22
Məsələn, mikroskop altında sapın en kəsiyi bildiyimiz kimi ən çox çevrəyə və ya
ellepsə yaxındır ( -pambıq, kətan).
Yəni lifın en kəsiyini bir neçə dəfə ölçmekle tapırlar. Buna görə də parça liflərinin
en kəsiyini şərti olaraq düz silindr kimi qəbul etmək olar.
3. Lifm miqdarı.
İplikdə lifın miqdarını da düstur vasitəsilə hesablamaq olar.
op
N
Nb
n
(3)
Burada: n-ipliyin en kəsiyində olan lifın miqdarı;
Nb-lifın orta nömrəsi;
Nnp-ipliyin orta nömrəsini göstərir.
4. İpliyin burulması.
İpliyin burulma dərəcəsinin onun möhkəmliyinə, uzanma xassəsinə, codluğuna,
xarici görünüşünə və s. çox böyük təsiri vardır.
İpliyin burulması onun 1 m-də olan burğuların sayı ilə göstərilir. Burulmaların sayı
liflərin növündən, ipliyin nazikliyindən və təyinatmdan asılıdır.
Burulmaların miqdarını hesablamaq üçün aşağıdakı düsturdan istifadə etmək olar:
R= A V
N
~
(4)
Burada: K-l m-də olan burğuların sayı;
N-ipliyin metrik nömrəsi;
A- əmsal.
Cədvəl 7.
Buruq əmsalı
Əyilmə bucağı
Buruq əmsalı
Pambıq üçün
4-17°
90-200
Kətan üçün
2-6°
75-115
Yun üçün
3-3°
55-150
Ipək üçün
20-2°
30-90
5. İpliklərin qınlma möhkəmliyi.
23
İpliklərin möhkəmliyi onların sapınm müəyyən yüklə qırılması ilə izah olunur. Bu
əməliyyat cihazda aparılır. Möhkəmlik lifın keyfıyyətindən, əyirmə üsulundan,
burulmanın miqdarından və s. asılıdır.
6. Qınlma uzunluğu.
Qırılma uzunluğu iplik və sapları qıran zaman əmələ gəlir. Qırılma sapın öz
ağırlığı ilə bir də əlavə yük hesabına olur.
Qırılma uzunluğu aşağıdakı düstur ilə hesablamaq olar və ya:
A = N P (5)
Burada: A-qınlma uzunluğu, m;
N-sapın nömrəsi;
P-sapın möhkəmliyi, qr ilə göstərilir.
7. İpliklərin hamarlılığı.
İpliyin xüsusiyyəti onun əsas keyfıyyət göstəricilərindən biridir. İpliyin bu
xassəsi onun nömrəsindən, qov verilmə dərəcəsindən və s. asılıdır.
İplik hamar olmadıqda toxunma zamanı yüksək keyfıyyətli məhsul almağa
mane olur. Buna görə də hazırkı əyirmə sənayesinin qarşısında qoyulmuş
məqsədlərdən biri də odur ki, hamar və bərabər lif istehsal edilsin.
İpliklərin bərabərliyin tapmaq üçün mikroskop altında ölçüb hesablayırlar.
Eyni zamanda ipliyin diametrini ölçən zaman əldə edilən məlumat onun
bərabərliuyinin təyin edilməsinə imkan yaradır.
Ümumiyyətlə, sapın və ipliyin keyfıyyəti lifın keyfıyyətindən, lifın
qatışdırılmasından,
didilməsindən,
yumşaldılmasından
və
düzgün
emal
edilməsindən asılıdır.
24
BÖLMƏ II. TƏDQIQAT HİSSƏSİ.
2.1. TƏDQİQAT OBYEKTİNİN SEÇİLMƏSİ.
Tədqiqat üçün prof.Q.N.Kukin və prof.A.N.Solovyovun tədqiqatları əsasında
toxuculuqda istifadə edilən müxtəlif növ və quruluşa malik olan iplik və saplar
götürülmüşdür. Lif tərkibinə görə təbii, həm kimyəvi liflərdən alınan iplik və
saplar nəzərdən keçirilir. Çünki iplik və sapların lif tərkibindən və quruluşundan
asılı olaraq xassələri dəyişir, bu da bilavasitə ondan istehsal olunan parçanın
istehlak xassəsinə təsir edir. Bizim də məqsədimiz həmin dəyişikləri öyrənməkdən
ibarətdir. Ona görə də biz əvvəlcə pambıq, kətan, yun, təbii və kimyəvi ipəyin
keyfiyyət göstəricilərini vermişik. Ondan sonra həmin iplik və saplardan toxunan
parçaların istehlak xassələrinə bu sapların necə təsir etməsini tədqiq etmişik.
Parçaların hiqroskopliyini təhlil etdikdə tədqiqat üçün bilavasitə ştapeL polotnosu
(viskozdan, kaprondan, ipəkdən) pambıq, parça, lavsan iplikli parça, qarışıq
iplikdən polotno (70% kapron 30% ipək; 50%o kapron və 50%> ipək; 30%o
kapron və 70%> ipək) istifadə edilmişdir.
Parçanın gigiyenik xassələrini təyin etdikdə zərif yundan olan parça, cod
yundan mahud parça, kostyumluq pambıq parça, sıxlaşdırılmış dəyişəklik parça,
qrebyun parça, orta sıxlıqlı dəyişək parça və tənzif götürülmüşdür.
Parçanın istilik saxlamağı yoxlanarkən pambıq, bez, şüşə parça, pambıq
flanel, yun parça, pambıq və viskozdan, odeyal, qarışıq yun vaylok, şüşə vaylok,
geyim üçün vatin, süni xəz, iki qat pambıq vatin, ştapel üçün mahud, flanel,
moleskin, yun dioqanal, bez götürülmüşdür.
Parçanın mexaniki xassələrini tədqiq etdikdə xam pambıq parça polotno, sarja
və sətin toxunuşlu; flanel sətin toxunuşlu viskoz, asetat və neylon parçalar sarja
toxunuşlu götürülmüşdür.
25
2.2. PARÇANIN İSTEHLAK XASSƏSİNİN
FORMALAŞMASINDA İPLİK VƏ SAPLARIN LİF TƏRKİBİNİN VƏ
QURULUŞUNUN ROLU.
2.2.1. Pambıq lifinin tərkibi, quruluşu və xassəsi.
Məlumdur ki, parçaların istismar və gigiyenik xassələri onların həmçinin,
estetik xassələri həmin parçanın istehsalına sərf edilən toxuculuq liflərinin
quruluşundan və xassələrindən asılıdır. Hər bir toxuculuq lifınin özünəməxsus
quruluşu və xassəsi olmaqla yanaşı, onların həmçinin özünəməxsus xassələri vardır
ki, parçanın xassələri də müvaflq olaraq həmin xassələrdən asılıdır.
Ümumiyyətlə, toxuculuqda işlədilən liflər iki əsas qrupa ayrılır:
1. Təbii liflər;
2. Kimyəvi liflər.
Bunlar isə hər biri özülüyündə qrup və yarım qruplara ayrılır. Məqsədimiz
toxuculuqda ən çox istifadə edilən təbii və kimyəvi liflərinin xarakterizə etmək və
bu xassələrin gələcəkdə parçaların istehlak xassəsinə necə təsir etməsini
araşdırmaqdan ibarətdir.
Pambıq lifi pambıq bitkisindən alınır ki, bu respublikamızın isti rayonlarında
yetişdirilir. Pambıq lifinin uzunluğu 1 mm-dən 50 mm-ə kimi ola bilər. 20 mm
qədər uzunluqda olan pambıq lifindən toxuculuqda istifadə olunur. Buna görə də
pambıq lifinin uzunluğuna görə 3 qrupa ayırırlar: Bunlardan əyiricilik üçün
yararsız liflərin uzunluğu 1-20 mm arasında dəyişir; orta uzunluqlu liflərin
uzunluğu isə 28-37 mm olur, uzun liflərinin isə uzunluğu 35-50 mm olur.
Pambıq lifinin uzunluğu parçanın bir çox xassələrinin formalaşmasında çox
böyük əhəmiyyəti vardır. Belə ki, qısa pambıq lifındən ancaq yoğun tiftikli iplik
almaq olar. Bu ipliklərdən ancaq tiftikli parç.alardan flanel, bayka, sukno və
s. parçalan istehsal etmək mümkündür. Lakin uzun lifli pambıqdan isə nazik
və hamar, həmçinin davamlı ipliklər almaq olur ki, bunlardan daha yüksək
Dostları ilə paylaş: |