Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə41/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   37   38   39   40   41   42   43   44   ...   185

 120

aradan qaldıra bilər. Hər bir obraz yaşına, ictimai və fərdi mövqeyinə

sosial və dini hadisələrə münasibətinə görə danışdırılmışdır. Müəllif 

tarixi hadisə  və obrazları  bədii  ədəbiyyata gətirərkən dilin leksik-

frazeoloji, struktur-semantik imkanlarından öz yazı manerasının 

hüdud və tələblərinə uyğun şəkildə faydalanmışdır.  

 

Bütün bunlar zəmanət verir deyək ki, ”Xudafərin körpüsü”, 



anadan olmasının 500 illiyi günlərində, gözəl  şair, qüdrətli dövlət 

başçısı  Şah  İsmayıl Xətainin xatirəsinə, 500 il əvvəlki babalarımıza, 

500 il əvvəlki mədəniyyət və tariximizə qiymətli hədiyyədir.  

 

1985 




 121

SİZİNLƏ  BİRGƏ 

 

Şair qəlbi nurlu olur. Həqiqi  şair dünyanı  işıq selində, işıq 

içində görür. Sevimli şairlərimiz Rəsul Rzanın və Nigar Rəfibəylinin 

qəlbi və  həyata baxışı da daim nurlu olmuş, onların hər biri öz 

mənəvi-insani keyfiyyətləri, yüksək yaradıcılığı ilə  qəlbimizdə  əbədi 

məskən salmış, hər biri könüllərə işıq saçan əbədi xatirəyə çevrilmiş-

dir. Anarın yaxın vaxtlarda oxuculara təqdim etdiyi ”Sizsiz” povesti 

bu iki işıqlı  sənətkarın xatirələri ilə bağlı bir çox sirlərin qiymətli 

açarıdır.  

Xalq şairi Rəsul Rza yaşadı və bir şair kimi, bir vətəndaş kimi, 

bir ictimai xadim kimi cəmiyyətdə  əbədi iz qoydu. Onu tanıyanlar 

tanıdılar, tanımayanlar,  şəxsən görməyənlər  əsərlərindən və ”Sizsiz” 

povestindən tanıdılar. Anar gözəl bir üslubda yazdığı bu əsərlə 30 il, 

60 il əvvələ, hətta bəzən sənədlərin dili ilə daha uzaqlara getsə  də, 

xatirə-povest daha çox R.Rza və N.Rəfibəyli ömrünün son 20 ilini, 

illərin üzərinə gəlib tarixə çevrilmiş son 20 pilləni əhatə edir.  

R.Rza və N.Rəfibəylinin yüz gün ərzində bir-birindən xəbərsiz 

”öz çöl dünyalarına” göz yummaları nə qədər kədərlidirsə, ”Sizsiz”in 

yaranması bu kədəri dəf etmək yolunda bir təsəlli kimi o qədər vacib 

idi. Biz onlardan ayrılan kimi, yenidən onlara qovuşduq; o qədər də 

uzaqlaşmamış, yenidən onlarla görüşdük, şair ömrünün fərdi və bəşəri 

keyfiyyətləri ilə daha yaxından tanış olduq.  

”Sizsiz” təsirli bir dil ilə yazılıb; vətənini məhəbbətlə sevən, 

varlığı, onun yaxşısını, pisini dərin-dərin duyub düşünən, öz içəri 

dünyasından keçirən bir vətəndaş duyğusu ilə, daxili yanğı ilə, olub-

keçənləri, bütün ağrılarına dözərək, dərin qatlardan qaldırmaq yolu ilə 

yaradılıb. Adi vaxtlarda ailə yazışmaları, bədii sitatlar, epistolyar üs-

lub nümunələri yorucu ola bilərdi, lakin povestdə hadisələr düzümü 

elə əlaqələndirilmiş, hər iki şairin həyatı ilə bağlı detallar elə hərəkətə 

gətirilmişdir ki, elə bil, acılı-şirinli əziz xatirələrini oxuyursan. Üzdən 

nəzər salmaqla nə  məqsədlə, hansı  şəraitdə yazıldığı elə bir maraq 

doğurmayan Rəsul və Nigar şeirlərinin təsir mənbəyi, mayası ay-

dınlaşır,  şair duyğusu,  şair istəyi,  şairin məhəbbəti, qəzəb və nifrəti, 

şair qəlbinin iztirab və  həyəcanları oxucunu riqqətə  gətirir. ”Sizsiz” 

bir daha təsdiq edir ki, böyük adamların dərdi də böyük olur. R. Rza 

və Nigar xanım hamar yolla getməmiş, kəskin mübarizələrlə dolu 

həyat yolu keçmişlər. R. Rza dəfələrlə təmkinli və qüdrətli şair qələmi 

ilə  ədalətsiz hücumları  dəf etmişdir. ”Rənglər” silsiləsindən olan 

şeirlərinə qarşı bu cür hücumlara məntiqi poetik cavabları  hələ o 



 122

vaxtlar biz gənclərdə  dərin təsir oyatmışdı.  İlk Azərbaycan ensik-

lopediyasının yaranması uğrunda böyük cəsarət, əmək və coşqunluqla 

iş aparırdı. Rəsul Rza həmişə yeni fikir, düşündürən söz söyləməyə 

çalışmış və buna görə də oxucu təfəkkürünün qapalı qapılarının açıl-

masında xüsusi xidmət göstərmişdir.  

Anar xatirə-povesti qələmə alarkən həqiqətə sadiq qalacağını 

bildirmiş, buna ciddi əməl etməklə, fakt və hadisələrin real məntiqi 

təsviri ilə oxucunu hadisələr axarına sala bilmişdir. Əsərdə kədər də, 

sevinc də, göz yaşı da, gülüş də, nifrət də, hörmət də, əsəbilik də, mü-

layimlik də, qəzəb də, məhəbbət də, səbirsizlik də, təmkin də, böyük 

ata, qayğılı ana, sevgili övlad münasibətlərinin  əks qütblü kom-

ponentləri kimi hər biri öz yerindədir. Lakin bu da bir həqiqətdir ki, 

insan öz içəri dünyasından keçənlərin hamısını olduğu kimi əhatə edə 

bilmir.  İçəri dünyanın bir günlük həyatı cild-cild kitablara sığmazdı. 

Buna görə də povestin müəllifi, təbii olaraq, əsas xəttin, əsas cizgilərin 

obyektiv ifadəsinə çalışmış və buna nail olmuşdur.  

Povest Anarın özünün də bir insan, bir şəxsiyyət, bir yazıçı 

kimi ”içəri dünyası”nı  əks etdirir, onun cəmiyyətə, varlığa, insan 

hisslərinə, ətraf mühitə münasibətini aşkara çıxarır: ”... çöl dünyamız-

dan içəri dünyamıza gəlmək istəyən hər yeni insanı, ideyanı, təəssüratı 

sərhəddə  çək-çevirə salırıq, yüz ölçüb-bir biçirik - bu gələn kimə 

bənzər, bu gələn nəyə  bənzər?” Rəsuldan və Nigar xanımdan yaza-

yaza, nadanlığı, riyakarlığı, yaltaqlığı, əyriliyi - R.Rzanın daim döyüş-

düyü qeyri-kamillik əlamətlərini yazıçının içəri dünyası qəzəblə qarşı-

layır, nifrətlə  qırmanclayır.  İnsan təbiəti, insanın mənəvi-psixoloji 

aləmi təsəvvür etdiyimizdən qat-qat dərindir, mürəkkəb və 

ziddiyyətlidir; bu dərinliyə, bu mürəkkəbliyə enə bilmək, bu ziddiy-

yətlərin kökünü göstərmək, onu, onun naqis cəhətlərini hərtərəfli dilə 

gətirmək olduqca çətindir, insan ömrünə ”balta çalan” bu ”dibi 

görünməz uçurumlar”ın dibinə çatmaq qeyri-mümkündür: ”İçərimizdə 

dibi görünməz uçurumlarımız, yarğanlarımız, quyularımız da var. Elə 

dərinliklərimiz var ki, onların dibinə  bəlkə  də insan heç zaman çata 

bilməyəcək; içərimizdə çala-çuxurlarımız var, keçilməz 

cəngəlliklərimiz var, göz-gözü görməyən zülmətlərimiz var. Və elə 

insan ömrünə balta çalan da bu çala-çuxurlar, bu cəngəlliklər, bu 

zülmətlərdir.” Bu sözlər insanın cəhalətini, bu cəhalətin dərinliklərini 

elmi, fəlsəfi və psixoloji baxımdan çox dürüst ifadə edir.  

”Sizsiz”də toplanmış xatirələr oxucunu ”Heç bir qüvvə, heç 

bir möcüzə ilə geri dönməyəcək” baxışlar, gülüşlər, sevinclər, 

mübarizələr, sözlər, fikirlər dünyasına aparır, fərəhlilər fərəh gətirir, 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə