252
AZƏRBAYCAN , Rus, Qərbi Avropa bəstəkarlarının əsərlərinin
interpetasiya xüsusiyyətlərinə daha dərindən yiyələnir. Eyni zamanda o,
görkəmli bəstəkar, xalq artisti, professor S.Ələsgərovdan diricorluq sənətinin
injəliklərini də öyrənir. Nəzərə çatdıraq ki, Məmmədağa müəllim
Konservatoriyanın keçirdiyi müxtəlif tədbirlərdə solo çıxışları ilə
muğamlarla bərabər, tar üçün oricinal və işlənmə əsərlərindən də seçmə
nümunələri zövqlə ifa edərək tamaşaçı rəğbətini qazanır.
Bu sətirlərin müəllifi M.Kərimovun tələbə yoldaşı kimi onun uğurlarının
dəfələrlə şahidi olub.
Elə təkjə onu demək kifayətdir ki, 1972-ji ildə AZƏRBAYCAN Dövlət
Opera və Balet teatırında Konservatoriyanın 50 illik yubileyinə həsr olunmuş
gejədə çıxış edən Məmmədağa müəllim tamaşıçılar tərəfindən səmimi
qarşılanmışdır.
M.Kərimovun 70-ji illərdən başlanan ifaçılıq fəaliyyətindən danışarkən
onun xalq artisti, əməkdar müəllim Əhməd Bakıxanovun rəhbərlik etdiyi
AZƏRBAYCAN televiziyası və radiosunun xalq çalğı alətləri
ansamblındakı ifaçılıq fəaliyyətini də qeyd etməliyik. O, burada çalışdığı
illərdə xalq musiqisinin injəlikləri ilə yaxından tanış olur. Həm də bir ifaçı
kimi ijtimaiyyət arasında tanınaraq, hörmət qazanır.
Həmin illərdə görkəmli pianoçu, bəstəkar, alim, əməkdar injəsənət xadimi
Gülarə xanım Əliyevanın nəzər-diqqətini jəlb edir və o, gənj Məmmədağanı
«Dan ulduzu» instrumental ansamblına dəvət edir.
M.Kərimov «Dan ulduzu» instrumental ansamblında solist-tarzən kimi
çalışdığı müddətdə AZƏRBAYCAN ın və keçmiş SSRİ-nin bir çox iri
şəhərlərində qastrol səfərlərində uğurla iştirak etmişdir. Hətta, «Dan ulduzu»
instrumental ansamblının repertuarında musiqi nümunələri Moskvada
Ostankino televiziyasında lentə yazılaraq qızıl fonda daxil edilmişdir.
Azərbaycan radiosunun fondunda isə qorunub saxlanan «Dan ulduzu»
instrumental ansamblının ifa etdiyi C.Cahangirovun «Rəqs süitası»,
G.Əliyevanın «Şüştər rapsodiyası» adlı instrumental əsərlərində solo tar
partiyasının ifaçısı M.Kərimova həvalə edilmişdir.
Keçən əsrin 70-ci illərində konsert ifaçılığı ilə intensiv məşğul olan
M.Kərimov 3 iri həcmli əsəri lentə aldırmışdır. Bu əsərlər F.Listin «2 saylı
rapsodiya»sı, A.Bəbirovun «Konsert pyesi» və S.Ələsgərovun tar ilə xalq
çalğı alətləri orkestri üçün «1 saylı Konsert»dir.
Yuxarıda sadaladığımız bu lent yazılarını dinləyərkən biz Məmmədağa
müəllimin necə bir incə qəlbli musiqiçi və mahir tarzən olduğunu bir daha
müşahidə edirik.
M.Kərimovun pedoqoji fəaliyyəti də çox önəmlidir. Bu baxımdan
Azərbaycan Milli Konservatoriyasının rektoru, görkəmli bəstəkar-ifaçı, xalq
artisti, professor S.Kərimi Məmmədağa müəllim haqqında söylədikləri
fikirlər diqqətəlayiqdir.: «Mən Məmmədağa müəllimi ilk dəfə 1972-ci ildə
253
görmüşəm. Onun ilk ifasını isə Konservatoriyanın Dövlət imtahanında
dinləmişəm. Həyat elə gətirdi ki, biz 28 ildən sonra bir ali məktəbdə -
Azərbaycan Milli Konservatoriyasında çalışmalı olduq. O gündən
M.Kərimov «Xalq çalğı alətləri» kafedrasına rəhbərlik edir. Və mən onu öz
işinə çox məsuliyyətlə yanaşan, istedadlı müəllim, alicənab bir insan kimi
tanıyıram. Onunla birgə işləməkdə qürur hissi duyur, onun dostlarına yaxşı
mənada qibtə edirəm»
Bəli, M.Kərimov tar ifaçılıq sənətinin 40 illik pedoqoji fəaliyyətində bir
çox ifaçı və pedaqoqlar yetişdirmişdir.
Onun vaxtı ilə dərs dediyi tələbələr arasında beynəlxalq və respublika
müsabiqə laureatları, tanınmış ifaçı tarzən və müəllimlərə rast gəlmək olar.
Məmmədağa müəllimin yetişdirdiyi ilk tələbələrdən biri görkəmli tarzən,
respublikanın xalq artisti, prezident təqaüdçüsü, Milli Konservatoriyanın
aparıcı dosenti Möhlət Müslümov artıq xalqın sevimlisinə çevrilmişdir.
Digər tələbələr sırasında respublikalar arası beynəlxalq müsabiqə laureatı,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «İnstrumental
ifaçılıq» kafedrasının müdiri, dosent Gülağa Zeynalov, Əhməd Bakıxanov
adına müsabiqə laureatı, dosent Səbuhi Cəfərov, bir neçə beynəlxalq və
respublika müsabiqələri laureatı, Milli Konservatoriyanın müəllimi Sahib
Paşazadə, Arslan Növrəsli, Ələkbər Ələkbərov, Murtuz Əsədullayev, Elçin
Nağıyev və başqalarını göstərmək olar.
Məmmədağa Kərimov həm də istedadlı alimdir. Onun bir çox elmi-
tədqiqat və publisistik məqalələri müxtəlif qəzet, jurnal və elmi məcmuələrdə
nəşr olunmuşdur. Bunlardan «Ü.Hacıbəylinin yaradıcılığında xəlqilik»,
«Muğamların yaranması tarixinə dair», «Unudulmaz tarzən», «Azərbaycan
muğamlarına arxeoloji və tarixi baxımından bir nəzər», «S.Rüstəmovun
mahnıları», «S.Ələsgərovun kamera instrumental musiqisi» və başqa bu kimi
məqalələrin adlarını çəkə bilərik.
Xatırladaq ki, Məmmədağa müəllimin son vaxtlarda işıq üzü görmüş
«Azərbaycan xalqının musiqi irsi» adlı monoqrafiyası oxucular, musiqi
ictimaiyyəti və mütəxəssislər üçün gözəl töhfədir. Adı çəkilən
monoqrafiyada Azərbaycan xalqının musiqi irsinin bir neçə minilliklər boyu
toplanması, zənginləşdirilməsi və təkmilləşdirilməsi müəllif tərəfindən
xronoloji ardıcıllıqla şərh edilərək onu maraqlı tarixi faktlarla oxucuların
nəzərinə çatdırır (Bu monoqrafiya eyni zamanda rus və ingilis dilinə tərcümə
edilmişdir).
Professor M.Kərimov həm də Azərbaycan Milli Konservatoriyası «Xalq
çalğı alətləri» kafedrasının müdiri kimi də xeyli yaradıcılıq işləri görmüşdür
və bu işi hal-hazırda da əzmkarlıqla davam etdirir.
Təşkilatçılıq fəaliyyəti ilə yanaşı Məmmədağa müəllim tədris prosesinin
inkişafı naminə müəllif və tərtibatçı kimi bir neçə metodik tövsiyələr,
köçürmələr, yeni proqramlar üzərində işləyərək onları nəşr etdirmişdir.
254
Bunların sırasında biz F.Babayevanın Tar ilə simfonik orkestr üçün
«Konsert»i, T.Bakıxanovun Tar ilə simfonik orkestr üçün «4 saylı Konsert»i
adlı metodik tövsiyələri, bakalavr və magistr pillələri üçün ixtisas ansambl
fənni üçün tərtib edilmiş proqramların, tar ilə fortepiano üçün «Pyeslər
məcmuəsi», «Azərbaycan və xarici ölkə bəstəkarlarının tar ilə fortepiano
üçün işlənmiş əsərləri», «Xarici ölkə bəstəkarlarının ansambl üçün işlənmiş
əsərləri», tanınmış bəstəkar F.Babayevanın tar ilə simfonik orkestr üçün
«Konsert» əsərlərini (tar partiyasının redaktoru kimi) göstərə bilərik.
M.Kərimovun Azərbaycan musiqi mədəniyyətinə göstərdiyi bu
xidmətlərə görə, dövlətimiz tərəfindən yüksək dəyərləndirilmişdir. O, 2007-
ci ildə hörmətli prezidentimiz İlham Heydər oğlu Əliyevin sərəncamı ilə
«Azərbaycan respublikasının əməkdar incəsənət xadimi» fəxri adına layiq
görülmüşdür.
Sonda biz ustad tarzən, pedaqoq, alim, bacarıqlı və qayğıkeş təşkilatçı,
təvazökar insan, professor Məmmədağa Kərimovu 60 illik yubileyi
münasibəti ilə bir daha təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və
yeni yaradıcılıq uğurları arzulayırıq.
Afət NOVRUZOV
sənətşünaslıq namizədi, dosent
255
256
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
«KONSERVATORİYA» № 2, mart-apr l 2009
________________
Yubileylər, təbriklər
AĞLAYANI GÜLDÜRƏN
HƏSƏN JƏBRAYILOV – 60
AZƏRBAYCAN parodiya məktəbinin
yaradıjısı
Həsən
Xəlil
oğlu Jəbrayılov
ömrünün 60-jı baharını yaşayır. Həsən
müəllim
1 may 1949-ju ildə anadan olmuşdur.
Həsən 1964-jü ildə Nərimanov rayo-
nundakı 39 saylı orta ümumtəhsil məktəbini,
1968-ji ildə Bakı Rabitə Elektro Texnikumunu
(«Televiziya texnikası» ixtisası üzrə), 1980-jı
ildə AZƏRBAYCAN Dövlət Politexnik
İnstitutunu («Çoxkanallı elektrik rabitəsi»
ixtisasi üzrə) bitirmişdir. O, texniki sahədə ça-
lışsa da, estrada sənətinə böyük maraq
göstərmişdir.
1965-ji
ildən
başlayaraq
AZƏRBAYCAN da ilk milli parodiya nümunələrini yaradan Həsən müəllim
mədəniyyətimizi bir sıra xariji ölkələrdə – Türkiyə, İran, Bolqarıstan, Rusiya,
Gürjüstan, Orta Asiya respublikalarında layiqinjə təbliğ etmiş, geniş konsert
proqramları ilə çıxış etmişdir. O, 1980-jı ildə respublika ali məktəblərinin I
festivalında, Moskvada keçirilən «Vesna-80» Ümumittifaq festivalında,
1981-ji ildə İrəvanda SSRİ gənjlərinin festivalında, 1983-jü ildə Kutaisidə
keçirilən Ümumittifaq festivalında, elə həmin ildə Bakıda ilk dəfə keçirilən
peşəkar estrada artistlərinin «Bakı payızı-83» müsabiqəsində laureat adını
qazanmışdır. 1987-ji ildə Qabrovo şəhərində (Bolqarıstan) Ümumdünya Yu-
mor Muzeyində uğurla çıxış etmişdir. 2003-jü ildə Tehranda keçirilən I
Ümumdünya Yumor çempionatında müsabiqənin ən ali – I dərəjəli mü-
kafatına layiq görülərək doğma Vətəni AZƏRBAYCAN a qızıl medalla qa-
yıtmışdır. Həsən müəllim ilk dəfə keçirilən belə mötəbər yarışda ona olan eti-
madı doğrultmuş (bəstəkar, xalq artisti Tofiq Bakıxanovun təşəbbüsü ilə bu
yarışa qatılmışdır), dünya çempionu olmuşdur. Həsən müəllim 2005-ji ildə
İstambulda keçirilən VII Uluslararası Jahan Festivalında da I yeri tutmuşdur.
Təəssüf ki, həmişə təvazökar olan Həsən müəllimin bütün bu sənət
uğurlarından az adam xəbər tutmuşdur. Yəni, o, başqaları kimi mətbuatda,
257
tele-kanallarda «səs-küy» salmamışdır.
Yaşadığı 60 ilin az qala 40 ilini Həsən müəllim insanlara gülüş bəxş et-
məklə keçirib. Biz dəfələrlə ağlayan insanın onun çıxışlarından sonra şaqqa-
naq çəkib güldüyünün şahidi olmuşuq. Əks məqamlarla da rastlaşmışıq, yəni
gülən insanın Həsən müəllimin danışdığı gülməjələrdən sonra «ağlayan, göz
yaşı tökən» görmüşük. Lakin bu, ürək ağrısından deyil, sevinjdən gələn göz
yaşlarıdır. Həsən müəllim xeyirxah bir peşənin sahibidir. O, insanlara bol-bol
gülüş bəxş eləyir. Bu yerdə nakam şairimiz Mikayıl Müşfiqin «Sənin
gülüşlərin» şeiri yada düşür:
Jahan ki, solmayan bir bağça-bağdır,
Burda rəvamıdır gülmədən ölmək?!
Yazıq o şəxsə ki, qaraqabaqdır,
Nə qədər yaraşır insana gülmək?!
Sonralar bu misraların dillər əzbəri olmasında mərhum bəstəkar Ələkbər
Tağıyevin böyük xidməti olmuşdur. O, həmin şeirə mahnı bəstələdi və ilk
ifaçısı da xalq artisti Elmira Rəhimova oldu. Bu məqamları heç də təsadüfən
xatırlatmadıq.
Həsən Jəbrayılov AZƏRBAYCAN Televiziya və Radio Verilişləri QSJ-
nin əməkdaşıdır, daha doğrusu (1994-jü ildən), «Video-kino materialları»
(Qızıl Fond) şöbəsinin rəis müavini kimi məsuliyyətli bir vəzifədə çalışır.
Məhz onun gərgin axtarışları sayəsində neçə-neçə itib-batmış qiymətli lent
yazıları aşkar edilmiş, həyata yenidən vəsiqə alıb, bu unikal kadrlar efirlə
yayımlanaraq tamaşaçıların sevinjinə səbəb olmuşdur. Elmira Rəhimovanın
oxuduğu «Sənin gülüşlərin» mahnısının da video variantı Həsən müəllimin
çoxsaylı tapıntılarından biridir.
Həsən Jəbrayılov vətənpərvər sənətkarlarımızdandır. O, tez-tez hərbi his-
sələrdə, döyüş bölgələrində əsgərlərimiz qarşısında konsertlər verir. Qarabağ
müharibəsi iştirakçıları üçün verdiyi konsertə görə, Dünya AZƏRBAYCAN
lıları İttifaqının və digər mötəbər qurumların Fəxri Fərmanları ilə təltif
olunmuşdur. O, 2008-ji ildə «Bakıxanovların ekran təjəssümü»
monoqrafiyasına görə «Min bir mahnı» və Abbasqulu Ağa Bakıxanov adına
mükafatlara layiq görülmüşdür.
Həsən müəllim, Sizə ulu Tanrıdan möhkəm jansağlığı olmaq şərti ilə uzun
ömr sürməyi diləyirik. Arzumuz budur ki, Siz planetimizin ən qojaman
sakini kimi «Qinesin rekordlar kitabı»na düşəsiniz.
Redaktor
258
MÜNDƏRİCAT
Ön söz
Сийавуш КЯРИМИ. Муьамын тянтяняси ................................... 3
Muğamşünaslıq. Мугамоведение
Məlahət ƏLIYEVA. Azərbaycanda muğam sənəti ........................... 8
Вагиф АБДУЛКАСУМОВ. Проявление мугамного
звукоряда в Азербайджанском таре ............................................. 17
Рафиг МУСАЗАДЯ. “Rast” инструментал muğami ..................... 29
Musiqi fəlsəfəsi. Философия музыки
Самира МИР-БАГИРЗАДЕ. Философия музыки в эпоху
арабского халифата ......................................................................... 42
Фарида МИР-БАГИРЗАДЕ. Музыкальные символы ................. 50
Alətşünaslıq. Органология
Səadət ABDULLAYEVA. Çalği alətlərimiz təsviri sənətdə ............. 56
Kəmalə KƏRİMOVA. Orta əsr miniatür sənətində Azərbaycan
milli musiqi alətlərinin təsviri ............................................................... 65
Abbasqulu NƏJƏFZADƏ. Mikayıl Müşfiq yaradıjılığında
idiofonlu, aerofonlu, membranofonlu və xordofonlu alətlər ................. 69
Təranə ƏLİYEVA. Məhəmməd Füzulinin “Saqinamə”sində qanun
aləti ........................................................................................................ 88
Sərxan ABIYEV. Qarmon alətinin tədrisi, milli musiqi alətlərimiz
ilə uyarlığı və musiqimizdə yeri ............................................................ 92
İjtimai elmlər. Общественные науки
Firudin GURBANSOY. System of secret sciences-occultism in
Azerbaijan ancient literature. 7 layers ................................................... 99
Рена АЛИЕВА. Теория и практика гармоничного воспитания
человека в Древней Греции ................................................................ 102
Rəna
MƏMMƏDOVA.
AZƏRBAYCAN
Demokratik
Respublikası dövründə bakının teatr həyatı (1919-ju il) ....................... 105
259
Üzeyirbəyşünaslıq
Fazilə NƏBIYEVA. Üzeyir Hacibəylinin Azərbaycan xalq
musiqisinin əsaslari elmi fundamental əsəri haqqinda .......................... 113
Musiqi folkloru. Музыкальный фольклор
Ağahüseyn ABBASOV. Quba bölgəsinin Novruzqabağı el
nəğmələri ............................................................................................... 118
Etnomusiqişünaslıq. Этномузыковедение
Jalə QULAMOVA. Orta əsrlərdə AZƏRBAYCAN musiqisinin
mədəni- tarixi mərhələləri (IX-XIV əsrlər) .......................................... 123
Səadət QARABAĞLI. Füzuli irsi Azərbaycan bəstəkarlarının
yaradıcılığında ....................................................................................... 135
Firuz ƏLİYEV. İnstrumental ifaçılıq sənətinə bir baxış ....................... 145
Rəyələr, təkliflər, mülahizələr
Tural ŞİRƏLİYEV. Musiqi sənayesinin müasir nailiyyətlərindən
istifadə etmə məsələləri ......................................................................... 150
Земфира ЩЦСЕЙНОВА. Beynəlxalq Muğam festivalinin əks-
sədasi ..................................................................................................... 154
Mənbəəşünaslıq. Источниковедение
Гюльтекин ШАМИЛЛИ. Аноним XVI века «Рисале Дар Илм-
и Мусики» ............................................................................................ 155
П.Востриков. Музыка и песни азербайджанских таров ................. 201
Yubileylər. Təbriklər
Şəhla GÜNDÜZ. Bir mahnının yaranma tarixçəsi ............................... 217
Nazim KAZIMOV. 23 yaşlı dahi .......................................................... 225
Səadət TƏHMİRAZ QIZI. Süleyman Ələsgərov xatirələrdə ............... 229
Oqtay Zülfüqarov-80. Fidanların əhatəsində ......................................... 239
Ramiz Mirişli-75. Qəlbi javan bəstəkar ................................................. 241
Fəttah XALIQZADƏ. Ömrün yetmişinci baharı .................................. 243
Afət NOVRUZOV. Sənətə həsr olunmuş ömür ..................................... 250
Həsən Jəbrayılov-60. Ağlayanı güldürən .............................................. 254
260
KONSERVATORİYA
ELMİ NƏŞR
№ 2
mart-aprel
MÜƏLLİFLƏRİN NƏZƏRİNƏ!
Məqalə müəlliflərindən xahiş edirik ki, redaksiyaya material təqdim
edərkən mətnlər Times Roman AzLat şrifti ilə yığılsın. Məqalədə ədəbiyyat
siyahısı, iki dildə xülasə, iki rəy mütləq olmalıdır. Materiallar redaksiyaya
həm kağızda, həm də elektron versiyada təqdim edilməlidir.
Curnalda dərj olunmuş məqalə, foto, not və digər nümunələdən istifadə
edərkən müəllifdən və ya redaksiya heyətindən mütləq ijazə alınmalıdır.
Məsul katib
________________________________________________________________
Naşir:
Rafiq Babayev
Texniki redaktor: Elvin Novruzov
Korrektor:
Məsumə Hüseynova
Dizaynerlər:
Jeyhun Əliyev, İradə Əhmədova
_______________________________________________________________
Yığılmağa verilmişdir: 28.03.2009;
Çapa imzalanmışdır: 01.04.2009
Tirac 300 nüsxə, sifariş № 200
«MBM» mətbəəsində çap olunmuşdur
Dostları ilə paylaş: |