Бағышлајан Рәһм едән Аллаһын ады илә


«İyirmi Doqquzuncu Görüş»



Yüklə 2,7 Mb.
səhifə15/32
tarix01.08.2018
ölçüsü2,7 Mb.
#60465
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

«İyirmi Doqquzuncu Görüş»


Mərhum Məhəmməd Təqi Bafiqi (Allah ona rəhmət etsin) İmam Zamanla (ə) əlaqə yaratmaqda o qədər güclü və o qədər təqvalı bir şəxsiyyət idi ki, nə zaman bir istəyi olsaydı, dərhal Cəmkəran məscidinə gedər və hacətini İmam Zaman (ə)-dan alardı. “Alimlər xəzinəsi” kitabının müəllifi bu əhvalatı Qumun elmi hövzəsinin böyük alimlərindən birindən nəql edir:

Ayətullah hacı seyyid Məhəmməd Rza Gülpayeqani buyurardı ki, Ayətullah Əbdülkərim Hairinin dövründə dörd yüz tələbə Qum hövzəsinə cəm olub onun tələbələr üçün təqaüd üzrə nümayəndəsi mərhum hacı şeyx Məhəmməd Təqidən qış əbası istəyirlər. Şeyx Bafiqi tələbələrin istəyini mərhum Əbdülkərim Hairiyə çatdırır. Əbdülkərim Hairi deyir: Dörd yüz ədəd əbanı haradan tapaq? Şeyx Bafiqi deyir: Fədası olduğumuz İmam Zaman (ə)-dan alarıq. Hacı şeyx Əbdülkərim Hairi deyir: Bu qədər şeyi o həzrətdən almaq üçün mənim heç bir yolum yoxdur. Şeyx Bafiqi deyir: İnşaallah, mən İmam Zaman (ə)-dan alaram.

O, cümə günü axşam Cəmkəran məscidinə gedib orada İmam Zamanla (ə) görüşür. Səhəri gün Şeyx Əbdülkərim Hairinin yanına gəlib deyir: İmam Zaman (ə) buyurdu ki, sabah sizə dörd yüz əba verəcəkdir.

Cümə günü səhər tacirlərdən bir nəfər dörd yüz əba gətirib hövzəyə təhvil verdi.



«Otuzuncu Görüş»


Şeyx Mehdi Muəzzi buyurur: Mərhum Şeyx Mürtəza Tehranın zahid və təqvalı alimlərindən olmuşdur. O, belə bir əhvalat nəql edir:

Mərhum seyyid Əbdülkərim Mahmudi cümə axşamları İmam Zamanla (ə) görüşərdi. O, deyir: Bir cümə axşamı Reydə həzrət Əbdüləzimin ziyarətgahında fədası olduğum İmam Zamanla (ə) görüşdüm. Mənə dedi: Seyyid, gəl birlikdə cəddim Əli ibn Musa Rza (ə)-ın ziyarətinə gedək. Dedim: İxtiyarınızdayam, hara istəyirsinizsə gedək. Birlikdə bir neçə addım atdıqdan sonra gördüm ki, artıq İmam Zaman (ə)-ın ziyarətgahına çatmışıq. Birlikdə ziyarət edib yenidən həmin qaydada geri qayıdıb, bir anın içində Tehranda olduq. Yenə İmam Zaman (ə) buyurdu: İndi də gəl, hacı seyyid Əli Müfəssirin ziyarətinə gedək (onun qəbri imamzadə Abdullanın ziyarətgahının içindədir). İmam Zamanla (ə) qəbirə yaxınlaşdıqda, gördüm ki, mərhumun ruhu qəbirin kənarında dayanıb həzrətə öz ehtiramını bildirir. Sonra Seyyid Əli mənə dedi: Seyyid! Hacı şeyx Mürtəzaya mənim salamımı çatdır və de ki, nə üçün dostluğa riayət etmir və bizi görməyə gəlmir? Niyə bizi unudub?

İmam Zaman (ə), Seyyid Əliyə dedi: Hacı şeyx Mürtəzanı üzürlü hesab et, başı bərk qarışıqdı. Onun yerinə özüm gələcəyəm.

«Otuz Birinci Görüş»


Böyük alim və müctəhid Ayətullah-üzma Seyyid Əbül-Həsən İsfahani dövrünün tanınmış fəqih və ustadlarından biri olmuşdur. Onun vasitəsiz olaraq İmam Zamanla (ə) görüşü, verdiyi hökmlərinin “böyük qeyb dövrü”ndə İmam (ə) tərəfindən təsdiq olunması şübhəsizdir. Ümumiyyətlə, böyük qeyb dövründə çox az müctəhidə rast gəlinir ki, İmam Zamanın (ə) xass ikram və ehtiramı ona nəsib olsun.

İmam Zaman (ə)-ın bu böyük şəxsiyyətə və ümmətin rəhbərinə bəxş etdiyi kəramətlərdən biri də ona yazdığı məktublarıdır. Bu isə İmamın ona olan rəğbətini göstərir. Məktublardan biri “Əməlisaleh alimlərin zinəti” ləqəbini almış Şeyx Məhəmməd Kufi Şüştərinin vasitəsilə göndərilir. Məktubda deyilir:

Xalqın qulluğunda dur və hamının səninlə əlaqə saxlamasına şərait yarat. Evinin dəhlizini görüş üçün tə`yin et ki, onlar səninlə rahat ünsiyyətdə ola bilsinlər. Hər zaman camaatın xahiş və istəklərini yerinə yetirməyə çalış və bil ki, biz də sənə köməyimizi edəcəyik.”



«Otuz İkinci Görüş»


Seyyid Həsən Əbtəhi deyir ki, 1332-ci hicri şəmsi ilində Kufəyə getmişdim. Orada fədası olduğumuz İmam Zamanla (ə) görüşən hacı Şeyx Məhəmməd Kufi adlı bir şəxslə görüşdüm. O, bizə belə bir əhvalat nəql etdi:

İraqla Hicaz arasında maşın işləmədiyi vaxt bir dəfə Məkkəyə getdim. Qayıdarkən dəstədən geri qalıb yolu itirdim. Yoluma davam edib bir bataqlığa düşdüm. Dəvəmin ayağları palçığa batdığından hərəkət edə bilmirdi. Mən də dəvənin üstündən düşə bilmirdim və dəvəni ölüm ayağında görüb uca səslə fəryad edərək İmam Zaman (ə)-ı köməyə çağırdım. «Ya Əba Salihil-Məhdi, ədrikni(Ey Əbu-Saleh Mehdi, dadıma çat!) Bunu bir neçə dəfə təkrar etdim və bir də gördüm ki, uzaqdan mənə tərəf bir süvari gəlir. Amma bataqlığa batmayıb onun üzəri ilə hərəkət edirdi. Süvari mənə yaxınlaşıb dəvənin qulağına dedi: Qapıya qədər. Dəvə dərhal ayaqlarını çıxarıb Kufəyə tərəf sür`ətlə hərəkət etməyə başladı. Üzümü ona tutub soruşdum: Sən kimsən? Buyurdu: Mən Mehdiyəm. Dedim: Daha sizi necə görə bilərəm? Buyurdu: Nə vaxt istəsən.

Dəvə Kufə şəhərinin qapısına çatdıqda yerə oturdu. Mən də həmin kəlməni dəvənin qulağına təkrar etdim. Dedim: Sənə deyiblər qapıya qədər. O da dərhal yerindən qalxıb məni evimin qapısına qədər apardı, amma bu dəfə oturan kimi öldü.

Hacı Şeyx Məhəmməd Kafi o qədər pak və təqvalı bir şəxsiyyət idi ki, insan onun həqiqətdən uzaq, hətta bircə kəlmə deməsinə ehtimal vermirdi. Sonra o sözlərinə davam edərək dedi: Bu əhvalatdan sonra iyirmi beş dəfə İmam Zamanla (ə) görüşə nail oldum.

Mən bu görüşlərdən bə`zilərini mərhum hacı molla Ağacana nəql etdiyim zaman mənə dedi: Onlardan bə`ziləri mükaşifə halında olub. O, olduqca pak və təqvalı bir şəxs olduğu üçün elə bilmişdir ki, İmam Zamanla (ə) aşkarda görüşmüşdür.




Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə