Бағышлајан Рәһм едән Аллаһын ады илә



Yüklə 2,7 Mb.
səhifə14/32
tarix01.08.2018
ölçüsü2,7 Mb.
#60465
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

«İyirmi Yeddinci Görüş»


Ayətullah Şeyx Məhəmməd Əli Əraki Qum elmi hövzəsinin tanınmış alimlərindən biri olmuşdur. Kimsə onun yüksək elmi məqam və təqvaya malik olduğuna şübhə etmir. “Alimlərin xəzinəsi” kitabının müəllifi onun ikinci cildinin 64-cü səhifəsində yazır: “Bu əhvalat müəllifə 1393-cü ilin Rəbius-sani ayının 26-da çərşənbə axşamı nəql olunub.

Hacı Ərakidə ərdə olan qızım Məkkəyə həcc ziyarətinə getmək istəyirdi, amma oradakı izdihamdan təvafını rahat və kamil yerinə yetirə bilməyəcəyindən narahat idi. Bir gün ona dedim: Əgər ziyarət zamanı «Ya Hafizu! Ya Əlim!» (Ey hər şeyi qoruyan! Ey hər şeyi bilən!) – zikrini ardıcıl olaraq təkrar etsən, Allah-təala sənə kömək edər. Nəhayət, həcc ziyarətinə gedib qayıdandan sonra orada başına gələni mənə nəql etdi: Ziyarət zamanı mənə tövsiyə etdiyiniz zikri ardıcıl olaraq təkrar etməklə, şükür Allaha, ziyarəti çox rahat yerinə yetirdim. Ziyarət günlərinin birində sudanlılar böyük bir izdiham yaratdılar. Təvaf etməzdən əvvəl öz-özümə fikirləşdim ki, görəsən bu qədər insanın içində necə təvaf edəcəyəm? Heyf ki, burada məni qoruya biləcək məhrəm olan bir şəxs yoxdur. Birdən qulağıma belə bir səs gəldi: İmam Zamandan kömək istə ki, rahat təvaf edə biləsən. Dedim: İmam Zaman (ə) haradadır? Cavab verdi: Qarşında gedən həmin bu şəxsdir.

Baxıb gördüm ki, qarşımda alicənab bir şəxs gedir və təxminən, özündən kənara bir metr ətrafı tamamilə boşdur. Həmin səs bir daha mənə dedi: O dairəyə daxil ol və həmin şəxsin ardınca təvaf et! Mən də dərhal həmin dairəyə daxil olub İmam Zaman (ə)-ın ardınca hərəkət etməyə başladım. Mən ona o qədər yaxın idim ki, əlimi uzatsaydım ona toxuna bilərdim!

Sakitcə əlimi onun əbasına sürtüb sonra üzümə çəkdim. Elə hey öz-özümə deyirdim: Qurbanın olum ey İmam! Canım sənə fəda olsun ey İmam! O qədər sevinirdim ki, hətta ona salam verməyi belə unutdum. Bir sözlə, kimsə mənə toxunmadan yeddi dəfə Kə`bəni təvaf etdim və gördüyüm həmin izdiham məni əsla narahat etmədi. Təəccüb edirdim ki, bu qədər insandan biri də olsun həmin dairəyə daxil olub mənə toxunmurdu.

Onun yeganə istəyi elə bu olduğundan daha Həzrətdən başqa bir şey istəməmişdi.”

«İyirmi Səkkizinci Görüş»


Mərhum şeyx Məhəmməd Təqi Bafiqi, Rza şah Pəhləvinin zülmkar rejiminə baş əyməyən mübariz alimlərdən biri olmuşdur. Zalım şah dəfələrlə onu zindana salmış və ucqar məntəqələrə sürgün etmişdir. “Alimlərin xəzinəsi” kitabının müəllüfi yazır: “Şeyx Məhəmməd Təqi Bafiqi “ədilləyi-ərbəə”yə (şəriətdə əhkamların istixracı üçün dödr əsas dəlil) əsasən, İmam Zamanı (ə) görməyi tam mümkün məsələ hesab edirmiş. Hər hansı bir şeyin mümkünlüyünə ən yaxşı dəlil isə onun həyatda baş verməsidir. Bir halda ki, minlərlə insan İmam Zaman (ə)-ı görmüş, onu tanıyaraq söhbət etmişlər!1 Müəllif qeyd olunanları ətraflı şərh etdikdən sonra Mərhum Bafiqidən onunla əlaqəli olan bir neçə başqa əhvalat da nəql edir ki, onlardan birini şeyx Məhəmməd Təqi Bafiqinin qardaşı, alim, zahid höccətül-İslam Molla Əsədullahın dilindən nəql edir. Deyir ki, o bu əhvalatı 1369-cu ilin səfər ayında mənə dadışdı:

Qardaşım dəfələrlə İmam Zamanla (ə) görüşmüş və onunla söhbətlərini mənə nəql etmişdir. Amma tapşırmışdı ki, nə qədər ki,mən sağam onları kimsəyə danışmayam. Lakin indi o, dünyasını diyişdiyi üçün sizə həmin görüşlərdən bir neçəsini nəql etmək istəyirəm. Onlardan biri budur:

Bir vaxtlar qərara gəlmişdim ki, Nəcəf-Əşrəfdən piyada Məşhədə İmam Rza (ə)-ın ziyarətinə gedəm. Yola düşdüyüm vaxt qış fəsli idi. İran ərazisinə daxil oldum. Hər tərəf böyük dağ və dərələrlə əhatə olunurdu. Hava isə olduqca soyuq və ardı kəsilmədən qar yağırdı. Bir gün qürub vaxtı qarlı-boranlı bir havada yol kənarında bir qəhvəxanaya çatdım. Öz-özümə dedim: Axşam burada qalıb səhər yenə yoluma davam edərəm. Qəhvəxanaya daxil oldum, orada bir neçə “yezidi kürdü” oturub qumar oynayırdı. Öz-özümə dedim: İlahi nə edim? Axı, bunları pis işlərdən çəkindirmək mümkün deyil və mən də onlarla birlikdə burada otura bilmərəm. Hava isə çöldə olduqca soyuqdur. Beləcə, qəhvəxanadan eşikdə dayanıb götür-qoy edirdim. Hava da get-gedə qaralırdı. Birdən, belə bir səs eşitdim: Məhəmməd Təqi! Bura gəl. Səs gələn tərəfə getdim, gördüm ki, yaraşıqlı və alicənab bir şəxs yaşıl ağacın altında oturub məni özünə tərəf çağırır. Ona yaxınlaşıb salam verdim. Salamımı alıb buyurdu: Məhəmməd Təqi, ora sənin yerin deyil! Ağacın altına girdikdə hiss etdim ki, oranın havası olduqca mülayimdir, orada həm istirahət etmək olar, həm də qalmaq. Ətraf soyuq və qarla örtülsə də ağacın altı olduqca mülayim və tamamilə quru idi. Beləcə, gecəni İmam Zaman (ə)-ın yanında qaldım və bacardığım qədər onun hüzurundan istifadə etdim.

Səhər sübh namazını onunla birgə qıldım və mənə dedi: Artıq hava işıqlanır, gedək. Dedim: İcazə verin hər zaman sizinlə olum və sizə xidmət göstərim. Buyurdu: Mənimlə gələ bilməzsən. Dedim: Bəs, bundan sonra sizin xidmətinizə harada çatım? Buyurdu: Bu səfərdə iki dəfə sənin yanına gələcəyəm və sən məni görəcəksən. Görüşümüzün biri Qumda, ikincisi isə Səbzivarın yaxınlığında olacaq. Bunu deyib qeyb oldu.

İmam Zamanla (ə) görüşə can atdığımdan şövqlə yoluma davam edib bir neçə gündən sonra Quma çatdım və həm Həzrəti Mə`sumə (ə)-ı ziyarət etmək, həmdə İmam Zaman (ə)-ın görüşünə nail olmaq üçün üç gün orada qaldım. Amma o həzrətlə görüşə bilmədim.

İmam Zamanla (ə) görüşə bilmədiyimdən bərk narahat idim. Beləcə, yoluma davam edib bir aydan sonra Səbzivara yaxın bir məntəqəyə yetişdim. Uzaqdan Səbzivarı görüb dedim: Nə üçün və`dəyə əməl olunmadı? Qumda İmam Zaman (ə)-ı görmədim, bu da Səbzivar! Bu fikirdə idim ki, birdən, at ayaqlarının səsini eşitdim. Arxaya baxıb gördüm ki, İmam Zaman (ə) mənə tərəf gəlir. Mənə yaxınlaşıb dayandı və salam verdi. Mən də salamının cavabını verib ona olan məhəbbətimi bildirərək dedim: Ağa, Qumda mənimlə görüşəcəyinizə söz vermişdiniz, amma müvəffəq olmadım. Buyurdu: Məhəmməd Təqi, biz (filan gün filan saatda) sənin yanına gəldik, sən isə bibim Həzrət Mə`sumə (ə)-ın ziyarətgahından çıxırdın. Tehranlı bir qadın səndən şər`i məsələ soruşurdu və sən də başını aşağı salıb sualına cavab verirdin. Mən də sənin yanında dayanmışdım, amma fikir vermədiyindən çıxıb getdim.






Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə