AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
KONSERVATORİYA
ELMİ NƏŞR
№ 2
mart-aprel
Bakı – 2009
2
TƏSİSÇİ:
AZƏRBAYCAN Milli Konservatoriyası
REDAKSİYA HEYƏTİ:
Siyavuş Kərimi
Vasim Məmmədəliyev
Zemfira Səfərova
Rəna Məmmədova
Akif Quliyev
Vaqif Əbdülqasımov (baş redaktor)
Firudin Qurbansoy (məsul katib)
Abbasqulu Nəjəfzadə (redaktor)
«Konservatoriya» elmi curnalı ildə 6 dəfə (iki aydan bir) nəşr edilir. Dər-
gidə AZƏRBAYCAN , İngilis, Rus və başqa dillərdə məqalələr dərj olunur.
«Konservatoriya» - elmi curnalı AZƏRBAYCAN Milli Konservatoriyasının
Elmi Şurasının 26 dekabr 2008-ji il tarixli 7 saylı protokolu ilə təsdiq edilmiş,
AZƏRBAYCAN Respublikası Ədliyyə Nazirliyində 17.12.2008-ji il tarixdə (2770
saylı Şəhadətnamə) qeydə alınmışdır.
_________________________________________________________
Ünvan: Az 1073, Bakı ş., H.Cavid prospekti, 506-cı məhəllə.
Tel.: (012) 439-01-38, (050) 395-86-42; (050) 346-90-49
www/conservatory.az
3
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
«KONSERVATORİYA» № 2, mart-aprel 2009
________________
Ön söz
Siyavuş KƏRİMİ
Azərbaycan Milli Konservatoriyasının
rektoru, xalq artisti, professor
MUĞAMIN TƏNTƏNƏSİ
Beynəlxalq Muğam Festivalı təntənələrinin keçirilməsi ilk növbədə Bakı
şəhərinin İslam mədəniyyətinin paytaxtı olduğunu bir daha gündəmə gətirdi,
səviyyəsini yüksəltdi. Dünyada ilk dəfə, olaraq belə bir tədbirin Azər-
baycanda keçirilməsi nəinki ölkəmizin musiqi mədəniyyətində, ümu-
miyyətlə, dünya musiqisi tarixində möhtəşəm bir hadisədir. Səmərqənd şəhə-
rində keçirilən muğam deyil, folklor festivalıdır. Rəqs, müxtəlif janrlar,
orada ümumiyyətlə, folklor sahəsi istiqamətindədir. Səmərqənd şəhərində
qədim musiqi tarixinin araşdırılması sahəsində 30 ildən artıq bir müddətdə
keçirilən folklor festivalıdır, bu vaxt həm də elmi simpozium keçirilir. Özbək
qardaşlarımız bu sahədə çox təcrübəlidirlər.
Sırf Beynəlxalq Muğam Festivalının ilk dəfə Azərbaycanda keçirilməsinə
baxmayaraq, o, Özbəkistanın Səmərqənd festivalından heç də geri qalmadı.
Hətta, bəzi istiqamətlərdə onu üstələdi də...
Festivalda müxtəlif istiqamətlər oldu, həm simfonik muğamlar, muğam
operaları, həm də caz-muğam ifa edildi. Bakıya bir çox muğam
tədqiqatçıları, alimlər gəlmişdi. Bütün bunlar Azərbaycan muğamının
inkişafının tarixində, inkişaf xəttinin, musiqinin müxtəlif janrlarına təsirini və
bu təsir nəticəsində meydana gəlmiş yeni janrlar nümayiş edildi. Digər
ölkələrin muğam, makam və makamat sənətinin mahir ifaçıları ifa
bacarıqlarını nümayiş etdirdilər. Hesab edirəm ki, dünya musiqi sferasında
tarixi bir hadisə olan bu festival muğamın böyük perspektivli bir musiqi
istiqaməti olduğundan xəbər verdi.
Bu festival çərçivəsində Beynəlxalq Muğam müsabiqəsi keçirildi. Beynəl-
xalq Muğam müsabiqəsində muğam və yaxud muğama yaxın olan musiqilər
ifa olundu. İfaçılar üçün 35 yaş həddi qoyulmuşdu. Bir çox ölkələrin
nümayəndələri «Qarabağ şikəstəsi», «Bayatı-Şiraz» və başqa Azərbaycan
muğamlarını ifa etmələri onların Azərbaycana hörməti kimi qiymətləndirmək
olardı.
İfaların dəyərləndirilməsi böyük çətinlik yaradırdı, üstəlik milli seçimlə
də ola bilməzdi, yəni bu pisdir, flan yaxşıdır. Hər bir xalqın öz mədəniyyəti
var, o mədəniyyətə sadəcə olaraq, baş əymək lazımdır və onu
4
dəyərləndirməmək düzgün olmazdı.
Beynəlxalq Mugam Festivalının proqramı çox maraqlı tərtib olunmuşdu.
Festivalın proqramına nəzər yetirəndə əlvan, rəngarəng, bir-birindən maraqlı
tədbirləri, konsertləri bir daha məmuniyyətlə xatırlayıram:
18 mart saat 18
00
.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı.
Üzeyir Hacıbəyli «Koroğlu» operası. Solistlər: Samir Cəfərov və İlahə
Əfəndiyeva.
19 mart saat 19
00
.
Azərbaycan Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti. Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri. Bədii rəhbər və baş dirijor:
Rauf Abdullayev. Proqramda: Fikrət Əmirovun «Şur», «Kürd-Ovşarı»,
«Gülüstan Bayatı-Şiraz» simfonik muğamları.
20 mart saat 18
00
.
Beynəlxalq Muğam Mərkəzi. Beynəlxalq Muğam Fes-
tivalının açılış mərasimi və konsert.
21 mart saat 17
00
. Beynəlxalq Muğam Mərkəzi. «Rast» muğam dəstgahı,
Mənsum İbrahimov (Azərbaycan). «Maraghi» ansamblı. Solist: Sepideh
Raissadat (İtaliya). «Əl Kindi» ansamblı. Solist: Omar Sarmini (Suriya).
«Bayatı-Şiraz» muğam dəstgahı, Mələkxanım Əyyubova (Azərbaycan). Saat
21
00
. Caz – Mərkəzi. Azərbaycan caz ifaçılarının konserti. Etno-caz musiqisi
axşamı.
22 mart saat 18
00
. Beynəlxalq Muğam Mərkəzi. «Segah» muğam dəstga-
hı, Ağaxan Abdullayev (Azərbaycan). «Anqam Al Rafidain» ansamblı. So-
list: Taha Qərib Al Alak (İraq). Ayşemqul Memmet (Çin). Saat 18
00
. Azər-
baycan Dövlət Akademik Opera və Balet Teatrı. Üzeyir Hacıbəyli «Leyli və
Məcnun» operası. Solistlər: Aygün Bayramova və Səbuhi İbayev.
23 mart saat 18
00
. Beynəlxalq Muğam Mərkəzi. «Hümayun» muğam dəst-
gahı, Səkinə İsmayılova (Azərbaycan). «Şüştər» muğam dəstgahı, Nuriyyə
Hüseynova (Azərbaycan). «Nahda» ansamblı. Solist: Taoufik Himmiçi
(Mərakeş). «Çargox» ansamblı. Solist: Nodira Pirmatova (Özbəkistan). Saat
19
00
. Azərbaycan Dövlət Filarmoniyası. Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestri və Xor Kapellasının konserti. Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri. Bədii rəhbər və baş dirijor:
Rauf Abdullayev. Azərbaycan Dövlət Xor Kapellası. Bədii rəhbər: Gülbacı
İmanova. Proqramda: Niyazi «Rast» simfonik mugamı. Aqşin Əlizadə
Simfoniya №4, «Muğamvari». Nazim Əliverdibəyov «Bayatı-Şiraz» xor
muğamı. Cahangir Cahangirov «Füzuli» kantatası. Solist: Aygün
Bayramova. Saat 21
00
. Caz – Mərkəzi. Azərbaycan caz ifaçılarının konserti.
Etno-caz musiqisi.
24 mart saat 18
00
. Beynəlxalq Muğam Mərkəzi. «Çahargah» muğam dəst-
gahı, Alim Qasımov (Azərbaycan). Müzəffər Şafıi (İran). Hüseyn Əl Ədhəmi
(İraq). Saat 18
00
. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı.
Dostları ilə paylaş: |