Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 375,3 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix06.02.2018
ölçüsü375,3 Kb.
#26424
1   2   3   4   5   6   7   8   9   ...   13

 

Yaş  üsulla  əyirmə  üsulunda  əyirici  maşınlar  qaynar  su  saxlayan  yeşiklərlə 



təchiz  edilir.  Yaş  üsulla  əyrilən  iplik  nisbətən  nazik  200-13  teksə  qədər  olur.  O 

hamar  və  davamlı  olur.  Kətan  ipliyi  ən  çox  toxuculuq  və  xalça  istehsalında 

işlədilir. 

İpək ipliyi. 

Burulmamış  ipək  sap  xam  ipək  adlamr  və  toxuculuqda  bir  neçə  qat  (2-4-  və 

daha çox) işlədilir. Burada əriş və arğac sapları bir-birindən fərqlənir. 

Əriş  sapı  xam  ipəkdən  olan  2-4  sapdan  ikiqat  burulmuş  sapdır.  Əvvəl  xam 

ipək  sap  bir  metrdə  400-600  buruq  olmaqla  sola  burulur,  belə  iki-üç  sap  eşilir  və 

sonra  bir  metrdə  480-600  buruq  olmaq  şərtilə  sağa  burulur.  İkincidə  əksinə, 

burulma zamanı birinci  burulma bir  neçə  dəfə azalır,  bunun  nəticəsində  burulmuş 

yumşaq sap alınır. 

Arğac sapı-2,5 və daha çox xam ipək sapdan ibarət olub, 1 metrdə 125 buruq 

olan sağa, yaxud sola burulmuş sapdır. Bu sap yumşaq, düz, hamar, 9,1-7,1 teksli 

olur. 

İpək  ipliyi  barama  tullantılarından  hazırlanır,  müxtəlif  teksli  birsaplı  və 



burulmuş olur. 

Az  buruqlu  kompleks  kimyəvi  sapın  (viskoz,  asetat,  triasetat,  kapron)  bir 

metrində 100-160 buruq olur və arğac və yaxud əriş kimi işlədilir. 

Muslin-orta  buruqlu  daha  nazik  sapdır.  Təbii  ipəkdən  olan  muslin  tək  xam 

ipək  sapın  1500-1800  dəfə  burulmasından  alınır.  Burulma  gərginliyinin  azalması 

üçün  ona  buxarla  təsir  edilir.  Nəticədə  nazik,  sıx,  tərsinə  açılmayan  sap  alınır; 

kompleks  kimyəvi  saplardan  olan  muslin  (viskoz,  asetat,  kapron)  600-800  dəfə 

burulmuş olur. 

Krep-çox  burulmuş  sapdır.  Təbii  krep  almaq  üçün  2-5  xam  ipək  2200-3200 

dəfə  burulur  və  sonra  buruqları  fıksasiya  etmək  üçün  onlara  buxarla  təsir  edilir. 

Nəticədə sap yumşalır və üzü xırda dənəvari olur. Krep sapı sağa və sola burulmuş 

olur.  Belə  sapın  növbə  ilə  parçanın  arğacı  üçün  işlətdikdə  parçanın  üzərində  krep 

effekti yaranır. 



10 

 

Krep  kompleks  kimyəvi  sapı  1500-1800  dəfə  burmaqla  alınır.  Mooskrep-



ikiqat  burulmuş  sapdır.  Təbii  ipək  mooskrepi  krep  sapının  2-3  xam  ipək  sapla 

eşilməsindən  alınır.  Mooskrep  süni  ipək  sapından  (viskoz,  asetat)  eşilmə  və  krep 

sapının  sonrakı  eşilmə  krep  sapı  istiqamətində  təxminən  500  dəfə  burulmasından 

alınır. Krep sapı əsasdır, xam ipək sapı geydirmədən o əsas sapa sarınır. Mooskrep 

bir tərəfdən xam ipək kimi yumşaq olur, digər tərəfdən krep kimi yığılır. 

Monosap kimyəvi tərkibi, nomrəsi, en kəsiyinin görünüşü ilə fərqlənir. 

Toxuculuq  sənayesində  ən  çox  parlaq  və  tutqun,  1,7-6,6  teksli  olan  kapron 

monosaplar  tətbiq  edilir.  Metallaşdınlmış  sap  parça  və  trikotajın  xarici 

görünüşünün yaxşılaşdırılması və bədii tərtibatı üçün tətbiq edilir. Metal saplardan 

başqa,  metanit  və  plastileks  də  işlədilir.  Metanit-səthinə  alüminium  təbəqəsi   

çəkilmiş      0,2-0,4      mm      enində      poliefır      plyonkanın      zolağından  ibarətdir. 

Poliefir  plyonkası  rəngsiz,  yaxud  boyanmış  ola  bilər.  Plastileks  boyanmış  və 

metallaşdırılmış plyonkanın zolaqları kəsilməsindən alınır. 

Fasonlu saplar başqa saplardan xarici görünşündəki effekti ilə fərqlənir. Onlar 

orijinal  quruluşlu  parçaların  istehsalına  işlədilir.  Fasonlu  saplar  alınma  üsulundan 

asılı  olaraq  əyirmə  effektli  saplar  və  eşilmiş  effektli  saplar  bir-birindən  fərqlənir. 

Saplara əyirmə effekti əyirmə prosesində verilir. 

Eşilmiş  effektli,  fasonlu  saplar  daha  çox  müxtəlifdir.  Onlar  üçün  eyni  və 

müxtəlif lif tərkibi, müxtəlif rəng və nömrəli iki-beş sapdan ibarət çoxsaplı quruluş 

xarakterikdir.  Fasonlu  sapı  istehsal  etmək  üçün  eşmə  maşınları  xüsusi  qurğu  ilə 

təchiz edilmişdir ki, hər tərkibi sapının verilməsini və dartılmasını nizamlayır. 

Spiral-spirala  oxşar  effekti  olan  sapdır.  Bu  sap  çox  müxtəlif  növdə  istehsal  edilir 

ki, lif tərkibi, nömrəsi, burğunun miqdarı və istiqaməti ilə fərqlənir. 

Eponj-ikiqat burulmuş sap olub, az qalın, boş effektlidir. 

Düyünlü sap-müxtəlif yoğunluğa malik düyünlü sapdır. 

ilgəkli sap-ilgək quruluşlu effektlidir. 

Kombinələşdirilmiş effektli sap müxtəlif buruqların kombinasiyasından alınır. 




11 

 

Teksturalı 



saplar-bu 

quruluşunu, 

görünüşünü 

dəyişmiş 

saplardır. 

Teksturalaşdırma  termomexaniki  üsulla  əmələ  gətirilir.  Burada  hamar,  sintetik 

saplara yüksək həcmlilik, xovluluq, elastikli verilir. 

Teksturalı  saplar  yüksək  elastikliyi,  az  həcm  kütləsi,  yaxşı  örtmə  qabiliyyəti, 

quru,  yumşaqlığı,  çox  məsaməliliyi  və  bu  səbəbdən  yaxşı  isti  izolyasiya  ilə 

xarakterizə  edilir.  Beləliklə,  teksturalaşdırma  yolu  ilə  hamar  sintetik  saplara 

tamamilə  yeni  xassələr  verilir  ki,  bu  da  sintetik  liflərin  tətbiqi  sahələrini 

genişləndirməyə  ,  həmçinin  hazır  məmulatların  çeşidini  müxtəlifləşdirməyə  və 

onların  keyfıyyətini  yaxşılaşdırmağa  imkan  verir.  Teksturalı  sapların  istehsalı 

daima  artır:  sintetik  sapların  çox  hissəsi  toxuculuq  sənayesində  teksturalı  halda 

emal edilir. Teksturalı saplar bir neçə üsulla alınır: bu üsullarla alınan saplar xarici 

görünüşünə və xassələrinə görə fərqlənirlər. 



Teksturalı  kompleks  saplar  elastiklik  dərəcəsindən  və  quruluşundan  asılı 

olaraq  yüksək  dərəcədə  dartılan  (100%-dən  çox),  100%-ə  qədər  və  dartılmayana 

bölünür. 

Yüksək dərəcədə dartılan saplar kompleks poliamid saplarından  hazırlanır. 

Bundan  ötrü  iki  kompleks  sapa  yüksək  burulma  verilir  (bir  metrdə  2750-4000 

buruğu  olur),  eyni  zamanda  bir  sap  sola,  o  biri  sap  sağa  burulur.  Sonra  saplardan 

burulma nəticəsində əmələ gələn gərginliyi ləğv etmək üçün termostabilizasiyadan 

keçirilir. Daha sonra saplar açılır, bu zaman burulmadan alınan deformasiya aşkara 

çıxır  və  isti  emal  zamanı  müəyyən  edilir.  Bunun  nəticəsində  elementar  lif  spiral 

yay  formasını  alır.  Bundan  başqa  hər  iki  sap  zəif  burulur  (bir  metrdə  160-200 

buruq  olur).  2,2-15,6  teksli  elastiki  tipli  teksturalı  saplar  belə  hazırlanır.  Xaricdə 

buna  oxşar  saplar  ajilok  (İngiltərə),  brilon,  ağlon  (ABŞ),  evalon  (Çexoslavakiya), 

tayvalon  (Yaponiya)  adlanır.  Bu  saplar  çox  məsaməliliyi  (400%-ə  qədər)  ilə 

xarakterizə    olunur.    Yüksək    dərəcədə    dartılan    saplardan,    corab-noski,  idman 

məmulatları, parça, üst və alt trikotaj dəyişəyi hazırlanması üçün işlədilir. 



Dartılan  saplar  kompleks  poliamid  və  poliefır  saplarından  bir  neçə  üsulla 

alınır. Buraya qorfon, şersi, melan və belon daxildir. 




Yüklə 375,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə