Бағышлајан Рәһм едән Аллаһын ады илә



Yüklə 2,7 Mb.
səhifə16/32
tarix01.08.2018
ölçüsü2,7 Mb.
#60465
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

«Otuz Üçüncü Görüş»


Mərhum şeyx Vərram “Tənbihul-xatir və Nüzhətun-nazir”də yazır: Əli ibn Cə`fər Mədaini Ələvi nəql edir ki, Kufədə təqvalı və zahidliyi ilə tanınan qısaboy bir qoca vardı. Bir gün atamın təşkil etdiyi məclisdə həmin qoca da iştirak edirdi və o, atama belə bir əhvalat nəql etdi:

Bir dəfə Kufənin arxa nahiyəsində yerləşən Cö`fi adlanan qədim məsciddə idim. Gecə yarısı ibadətlə məşğul olduğum zaman üç nəfər içəri daxil oldu. Onlardan biri məscidin ortasına gəlib yerə oturdu və sonra əlini yerə çəkdi. Birdən, yerdən çeşmə tək su qaynamağa başladı. O, əvvəl dəstəmaz alıb, o biri iki nəfərə də dəstəmaz almağı əmr etdi. Onlar da dəstəmaz aldılar. Həmin şəxs qarşıda durub namaz qılmağa başladı, o iki nəfər də ona iqtida edərək namaza başladılar. Mən də ayağa qalxıb həmin şəxsə iqtida edərək namaz qılmağa başladım. Namazın salamını verib qurtardıqdan sonra quru torpaqdan su çıxdığından təəccüblənib sağ tərəfimdə oturan şəxsdən soruşdum: Bu şəxs kimdir? Dedi: O, İmam Həsən Əskəri (ə)-ın övladı İmam Zaman (ə) dır. Bunu eşitcək yerimdən qalxıb həmin şəxsə yaxınlaşdım və salam verib əlindən öpdüm. Sonra ondan soruşdum: Ey Peyğəmbər övladı! Seyyid şərif Ömər ibn Həmzə barədə nə deyə bilərsiniz? O, haqq yoldadırmı? Buyurdu: O, indi haqq yolda deyildir, amma haqqa hidayət olacaq və ömrünü dəyişməzdən əvvəl məni görəcəkdir.

Əli ibn Cə`fər Mədaini deyir: Bu əhvalatı kimsəyə danışmadım və onun baş verməsindən uzun müddət keçdi. Beləliklə, Şərif Ömər ibn Həmzə vəfat etdi və mən onun İmam Zamanla (ə) görüşüb-görüşmədiyini bilmədim.

Bir gün o zahid şəxs bu əhvalatı atama nəql edirdi, elə bu vaxt onlara yaxınlaşıb hər şeyi inkar edən şəxs kimi dedim: Məgər siz demədinizmi ki, o dünyasını dəyişməzdən əvvəl İmam Zaman (ə)-ı görəcək? Dedi: Sən hardan bilirsən ki, o İmam Zamanla (ə) görüşməmişdir?

Bir müddət sonra məclislərdən birində Şərif Ömər ibn Həmzənin, Şərif Əbulmənaqib ləqəbi ilə tanınan oğlu ilə görüşdüm. O mənə dedi: Bir gün atam xəstə olduğu vaxt yanında oturmuşdum. Onun taqəti tamamilə qurtarmış rəngi də qaçmışdı. Gecənin sonuna yaxın evin bütün qapılarını bağlamağıma baxmayaraq, birdən gördüm ki, evə bir şəxs daxil olub. Lakin üzünün heybətindən onun haradan girdiyini soruşmağa cür`ət etmədim. O, atamın yanında oturub onunla yavaş-yavaş söhbət etməyə başladı. Atam isə onu dinləyə-dinləyə elə hey göz yaşları axıdırdı. Sonra isə o, qalxıb getdi. Gözümüzdən itdikdən sonra atam dedi: Məni oturdun. Biz də onu oturtduq. Atam gözlərini açıb dedi: Yanımda oturan həmin şəxs hara getdi? Dedim: Haradan gəlmişdisə oradanda çıxıb getdi. Dedi: Ardınca gedin və onu geri qaytarın. Baxıb gördük ki, qapılar yenə də bağlıdır və ondan heç bir əsər-əlamət yoxdur. Qayıdıb atama dedik ki, qapılar həmişəki kimi bağlıdır və ondan heç bir əsər-əlamət yoxdur. Dedi: O şəxs İmam Zaman (ə) idi. Bunu dedikdən sonra vəziyyəti daha da ağırlaşdı və bir neçə gündən sonra vəfat etdi.



«Otuz Dördüncü Görüş»


Seyyid Həsən Əbtəhi deyir ki, bu əhvalatı Məşhəd sakini hacı Heydəri adlı e`tibarlı bir şəxsdən eşitmişəm. Bu əhvalat Şeyx Məhəmməd Razinin “Asarül-Höccə” kitabında da (səh. 80) qeyd olunub. Hacı Əli Heydəri buyurur:

Mən bu əhvalatı Tehranda mərhum Ayətullah Həbibullah Rəştinin oğlu Şeyx İshaq Rəştidən eşitmişəm. Sonra Dəməşqə həzrət Zeynəb (ə)-ın ziyarətinə getdiyim vaxt bu əhvalatı Seyyid Möhsün Cəbəl Amulidən də eşitdim. O deyirdi ki, Şərif Əli Hicazda hakimiyyətdə olduğu dövrdə Məkkəyə getmişdim. Məndə belə bir hiss yaranmışdı ki, ziyarət vaxtı İmam Zamanla (ə) görüşəcəyəm. Bunun üçün də həccin əməllərini yerinə yetirdiyim zaman İmam Zaman (ə) barədə xeyli fikirə daldım. Amma həmin il mən bu şərrəfə nail ola bilmədim. Ziyarəti qurtardıqdan sonra vətənə qayıtmaq qərarına gəldim. Amma baxıb gördüm ki, Məkkə ilə Livanın arasında xeyli məsafə var. Bunun üçün də mən ən yaxşı yolu Məkkədə qalmaqda gördüm. Ümid edirdim ki, bəlkə növbəti Həcc mərasimində İmam Zaman (ə)-ı görə biləcəyəm. Beləliklə, həmin il Məkkədə qaldım. Lakin sonrakı, ondan sonrakı və beləcə, orada qaldığım beş və ya yeddi il ərzində İmam Zaman (ə)-ı görə bilmədim.

Bu müddət ərzində Məkkə hakimi Şərif Əli ilə də tanış oldum və vaxtaşırı bir-birimizə get-gəl də edirdik. Şərif Əli Məkkə seyyidlərindən olub, yalnız dörd mə`sum imamı qəbul etdiyi üçün Zeydi məzhəbinə mənsub idi. Son illərdə aramızdakı səmimiyyət daha da güclənmişdi. Sonuncu ziyarət zamanı hiss etdim ki, deyəsən, bu il də İmam Zamanla (ə) görüşməyə müvəffəq olmayacağam. Narahatlığımı aradan qaldırmaq üçün Məkkənin ətrafındakı dağlardan birinə qalxdım. Dağın başına çatdıqda baxıb gördüm ki, dağın o biri tərəfi yaşıl çəmənlikdir. Öz-özümə dedim: Axı, nə üçün neçə il Məkkədə olsam da, bir dəfə də olsun bura gəzməyə gəlməmişəm? Çəmənliyin ortasına çatdıqda gördüm ki, orada bir çadır qurulmuş, onun içində də bir neçə nəfər oturmuşdur. Aralarında alim və alicənab şəxs kimi görünən birisi çadırın ortasında oturub, sanki yanındakılara dərs deyirdi. Ondan bu sözləri eşitdim: “Cəddəmiz Həzrət Zəhra (ə.s)-ın övladı və nəsilindən olanlar dünyalarını dəyişdikləri zaman onlara imamət və vilayət təlqin olunur və onların hər biri dünyalarını həqiqi və kamil imanla dəyişir.”

Elə bu vaxt bir nəfər tələm-tələsik gəlib dedi: Şərif Əli ölüm ayağındadır, tez özünüzü çatdırın! Bu xəbəri eşitcək, dərhal Məkkəyə tərəf yola düşdüm və birbaşa Şərif Əlinin qəsrinə getdim. İçəri daxil olduqda, onu doğrudan da ölüm ayağında gördüm. Əhli-sünnə alim və qaziləri onun ətrafında oturub ona sünni məzhəbinə uyğun təlqin edirdilər. Amma o, bir kəlmə də olsun təkrar etmirdi. Oğlu da kənarda oturub bundan narahat idi. Birdən, gördüm ki, çadırın ortasında oturub dərs deyən həmin şəxs qəsrə daxil oldu və Şərifin yanına gəlib başı üzərində orturdu. Amma mə`lum idi ki, onu yalnız mən görürdüm. Çünki, yalnız mən ona nəzər salır, başqaları isə bundan tamamilə xəbərsiz idilər. Amma nədənsə, mən də ona nə salam verə bildim, nə də yerimdən tərpənə bildim.

O, üzünü Şərifə tutub buyurdu: «Qul, əşhədu ən la ilahə illəllah “De ki, Allahdan başqa mə`bud yoxdur.” Şərif dedi: «Əşhədu ən la ilahə illəlalh “Şəhadət verirəm ki, Allahdan başqa mə`bud yoxdur.” Buyurdu: «Qul, əşhədu ənnə Muhəmmədən rəsulullah “De ki, şəhadət verirəm Məhəmməd Allahın peyğəmbəridir.” Şərif dedi: «Əşhədu ənnə Muhəmmədən rəsulullah “Şəhadət verirəm ki, Məhəmməd Allahın peyğəmbəridir.” Buyurdu: «Qul, əşhədu ənnə Əliyyən huccətullah “De ki, şəhadət verirəm Əli Allahın yer üzərindəki höccət və dəlilidir.” Şərif dedi: «Əşhədu ənnə Əliyyən huccətullah “Şəhadət verirəm ki, Əli Allahın yer üzərindəki höccət və dəlilidir.” O, bu minvalla mə`sum imamların adını çəkir, Şərif də onun ardınca bir-bir təkrar edirdi. Beləcə, fədası olduğumuz İmam Zaman (ə)-ın adına çatdıqda, buyurdu: «Ya Şərif, qul, əşhədu ənnəkə huccətullah “Ey şərif! De ki, şəhadət verirəm sən Allahın yer üzərindəki höccət və dəlilisən.” Şərif də dedi: “Şəhadət verirəm ki, sən Allahın yer üzərindəki höccət və dəlilisən.”

Bu vaxt başa düşdüm ki, artıq ikinci dəfədir mən İmam Zaman (ə)-ı görməyə nail oluram. Amma təəssüflər olsun ki, mən o qədər gücümü itirmişdim ki, ona nə salam verə bildim, nə də ki, dil açıb məhəbbətimi izhar etməyə taqətim oldu.

Mərhum Ayətullah Seyyid Möhsin Cəbəl Amuli 1371-ci hicri qəməri ilində Şamda (indiki Suriya) vəfat edir və vəsiyyətinə əsasən, Həzrət Zeynəb (ə)-ın ziyarətgahına gedən yol üstə dəfn olunur.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə