231
salanda canlı bir tarixin şahidi oluruq.
Səhnə əsərlərinə opera və operettalar, müxtəlif tamaşalara yazdığı musiqi
daxildir. Bəstəkar 1945-ci ildə ilk musiqili komediyasını yazmışdır: «Mə-
həbbət gülü». Bu, həm Üzeyir bəyin operetta sahəsindəki ənənələrinin
davamı idi, həm də o özü həmin illərdə musiqili komediya teatrının dirijoru
olduğu üçün bu janra xüsusi maraq göstərirdi. Sonralar bir-birinin ardınca
«Ulduz», «Özümüz bilərik», «Milyonçunun dilənçi oğlu», «Sevindik qız
axtarır», «Hardasan, ay subaylıq?», «Olmadı elə, oldu belə», «Həmişə
xanım», «Gurultulu məhəbbət», «Hərənin öz ulduzu», «Subaylarınızdan
görəsiniz» musiqili komediyalarını yazır.
1961-ci ildə Nəriman Nərimanovun pyesi əsasında yazdığı «Bahadur və
Sona» operası isə bəstəkarın bu sahədəki ilk qələm təcrübəsi idi. Operanın
librettosu Əfrasiyab Bədəlbəylinin, şeirlərinin müəllifi isə Şıxəli Qurbanov
idi.
İri həcmli instrumental musiqiyə «Bayram müqəddəməsi», «Vətən və
gənclik» simfoniyaları, yeddi simfonik poema, süitalar, konsertlər, tar ilə
xalq çalğı alətləri orkestri üçün üç konserti, violençel, fortepiano və simfonik
orkestri üçün «ikili» konsert və bu kimi əsərlər daxildir.
Bəstəkarın tar ilə orkestr üçün «Konsert»ləri həm tədris proqramına
salınmış, həm də ifaçıların repertuarına daxil edilmişdir.
Xalq musiqisinin, xüsusən də muğam janrının incəliklərinə bələd olan
bəstəkar bu sahədə də qələmini sınayaraq «Bayatı-Şiraz» simfonik muğamını
yazmışdır.
Vokal və xor əsərləri də onun yaradıcılığında geniş yer tutur. Buna misal
olaraq 200-dən çox mahnı, romans, altı kantata və s. əsərlər göstərilə bilər.
S.Ələsgərov xoşbəxt bəstəkardır. Ona görə ki, yazdığı əsərlər elə kağız
üzərində qalmayıb, ifaçıların repertuarına daxil edilərək daim səslənib. Hələ
onun 1942-ci ildə döyüşçü-şair Şirzad Əliyevin sözlərinə cəbhə mövzusunda
yazdığı ilk «Gözlə məni» mahnısı təsirli, orijinal sənət nümunəsi kimi
dinləyicilərin qəlbinə yol tapır. Süleyman müəllim bu mahnının yaranma
tarixi barədə həmişə böyük həvəslə, Üzeyir bəyə və mahnının ilk ifaçısı
böyük sənətkarımız Bülbülə hədsiz minnətdarlıq hissi ilə danışardı.
Bu haqda «Mədəniyyət» qəzetinin 31.10.1995-ci il tarixli nömrəsində Sü-
leyman müəllimin «Üzeyir bəylə keçən günlər» adlı məqaləsində oxuyuruq:
«Mənim müharibə dövründə ilk vokal əsərim döyüşçü-şair Şirzad Əliyevin
sözlərinə bəstələdiyim «Gözlə məni» mahnısı oldu. Həmin mahnımı böyük
nəğməkarımız vokal sənətimizin banisi Bülbülə vermişdim. O, mahnını elə
ilk tanışlıqdan bəyənmişdi. Ancaq bu haqda Üzeyir müəllimə heç nə
deməmişdim. 1942-ci ilin oktyabr ayı idi. Həmişəki kimi yenə də Üzeyir
Hacıbyovun sinfində «Azərbaycan xalq musiqisinin əsasları» fənnindən dərs
keçirdik. Birdən qonşu otaqdan sevimli müğənnimiz Bülbülün həzin səsini
eşitdik. «Gözlə məni» mahnısı idi. Yoldaşlarım Üzeyir müəllimə bildirdilər
ki, bu mahnı Süleymanındır. O, heç bir təklif gözləmədən mehribanlıqla
232
dedi:
- Çox yaxşı. Elə isə gəlin gedək, mahnıya əməlli-başlı qulaq asaq. Biz
müğənninin məşğul olduğu otağa keçdik. Üzeyir müəllimin təklifi ilə Bülbül
mahnını ikinci dəfə oxudu (Royalda Vladimir Kozlov müşayiət edirdi).
Mahnı sona yetəndə Üzeyir Hacıbəyov və tələbə yoldaşlarım məni bir daha
təbrik etdilər. Görkəmli müğənnimizin isə sözü bu oldu:
- Cavan oğlan, sənin mahnına bu gündən vətəndaşlıq hüququ verdim.
Düzü çox sevindim. Üzeyir müəllimin, Bülbülün müharibə mövzusunda
yazdığım ilk mahnıya yüksək qiymət vermələrindən ruhlanaraq, bundan bir
qədər sonra Şövkət Məmmədovanın xahişi ilə, şair Zeynal Cabbarzadənin
sözlərinə «Gözləyirəm» adlı mahnı bəstələdim.
«Gözlə məni» mahnısını 1944-cü ildə Tbilisdə keçirilən Zaqafqaziya
xalqlarının musiqi ongünlüyündə Zəhra Rəhimova müvəffəqiyyətlə ifa etdi.
Bu mahnı böyük bəstəkarımızın çox xoşuna gəlmişdi. Belə ki, Ü.Hacıbə-
yovun təklifi ilə mən 1943-cü ildə Respublika Bəstəkarlar İttifaqına qəbul
olundum.
Üzeyir müəllim haqqımda danışarkən «Gözlə məni» mahnısının adını
çəkdi və onu yüksək qiymətləndirdi. Ü.Hacıbəyov o zaman yenicə yazmağa
başlayan gənc bəstəkarların hər cəhətdən tanınması, formalaşması üçün
əlindən gələni edirdi».
Bəstəkarın yaradıcılığının ilk dövrlərində qazandığı uğurlar ömrünün so-
nuna qədər davam etmişdir. Süleyman Ələsgərovun yaradıcılıq irsi bir çox
musiqişünas, jurnalist, tədqiqatçı və s. bu kimi qələm sahiblərinin diqqətini
cəlb etmiş, onun haqqında neçə-neçə kitablar, saysız-hesabsız məqalələr,
oçerklər, əsərləri barədə resenziyalar yazılmışdır. Bu mənada Ramiz
Zöhrabovun, Zemfira Qafarovanın, Elxan Babayevin, Solmaz Qasımovanın,
Vidadi Xəlilovun, Sabir Quliyevin və başqalarının adlarını çəkə bilərik.
Onların və digərlərinin S.Ələsgərov haqqında yazdıqları kitablar bəstəkarın
həyat və yaradıcılıq yolunu bütün aydınlığı ilə geniş şəkildə əhatə etmişdir.
Bəstəkar ömrünün son gününə qədər sənət eşqi, xalq məhəbbəti ilə yazıb
yaratdı. Lakin, son illərdə başımıza gələn bu müsibətlər Süleyman müəllimi
nə qədər sarsıtmışdısa, o qədər də mübarizə əzmi ilə qələbə ruhlu əsərlər
yazmağa sövq etmişdi. Hər dəfə bu barədə söhbətimiz olanda belə deyərdi:
«Xalqımızın belə ağır, çətin günündə biz sənətkarlar daha çox işləməli,
tariximizi, bu günümüzü, başımıza gələn faciələri öz əsərlərimizdə tərənnüm
etməliyik ki, həmin əsərlər bu günkü tariximizin canlı şahidi kimi gələcək
nəslə yadigar qalsın».
Süleyman Ələsgərov bu illərdə hərbi vətənpərvərlik mövzusuna daha çox
müraciət edən bəstəkarlardan bəlkə də ən birincisi idi. Onun yazdığı mahnı
və marşlar öz melodiyası və ahəngdarlığı ilə həm xalq musiqisinə bağlı idi,
həm də xalqa mənəvi ruh verirdi. «Yürüş mahnısı», «Gənclik marşı» (1992),
Aslan Aslanovun sözlərinə «Bu torpağa bağlıyıq» (1990), «Hardasan igid
oğlan» mahnıları (1994), Qurban Musayevin sözlərinə «Biz qələbə
Dostları ilə paylaş: |