Азярбайжан Республикасы Мцдафия Назирлийи


Qərargahların əsas vəzifələri aşağıdakılardır



Yüklə 226 Kb.
səhifə17/19
tarix14.03.2023
ölçüsü226 Kb.
#102457
1   ...   11   12   13   14   15   16   17   18   19
M-1təzə

Qərargahların əsas vəzifələri aşağıdakılardır:
I. Dinc dövrlərdə:

  1. Mülki Müdafiə planlarını hazırlamaq və onu təhlil etmək;

  2. Mülki Müdafiə üzrə əhalinin hazırlığını təşkil etmək;

  3. İdarəetmə, rabitə və xəbərdarlıq sistemlərini yaratmaq və onların fasiləsiz işləməsini təmin etmək.

II. Fövqəladə hadisə zamanı:

  1. Rəhbər heyəti, Mülki Müdafiə qüvvələrini və bütün əhalini yaranmış vəziyyət haqqında xəbərdar etmək;

  2. Xilasetmə işlərini görmək üçün Mülki Müdafiə qüvvə və vasitələrinin qruplaşmalarını təşkil etmək;

  3. Mülki Müdafiə kəşfiyyatını və dozimetrik-kimya nəzarətini təşkil etmək;

  4. Yaranmış vəziyyətdən nəticə çıxarmaq, vəziyyət barədə qonşu rayon və obyektləri xəbərdar etmək;

  5. Hərtərəfli təchizatı təşkil etmək;

  6. Məxfilik rejiminin saxlanması və xidməti sirrin qorunması tədbirlərini həyata keçirmək.

Mülki Müdafiə qərargahları əsas diqqəti Mülki Müdafiə tədbirlərinin vaxtında yerinə yetirilməsinə yönəltməlidir. Bu tədbirlər kollektiv mühafizə qurğularının tikilməsi, fərdi mühafizə vasitələri fondunun yaradılması, Mülki Müdafiə qüvvələrinin təşkili, onların hazırlığı, fövqəladə hadisələr zamanı obyektlərin sabit işinin təşkilindən ibarətdir.
Hər bir qərargah, bütün Mülki Müdafiə tədbirlərinin yerinə yetirilməsini istənilən şəraitdə təmin etməyə qadir olan yığcam və intizamlı kollektiv olmalıdır.
Yuxarı instansiyada duran qərargahların yüksək tələbkarlığı və dəqiqliyi tabelikdə olan qərargahlara nümunə olmalıdır. O, öz vaxtının çox hissəsini (70%) tabeliyində olan qərargahlara və Mülki Müdafiə qüvvələrinə sərf etməlidir.
Qərargahın tərkibi obyektin ştat üzrə işçilərindən yaradılır və obyekt rəhbərinin əmri ilə rəsmiləşdirilir.
Qərargah işçilərinin tərkibi obyektin xüsusiyyətindən, tabeçiliyindən və işçilərin sayından asılıdır.


Mülki Müdafiə qərargahı rəisinin vəzifələri:
– qərargahın işini təşkil edib ona gündəlik rəhbərlik etmək, bölmə və xidmət rəislərinin işlərini əlaqələndirmək;

    • yaranmış vəziyyət haqqında məlumat toplamaq, onları təhlil edib öyrənmək, obyektin rəhbərinə və yuxarı qərargahlara çatdırmaq;

    • tabeliyində olan Mülki Müdafiə qüvvələrindəki həqiqi vəziyyəti bilmək, həmçinin onlara verilmiş tapşırıqların yerinə yetirilməsinin gedişindən daim xəbərdar olmaq;

    • obyekt rəhbərinin göstərişi ilə Mülki Müdafiə planını hazırlamaq və onun yerinə yetirilməsinə nəzarət etmək;

– Mülki Müdafiə tədbirlərini təşkil edib həyata keçirmək üçün zəruri hesablamaları və təklifləri hazırlamaq;
– obyektdə rabitəni təşkil etmək və gizli idarəetmə tələblərinin həyata keçirilməsinə nəzarət etmək;
obyektdə olan işçilərin, fərdi mühafizə vasitələrinin, xilasetmə texnikalarının və başqa maddi vasitələrin sayını həmişə bilmək, həmçinin onların gündəlik uçotunun aparılmasına rəhbərlik etmək;
– xilasetmə dəstələrini fəlakət zonalarına yola salmadan qabaq, onları təlimatlandırmaq və zəruri olan hər şeylə təmin olunmalarını yoxlamaq.



Yüklə 226 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə