Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə30/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   26   27   28   29   30   31   32   33   ...   72

93
 
dövrdə  bütün  bunlar  öyrənilir  və  yenə  də  öyrənilməlidir.  Təsadüfi  deyil  ki, 
artıq bəstəkarların əsərlərinin qarmon aləti ilə ifası özünəməxsus səs tembri 
və  ifa  texnikası  ilə  seçilir.  Tofiq  Bakıxanovun  yaradıcılığının  bəhrəsi  olan 
«Qarmon  və  xalq  çalğı  alətləri  orkestri  üçün  konsert  Zakir  Mİrzəyevin 
ifasında  xüsusi  ilə  təqdirəlayiqdir.  Belə  ki,  Zakir  Mirzəyevin  özünəməxsus 
texnikası və ifa tərzi var. Qarmon aləti haqгынda danışanda mərhum Natiq 
Rəsulovun  əməyini  xüsusi  qeyd  etmək  lazımdır.  Natiq  Rəsulov  bir  çox 
əsərləri  qarmonun  səs  diapazonuna  uyğun  fortepianoнун  müşayiəti  ilə  ifası 
üçün  ялверишли  тоналлыгда  işləyib,  kitab  şəklində  dərc  etdirmişdir. 
Xeyrulla  Dadaşov  «Qarmon  məktəbi»  tədris  kitabını  çap  etdirməklə  alətin 
inkişaf səviyyəsinə böyük kömək göstərmişlər. Qarmon haqгынda yuxarıda 
adları çəkilən dərsliklərdən başqa bir çox kitablar да yazılıb. Müasir dövrdə 
qarmona  олан  rəğbətin  nəticəsidir  ki,  musiqi  tariximizdə  məbədgah  sayılan 
Bakı  Musiqi  Kollecində  бу  алят  tədris  edilir.  Bu  fakt  alətin  professioanal 
səviyyədə tədrisinə böyük təkan vermişdir. Bakı Musiqi Kollecində qarmon 
ixtisası  üzrə  kurs  açılana  qədər  bir  çox  sənət  ocaqlarında  bu  alət  tədris 
olunurdu.  1970-ci  illərdə  qarmon  ixtisası  цзря  orta  ixtisas  təhsili  verən 
yeganə 
təhsil 
ocağı  N.K.Krupskaya  adına  Bakı  Kitabxanaçılıq 
Тexnikumunun  nəzdində  olan  «Xalq  çalğı  alətləri»  şöbəsi  idi.  İndi  həmin 
təhsil  ocağı  Mədəni-Maarif  Texnikumu  adlanır.  Hazırda  isə  bir  çox  təhsil 
ocaqları, musiqi texnikumları və musiqi kollecləri nəzdində qarmon ixtisası 
tədris edilir. Bunlara misal olaraq Soltan Hacıbəyov adına Sumqayıt Musiqi 
Texnikumunu,  Şuşa  Musiqi  Texnikumunu  və  bir  çox  təhsil  ocaqlarını 
göstərmək  olar.  Əvvəllər  qarmon  ixtisası  üzrə  yalnız  orta  ixtisas  savadı 
almaq  olуrdу.  Lakin  indi  sevindirici  haldır  ki,  qarmon  alətinə  olan  marağın 
daha  da  artdığını  nəzərə  alaraq,  qarmonçalanlar  Azərbaycan  Dövlət 
Mədəniyyət  və  İncəsənət  Universitetinin  «Musiqi  sənəti»  fakültəsinin 
«İnstrumental  ifaçılıq»  kafedrasında  ali  təhsil  almaq  imkanına  malikdirlər. 
Bütün  bunlar  alətin  gələcəkdə  daha  da  inkişaf  edəcəyinə  zəmanət  verir. 
Lakin heç də həmişə qarmon alətinə мцсбят münasibət müasir dövrdəki kimi 
olmamışdır.  Bir  çox  illər  qarmona  ikili  və  mənfi  münasibət  olmuşdur. 
Mətbuatda  tez-tez  bu  alətin  bizə  yad,  vacib  olmayan  bir  alət  olduğunu 
bildirən fikirlərə və soyuq münasibətlərə rast gəlirdik. Bir vaxtlar isə musiqi 
məktəblərində  qarmon  ixtisasının  tədrisi  məqsədəuyuğun  olmadığını  və 
alətin tədris proqramlarından çıxarılmasına tərəfdar olanlara da rast gəlirdik. 
Lakin alət yalnız öz cazibədarlığı, imkanları, səs tembrinin sayəsində tarixin 
bütün bu çətin sınaqlarından mətinliklə çıxıb, öz vacibliyi ilə xalqın ona olan 
maraq və istəyinin böyük olması ilə sübut etdi ki, heç bir alətə, həmçinin də 
qarmona  soyuq,  yad  münasibət  ola  bilməz.  Lakin  alət  illərlə  təkmilləşib  və 
təkmilləşdirilməlidir. 
Dövr,  zaman,  tarix  sübut  edir  ki,  inkişaf 
mübahisədədir.  Mübahisə  varsa,  deməli  mübahisəyə  səbəb  olan  alət 
təkmilləşəcək  və  inkişaf  edib,  cəmiyyətdə  öz  layiqli  yerini  tutacaq. 


94
 
Professional  ustad  sənətkarlarımız  tərəfindən  ifa  olunan  müxtəlif  xalqlara 
mənsub melodiyalar, xalqımızın tarixən şifahi yaddaş yolu ilə nəsildən-nəsilə 
ютцрцлян  xalq  mahnıları,  rəqsləri,  muğamları,  diringələri,  rəngləri, 
dəramədləri,  zərbi  muğamları  və  ya  istərsə  də  dahi  bəstəkarların  ölməz 
əsərlərinin ifasını dinləyərkən qarmonun imkanlarının hələ tam açılmadığının 
şahidi  oluruq.  Bütün  deyilən  fikirlər  bu  alət  haqгынda,  alətin  imkanları 
haqгынda, ustad ifaçılarımız haqгынda, onların ifa etdikləri musiqi materialı 
haqгынda оlаn məqamlardır.  
Göstərilən məqamların arxasında ustad müəllimlərin gərgin axtarışları və 
fikirləri  durur.  Bir  mükəmməl  ifaçının  professional  sənətkar  olması,  yetişib 
ərsəyə  çatması  ustad  müəllimlərin  uzun  illər  zəhmət  və  əməyi  nəticəsində 
əmələ  gələn  mürəkkəb  bir  prosesdir.  Tədris  zamanı  nəzərə  alınması  vacib 
olan  komponentlər  haqгынda  bir  qədər  ətraflı  izahat  verilməsi,  mənfi  iş 
prosesinin  analiz  edilməsi  alətin  tədris  prosesinin  inkişafına  kömək 
edəcəyinə əminlik yaradır. Belə ki, tədris zamanı qarşıya çıxan problemlərin 
düzgün  izahı  musiqiçinin  professional  səviyyəsinin  daha  çox  inkişaf 
etməsinə  kömək  edər.  Tədris  zamanı  bir  neçə  prinsip  və  tövsiyələrə  riayət 
olunması ümumi işin xeyrinə ola bilər. Yəni, ustad-müəllim tərəfindən tərtib 
edilən  gələcək  iş  planı:  nədən  başlamalı  olduğunun  təyin  ediliməsi,  dərs 
günlərinin  və  saatlarının  proporsional,  düzgün  bölünməsi,  hər  kəsin  öz 
qabiliyyətinə  görə  proqram  təyin  olunması  prinsipinə  riayət  edilməsi, 
asandan-çətinə  prinsipi  ilə  muğamın  tədrisi  zamanı  emosional  –  ifa  tərzinə 
görə  dinləyiciyə  nəyi  aşılamalı  olduğunun  izahı  verilməsi,  öz-özünə  qulaq 
asıb, onu müşayiət edən şəxslərin ifasını eşitmək qabiliyyətini, musiqi duyma 
qabiliyyətini  inkişaf  etdirib  yüksək  səviyyəyə  qaldırma  vərdişləriня 
professional tərzdə riayət olunsa, gələcəkdə həmin musiqiçinin peşəkar ifaçı 
olacağına zəmanət yaraнаr. Vacib komponentlərdən biri də odur ki, ifaçı heç 
bir sənətkarın ifasını yamsılamamalı, öz ifa tərzi, dəsti-xətti olmalıdır.  
Belə  musiqiçinin  karyerası  uzun  müddət  sənət  olimpinin  zirvəsində  qala 
bilər. 
İxtisas-not  hazırlığının  tədrisində  bütün  bu  komponentlərdən  başqa  əl-
barmaq-biləng istifadəsi texnikasının düzgün istifadə forması, düzgün oturma 
qaydası, alətə məxsus, spesifik olan körükdən istifadə texnikası, terminlər və 
musiqi nyüanslarına riayət edilməsi, tonallığın təyin edilməsi, hansı qamma 
üzərində qurulması, mənsub olduğu ladın təyin edilməsi, ixtisas proqramının 
şifahi  qavrama  yolu  ilə  tədris  faktoruna  riyaət  olunması  musiqiçinin  bir 
ифачы  kimi  inkişaf  səviyyəsinin  və  ixtisas-not  hazırlığının  profesсional 
olmasına  kömək  edəcək.  Musiqiçinin  istedadının  səviyyəsini  duyub,  onun 
lazımi  məcaraya  yönəldilməsində  ustad  müəllimin  rolu  əvəzolunmazdır. 
Qazanılan musiqi biliklərinin daha təmiz qavranılıb yadda saxlanılması üçün 
və professional, mükəmməl ifası üçün təkrar məşğələlərin rolu böyükdür. 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə