Бағышлајан Рәһм едән Аллаһын ады илә



Yüklə 2,7 Mb.
səhifə13/32
tarix01.08.2018
ölçüsü2,7 Mb.
#60465
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

«İyirmi Dördüncü Görüş»


Fəridətül-İslam təxəllüslü mərhum Şeyx Əli Kaşani deyir:

Günlərin bir günü axşam çağı “dağlıq” adlı məntəqədə mərhum Ayətullah Kuhistaninin qəbul otağında şam namazını qılmaqla məşğul idim. Bir də gördüm ki, fədası olduğum İmam Zaman (ə) otağa daxil olub arxası qibləyə və üzü mənə tərəf dayandı. Təşəhhüddə oturaq halda öz-özümə fikirləşdim ki, əgər namazımı kəsib onunla salamlaşsam, bəlkə bu ona xoş gəlməz və mənimlə təmasda olmadan çıxıb gedər. Elə isə qoy namazımı kəsməyib bir qədər səbr edim. Əgər mənimlə danışmaq istəsə, namazdan sonra da danışar. Namazımı qılıb qurtardım, lakin namaz əsnasında Həzrət namazın bə`zi sözlərini mənimlə birgə təkrar edirdi. Xüsusilə də sonuncu səcdədə daha yüksək əhval-ruhiyyə ilə oxuduğum bu zikri – «Ya mən ləhud-dunya vəl-axirə, irhəm mən ləysə ləhud-dunya vəl axirə!» (Ey o kəs ki, dünya da, axirrət ona məxsusdur, rəhm et o kəsə ki, dünya axirət onundur!) İmam Zaman (ə) da daha yüksək əhval-ruhiyyə ilə dəfələrlə onu təkrar etdi. Amma elə ki, namazın salamını deməyə başladım, İmam Zaman (ə) dərhal getdi.



«İyirmi Beşinci Görüş»


Seyyid Həsən Əbtəhi deyir ki, cavan vaxtlarımda bir dəfə mərhum Hacı Molla Ağacandan soruşdum: Nə üçün İmam Zaman (ə)-ı görə bilmirəm? Buyurdu: Çünki, yaşın azdır. Dedim: Əgər ləyaqətdən söz getsə, onda heç kim belə onunla görüşməyə layiq deyil. Əgər o özü lütf etsə, hətta az yaşlı uşaq olsaq belə bu səadəti bizlərə nəsib edər.

Bu sözüm ona çox xoş gəldi və dedi: Düz deyirsən. Siz sabah axşam İmam Rza (ə)-ın ziyarətgahında axşam namazı vaxtı hazır olun ki, intizarın sona çatacaq.

Həmin gecə ziyarətgahda oldum. Əhval-ruhiyyəm də çox yaxşı idi və mən İmam Zaman (ə)-ın görüşünə nail olacağıma ümid bəsləyirdim. Amma buna müvəffəq ola bilmədim və bundan olduqca təsirlənərək şam yeməyi üçün evə gəldim. Evin yolu dar və qaranlıq küçələrdən keçirdi. Birdən, uzaqdan bədənindəki bütün paltarları, hətta başında yaşıl əmmaməli bir alicənab seyyidin gəldiyini gördüm. Mənə yaxınlaşıb salam verdi, mən də salamının cavabını verdim, amma belə bir qeyri-adi görüşdən dərin fikirə daldım. Fikirləşdim ki, görəsən bu şəxs kim idi? Bu fikirlə müsafirxanaya çatdım. Molla Ağacan məni görcək, bir söz demədən bu misra ilə başlanan bir qəzəli söyləməyə başladı:

Sirlər xəzinəsinin gövhəri o idi ki, keçdi...

Onu dinlədikdən sonra halım tamamilə dəyişildi və başa düşdüm ki, yolda qarşılaşdığım həmin alicənab şəxs İmam Zaman (ə) imiş.





«İyirmi Altıncı Görüş»


Seyyid Həsən Əbtəhi deyir ki, ilahi övliyalardan biri mənə istəklərin yerinə yetməsi üçün «Səlamullahil-kamilut-tamm» duasını oxumağı tövsiyə etmişdi. Mənim isə o vaxtlar fədası olduğumuz İmam Zamanla (ə) görüşməkdən artıq heç bir istəyim yox idi. Bunun üçün də gecələr, xüsusilə də gecə yarısından sonra açıq səma altında bu duanı bütün qaydaları ilə oxuyurdum. Duanın sonundakı «Ya
Mövlayə! Ya Sahibəzzəman! Yəbnə Rəsulillah! Hacəti kəza kəza.» (Ey sərvərim! Ey Sahiəzzəman! Ey Peyğəmbər övladı!) ibarətində qeyd olunan “kəza və kəza” kəlmələrinin yerinə istək və hacətimi deyirdim: «Hacəti ru`yətukə suhbətukə.» (İstəyim səni görmək, səninlə söhbət etməkdir.) Duanın sonunda bir daha hacətin dilənməsi göstərilir ki, mən yenə həmin bu hacəti istəyirdim.

Bir gün cümə axşamı gecə saat 12 radələrində Məşhəddə Gövhərşad məscidinin həyətində, açıq səma altında bu duanı oxumaqla məşğul idim. Deyə bilərəm ki, həmin vaxt məsciddə məndən savay kimsə yox idi və məscidin həyətini yalnız bir neçə çıraq işıqlandırırdı. O vaxtlar mən İmama “istiğasə” (köməyə çağırma) namazından sonra həmin ziyarəti oxuyurdum. Duadakı «Ya mövlayə! Ya Sahibəzzəman, yəbnə Rəsulillah! Hacəti ru`yətukə suhbətukə.» “Ey sərvərim! Ey Sahibəzzaman! Ey Peyğəmbər övladı! İstəyim səni görmək səninlə söhbət etməkdir.” – ibarəsinə çatdıqda, birdən gördüm ki, günbəzin kənarındakı “qiblə” qapısından məscidə elm əhlinə bənzər nurani və yaraşıqlı bir seyyid daxil oldu. Onu görcək, fədası olduğumuz İmam Zaman (ə) olduğuna yəqin etdim. Bunun üçün də tam yəqinliklə ziyarətimi kəsib ona tərəf yaxınlaşdım. O da sanki, məni görmürmüş kimi, başını aşağı salıb ziyarətgaha tərəf gedirdi. Heybət və alicənablığı mənə onunla kəlmə kəsməyə mane olurdu. Mən də onun ardınca ziyarətgaha daxil oldum və öz-özümə dedim: Hardan bilim ki, o fədası olduğumuz İmam Zaman (ə)-ın özüdür? Nəhayət, qarşısında dayanıb ziyarətnaməni oxumağa başladım. Lakin, bir anlıq fikrim ondan yayındı və gördüm ki, artıq o yoxdur.




Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə