-

lədir. Tarixi şəxsiyyət olan Lələ  tədbirli hərəkətləri, uzaqgörənliyi, 

Şeyx Heydər nəslinə  sədaqəti ilə oxucunun yaddaşından silinmir. O, 

İsmayılı bir an gözündən qoymur, onu axıradək qoruyur. İsmayıla 

kimdən, haradan xətər toxuna bilər, onu nə gözləyir - onları əvvəlcə-

dən müəyyənləşdirir. Rüstəm Mirzənin qoşunu  şəhərləri, qalaları da-

ğıdıb, kütləvi qırğınlar təşkil edərək  İsmayılı axtardıqları vaxt o, İs-

mayılı daha etibarlı yerlərdə gizləyir. Lələ  İsmayılı qorumaq üçün 

onun oxşarını tapır, Xızırı eyni cür geyindirib qabağa salır, bu İsmayıl 

əvəzini gözlənilməz yerlərdə ani nümayiş etdirməklə  həm fanatik 

müridlərin mübarizə ruhunu gücləndirir, həm də gözlənilən 

təhlükələrin sovuşmasına nail olur. O, kütləni öz ardınca aparmaq 

üçün  İsmayıl haqqında ağlabatan  əfsanələr uydurur, hətta onun min-

diyi ağ atın belə göylərdən nazil olduğunu söyləyir. Həm də bunları 

elə ustalıqla edir ki, az qala İsmayıl özü də inanmalı olur. Hürrün 

qəbrini açdırarkən Lələnin uydurduğu  əhvalat - yuxu qoşuna güclü 

təsir göstərir. Bütün bunlar Lələnin nə  qədər hazırlıqlı, böyük əqidə 

yolunda necə fədakar olduğunu sübut edir.  

Romanın mühüm keyfiyyətlərindən biri də İsmayıla, Səfəvilər 

hərəkatına qarşı duran qüvvələrin, tarixi həqiqətə müvafiq şəkildə, çox 

güclü olduğunu  əks etdirə bilməsidir. Uzun Həsəndən sonra bütün 

Ağqoyunlu hakimləri, Səfəvilərin gələcəyindən qorxaraq, ona düşmən 

kəsilir, onun ən kiçik pöhrəsini belə  məhv etməyə çalışırlar. Fərrux 

Yasar, Rüstəm Mirzə, Sultan Yaqub kimi hakimlər,  Əbih Sultan, 

Süleyman Bicanoğlu kimi sərkərdələr son pöhrəni - İsmayılı  məhv 

etmək üçün açıq və ya gizli şəkildə  dəhşətli tədbirlərə  əl atırlar. 

Yenicə taxta çıxmış İsmayıl qərbdə Bəyazid, şərqdə Şeybani xan kimi 

güclü düşmənlərlə üz-üzə gəlir. Onun başqa torpaqlarda gözü olmasa 



 118

da,  ətraf hakimlər qızılbaş süvarilərinin qılıncından ehtiyat edirlər. 

İsmayıl onların dəfələrlə göndərdiyi məktub və hədələrdən, təhqiramiz 

yazılardan sonra onlarla döyüşə girməli olur.  

Hakim feodal təbəqəsinin tipik nümayəndəsi kimi təsvir 

edilmiş  Əbih Sultan (Əbih  İbrahim) hiylə  və  qəddarlıq 

mücəssəməsidir. Bu adamda heç kimə, hətta öz yaxınlarına, öz sin-

finin nümayəndələrinə belə insani münasibət, hörmət və ehtiram 

yoxdur. Qəddarlıq və simasızlıqda müqayisəyə  gəlməz bir tipdir. 

Başını gödək Əhmədə aparacağı Rüstəm Mirzənin yaraşıqlı boynuna 

baxıb həzz alır.  Şeyx Heydərin ödldürülməsinin səbəbkarı odur. 

Şeyxin böyük oğlu Sultan Əlini o öldürtdürür, ortancıl oğlu İbrahimi 

özü qılınclayır, arvadının məhvinə bais olur. Rüstəm Mirzənin, Gödək 

Əhmədin həyatına qəsd edir. Bu adamın cinayətlərini saymaqla 

tükənməz. Əbih Sultan insan cəlladıdır, onun üçün müqəddəs heç nə 

yoxdur.  Əsas metodu müxtəlif hakimləri toqquşdurub, kim 

güclüdürsə, onun tərəfində durmaqla özünə yol açmaqdır.  

Sufilikdə deyilir ki, hər şey zərrədən, nurdan yaranmışdır. İn-

san da belədir. Deməli, insan nurdan yaranmışsa, kamil olmalıdır. 

Dəhşətli bir şəxs olan Əbih Sultan isə  rəzil işlərdə kamildir - 

zülmətdən yaranmışdır. Doğrudur, romanda Əbih Sultan 

cinayətlərinin cəzasını alır, lakin, elə bil, bu cəza bir qədər gecikdirilir 

və ya oxucu qəzəbinin bir qədər soyuduğu vaxt icra edilir. Əbih Sultan 

tarixən 1497-ci ildə bir döyüşdə öldürüldüyü halda, müəllif onu 1501-

ci ilədək yaşadır. Ölümqabağı ona dəhşətli cinayətlərini yeni detallarla 

daha nifrətamiz xatırlatmaq olardı.  

Onu da qeyd edək ki, Əbih Sultanla bağlı  bəzi təsvirlərdə 

müəyyən qədər bayağılıq hiss olunur. Xüsusən onun Gödək Əhmədlə 

görüşdən  əvvəl xacənin gətirdiyi qıza heyvani münasibəti dəfələrlə 

eşitdiyimiz, oxuduğumuz hadisələri xatırladır. Bu xüsusiyyətləri 

”Çaldıran döyüşü”ndə Sultan Səlim davam etdirir. Son dərəcə  əyyaş 

bir həyat keçirən Sultan Səlim hakimiyyəti  ələ alan kimi, atasını 

zəhərləyir, qardaşını  və onun övladlarını boğdurur, ölkə daxilində 

taxt-taca göz dikə bilən qüvvələri məhv edir, Şah  İsmayılın dostluq 

təkliflərini qəbul etmədən böyük və misilsiz qırğın törədir.  

”Xudafərin körpüsü” istər öz yazı manerası, istərsə də təhkiyə 

və dialoqlarının fərdi-üslubi incəlikləri ilə fərqlənən bir romandır. Hər 

iki kitab yüksək ideya-estetik keyfiyyətləri, güclü ictimai-siyasi 

məziyyətləri ilə yanaşı, forma, quruluş, dil xüsusiyyətləri ilə də diqqəti 

cəlb edir. Obrazların dünyagörüşü, hadisələri dərketmə  və 

mənalandırma bacarığı, sənətin şirin dili ilə təzələnən tarixi hadisə və 



 119

faktlar, zəngin bədiilik vasitələri oxucunu ruhən və mənən keçmişə - 

500 il əvvələ aparır, təsvir edilən dövrün təbii mühitinə, havasına daxil 

edir. Bu hava romanın dilində bütün detallara çökmüşdür. Romanda 

rəssam fırçası ilə  çəkilmiş  mənzərələr saysızdır.  İsmayılla, anası 

Aləmşahbəyim ilə, Azərbaycan sərkərdələri ilə, qüdrətli Ağqoyunlu 

padşahı Uzun Həsənlə, Sara xatunla, Şeyx Heydərlə,  şairlər, aşıqlar, 

rəssamlarla bağlı epizodlar böyük ustalıq və məharətlə yaradılmışdır. 

Yumor, simvollar, toponim və etnonimlər, andlar, alqışlar, qarğış  və 

söyüşlər, sərrast dialoqlar, zərb-məsəllər, aforizmlər, lətifə  və 

əhvalatlar tarixi keçmişin təsvirində müəllifə dayaq-dil vasitələri kimi 

kömək etmişdir. Bunlar keçmişin özündən qaynaq alır, zamanın 

səciyyəsinə, nəbzinə, nəfəsinə uyğun şəkildə romana daxil edilir. ”Ey 

bu axşamın sahibi, oğlumu sənə tapşırıram. Sən onun ağlını  qılıncı, 

qılıncını  ağlı kimi iti, baxtını atı kimi yüyrək, taleyini göylər çırağı 

kimi işıqlı elə.”  ”Bu dostluğa dönük çıxsam, qılıncıma doğranım, 

oxuma sancılım” - tipli cümlələrin çoxunda Dədə Qorqud ifadə tərzi, 

kökü daha qədimlərlə bağlı ifadə formaları ululuq, qədimlik koloriti 

yaradır. Mövzu ilə, hadisələrin baş verdiyi yüzilliklərlə  əlaqədar 

tarixizmlərə, tayfa adlarına, toponimlərə tez-tez müraciət edilmişdir. 

İctimai-siyasi və dini terminoloji sözlər, toponim və etnonimlər Uzun 

Həsən və  Şah  İsmayıl dövrünün canlı  mənzərəsini yaratmaq üçün 

əməli keyfiyyətə malikdir. Romandan aydın olur ki, müəllif XV əsrin 

sonlarına, XVI əsrin  əvvəllərinə  məxsus döyüşən tayfalar, ordular, 

qalalar, şəhərlər, ölkələr haqqında, döyüş ləvazimatı, geyim və bəzək 

şeyləri, adət və ənənələr, qanunlar, qaydalar barədə tarixin pərakəndə 

şəkildə qoyub getdiyi mənbə  və materialları diqqətlə araşdırıb 

öyrənməli olmuş və onları əksərən obyektiv şəkildə saxlamağa, dəqiq 

və obyektiv qiymətləndirməyə nail olmuşdur. Hadisələrin baş verdiyi 

yerlər, qədim abidə və qalalar elə real və inandırıcı təsvir edilir ki, elə 

bil, müəllif dəfələrlə o yerlərdə olmuşdur. Keçmişin çox rəngarəng 

ictimai-siyasi hadisələrinin, məişət məsələlərinin, adət və qaydaların, 

tarixi  şəxsiyyətlərin, sənət abidələrinin yaxşılığa çağıran, humanist 

yazıçı gözü ilə real təsviri oxucuda yüksək hisslər doğurur. Elə buna 

görə  də  əsas mövzudan bəzən uzaqlaşma halları (Sultan Bayqara ilə 

bağlı təfərrüat-təsvirlər, Qurbani ilə bağlı dastançılıq epizodları və s.) 

oxucunu bir qədər darıxdırır. Oxucu bu üslubda Şah İsmayıl əzəmətini 

daha kamil görmək istəyir.  

Romanın dili müasir oxucunun estetik tələblərinə uyğundur. 

İki kitab birlikdə çap olunarkən müəllif izafət tərkiblərinin, terminoloji 

söz və birləşmələrin, xüsusi adların işlənməsi ilə bağlı bəzi Qüsurları 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə