Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə70/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   64   65   66   67   68   69   70   71   72

246
 
tərəfidən  yüksək  səviyyədə  yerinə  yetirilmişdir.  Onu  da  deyək  ki,  tar  və 
kamança  partiyaları  müvafiq  olaraq  metso-soprano  və  kaman  açarlarında 
yazılmış  (dəfin  müşayiəti  ilə  yanaşı),  nəticədə  hasil  olan  səlis  və  yığcm 
partitura  musiqi  üslubunun  əsas  cəhətlərini  asanlıqla  görüb  təhlil  etməyə 
imkan yaratmışdır. 
 Lakin  rənglər  olmadan  musiqişünas-alimin  muğam  tədqiqatları  heç 
şübhəsiz  ki,  tam  olmazdı.  Axı,  dəstgahların  quruluşunu  nə  təsniflərsiz 
təsəvvür  etmək  olar,  nə  də  instrumental  rənglərsiz.  Doğrudur,  həmin  janra 
əvvəllər də bu və ya başqa cəhətdən diqqət göstərilmuiş, bir sıra məqalələr və 
not  məcmuələri  meydana  gəlmişdir  (Əhməd  Bakıxanov,  Səid  Rüstəmov, 
Eлдар Mənsurov və b.). Ramiz Zöhrabov bu sahədə özündən əvvəl görülmüş 
işlərdən  bəhrələnmiş,  janrın  daxili  təsnifatını  vermiş  (dəraməd,  rəng, 
diringə),  müxtəlif  nümunələrin  özünəməxsus  dil-üslub  xüsusiyyətlərini  lad 
və melodika cəhətdən təqdim etməyə nail olmiuşdur. 
Hörmətli  professor  özünün  müxtəlif  istiqamətli  və məhsuldar  yaradıcılıq 
fəaliyyəti  ilə  şübhəsiz,  müasir  Azərbaycan  musiqi  elminin  ön  sıralarında 
qərar tutmuşdur. İndiyə qədər onun iyirmidən artıq müxtəlif məzmunlu kitabı 
nəşr  olunsa  da,  musiqişünas-alim  ömrünün  yetmişinci  baharında  da  əvvəlki 
kimi gənclik əzmi ilə çalışır, özünün yeni ideyalarını mütəmadi olaraq həyata 
keçirir.  O,  hal-hazırda  Azərbaycan  muğamlarının  daha  geniş  təbliği  ilə 
əlaqədar  iri  həcmli  iki  kitabını  rus  dilində  nəşrə  hazırlayır.  Bunlardan  biri 
“Азербайджанская профессиональная музыка  устной традиции” adlanır 
və  özündə  мuğam  dəstgahları  ilə  yanaşı  zərbi-muğamları  ehtiva  edir. 
«Мугам»  adını  daşıyacaq  digər  kitab  isə  müəllifin  baxışlarını  daha 
genişləndirilmiş şəkildə rusdilli oxuculara çatdırmaq məqsədi güdür. 
Adları  çəkilən  araşdırmaları  Azərbaycan  muğamşünaslıq  elminin  inkişa-
fında  müəyyən  bir  mərhələ  hesab  etmək  olar.  Bu  elmin  keçmişinə,  hazırki 
vəziiyyətinə  və  gələcək  perspektivlərinin  ümumi  mənzərəsinə  nəzər  salsaq, 
onun  qanunauyğun  inkişafı  prosesində  mühüm  cəhətləriни  aydın  görə 
bilərik. 
Yaxşı  məlumdur  ki,  klassik  Azərbaycan  muğam  sənəti,  digər  xalqların 
müvafiq  musiqi  janrları  kimi,  möhkəm  elmi-nəzəri  biliklər  sistemiə 
əsaslanan  şifahi  ənənəli  professional  yaradıcılıq  sahəsidir.  Onun  tarixi 
təşəkkülü və təkamülü yolunda ustad ifaçıların neçə-neçə nəsilləri ilə yanaşı 
Şərq və o cümlədən, Azərbaycan musiqi nəzəriyyəçilərinin də danılmaz rolu 
olmuşdur 
Hazırki  mərhəldə  nəzəriyyəçi  və  sənətin  praktiki  daşıyıcıları arasında  da 
bir yaxınlaşma müşahidə olunmaqdadır. Musiqişünasların şifahi ənənələrə və 
deməli,  ifaçılıqla  bağlı  məsələlərə  üz  tutması  zərurəti,  digər  tərəfdən  də 
çalğıçıların  tədqiqatlara  başlamаsı  qeyd  olunan  iki  qütbün  bir-birinə 
yaxınlaşmasından  xəbər  verir.  Bu  sahələrin  sabiq  vəhdətinin  bərpası, 
zənnimizcə,  həm  mövcud  elmi  nailiyyətlərə,  həm  də  təcrübi  biliklərə 


247
 
əsaslanmalı olacaqdır. Bu baxımdan gələcək muğamşünaslıq elminin istinad 
edəcəyi  mənbələr  arasında  professor  Ramiz  Zöhrabovun  tədqiqatları  da 
mühüm rol oynayacaqdır. Bununla əlaqədar məşhur bir kəlamı “Yazılan söz 
yadigardır” şəklində dəyişsək, zənnimizcə, daha doğru olar. 
Gələcək  muğamşünaslığın  vəzifələri  daha  mürəkəb  olmaqla,  musiqi 
nəzəriyyəsi  və  ifaçılıqdan  başqa,  yəqin  ki,  fəlsəfə,  estetika,  müqayisəli 
sənətşünaslıq, əruz elmi və digər sahələri də inteqrasiya etməli olacaqdır. 
Musiqişünas-alim Azərbayca musiqi elminin nailiyyətlərini bir sıra xarici 
ölkələrdə  layiqincə  təbliğ  edir.  Onun  müxtəlif  məzmunlu  elmi  məruzələri 
Rusiya, Özbəkistan, Qazaxıstan, Türkiyə, Almaniya və başqa ölklərdə böyük 
maraqla  qarşılanmış,  kitabları  isə  Azərbaycandan  başqa  bir  sıra  xarici 
ölkələrdə işıq üzü görmüşdür.  
Ramiz  Zöhrabovun  başlıca  elmi  maraqları  muğam  sənəti  ətrafında 
cəmləşsə  də,  o,  zaman-zaman  bəstəkar  yaradıcılığının  araşdırılması  ilə  də 
həvəslə  məşğul  olur.  Onun  dövri  mətbuatda  dərc  olunmuş  bir  çox  yazыları, 
habelə  adlı-sanlı  bəstəkarlarımızın  portretləri  qalereyasını  təqdim  edən  iki 
məqalələr  toplusu  dediklərimizi  bariz  şəkildə  sübut  edir.  Həmin  kitablar 
(“Bəstəkarlarımız  haqqında  söz”  və  “Bəstəkarlarımızın  portreti”)  “Humay” 
mükafatına layiq görülmüşdür. Müəllif öz iti qələmi ilə bir çox bəstəkarları-
mızın yaradıcılığı portretlərini əyani şəkildə təsvir edə bilmişdir. Ü.Hacıbəy-
li, M.Maqomayev, Q.Qarayev, F.Əmirov, C.Hacıyev, Ə.Bədəlbəyli, S.Rüstə-
mov, C.Cahangirov və eləcə də, sonrakı nəslin bəstəkarları haqqında məqalə-
lər maraqla oxunur. Bu sahəyə müraciət etməyə imkan yaradan əsas amillər-
dən biri və bəlkə də ən önəmlisi R.Zöhrabovun şəxsi bədii təcrübəsidir. 
Ramiz Zöhrabov bəstəkarlıq fəaliyyəti ilə məşğul olan nadir musiqişünas-
larımızdandır.  Onun  qələmindən  çıxmış  əsərləri  içərisində  Azərbaycan  xalq 
çaлğı alətləri orkestri üçün yazılmış süita silsilələrini, məsələn, “Bayram löv-
hələri”,  ”Uşaq  səhnələri”,  “Xoreoqrafik  miniatürlər”,  “Ərdəbil lövhələri”  və 
s.  göstərmək  olar.  Musiqişцnas-bəstəkarın  mahnı  janrında  B.Vahabzadə, 
T.Mütəllimov, R.Əhmədzadə və başqa şairlərlə əməkdaşlığı öz gözəl bəhrə-
sini vermişdir. Müxtəlif məzmunlu mahnılarının ifaçılarından Əbülfət Əliye-
vi, Mobil Əhmədovu, Brilyant Dadaşovanı, Heydər Anatollunu, Aygün Bəy-
ləri, habelə məktəblilərin uşaq xorunu qeyd edə bilərik. 
Fəaliyyətinin  bu  sahəsi  gözəl  musiqiçinin  Azərbaycan  Bəstəkarlar  İttifa-
qındakı işinə də xeyli dərəcədə kömək edir. Təsadüfi deyil ki, musiqişünas-
alim ittifaqın VI və VII qurultayları zamanı iki dəfə bu yaradıcılıq qurumu-
nun katibi vəzifəsinə seçilmiş və 1990-cı ildən indiyə qədər həmin vəzifənin 
öhdəsindən bacarıqla gəlir. 
Ramiz Zöhrabov 1968-ci ildən bəri Üzeyir Hacəbəyli adına Bakı Musiqi 
Akademiyasında (keçmiş Azərbaycan Dövlət Konservatoruyasında) səmərəli 
elmi  və  pedaqoji  faəliyyətlə  məşğul  olur.  O  zamanlar  konservatoriyanын 
rektoru  olmuş  məşhur  bəstəkarımız,  xalq  artisti  Cövdət  Hacıyev  gənc 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə