Азярбайжан Республикасы Мцдафия Назирлийи


Mülki Müdafiə qərargahları və onların əsas vəzifələri



Yüklə 226 Kb.
səhifə16/19
tarix14.03.2023
ölçüsü226 Kb.
#102457
1   ...   11   12   13   14   15   16   17   18   19
M-1təzə

Mülki Müdafiə qərargahları və onların əsas vəzifələri.
Azərbaycan Respublikasının Mülki Müdafiə sistemi qarşısında bir sıra mühüm vəzifələr durur. Bu vəzifələri həyata keçirmək üçün, Respublikanın nazirliklərində, komitələrində, baş idarələrində, təsərrüfat obyektlərində, tədris müəssələrində və Mülki Müdafiə qərargahları yaradılır.
Mülki Müdafiə qərargahları Mülki Müdafiənin əsas idarəetmə orqanı olub, Mülki Müdafiə üzrə tədbirlər planını hazırlayır. Qərargahlar həmçinin nəqliyyat, yol-körpü, yanğından mühafizə, hidrometeoroloji, maddi - texniki təminatı, inzibati təsərrüfat və komendant xidmətini, gizli idarəetmə işlərini də təşkil edir.


Mülki Müdafiə qərargahları aşağıdakı kimi təşkil edilir:

  • Azərbaycan Respublikası Fovqəladə Hallar Nazirliyinin tərkibində Mülki Müdafiə işinin Təşkili Baş İdarəsi və qoşun hissələri;

  • Nazirliklərin, Dövlət Komitələrinin, Baş İdarələrin Mülki Müdafiə qərargahları;

  • Şəhər (rayon) İcra Hakimiyyəti başçılarının aparatı nəzdində Mülki Müdafiə qərargahları;

  • Birliyin, idarənin, təşkilatın, müəssisənin və təsərrüfat obyektinin nəzdində Mülki Müdafiə qərargahları;

  • Yerlərdə – idarənin müvafiq şöbəsi, bölməsi, xidməti, qrupu hüququna malik Mülki Müdafiə qərargahları.

Regional şöbələr bilavasitə Mülki Müdafiənin təşkili baş idarəsinin rəisinə tabedirlər və bütün inzibati rayonları əhatə edən müvafiq zonalarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Ağdam, Cəbrayıl, Şamaxı, Lənkəran və Naxçıvan) Mülki Müdafiə orqanlarının fəaliyyətini əlaqələndirir və ona nəzarət edirlər.
Kənd rayonlarının Mülki Müdafiə qərargahları əlavə olaraq kənd təsərrüfatı heyvanlarının, bitkilərinin, bitkiçilik və heyvandarlıq məhsullarının, ərzaq xammalının və yemlərin radioaktiv, kimyəvi və bakterioloji zəhərlənmələrdən müdafiəsi üzrə tədbirləri müəyyənləşdirir, planlaşdırır və həyata keçirilməsinə nəzarət edirlər.



Yüklə 226 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə