Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə46/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   42   43   44   45   46   47   48   49   ...   185

 135

təhkiyəçi obrazı da odur.  

Bu günə qədər əksər şifahi və yazılı ədəbiyyat nümunələrində 

olduğu kimi, Məmməd Orucun bu povestində  Qəşəmalı da bu uzaq 

qohumlarına övlad gözü ilə, insan gözü ilə baxmır, onları nökər kimi 

işlədir: 13 yaşlı bu yetim oğlan onun qoyun sürüsünü otarır, mal-

heyvanına, qaz sürüsünə baxır, tövləni təmizləyir, ot biçib gətirir. 

Balaca bacısı isə Güllübəyimin körpələrini saxlayır, onları kürəyindən 

yerə qoymur.  

Y.Səmədoğlunun ”Qətl günü” romanında Baba kaha, 

İ.Məlikzadənin ”Gümüşgöl  əfsanəsi” povestində Gümüşgöl, 

Ə.Əylislinin ”Ağ  dərə” romanında təbiətin min bir rəngləri,  şüaları 

haqqın,  ədalətin keşiyindədir,  ədalət uğrunda mübarizədə sarsılmaz 

qüvvədir. Bu povestdə isə  həmin vəzifəni ağ leyləklər yerinə yetirir. 

Yeniyetmə yetim oğlan hər dəfə Qəşəmalının zülm və işgəncələri ilə 

qarşılaşdıqca, Qəşəmalının vurduğu təpiklərin ağrısından qıvrılıb-

açıldıqca leyləkləri yada salır, ümid işığını leyləklərdən alır. 13 yaşlı 

bu oğlanın nəzərində leyləklər haqq işığıdır və bu haqq işığını onun 

qəlbində  hələ körpəlikdən anası yandırmışdır: ”... anam bu quşlarla 

mənim aramda nəsə sirli bir ünsiyyət yaratmışdı; o demişdi ki

leyləklər ”o dünyanın” quşlarıdır, leyləklər yuva quran ocaqda xeyir-

bərəkət əskilməz, leyləklər yuva quran ocaqda haqq-ədalət nazilməz, 

leyləklər yuva quran ocağa həmişə haqq işığı düşər.” Haqqa, həqiqətə, 

haqq işığına ananın köməyilə yaradılmış bu inam onun əzablı 

gündüzlərinin, narahat gecələrinin  əsas təsəlli mənbəyidir. 

Yuxularında da ağrı  və acılarını sevimli anası  və sevimli leyləklər 

çıxarır: ”... anam da, leyləklər də yuxuma girəndə  mən yuxuda 

ağlayırdım. Həmişə yuxuda ağlayanda səhər yataqdan rahat 

qalxırdım.” Qəşəmalı onun məktəbə getməsinə mane olmaq istədikdə 

təbiəti leylək ağlığı, leylək şəfəqləri ilə görmək istəyən bu uşağın qəlbi 

üsyan edir və Vasyanın motosikleti ilə  məktəbə getdiyi ilk günlərdə 

başı üzərində leylək ədalətini, leylək nəzarətini görür. 13 yaşlı bu uşaq 

iki mərtəbəli evdə daim küsülü yaşayan bu bir neçə  nəfərin 

barışmağını da, bir süfrə başına toplaşmağını da leylək  ədalətində 

görür: ”Fikirləşirdim ki, heç nədən məni vururlarsa, heç nədən araya 

söz düşürsə, heç nədən bu yamacın beş-üç adamı bir-birinə  dəyirsə, 

deməli, bizi leyləklərin ahı tutub, demək, bizim bu ocaqda haqq 

nazilib, demək, bizim bu ocağa haqq işığı düşmür.” Bütün bu cür 

ziddiyyətli düşüncələrə, çətinliklərə, üzüntülü hallara baxmayaraq, 

leyləklər onun arzularını, ümid və istəklərini daim qanadlandırır, o bu 

dünyaya gəlməyin, bu dünyada yaşamağın, bu dünyanın  əzablarının 



 136

da qiymətini bilir, dünyanı düzgün qiymətləndirməyi də bacarır: ”Yox 

dedim öz-özümə,  əgər bu dünya nahaqqa qılınc verəndə haqqı da 

qalxansız qoymursa, nahaqqı qaranlıq kimi üstünə göndərəndə səndən 

də  işığını  əsirgəmirsə, hələ bu dünyaya yenidən gəlməyə  dəyər. Bu 

dünya yaşamalı dünyadı.” 

Oğlanın dilində ”qoy bizi tanıyan qurd yesin” məsəli son 

dərəcə  təbii səslənir və bu sözlər,  şübhəsiz, bu bacı-qardaş üçün 

mehriban himayəçi keyfiyyətlərindən çox uzaq olan Qəşəmalını 

hədəfə alır: ”Qəşəmalı, bacım demişkən, bizi tanıyan qurd idi.” Son 

dərəcə kobud bir şəxs olan Qəşəmalı arvadına - üç körpə uşağın anası 

Güllübəyimə də çox amansızdır. O axşam olmaz ki, bir bəhanə ilə onu 

ağzı köpüklənənə, huşunu itirənə qədər döyməsin. Kiçik bir narazılıq 

üstündə həftələrlə öz işçilərini - Vasyanı, Qasımı dindirib-danışdırmır, 

küsülü gəzir. Həm də  dəhşətli var-dövlət hərisidir, qəbiristanlıq 

üzərində yaranmış  dəryaçanın balığını min məşəqqətlə, oğurluqla 

tutub satmaq, pul qazanmaq istəyir. Canavar boğub öldürdüyü 

qoyunların leşini satır və s. Qəşəmalının xisləti, şübhəsiz, leyləklərlə 

də ziddiyyət təşkil etməlidir və həqiqətən də onun leyləkləri görməyə 

gözü yoxdur, ”qovmaq lazımdır, bu quş bizim ocağa düşmür”, - deyə 

ata leyləyə  işarə edir. Amma bu quşların bu ocağa düşməməyinin 

səbəblərini balaca oğlan daha yaxşı dərk edir: ”Ona görə ki, sizin oca-

ğın mayasında haram var; ona görə ki, sizin ocaqda haqq nazilib.” Elə 

arvadı Güllübəyim də özlüyündə bu fikri təsdiq edir: ”... bunların evi 

də, tayası da (Qəşəmalını deyirdi) yanmalı idi; o evin də, o tayanın da 

mayasında haram vardı.” 

Qəşəmalı ziddiyyətli obrazdır. O, tam pozulmuş, insanlıq 

simasını itirmiş  də deyil. Hərdən az qala (ona görə ki, bu da 

şübhəlidir) anasının səsini - haqq səsini, vicdan səsini eşidir. Hərdən 

kövrəlir və nökər kimi işlətdiyi ”uzaq qohumunu” bağrına basıb öpür, 

gözləri yaşarır. Oğlan onun işkəncələrinə dözməyib bu yerlərdən 

getmək istədiyini bildirdikdə, yumşalır, az qala adam olur: ”O bizi 

inandırdı ki, bu dünyada ona bizdən yaxın adam yoxdur. O bizi 

inandırdı ki, bizim buradan getməyimizə tablamaz, ölər.” Qəşəmalı işə 

də məsuliyyətlə yanaşır, xarab olmuş nasos stansiyasını təmir edib işə 

saldıqda Qasımı, Vasyanı qucaqlayıb öpür. Beləliklə, yazıçı, 

Qəşəmalının insani keyfiyyətlərini də unutmur, onu gözlənilməz  əks 

xüsusiyyətlərə malik bir tip kimi təsvir edir. Qasım onun təbiətindəki 

ziddiyyətli cəhətləri görür və buna təbii baxır: ”bu da belə adamdı, bu 

da belə tipdi.” 

Qasım və Vasya xeyirxah, işgüzar adamlardır. Onlar gənc oğ-



 137

lanın nəzərində leylək xeyirxahlığının qoruyucularıdır. Bərk ayaqda 

Güllübəyimi də, yetimləri də  Qəşəmalının  əlindən onlar alır, onlar 

qoruyur, onlar təsəlli verirlər. Əsərin sonuna yaxın Bakıdan rəssamlıq 

texnikumunun son kursunda oxuyan ”su sonası kimi” bir qızın bu 

yerlərə  gəlməsi Qasımın  əhvalını  dəyişir, rahatlığını pozur. Lakin 

Qasımın məhəbbəti əsərdə kifayət qədər öz ifadəsini tapa bilməmişdir; 

əksinə, bu qızın özündən xeyli kiçik yetim oğlana təsiri daha artıq 

duyulur, oğlan hər dəfə onu gördükcə çiçək kimi açılır, elə bil, bahara 

düşür, çiçək açmış ağaclar görür, adını bilmədiyimiz bu oğlan az qala 

öz adını belə unudur.  

Məmməd Orucun povestində  təhkiyəçi obrazının təbiətindən 

doğan lirizm üstün yer tutur. Leyləklərin təsvirində lirizm və  rəmzi 

fikirlər daha güclüdür. Hiss olunur ki, müəllif bu povesti yazmaq üçün 

xüsusi tədqiqat aparmış, leyləklərin həyatı, xasiyyət və xarakteri ilə 

bağlı elmi-nəzəri ədəbiyyatı diqqətlə öyrənmiş, bilavasitə müşahidələr 

aparmışdır. Leyləklərin məhəbbət və mübarizəsinin, yaşayış  tərzinin 

təsviri povestdə  təsirlidir. Leyləklərin bala çıxarma prosesini və bu 

zaman ana leyləyin necə gözəlləşdiyini, onların sağlam nəsil uğrunda 

mübarizəsini müəllif inandırıcı detallarla təsvir etmişdir. Qəşəmalı 

leyləklərin yuvasına da əl uzadır, yuvadakı leylək yumurtalarından 

birini qaz yumurtası ilə  əvəz edir. Bu təhqirə dözməyən ana leylək 

özünü təndirə vurub yandırır, ata leylək isə qaz balasını göyə qaldırıb 

yerə  çırpır. Qəşəmalının hiyləsi ilə düşmənə çevrilən sevgili 

leyləklərin bu cür təsvirində  təsirli cizgilərlə yanaşı, rəmzi məna da 

var: burada dirilik və mübarizə üçün sağlam nəsil yetişdirmək ideyası 

təlqin edilir: ”... leyləklər bəzən özlərinin də  xəstə, zəif balalarını 

yuvadan çıxarıb tullayırlar ki, soyları, kökləri korlanmasın, dünyaya 

xəstə, zəif leylək gəlməsin, leylək güclü, sağlam olmalıdır ki, uzaq 

uçuşlara tab gətirsin, uzaq uçuşlarda leylək səfini, leylək ordusunu 

pozmasın.” Bu ”uzaq uçuşlar” insan övladının da mənəvi və fiziki 

sağlamlığını qorumağı  tələb edir. İ.Hüseynov,  Ə.Əylisli və başqa-

larında olduğu kimi, Məmməd Orucun nəsrində də səciyyəvi detalların 

təkrarı lirizmi artırır: ”dibinin daşı, çınqılı, yosunu görünən sularda”, 

”Vasyanın oğlu və su sonası kimi Nadejda adlı arvadı” və s. kimi 

ifadə-detallar təkrar olunduqca xatirələr oyadır.  

Məmməd Oruc da yumorsuz keçinmir. Povestdə yumor və 

istehza daha çox Qəşəmalı ilə bağlıdır. Dəryaçadan tutulmuş balığın 

oğurluq olduğunu dedikdə ”çayı bizim, suyu bizim, balığı  oğurluq 

olur” deyə mövcud qanunlara istehza ilə cavab verir. Küsüb heç kimi 

dindirmədikdə ”Qəşəmalı Dumandan başqa (itin adıdır - Q.K.) heç ki-



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə