Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə28/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   24   25   26   27   28   29   30   31   ...   72

82
 
 


83
 
 


84
 
 


85
 
 


86
 
 
 
 


87
 
Müşfiqin  çalğı  alətlərimizi  vəsf  etdiyi  şeirlərdən  yalnız  bir  qismini 
ixtisarla təqdim etdik. 
 
Ədəbiyyat  
1. M.Müşfiq «Əsərləri», I jild, Bakı, «Səda», 2004. 
2. M.Müşfiq «Əsərləri», II jild, Bakı, «Səda», 2004. 
3. «İnqilab və mədəniyyət» curnalı, «Xronika» başlıqlı səhifədə «Tar konservatoriya-
dan çıxarıldı» məqaləsi, Bakı, 1929-ju il, №2. 
4. Əfrasiyab Bədəlbəyli «Tar üzərində mühakimə münasibətilə» məqaləsi, «Kommu-
nist» qəzeti, 11 yanvar 1929-ju il №9 (2515). 
5.  Hajı  Firudin  Qurbansoy  «Göylərin  lajivərd  ətəklərində»  sənədli  povesti,  Bakı, 
«Qərənfil» MMJ, 2008. 
6.  Ə.N.Fərabi  «Kitab-ül-musiqiye-əl  kəbir»,  Tehran,  «Part»  nəşriyyatı,  1996  (fars 
dilində, ərəbjədən tərjümə: Əbülfəzl Bafəndeyi İslamdust).  
7. Ə.Dağlı «Ozan Qaravəli», I kitab, Bakı, «MBM», 2006.  
 
РЕЗЮМЕ 
 
Статья написанная Аббаскулу Наджафзаде «Идиофонические, аэрофонические, 
мембранофонические и хордофонические музыкальные инструменты в творчестве 
Микаила  Мушфига»,  очень  интересна  с  точки  зрения  музыковедения.  Автор 
указывает,  что  он  столкнулся  с  20-ти  музыкальными  инструментами,    при 
расследовании  творческого  наследия  поэта.  А.  Наджафзаде  представляет  эти 
инструменты  читателю,  классифицировав  их  в  виде  таблицы.  Также  в  своей 
статье, автор даёт образцы из стихов поэта, написанные про каждый инструмент. 
 
SUMMARY 
 
The article written by Abbasgulu Najafzadeh under the title “Idiophone, aerophonik, 
membranophonik and chordophone Musical instruments in creative work of Mushfig” is 
very interesting from musicological point of view. Author points out, that he run into 20 
musical  instruments,  when  investigating  poet’s  oeuvre.  A.Najafzadeh  presents  these 
instruments  to  the  reader,  classifying  them  in  the  form  of  a  chart.  Also,  in  his  article, 
author is giving examples of poet’s poetry about each musical instrument.  
 
Rəyçi: Sənətşünaslıq namizədi, professor Vaqif Əbdülqasımov; filologiya 
elmləri namizədi Firudin Qurbansoy.  
 


88
 
AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI 
“KONSERVATORİYA» № 2, mart-aprel 2009 
________________ 
 
Alətşünaslıq. Органология 
 
 
Təranə ƏLİYEVA 
 Azərbaycan Milli Konservatoriyasının baş müəllimi 
 
MƏHƏMMƏD FÜZULİNİN 
“SAQİNAMƏ”SİNDƏ QANUN ALƏTİ 
 
Dahi  Azərbaycan  şairi  Məhəmməd  Füzulinin  fars  divanında  özünə  yer 
alan  “Saqinamə”si  “Həft  cam”  (“Yeddi  cam”)  adı  ilə  də  tanınır. 
“Saqinamə”də  musiqi  alətlərindən  ney,  dəf,  çəng,  ud,  setar  və  qanunu 
şəxsləndirilərək mütrüblə bərabər şairin irfani fikirlərini ifadə edir. Füzulinin 
bu əsərinə istinad edərək tədqiqatçılar [3, 4] onun dövründə yayılan alətlərin 
müəyyən edilməsində və şairin düşüncəsinin açıqlanmasında bir mənbə kimi 
istifadə etmişlər. Aşağıda sonuncu camın keyfiyyətini qanun vasitəsilə izahı 
daha ətraflı verilir. 
Musiqi  alətləri  sırasında  qanun  sonuncu  olaraq  təqdim  edilməklə 
başqalarından daha kamil olduğu nəzərə çatdırılır. Bəhsdə qanunun quruluşu, 
ifa tərzi və təsir dairəsi haqqinda beytlərə rast gəlirik: 
 
Çəh Qanuni yeki türfeyi-sənduği-raz 
Dərəş xazini-mərifət kərdə baz. [1, 699] 
 
Tərcüməsi: 
 
Sir sandığına xeyli onun oxşarı vardı 
Qapsını əqil xəznədarı təkcə açardı. [2, 160] 
 
Mərifət  xəzinələrinin  açarı  içində  olan  sirli  sandıq  kimi  təqdim  edilmiş 
qanun  aləti  sirri  açılmamış  kainatla  müqayisə  olunur.  On  iki  bürcün  altı 
cəhətlə  hasili  yetmiş  iki  edir.  Bu  həm  İslam  dinində  batil  inanca  tapınan 
təriqətlərinin, həm də qanun musiqi alətindəki simlərin sayıdır. 
Qanunda  iyirmi  səkkiz  qamma  ifa  oluna  bilir.  Bu  da  ayın  iyirmi  səkkiz 
mənzilini  ifadə  edir.  Ay  təzə  çıxan  hilal  vəziyyətindən  batana  qədər  iyirmi 
səkkiz gün ərzində iyirmi səkkiz vəziyyətdə görünür. Təfsirçilərin qeydlərinə 
görə,  İdris  əleyhissəlam  dünyada  ilk  əlifbanı  ayın  iyirmi  səkkiz  mənzilinə 
uyğun  olaraq  iyirmi  səkkiz  hərfdən  ibarət  yaratmışdır.  (İslam  Şərqində  not 
yazılışı  sistemi  bu  iyirmi  səkkiz  hərf  və  hərf  birləşmələri  ilə  işarə 
edilməkdədir.) 


89
 
Mövlanə Məhəmməd Füzuli гanunun metal simlərini gümüş  yüklü gəmi 
ilə müqayisə edir. Ona görə, ehtimal etmək olar ki, гядимдя qanunun simləri 
gümüşdən hazırlanırmış: 
 
Gəşti ke ura bovəd simi bar 
Dəryaəş mövc əfkənd bər kənar. [1, 704] 
 
Sətri tərcüməsi: 
 
Elə bir gəmi ki, onun yükü gümüşdür 
Dənizin dalğaları onu çıxarmışdır. 
 
Qanunun  üst  səthinə  diqqətlə  nəzər  yetirdikdə  gəminin  göyərtəsinə 
bənzətmək  olar.  Şair  bu  bənzətməsi  ilə  böyük  ustalıqla  musiqi  alətinin 
təsvirini rəssam kimi əyani canlandırır. 
Alətin simləri haqqında “Saqinamə”nin başqa beytlərində də bənzətmələr 
var: 
 
Be Qanun məkon razi-delra əyan,  
Ke darət beizhari an səd rəban. [1, 707] 
 
Tərcüməsi: 
 
Qanundan uzaq gəz, ona sirr açma, kənar dur,  
İzhar eləməkçün çün onun yüz dili vardır. [2, 163] 
  
Yüz dilli olmaq qanunun çox simli olmağına işarədir. 
Bir sıra başqa simli alətlərdən fərqli olaraq qanunda pərdə sistemi yoxdur. 
Şair  pərdəsizliyi,  aradan  pərdənin  götürülməsi  məqamını  da  “yüz  dilli” 
ifadəsi ilə qələmə almışdır. 
“Saqinamə”də Məhəmməd Füzuli qanunun ifa texnikası barədə də müəy-
yən işarələr etmişdir: 
  
Çu lövhi ke nəqqaş girəd be piş 
Konəd vərzeşe-nəğşə ta kare-xiş. [1, 704] 
 
Sətri tərcüməsi: 
 
Nəqqaş ki lövhəni qarşısına çəkib durub 
Üzərində öz nəqşləndirmə məşqini edir. 
 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə