10
Türkmənistanda, Qərbi Çində mukam adlandırılmasına baxmayaraq janr eti-
barilə hamısı eyni tipli musiqidir. Onların yalnız forması, inkişaf səviyyəsi,
istiqamətləri və emosional təsir dairəsi bir-birindən fərqlənir.
Yuxarıda adları çəkilən müxtəlif xalqların şifahi-professional musiqi nü-
munələrinin hamısı öz milli xüsusiyyətlərindən asılı olaraq inkişaf etmiş sil-
silə formasına malikdirlər. Bu nümunələri ifa edəн xalq professional musiqi-
çi-instrumentalçı və ya müğənni əsrlər boyu təcrübi və nəzəri cəhətdən
мянимсянилмиш, sınaqdan çıxmış qayda-qanunlar əsasında oxuйуб-çalma-
ğı, improvizəni bacarmalıdır. Beləliklə, şifahi-professional musiqinin ifaçılıq
təcrübəsində milli ənənələri qoruyub saxlamaq üçün müəyyən qayda-qanun-
lar, normalar yaranmışdır. Əgər belə olmasaydı nəsildən-nəslə, ustaddan şa-
girdə ötürülən professional musiqinin yüksək nailiyyətləri tədricən öz əhə-
miyyətini itirərdi.
Qədim və Orta əsr Azərbaycan xalqının musiqi mədəniyyəti təkcə musiqi
təcrübəsinin yüksək səviyyəsi ilə deyil, eyni zamanda elmi-nəzəri cəhətdən
inkişafı ilə də fərqlənir. Buna misal olaraq, musiqi sahəsində Səfiəddin Ur-
məvini göstərmək olar. Onun yaradıcılığı Şərq xalqlarının musiqi mədəniy-
yətinə o qədər böyük təsir göstərmişdir ki, ərəb tədqiqatçısı F.Ammar S.Ur-
məvini "ərəb musiqisinin əsasını yaradan ərəb musiqişünası" ("Ərəb xalq
musiqisinin lad prinsipləri" əsəri), R.Xaliqi və M.Bərkişli Urməvini "İran
musiqisinin əsasını qoyan alim", türk musiqişünası Murat Bardakçı isə
Urməvini
"İslam musiqi nəzəriyyəsinin parlaq nümayəndəsi" adlandırırlar.
Əfsuslar olsun ki, Orta əsr alimlərimiz, xüsusi ilə, musiqişünaslarımızın
əsərləri Azərbaycanda lazımı səviyyədə öyrənilməyib və bu sahədə
nəşrlərimiz də azdır.
Uzun əsrlər Şərqdə, xüsusilə İran və Azərbaycan ərazisində gedən müha-
ribələr nəticəsində bir çox ədəbiyyatlar, tarixi sənədlər yandırılıb, talan edilib
və йа başqa ölkələrə aparılıb. Çoxlu sayda tarixi faktlar göstərmək olar ki,
yunan qoşunları, ərəb xəlifələri, monqol qoşunları, rus və ingilis diplomatik
nümayəndələri Şərq xalqlarının tarixi və mədəniyyəti ilə bağlı sənədləri ölkə-
dən çıxararaq öz arxivlərində, muzeylərində saxlamışlar. Ona görə də, musi-
qisünaslar Şərq xalqlarının, o cümlədən Azərbayacan musiqi mədəniyyətinin
tarixini toplamaq üçün dünyanın müxtəlif arxiv və muzeylərində saxlanılan
materiallardan istifadə etmək məcburiyyətində qalırlar. Bu da öz növbəsində
"sapı qırılmış muncuq dəstəsi"nə bənzəyir ki, hər dürrü bir yerdən
toplamaqla onu bərpa etдикдя müəyyən çətinliklər yaraнır. Məhz bu
baxımdan Azərbaycan muğam sənəti haqqında elmi araşdırmaların
aparılması belə məhdudiyyətlərlə bağlıdır. Azərbaycan, türk (Aanadolu
türkləri), fars, ərəb, uyğur, özbək, türkmən, qırğız, qazax, tacik xalqları
muğamın onların doğma musiqi sənəti olmasını iddia edirlər. Muğam
sənətinin tarixiндян сющбят ачдыгда əsasən İran, sonra isə digər ölkələrin
alimləri onun Sasanilər dövründə böyük əhəmiyyət kəsb etdiyini, geniş
11
inkişaf tapdığını qeyd etmişlər. Tanınmış ərəb musiqişünası H.H.Tuma yazır
ki, makamı (yəni, muğamı) müəyyənləşdirməkdən ötrü 3 ərazi - Türk, İran,
Ərəb zonalarının mədəniyəti üçün müştərək olan elementləri, cəhətləri
öyrənmək lazımdır. Milliyyətindən asılı olmayaraq bütün tədqiqatçılar bir
mənalı şəkildə muğamın "məqam-makam" ərəb sözündən törəndiyini qeyd
edirlər. "Məqam" bir an, durum, dayanacaq mənası daşıyır. Digər baxımdan
ərəb ölkələrində və Türkiyədə "makam" dedikdə, ayrı-ayrı muğam şöbə və
guşələrinin musiqi materialı, havaları nəzərdə tutulur. Məqam anlayışı Orta
əsrlərdə əksər hallarda pərdələrin dayanacaq səs ucalığını göstərirdi.
İstər Qərb, istərsə də Şərq elmində bir sözün mənasını araşdırarkən demək
olar ki, həmişə ərəb-fars dilləri lüğətinə müraciət olunur və qarşıya qoyulan
sualın məhz bu mənbələrdə izahı axtarılır. Əgər tarıxə nəzər yetirsək, görərik
ki, Əhəmənilər, Sasanilər və ondan да qabaq Manna, Midiya və Şumer dövr-
lərində böyük musiqi mədəniyyəti mövcud olmuşdur. Eramızdan əvvəl X-IX
əsrlərdə Midiya şahlığı dövründə Muğlar (Mağlar) çox böyük nüfuza malik
olmuşlar. Muğlar - Azərbaycan tarixinin qədim tayfalarından olub, Urmiya
gölünün ətrafında Muğanda yaşamışlar. Tarıxı sənədlərdə Şərqdə çox böyük,
nüfuzlı bir dini təlimin banisi və "Avesta"nin müəllifi Zərdüştün özü muğ
tayfalarının nümayəndəsi olmuş, Urmiya və ya Zərdüşt şəhərindən olduğu
göstərilmişdir. Nəticə etibari ilə deməliyik ki, Muğam-makam, makom, mu-
kam kök etibari ilə eynidir və öz soy-kökünü muğam sənətindən götürmüş-
dür.
Keçmiş zamanlardan muğamların not yazısının zəmanəmizə gəlib çatma-
dığına baxmayaraq, onlar haqqında tarixi məlumata, muğamların quruluşu
haqqında musiqili-nəzəri planda müşahidələr və X-XIX əsrlərin Şərq əlyaz-
malarında, xüsusi ilə musiqi haqqında traktat, yəni risalələrdə rast gəlinir.
Qədim əlyazmaların mənbələrinə əsaslanaraq belə qənaətə gəlmək olar ki,
muğamlar müxtəlif növlərdə olmuşlar. Lakin "12 muğam" ən təkminləşmiş
silsilədir.
Artıq XIII əsrdə 12 muğam Şərq xalqlarının mədəniyyətində geniş yayıl-
mışdır. Ayrı-ayrı Şərq xalqlarının şıfahi ənənələrə əsaslanan professional
musiqi nümunələrinə müraciət etsək, görərik ki, 12 muğam sistemi kökündən
dəyişilmiş, hər xalq özünə uyğun səciyyəvi melodiyanın ritminin lad ləvazı-
matının köməyi ilə, Ü.Hacıbəylinin sözəri ilə desək, "musiqi barigahı" tik-
mişdir.
Əgər Şərqin ənənəvi musiqisi olan 12 muğamı müasir Azərbaycan mu-
ğamları ilə müqayisə etsək, görərik ki, əvvəllər müstəqil ifa edilən bir mu-
ğam müasir ifaçılıqda şöbəyə çevrilmiş və ya əksinə, əvvəllər şöbə olan mu-
siqi epizodları müasir dövrdə müstəqil muğam əhəmiyyəti daşımağa başla-
mışdır.
12 klassik muğamdan "Rast" və "Nəva" muğamları indiyə qədər öz adları-
nı qoruyub saxlamışlar. 12 muğam siyahısına daxil olan "Üşşaq" "Əraq", "İs-
Dostları ilə paylaş: |