5
Zülfüqar Hacıbəyov «Aşıq Qərib» operası. Solistlər: Gülyaz Məmmədova və
Səbuhi İbayev.
25 mart saat 14
00
. Beynəlxalq Muğam Mərkəzi. «Şur» muğam dəstgahı,
Zabit Nəbizadə (Azərbaycan). «Əl Ədvar» ansamblı. Solist: Aişə Redvan
(Misir). Vasumati Badrinatan (Hindistan). Saat 18
00
. Heydər Əliyev Sarayı.
Beynəlxalq Muğam Festivalının təntənəli bağlanış mərasimi və yekun
konsert.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri. Bədii rəh-
bər və baş dirijor: Rauf Abdullayev.
Qədim Musiqi Alətləri Dövlət Ansamblı. Bədii rəhbər: Məcnun Kərimov.
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri. Bədii rəhbər və baş
dirijor: Ağaverdi Paşayev.
Azərbaycan Dövlət Rəqs Ansamblı. Bədii rəhbər: Afaq Məlikova. Solist-
lər: Muğam ustadları və Beynəlxalq Muğam müsabiqəsinin laureatları.
Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət və Tu-
rizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı festivalın əsas təşkilatçıları
olmaqla, Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Azərbaycan Milli
Elmlər Akademiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyi təşkilatı
dəstək verənlərin sırasında idi.
Elə ölkələr var idi ki, festivalda 2 qrupla iştirak edirdi. Qazaxıstandan,
Özbəkistandan, Tacikistandan, Türkiyədən gələn müxtəlif qruplar bu
qəbildəndi. Bununla bərabər Misir, Suriya və İraq kimi dövlətlər də
festivalda aktivdilər. Azərbaycandan bu festivalda cəmi 5 ifaçı iştirak edirdi.
Bu iştirakçıları müəyyənləşdirmək üçün Beynəlxalq Muğam festivalından
öncə Respublika Muğam musabiqəsi keçirildi. AMK-nın bəzi ifaçı-tələbələri
bizim onlara göstərdiyimiz etimadı doğrultdular. Bəziləri də səhhətinin
formada olmamasına görə, öz imkanlarından aşağı səviyyədə çıxış
etmişdilər.
Müsabiqədə beş ifaçı müəyyən ediləndən sonra, onlar Beynəlxalq Muğam
Festivalına qatıldı. Yeddi nəfərdən ibarət münsiflər heyəti var idi. Üçü
Azərbaycanın təmsilçisi, o birilər isə Almaniya, Fransa, Hollandiya və
Türkiyədəndi. Türkiyədən Fikrət Karakaya, Fransadan Jan Dürinq, Al-
maniyadan Mikael Dreyer, Hollandiyadan Vim Van Zanten, Azərbaycandan
Arif Babayev, Ramiz Zöhrabov və mən.
Hər bir ifa çox yaxşı idi. Ələlxüsus mənim xoşuma gələn İran ifaçılari
idi. Onlardan biri həmin müsabiqədə laureat adına layıq görüldü. Özbəkistan-
dan gələn makam ifaçısı da çox xoşuma gəlirdi, lakin digər Özbəkistan
təmsilçisi laureat oldu. İfaçıları qiymətləndirmək çətin proses idi. Mənim
üçün ən sevindirici hal o idi ki, festivalın qalibi Azərbaycan oldu. İlk festival,
ilk müsabiqə - qalib Azərbaycan.
I yeri Özbəkistan, II yeri İran, III yeri Misir təmsilçiləri qazandı.
6
Artıq indidən II festivala hazırlıqlar dövrü başlayıb. Festivalda iştirak et-
mək istəyən gənclər səylə çalışaraq hazırlaşır, axı qalib olmaq çox zəhmət
tələb edən bir işdir. Musabiqə bitəndən sonra yeni fikirlər, ideyalar meydana
çıxdı. Xanəndələrlə yanaşı, festivalda müxtəlif instrumental ifaçılar da səylə
bacarıqlarını göstərdi. Təsadüfi deyil ki, 2 müəllimimiz Elçin Haşımov və
Elnur Əhmədov müsabiqənin, festivalın xüsusi mükafatına layiq görüldülər.
Respublikada instrumental muğam ifaçılığı müsabiqəsini keçirmək
yönümündə də düşünməliyik. Mən artıq bir fikri özüm üçün dəqiqləşdirdim
ki, muğamı anlamaq üçün ilk növbədə musiqiçi və Şərq adamı olmalısan.
Düşünürəm ki, yaxşı olardı ki, gələcək müsabiqələrdə də münsiflər heyəti
Azərbaycandan və başqa müsəlman ölkələrinin təmsilçilərindən ibarət olsun,
çünki onlarla birgə daha dəqiq, daha dürüst qiymətləndirməyi bacara bilərik.
Sadəcə, Avropa təmsilçiləri muğamlara Avropa prizmasından baxırlar və
bəzi incəlikləri duya bilmirlər. Moskvada keçirilən Çaykovski adına
Beynəlxalq müsabiqədə bütün klassik Avropa alətləri təmsil olunur. Şərq
ölkələrindən bu müsabiqədə heç bir nümayəndə olmur, Amerikadan,
İngiltərədən, Avropadan, Rusiyadan gələn nümayəndələr ancaq Avropayönlü
musiqi ifa edir. Mən deyərdim ki, bəzi Şərq ifaçıları virtuozluqda Avropa
ifaçılarından daha üstündür.
Nədənsə biz muğamı dəyərləndirməyə ingilisi, fransızı, almanı çağırırıq,
niyə, başa düşə bilmirəm?! Bu bizi hara aparır? Yaxşı olardı ki, gələn
müsabiqəmizdə ayrıca instrumental ifalar da olsun, çünki bizim çox gözəl
alətlərimiz var: zurna, balaban, ney, kamança, tar. Bu alətlərimizin imkanları
bütün dünyaya göstərilməlidir. Bunlar sırf Azərbaycana məxsus olan
alətlərdir. Bunların ifaçılıq imkanlarını nümayiş etdirmək lazımdır.
Konservatoriya binasının tikilib hazır olmaması bizim normal tədrisi da-
vam etdirmək üçün imkanlarımızı çox məhdudlaşdırır. Bizim studiyamız,
konsert zalımız, kitabxanamız yoxdur. Bu gün Azərbaycan Milli
Konservatoriyası binasının inşasının bu qədər gecikdirilməsi, nəinki Milli
Musiqinin tədrisinə, ümumiyyətlə, Azərbaycan Milli Musiqi Mədəniyyətinə
mənfi təsi edir. Neçə-neçə yerlərə müraciət edirik. Bu instansiyalar bizi eşit-
mirlər. Belədir vəziyyət.
Bu gün ölkəmizin yüksəlişinə yönələn böyük yeniləşmə işləri gedir.
Düşünürəm ki, milli memarlıq abidəsi kimi Konservatoriyamızın binası
Bakımızın gözəlliyini tezliklə daha da artıracaq, auditoriyalarda,
kitabxanada, studiyalarda tədris, tədqiqat işləri genişlənəcək. Hər bir milli
musiqi alətinin tədris proqramının fərqləri Muğam kafedralarında tənzimlə-
nir. Yaxşı olardı ki, muğam və onun harmoniya ilə qarşılıqlıqlı təfsiri gələ-
cəkdə milli ifaçılığın əsas atributu olsun. Nəticədə muğamın harmoniya ilə
olan təması daha çox genişlənə bilər. Bu haqda düşünülməli və araşdırmalar
aparılmalıdır.
Dostları ilə paylaş: |