248
məzunu israrla bu “sənət məbədinə” işləməyə dəvət etmiş, özünün ustad
xeyir-duasını vermişdir: “Müəllimlik öz yerində, siz bunun öhdəsindən
gələcəksiniz. Lakin Siz elmi işlə də məşğul olmalısınız”.
İstedadlı musiqişünas tezliklə konservatoriyanın aparıcı müəllimlərindən
birinə çevrilir, əməksevərliyi və çalışqanlığı sayəsində daima öz peşəkarlıq
səviyyəsini yüksəldir. O, 1989-cu ildən etibarən Azərbaycan xalq
musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının müdiri vəzifəsinə təyin
olunmuş və bu günə kimi həmin məsul vəzifədə səylə çalışır, rəhbərlik etdiyi
qurumun işini yaxşılaşdırmaгda heç bir qüvvə və bacarığını əsirgəmir.
Kafedra üzrə yeni fənlərin tədris proqramına daxil edilməsi (“Şərq
xalqlarının şifahi ənənəli professional musiqisi”, “Mənbəşünaslıq”,
“Etnomusiqişünaslıq”, “Aşıq musiqi yaradıcılığı” və b.) Рamiz müəllimin
şəxsi səylərinin nəticəsidir. Son illərdə kafedra daxilində musiqi elminin
nisbətən gənc sahəsi olan “Etnоmusiqişünaslıq” üzrə yeni bölmə fəaliyyətə
başlamışdır.
Pedaqoji sahədə göstərdiyi geniş biliklərini və səriştəsinin nəzərə alaraq,
musiqişünas-alim Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki
Şurasının İncəsənət və Musiqişünaslıq bölməsinin sədri vəzifəsinə təyin
olunmuşdur. Onun qayğısı və tələbkarlığı sayəsində ali və orta ixtisas musiqi
məktəbləri elmi-metodiki vəsaitlər və tədris ədəbiyyatı ilə təmin olunur.
Sənətşünaslıq doktoru, professor R.Zöhrabov yüksək elmi dairələrdə
olduğu kimi, geniş kütlələr arasında da бюйцк hörmət və nüfuz sahibidir. O,
öz həmkarları арасында ən çox tanınan mütəxəssislərimizdəndir. Bu
baxımdan televiziya ekranları onun qarşısında intəhasız imkanlar açır, şəhər
və kənd məntəqələrində, necə deyərlər, hər bir qapını döyməyə yardımçı
olur. Musiqişünasın geniş auditoriya ilə əlaqəsi müntəzəm və sürəkli xarakter
daşıyır və onun müxtəlif məzmunlu silsilə verilişləri öz dinləyicilərini tapır,
uzun müddət yaddaşlarda qalır. Qədirbilən xalqımız Ramiz müəllimin
апарыъысы олдуьу “Musiqinin janr və formaları”, “Bəstəkarlarımızın
portreti”, “Sənətə həsr olunmuş ömür”, “Xalq musiqi xəzinəsindən”,
“Romans axşamı”, “Musiqi kollektivlərimiz” və sairə televiziya верилиш вя
rubrikalarını yaxşı xatırlayırlar.
Hörmətli alim və pedaqoq barədə çox danışmaq olar, amma онун
эюрдцйц сямяряли ишляри, елмя вердийи бюйцк тющфяляри bir məqаlə
çərçivəsinə sığışdırmaq təbii ki, imkan xaricindədir. Doğrusu, bu vəzifə
ildən-ilə, hətta aydan-aya daha da çətinləşir. Məsələn, R.Zöhrabov ötən ilin
oktyabr ayında xalq musii ifaçılarının Saratov (Rusiya Federasiyası)
şəhərində keşirilмиш Beynəlxalq Müsabiqəsinə münsiflər heyətinin üzvü
kimi dəvət almışdı. Həmin möhtəşəm foruma altımışdan artıq ölkə
musiqiçilərinin qatılması münsiflərin üzərinə düşən böyük məsuliyyəti
kifayət qədər səciyyələndirir. Başqa bir məsuliyyət hissi Azərbaycan
Respublikası Prezidenti yanındakı Ali Attestasiya Komissiyasının işi ilə
249
bağlıdır. Ramiz müəllim həmin qurum daxilində fəaliyyət göstərən Memarlıq
və İncəsənət üzrə Ekspert Şurasının sədri vəzifəsini icra etməkdədir.
Musiqişünas-alim ömrünün yetmişinci baharında daha böyük ruh
yüksəkliyi ilə yazıb-yaratması təbiidir. Onun bu sahədə qazandığı
nailiyyətləri ölkəmizin prezidenti cənab İlham Əliyev tərəfindən yüksək
qiymətləndirilmişdir. 70 illik yubiley ərəfəsində xalq artisti, sənətşünaslıq
doktoru, professor Ramiz Zöhrabov “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Biz respublikamızın bəstəkar və musiгişünasları, xüsusilə Azərbaycan Milli
Konservatoriyasının müəllim və professor heyəti adından hörmətli
musiqişünas-alimi, görkəmli müəllim və musiqi-ictimai xadimiни yubileyi
münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür və yeni-yeni yaradıcılıq
müvəffəqiyyətləri arzulayırıq.
Fəttah XALIQZADƏ
sənətşünaslıq namizədi,
professor
250
251
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA» № 2, mart-aprel 2009
________________
Yubileylər, təbriklər
SƏNƏTƏ HƏSR OLUNMUŞ ÖMÜR
MƏMMƏDAĞA KƏRİMOV – 60
AZƏRBAYCAN milli ifaçılıq sənətinin
inkişafında mühüm xidmətləri olan sənət-
karlardan biri də görkəmli tarzən, pedaqoq,
alim, AZƏRBAYCAN Respublikasının
əməkdar injəsənət xadimi, professor Məm-
mədağa Kərimovdur. O, istedadlı ifaçı,
pedaqoq tarzən kimi bir neçə nəslin
nümayəndəsini tərbiyə edən və musiqimizin
ijtimai fəaliyyətində nüfuz qazanan çox
dəyərli sənətkarlarımızdandır.
Xatırladaq ki, M.Kərimovun kiçik yaş-
larından musiqiyə jiddi marağını görən
valideynləri onu Bakı şəhərindəki 1 saylı
uşaq musiqi məktəbinin tar sinifinə daxil
edirlər. O, burada ixtisas müəllimi Gövhər
Qasımovanın sinifində oxuyur. Həmin məktəbi 1964-jü ildə bitirərək
Məmmədağa elə həmin ildə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi
məktəbinə (hal-hazırda AZƏRBAYCAN Milli Konservatoriyanın tərkibində
Bakı Musiqi Kolleji) daxil olur. M.Kərimov bu təhsil ojağında bəstəkar
əsərlərinin təfsir xüsusiyyətlərinin sirrlərini görkəmli pedaqoq Akif
Novruzovdan, muğam sənətini isə muğam bilijisi, əməkdar mədəniyyət işçisi
Kamil Əhmədovdan öyrənir.
O, gənjlik illərindən öz fitri istedadı ilə görkəmli sənət xadimlərinin
diqqətini özünə jəlb etmişdir. Təsadüfi deyildir ki, orta təhsil illərində gənj
musiqiçini dinləyən görkəmli bəstəkar, Respublikanın xalq artisti, professor
Əşrəf Abbasov onun gələjəkdə mütləq təhsilini Konservatoriyada davam
etdirməsini məsləhət görür.
Bu münvalla o, 1968-ji ildə Üzeyir Hajıbəyov adına AZƏRBAYCAN
Dövlət Konservatoriyasına (hal-hazırda Ü.Hajıbəyli adına Bakı Musiqi
Akademiyası) daxil olur. Burada görkəmli bəstəkar diricor, xalq artisti,
professor
S.Rüstəmovun
sevimli
tələbələrindən
biri
olaraq
tarda
Dostları ilə paylaş: |