243
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA» № 2, mart-aprel 2009
________________
Yubileylər, təbriklər
ÖMRÜN YETMИŞİNCİ BAHARI
RAMİZ ZÖHRABOV – 70
Musiqişünaslıq peşəsinin müxtəlif isti-
qamətlərində - elmi yaradıcılıq və publi-
sistikada, pedaqoji və musiqi-ictimai fəa-
liyyətdə aparıcı bir mütəxəsсisləрdən biri
kimi ad qazanmaq və milli mədəniyyətə
usanmadan xidmət göstərmək hər kəsə
müyəssər olan hünər deyil. Bu il ömrünün
yetmişinci baharını yaşayan Respublika-
mızın xalq artisti, sənətşünaslıq doktoru,
professor, Azərbaycan Bəstəkarlar İttifa-
qının katibi Ramiz Zöhrabov keçdiyi hə-
yat və yaradıcılıq yoluna nəzər salsa, şüb-
həsiz ki, məmuniyyət və rahatlıq hissləri
yaşaya bilər.
Cağdaş Azərbaycan musiqi elminin ən tanınış nümayəndələrindən biri,
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ramiz Zöh-
rabov qırx ildən artıqdır ki, səmərəli elmi-pedaqoji fəaliyyət göstərir və mu-
siqişünaslığımızın inkişafı yolunda səylə çalışmaqda davam edir. O, həm
mütəxəssislər, həm də musiqisevərlər arasında nüfuz qazanmış, doğma Vətə-
nində olduğu qədər onun hüdudlarından kənarda da yaxşı tanınmışdır. Ramiz
müəllimin həyat və yaradıcılığını yaxından izləsək, onun geniş diapazonlu
məhsuldar fəaliyyətinə bir daha əmin ola bilərik. Azərbacyan musiqişünaslıq
elminin təxminən son əlli illik dövrdə keçdiyi inkişaf yolunu alimin elmi, pe-
daqoji və ictimai sahədəki uğurlarından ayrı təsəvvür etmək mümkün deyil-
dir.
Dərin tarixi köklərə malik olan Azərbatcan musiqi elmi ötən əsrdə dahi
bəstəkar və musiqişünas-alim Üzeyir Hacıbəylinin böyük fövqəladə istedadı
və gərgin əməyi sayəsində yeni tarixi mərhələyə qədəm qoydu. Əsrin ilk
yarısında milli musiqişünaslıq fikri bir sıra istedadlı şəxslərin səyləri ilə
inkişaf etdirilirdisə, 50-ci illərdən başlayaraq mütəxəssislərin hazırlığı
müntəzəm şəkildə həyata keçirilməyə başladı.
Yetmişillik yubileyini qeyd etdiyimiz professor Ramiz Zöhrabovu
244
yetirmiş növbəti onillik bütövlükdə Azərbaycanın mədəniyyət və
incəsənətinə bəxş etdiyi бir sıra adlarla yadda qaldı. ”Altımışıncılar” ismi ilə
tanınan sənət adamları arasında Ramiz müəllim də var idi və o, görkəmli
müəllimlərinin bəslədiyi ümidləri ilhamlı və yorulmaz əməyi ilə tam mənada
doğrulda bilmişdir. Həmin dövrün abу-havasını və ictimai-mədəni mühitiни
aydın təsəvvür etmək üçün gəlin yubilyarın uşaqlıq və təhsil illərinə bir daha
qayıdaq.
1939-cu ildə Bakıda, ziyalı ailəsində dünyaya göz açmış Ramiz lap erkən
yaşlarından musiqi sədaları ilə əhatə olunmuşdu. İstedadlı oğlan muğam
sənətinə qarşı dərin hörmət və məhəbbət bəslənilən bir şəraitdə böyüyürdü.
Atası Fərzulla müəllim ixtisasca iqtisadçı alim olsa da, asudə vaxtlarında
muğamlara və canlı tar çalğısına qulaq asmaqdan doymaz, uşaqlarını da
həmin ruhda tərbiyə etməyə çalışardı. O, Ramizin sadəcə musiqi təhsili
alması üçün lazımi şərait yaratmamış, gələcəkdə onun ixtisas yönümünün
müəyyənləşməsinə də düzgün istiqamət vermişdir.
R.Zöhrabov əvvəlcə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservato-
riyasının nəzdindəki orta ixtisas məktəbinin skripka sinfinə qəbul olunur və
ifaçılıq sənətinin sirlərinə yiyələnmək üçün uzun müddət səylə çalışır. Eyni
zamanda hələ şagird ikən o, musiqi nəzəriyyəsi məşğələlərinə də meyl
göstərir və hətta məktəbdə faəliyyət göstərən Uşaqların yaradıcılıq qrupunda
gözəl pedaqoq Midhəd Əhmədovun rəhbərliyi altında bəstəkarlıq sənətinin
sirlərini də öyrənməyə başlayır.
Buna baxmayaraq, skripka gənc musiqiçinin həyatına elə möhkəm daxil
olmuşdu ki, Ramiz konservatoriyanın ikinci kursuna qədər həmin ixtisas üzrə
təhsilini davam etdirmişdi. Onun diqqətini yeni bir sahəyə cəlb edən
unudulmaz bəstəkarımız, xalq artisti Süleyman Ələsgərov oldu. Gözəl
sənətkarımız öz tələbəsinin nəzəri fənnlərə qarşı böyük marağını və
qabiliyyətini görüb, onun musiqişünaslıq şöbəsinə keçməsini tövsiyə edir.
Ramiz bir musiqişünas tələbə kimi də mühüm nailiyyətlər əldə edir və bu
sahədə öz istedadının yeni cəhətlərini üzə çıxara bilir.
Lakin qəti qərarın verilməsi üçün bəstəkarlıq və musiqişünaslıq arasındakı
tərəddüdlərə də son qoyulmalı idi. Ramiz son kursda ikən qış tətili zamanı
P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında məşhur
musiqiçilərlə görüşür. İxtisaslaşma məsələsi məşhur rus musiqişünası, Şərq
mədəniyyətləri ilə, xüsusən də, Azərbaycan musiqisi ilə sıx əlaqələr saxlamış
professor V.M.Belyayevin müdrik bir məsləhəti ilə öz məntiqi çözümünü
tapır: ”Bir bəstəkar kimi dənizin sahilində üzməkdənsə, musiqişünas kimi
dənizin dərinliklərinə baş vurmaq daha yaxşıdır”. Bu, gəlişi gözəl, məcazi
sözlərdən sonra R.Zöhrabov uzun müddət özünün bədii yaradıcılıq
təcrübəsinə ara verdi, bütün qüvvə və bacarığını elmi sahəyə, ilk növbədə
muğamlarımızın sehrli aləminə yönəltdi. Bu, elə Fərzulla müəllimin də ən
böyük arzusu idi!
245
Möhtəşəm muğam sənətinə, onun dəstgah və zərbi-muğamlar, təsnif və
rənglər kimi növlərinə müraciət əslində, köklərə qayıdış kimi də
qiymətləndirilə bilər. Uşaqlıqdan ailə-məişət şəraitində tez-tez muğamları,
tar çalğısını dinləməsi və щямин əsrarəngiz ifaların sədaları onun qəlbində
dərin bir məhəbbət hissi oyatmışdı.
Muğam tədqiqatlarına aparan yol təsniflяrdən başladı. 1974-cü ildə həmin
mövzuda uğurlu müdafiə olunmuş namizədlik dissertasiyasına onilliklərin
arxasından baxanda əsərin ən yaxşı cəhətlərini daha aydın gюrmək olar.
Sonralar Moskvada kitab şəklində nəşr olunmuş “Aзербайджанские
теснифы” (1983) musuqi sənətimizin tədqiqi və təbliği sahəsində önəmli bir
hadisə oldu. Kitabda çoxsaylı təsniflərə məxsus not yazılarının və elmi
təhlillərin birlikdə verilməsi milli musiqi elmimiz üçün bir yenilik idi.
Təsnif nümunələrinin sıralanması və onların adlı-sanlı ifaçıları barədə
kitabda aydın məlumat verildiyi üçün bu məsələnin geniş şərhinə ehtiyac
duyulmur. Təkcə o cəhəti qeyd etmək istərdik ki, tədqiqat əsərinin sırf nəzəri
təhlillərində musiqi dilinin lad, melodika, ritm və forma ünsürləri əhatə
olunmuş, bundan başqa şeir mətnlərinin vəzn quruluşuna və tətbiqi
qaydalarına da xüsusi diqqət yetirilmişdir. Son məsələ ilə əlaqədar olaraq
müəllifin başqa bir məqaləsi Moskvada çıxmış nüfuzlu elmi məcmuədə işıq
üzü görmüşdür. «Арузные метры азербайджанских теснифов» (В кн.
«Проблемы музыкальной науки». М., 1976)
Sonradan Azərbaycan muğamlarının nəzəri məsələləri musiqişünas-
alimin, demək olar, silsilə kitablarında özünün ətraflı şərhini tapdı. "Muğam”
(Bakı, 1991), “Azərbaycan muğamlarının nəzəri problemləri” (1992, Bakı,
rusca), “Azərbaycan zərbi muğamları” (iki kitab, 1986 və 2004), ”Şifahi
ənənəli Azərbaycan professional musiqisi” (Bakı, 1996; ali məktəblər üчün
dərs vəsaiti)
“Çahargah” muğam dəstgahının nəzəri əsasları” (Bakı, 2000), “Rast”
muğam dəstgahının nəzəri əsasları” (Bakı, 2002 ), “Azərbaycan rəngləri”
(Bakı, 2006).
Adları sadalanan əsərlərə mütəxəssislər və muğam həvəskarları, müəllim
və tələbələr tez-tez müraciət edirlər. Hazırki məqaləmizdə əsasən son illərdə
yayınlanmış əsərlər barədə bir qədər dayanmaг istərdik.
“Zərbi-muğamlar” adlı ikinci kitab bu gün Azərbaycan musiqisində öz
canlılığını qoruyub saxlayan bir janrın bütün nümunələri və onların dil-üslub
xüsusiyyətləri barədə hərtərəfli məlumat verən dəyərli bir elmi mənbədir.
Buraya doqquz nümunə daxil edilmişdir: ”Mənsuriyyə”, “Səmayi-Şəms”,
“Heyratı”, “Arazbarı”, “Mani”, “Ovşarı”, “Heydəri”, Qarabağ şikəstəsi“,
“Kəsmə şikəstə”, (həmin mövzuda yazılmış ilk kitabda zərbi-muğamların
dörd nümunəsindən bəhs olunurdu.)
Təsniflərə həsr olunmuş araşdırmada olduğu kimi, ”Zərbi-muğamlar”
kitabında da notlaşdırma işi lent yazıları və ya canlı ifalar əsasında müəllif
Dostları ilə paylaş: |