4
P.İ.Kıçkov; İ.Y.Kittarı; P.M.Yerçenko; F.F.Bobrov; A.Y.Arxangelski; V.V.Linde;
prof.Q.N.Kukin; A.H.Solovyov və s. misal göstərmək olar.
Buraxıhş işi «Üzvi və qeyri-üzvi liflərdən olan parçaların keyfıyyətinin
ekspertizası» nin həsr edilmişdir. İşin I bölməsində nəzəri cəhətdən iplik və
sapların keyfıyyət göstəriciləri və keyfiyyətin qiymətləndirilməsi verilmişdir.
II bölmələr tədqiqat hissəyə aid edilir. Bu bölmələrdə geniş tədqiqat işlərinin
analizi və əsaslandırmaları faktlarla izah edilir. Sonra iplik və sapların parçanın
istehlak xassəsinə təsirindən bəhs edilərək göstərilir ki, müasir dövrdə hansı çeşidli
parçaların istehsah məqsədəuyğundur.
5
BÖLMƏ I. NƏZƏRİ HİSSƏ
1.1. İPLİK VƏ SAP HAQQINDA MƏLUMAT, ONLARIN ALINMASI VƏ
STRUKTURASI
Parça polotnosunun əsasını iplik və saplar təşkil edir. Çünki parça iki sistem
sapdan, yəni əriş və arğac sapının bir-birilə çarpaz toxunmasından əmələ gəlir.
Toxunan parçanın gələcəkdə istismar zamanı meydana çıxan bütün istehlak
xassələri deməkolar ki, onun toxunduğu iplik və sapın tərkibindən, quruluşundan,
parçada toxunma qaydasından bilavasitə asılıdır.
Əyilmə üsulundan asılı olaraq bütün toxuculuq sapları ipliyə (müəyyən
uzunluğa malik liflərdən alınTr), sapa (sonsuz kimyəvi liflərdən alınır), kompleks
saplara və mono saplara ayrılır. Müəyyən uzunluğa malik olan liflər təbii liflərdir
ki, buna pambıq, kətan, yun, kimyəvi liflərdən alınan ştapel lifləridir.
İpliklərdə olan qısa liflər əyrilmə prosesində bir-biri ilə sürtünmə gücü ilə
bağlanır. İpliyin xassəsi onun lif tərkibi ilə birlikdə, həmçinin onun əyrilmə üsulu
ilə də
STX
əlaqədardır. İpliyin əyrilməsi aşağıdakı proseslərdən ibarətdir:
1. Xammalın seçilməsi və lif kütləsinin təmizlənməsi;
2. Lifın didilməsi və lif kütləsinin təmizlənməsi;
3. Lifin daranması;
4. Lif lentinin bərabərləşdirilməsi;
5. Lif lentinin nazildilməsi;
6. Nəhayət ipliyin əyrilməsi.
Əyirmə axırıncı proses olub, burulmuş ipliyin kağız-karton patronlara
sarınmasıdır. Burulma hər bir lif üçün müxtəlif olub, müəyyən sərhəddə qədər
alınan ipin möhkəmliyini artırır, ipliyin sıxlaşdırır, codlaşdırır və onun en kəsiyini
azaldır.
Pambıq, ipək iplikləri darama, qreb və aparat, yun ipliyi aparat və qrep, kətan
ipliyi quru və yaş halda əyrilir.
Kimyəvi liflərdən olan ipliklər istənilən əyirmə sistemi ilə alına bilər.
Yuxarıda göstərdiyimiz kimi bütün əyirmə növləri əyirici maşınlarda yerinə
yetirilir.
6
Bu üsulla əyirilən ipliklər çox əmək tələb etdiyindən axır zamanlar iplik və
sapların əyirilməsində aşağıdakı üsullardan istifadə edilir.
Pnevmatik üsulla ipliyin əyrilməsi;
Pnevmomexaniki üsulla ipliyin əyirilməsi.
Hər iki üsul aerodinamik qanuna əsaslanır. Yəni, ipliyi əyirmək üçün müəyyən
edilmiş kameradan ona hava axını təsir göstərir və bu zaman mərkəzdənqaçma
qüvvənin təsiri nəticəsində lif və saplar bir-birinə dövrü olaraq dolaşır.
Pnevmomexaniki üsulla ən çox qısa liflər, yəni pambıq lifındən iplik əyrilir.
Pnevmatik üsulla isə sonsuz liflərdən saplar alınır.
Parça istehsalında həm bircinsli, həm də çoxcinsli iplik və saplardan istifadə edilir.
Ümumiyyətlə, parça toxunuşunda müxtəlif növ iplik və saplardan geniş istifadə
edilir. Bu çoxluğu bir çox sənətşünasdlar qələmə alaraq təsnifləşdirmiılər.
Bunlardan biz S.S.Kolyadenko, V.T. Mesyaçenkonun təsnifləşdirməsindən istifadə
edirik. Onların verdiyi təsnifatda iplik və saplar xammal tərkibinə, alınma üsuluna,
quruluşuna, bəzək növünə və təyinatına görə təsnifləşdirilir. £
0
Toxuculuq sapları quruluşuna görə bir sapdan, iki və daha çox saplardan ibarət ola
bilər. Çoxsaplı saplar eşilmə yolu ilə emal edilir. Eşilmiş saplar iki və daha çox
uzununa mürəkkəb burulmamış kompleks saplardan, yaxud ipliklərdən ibarətdir.
Yadda saxlamaq lazımdırki, toxuculuq sənayesində işlədilən sapların çox hissəsi
burulmuş saplardır.
Toxuculuq malları üçün oJan iplik və saplann bəzilərinin
strukturasını (quruluşunu) xarakterizə edək.
7
Şəkil 1. Fasonlu saplar
İplik və sapın strukturası əhəmiyyətli dərəcədə parçanın təyinatını,
gigiyenikliyini, etibarlılığını, xarici görünşünü və ondan hansı məmumat ala
biJməsinin təyininə imkan yaradır.
8
1.2. TOXUCULUQDA İSTİFADƏ EDİLƏN İPLİK VƏ SAPLARIN
NÖVLƏRİ VƏ XASSƏLƏRİ
Parçaların istehlak xassələrinə, yəni onun funksionalhğına, gigiyenikliyinə,
etibarlılığma, xarici görünşünə və ondan ahnan məmulatlann istehlak xassələrinə
belə onun toxunduğu iplik və saplar əsaslı dərəcədə təsir edir.
Toxuculuq üçün olan iplik və sapların bəzilərinə qısa xarakteristika verək.
Pambıq ipliyi.
Pambıq ipliyi hazırda toxuculuq sənayesinin xammal bazasında əsas yer tutur.
O təyinatma görə toxuculuq, trikotaj, corab, toxuculuq-xırdavat, sap ipliyinə və
texniki təyinath ipliyinə, əyirilməsinə görə, kard və apparat; burulmasma görə
birsaplı, sağa, yaxud sola burulmuş; bəzəyinə görə ağardılmış, boyanmış melanj və
mulin ipliyinə; təmizliyinə görə siniflərə bölünür.
Qarışıq pambıq ipliyi pambığın süni və sintetik liflərinin qarışığından
hazırlanır. O başlıca olaraq toxuculuq və trikotaj istehsahnda aşağıdakı qarışıq
ipliklər hahnda pambıq-viskoz, pambıq-polinos, pambıq-lavsan halında istifadə
edilir.
Xalisyun iphyi.
Bu ən qiymətli xammal növüdür. O kostyumluq, donluq, paltoluq və başqa
parçalann, üst trikotaj, əlcəyin, yayahq-şərfin, dəyişək və corab məmulatlann, xalça
və toxunmamış materiallann istehsalında işlədilir. Daranmış və apparat üsulu ilə
əyrilmiş 18-30 və 60-330 teksli təksap və burulmuş iplik hahnda istehsal edilir.
Bəzəyinə görə təbii rəngli, melanj və müxtəlif rənglərə boyanıriış olur.
Qarışıq yun ipliyi iki və daha çox komponentdən hazırlanır. Ən çox yayılmış
yunun viskoz, yun-lavsan, yun-kapron və yun-nitron lif qarşığından olan
iplikləridir. Qarışıqda kimyəvi liflərin faiz miqdarı müxtəlif ola bilər.
Kətan ipliyi.
Kətan ipliyi xalis və qarışıq olur. Ahnmasına görə quru və yaş əyrilmiş
alımrnş ipliklərə bölünür. Quruluşuna görə birsaplı və əyrilmiş olur.
Dostları ilə paylaş: |