Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə65/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   61   62   63   64   65   66   67   68   ...   72

233
 
çalmalıyıq»  mahnısı  (1994),  Bəşir  Nəzərlinin  sözlərinə  «Bura  vətəndir» 
(1995), Bəhlul Orucoğlunun sözlərinə «Əsgər marşı» (1997), Qüdrət Əzizin 
sözlərinə «Güllələnən abidələr» balladası (solist, xor və orkestr üçün 1999), 
Zəlimxan  Yaqubun  sözlərinə  «Bu  gecə  yuxuma  girmişdi  Şuşa»  mahnısı, 
orkestr üçün neçə-neçə hərbi marşlar. «Azərbaycan polisi», «Bakı – Ankara» 
mahnı  marşları  (1999)  və  başqalarının  adını  çəkə  bilərik.  Hansı  ki,  bunlar 
Süleyman müəllimin hərbi vətənpərvərlik mövzusunda yazdığı əsərlərin çox 
az  bir  hissəsidir.  O,  hərbi  hissələrə  gedərək  oradakı  əsgər  və  zabitlərə  bu 
əsərləri şəxsən özü öyrədirdi.  
Bəstəkarın  hərbi  vətənpərvərlik  mövzusunda  yazdığı  əsərləri  Daxili  Qo-
şunların orkestrinin, S.Rüstəmov adına xalq çalğı alətləri orkestrinin ifasında 
və  orkestrin  müşayiətilə  neçə-neçə  müğənnilərin  ifasında  dinləyicilərə 
çatdırılmışdır.  Onu  da  deyək  ki,  Daxili  Qoşunların  nümunəvi  orkestrinin 
təşkilində Süleyman müəllimin böyük rolu olmuşdur.  
O,  bir  bəstəkar  kimi  yazıb-yaratmaqla  bərabər,  həm  də  mətbuat  səhifə-
lərində, radio-televiziya verilişlərində bu mövzu ilə bağlı çıxışlar edir və baş-
qalarını da yazıb yaratmağa sövq edirdi.  
Bu  barədə  Süleyman  müəllimin  «Əsgər»  qəzetinin  6.10.1998-ci  il  tarixli 
nömrəsində böyük bir məqaləsi dərc edilib.  
Daha  bir  qəzet  materialı-  «Maarifçi»  qəzetinin  02.11.1995-ci  il  tarixli 
«Gərək mahnımız da döyüşsün» başlığı ilə Süleyman müəllimlə olan bir mü-
sahibə də maraq doğurur. Müxbirin:  
-  Süleyman  müəllim,  Yuxarı  Qarabağ  respublikamızın  dilbər  guşəsi 
düşmən tapdağı altındadır. Bu anlarda şuşalı bəstəkar hansı hissləri keçirir? –
sualına belə cavab verir:  
-  Bütün  azərbaycanlılar  kimi  mən  də  hədsiz  narahatam.  Zəbt  edilmiş 
rayonlardan  didərgin  düşənləri  gördükcə  ürəyimdən  qara  qanlar  axır.  O  ki, 
qaldı  Şuşa  ilə  bağlı  hisslərimə,  hər  gecə  qarışıq  yuxular  görürəm,  xəyalən 
Şuşanı  dolaşıram,  atamın,  anamın,  bacımın  qəbirlərini  ziyarət  edirəm. 
Onların ruhu məni rahat buraxmır.  
Torpağında müharibə  gedən  sənətkarın  yaradıcılıq barədə  danışması çox 
çətindir.  Biz  fəaliyyətimizi  xalqımızın  qələbəsinə  həsr  etməliyik.  İgid 
əsgərlərimizi,  arxa  cəbhədə  çalışanları  qələbəyə  ruhlandırmaq  müqəddəs 
borcumuzdur. Gərək mahnımız da döyüşsün. Ölməz S.Vurğunun «Bilsin ana 
torpaq,  eşitsin  Vətən,  müsəlləh  əsgərəm  mən də  bu  gündən»  misraları  sənət 
adamlarının  fəaliyyət  proqramı  olmalıdır.  Torpağı  od  tutub  yanan  xalqın 
sənətkarlarından, 
şairlərindən, 
artistlərindən, 
bəstəkalarından, 
rəssamlarından..  mənəvi  kömək  gözləməsi  təbiidir.  Çünki  xalqımız  şeiri, 
sənəti  həmişə  yüksək  qiymətləndirib,  şair  sözünü  haqqın  səsi  kimi  qəbul 
edib. İndi onun yaralı könlünü oxşayan, xalqı birliyə, qələbəyə səsləyən şair 
sözünə, musiqi əsərlərinə böyük ehtiyacı var».  
Süleyman müəllimin hərbi vətənpərvərlik mövzusunda yazdığı mahnıların 
poetik  mətni  onun  musiqisi  ilə  üzvü  surətdə  qovuşur,  həm  söz,  həm  də 


234
 
musiqi adamın varlığına sirayət edərək mübarizə hissini artırır. Bəzən seçdiyi 
mahnı mətnləri üçün belə deyərdi: «Halal olsun, yaxşı yazıb. Lap ürəyimdən 
xəbər verir».  
Bəstəkarın son illərdə yazdığı əsərlərdən müxtəlif mövzulu mahnıları var 
ki,  onlar  daim  ifaçılarımızın  repertuarında  özünə  yer  tapıb.  Həmin 
mahnılardan  bir  neçəsinin  adını  çəkək:  Eltəkinin  sözlərinə  «Məhəbbət 
nəğməsi»  (1997),  Zəlimxan  Yaqubun  sözlərinə  «Ballada»  (1998),  «Sazım 
Borçalıda,  sözüm  Göyçədə»  (1997),  «Gözəldir»,  «Gözəl  dünya,  gözəllərin 
var  olsun»  (1998)  mahnıları,  Musa  Yaqubun  sözlərinə  «Bu  dünyanın  qara 
daşı  göyərir»  (1995),  Mustafa  Fətəliyevin  sözlərinə  «Qəhrəman»,    Aslan 
Aslanovun  sözlərinə  «İthaf»  (1995),  Teymur  Elçinin  sözlərinə  «Laylay», 
Aslan  Aslanovun  sözlərinə  «İstanbulum»  (1992),  Mövlud  Süleymanlının 
sözlərinə  «Üç  yarpaq»  (1998),  Aşıq  Ələsgərin  sözlərinə  «Eyləmişəm» 
(1998),  S.Ə.Şirvaninin  sözlərinə  «Növhə»  (solist,  xor  və  orkestr  üçün), 
Füzulinin sözlərinə «Ya Rəbb» (1994) və s.  
Əlbəttə,  belə  mahnılar  çoxdur.  Çünki  Süleyman  müəllim  çox  məhsuldar 
bəstəkar idi. Onun elə bir günü olmazdı ki, nə isə yazıb yaratmasın. Həmişə 
bu barədə söhbətlərimiz olanda belə deyərdi: «Sənətkar həmişə, hər gün, hər 
an, hər dəqiqə öz üzərində çalışmalı, daim yeni yaradılacaq əsərlər haqqında 
düşünməlidir».  
«Solğun çiçəklər» (1997) Cəfər Cabbarlının eyni adlı pyesi əsasında  ya-
zılmışdır.  Libretto  mərhum  şair  Hikmət  Ziyanındır.  Bu,  bəstəkrın  opera 
janrında yazdığı ikinci əsəridir.  
Bəstəkar  operada  muğam  intonasiyalarından,  xalq  rəqslərindən  istifadə 
etməklə  bir  daha  özünün  bu  sahədəki  geniş  imkanlarını  göstərir  və  Üzeyir 
bəyin irsinə sadiq qaldığını təsdiq edir. Eyni zamanda Süleyman müəllim bu 
cəhəti ilə onu da təsdiq edir ki, xalq musiqisindən professional musiqinin hər 
hansı  bir  janrında  yaradıcı  şəkildə  istifadə  etmək  həmin  əsərin  xalq 
tərəfindən daha yaxşı qavranılmasına səbəb olur.  
Süleyman Ələsgərovun son dövrlərdə yazdığı digər səhnə əsərlərindən İsi 
Məlikzadənin pyesi əsasında bəstəkarın «Subaylarınızdan görəsiniz» (1991), 
«Hərənin  öz  ulduzu»  (1995),  habelə  1998-ci  ildə  Əli  Əmirlinin  librettosu 
əsasında  yazdığı  «Onun  iki  qabırğası»  musiqili  komediyalarının  da  adını 
çəkə bilərik. Sonuncu əsər tamamlanmayıb.  
«Hərənin öz ulduzu» bəstəkarın 11-ci operettasıdır. Əsər unudulmaz ko-
mediya  ustası  Bəşir  Səfəroğluya  həsr  edilib.  S.Ələsgərov  səhnənin  və  xü-
susən də musiqili komediya janrının xüsusiyyətlərini dərindən bilən bəstəkar 
idi.  Buna  görə  də  onun  səhnə  əsərləri  həm  günün  tələblərinə  cavab  verib, 
həm də uzun ömürlü olub. 
Bu əsərdə hadisələr kənd mədəniyyət evlərinin birində baş verir. Belə ki, 
bu  mədəniyyət  evinin  işçiləri  –  müdir  Şöhrət,  dram  dərnəyinin  rəhbəri 
Məleykə, xor dərnəyinin rəhbəri Əlibala, rəqs dərnəyinin rəhbəri Nazir, gənc 
qız-solist,  pensiyaçı  Kələntər,  süpürgəçi  Xurma  bir-birilərini  məsxərəyə 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə