Бағышлајан Рәһм едән Аллаһын ады илә



Yüklə 2,7 Mb.
səhifə24/32
tarix01.08.2018
ölçüsü2,7 Mb.
#60465
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

«Əlli Dördüncü Görüş»


Hacı Nuri “Nəcmus-saqib” kitabında Molla Zeynəlabidin Səlmasidən belə bir əhvalat nəql edir:

Bir gün Nəcəf-Əşrəfdə Ayətullah Seyyid Sind və böyük alim Bəhrul-Ülumun dərsində iştirak edirdim. Təxminən, yüz nəfər tələbə dərsdə iştirak edirdi. Birdən, “Qəvanin” kitabının müəllifi Mirzə Qumi içəri daxil oldu. O, İrandan bura müqəddəs yerləri ziyarət etmək üçün gəlmişdi. Bundan sonra Məkkəyə həcc ziyarətinə getməli idi. Onun Bəhrul-Ülumla görüşünə hörmət əlaməti olaraq tələbələr durub dağılışdılar. Yalnız üç nəfər böyük alim və müctəhid birgə qaldı. Mən də onların bu görüşündə iştirak etdim.

Söhbət əsnasında Mirzə Qumi seyyid Bəhrul-Üluma dedi: Siz həm cismən, həm də ruhən Əhli-beytə mənsub olub yüksək mə`nəvi məqam sahibisiniz. Uzaq yoldan gəlirəm və xahiş edirəm əldə etdiyiniz tükənməz mə`nəvi ne`mətlərdən bizə də bəxş edin, biz də faydalanaq. Seyyid Bəhrul-Ülum sözü uzatmadan dedi: Elə dünən, gecə namazının nafiləsini qılmaq üçün Kufə məscidinə getmişdim. Qəti fikrim də var idi ki, səhər tezdən qayıdım və dərsləri tə`xirə salmayım. Sübh tezdən məsciddən çıxdıqda, yaman ürəyimdən keçdi ki, Səhlə məscidinə də bir baş çəkim. Lakin dərsə gecikməyim deyə fikrimdən daşındım. Amma ora getmək istəyi isə məndə hər an artırdı. Elə bu vaxt tozlu külək qalxıb məni Səhlə məscidinə tərəf istiqamətləndirdi. Çox keçmədən özümü Səhlə məscidinin qarşısında gördüm. Məscidə daxil olduqda, orada fədası olduğumuzdan başqa kimsə yox idi. O, elə münacat edirdi ki, qəlblər lərzəyə gəlir, gözlər isə yaşla dolurdu. Onu bu halda görcək, əl-ayağım tutuldu, dizlərim əsdi. O vaxta qədər nə elə həzin səs eşitməmiş, nə də dua kitablarında elə duaya rast gəlmişdim. Başa düşdüm ki, Həzrət münacatı bədahətən deyir. Elə dayanıb münacatına qulaq asır və böyük həzz alırdım. Münacatını qurtardıqdan sonra üzünü mənə tutub fars dilində buyurdu: Mehdi, bura gəl! Mən bir neçə addım irəliləyib dayandım. Bir daha buyurdu: Yaxın gəl! Mən bir az da qabağa gedib dayandım. Mən o qədər irəlilədim ki, mənim əlim onun əlinə, onun əli də mənim əlimə çatırdı. Bu vaxt mənə bir söz dedi.

Seyyid Bəhrul-Ülum daha İmam Zaman (ə)-ın ona nə dediyini söyləməyib Mirzə Quminin ona əvvəl verdiyini suala cavab verməyə başladı və bir sıra başqa məsələlər haqda söhbətini davam etdirdi. Söhbətin axırında Mirzə Qumi soruşdu: İmam Zaman (ə)-ın buyurduğu o söz nə idi? Bəhrul-Ülum dedi: O daha bir sirdir.





«Əlli Beşinci Görüş»


Seyyid Həsən Əbtəhi deyir: 1361-ci (h.ş.) ildə İranın inqilabçı alimlərinin terror olunması, bə`zi münafiq qrupların gəldikləri hədə-qorxular və nəhayət, əmniyyətin olmaması məndə qeyri-adi nigarançılıq və iztirab hissi yaratmışdı. Allaha təvəkkül etməklə bu nigarançılıqdan yaxa qurtarmaq üçün nə qədər çalışsam da, buna nail ola bilmirdim. Daha dəqiq desəm, cümə axşamı artıq nigarançılığım son həddə çatmış və tamam yuxum qaçmışdı. Bunun üçün telefonu da çıxarmışdım ki, kimsə mənə zəng edib hədə-qorxu gəlməsin. Amma bir yerə zəng etmək üçün telefonu qoşan kimi, birdən zəng çaldı. Dəstəyi götürdüm. Gördüm uzaq yerdən zəng edən tanış bir adamın səsi gəlir. Ondan kim olduğunu soruşduqda, dedi: Mən Xadimiyəm. Başa düşdüm ki, hacı Məhəmməd Xadimi Şirazidir. Dedim: Haradan zəng edirsiniz? Dedi: Qumdan, Cəmkəran məscidindən. Sonra dedi: Bu gecə sizi tanıyan bir şəxs İmam Zamanla (ə) görüşüb və Həzrət ona demişdir ki, Məhşəddə Əbtəhi böyük nigarançılıq hissi keçirir. Xadimiyə de, yoldaşınıza xəbər etsin ki, nigaran olmasın, biz ona kömək edəcəyik. Biz onu qoruyacaq və bu bəlanı ondan dəf edəcəyik. Əgər xəbər göndərməklə nigarançığı aradan getməsə, Xadimi özü Məşhədə gedib onu nigarançılıqdan qurtarsın.

Bu sözləri eşitcək məni ağlamaq tutdu və öz-özümə dedim: Gör biz nə qədər İmam Zaman (ə)-dan qafilik, o isə bizi nə qədər fikirləşir. Özü də mənim kimi günah içində qərq olan səlahiyyətsiz bir şəxsi. Bir sözlə həmin gecə nigarançılığım birdəfəlik aradan qalxdı. Qalxmaya da bilməzdi. Çünki o gün mənim nigarançılığımdan Allah və İmam Zamandan başqa kimsənin xəbəri yox idi və Xadimi telefonda mənə elə sözlər dedi ki, nigarançılığa heç bir yer qalmadı. Əgər imanım güclü olsaydı, gərək bundan əvvəl də bu qədər nigarançılıq hissi keçirməyəydim. Dostuma dedim: Sizin bu zənginizlə nigarançılığım tamamilə aradan getdi. İndi ki, ağamız bu qədər bizim fikrimizi çəkir, lap şirin ağzına girməyə belə hazıram. Amma əgər siz Məşhədə İmam Əli ibn Musa Rza (ə)-ın ziyarətinə gəlsəydiniz, bizə də o vaxt çox sevinərdik. Buyurdu: Xeyr, mənim üzərimə düşən vəzifə elə bundan ibarət idi. Bu xəbərlə mənim özümün də İmam Zaman (ə)-a olan inam və bağlılığım daha da artdı.





«Əlli Altıncı Görüş»


Əllamə Nuri “Nəcmus-saqib” kitabında yazır ki, bir çox kəramət sahibi olan Seyyid Baqir Qəzvininin oğlu seyyid Cə`fər deyir:

Bir vaxtlar atamla birlikdə Səhlə məscidinə get-gəl edirdik. Bir gün məscidə çatıb atamdan soruşdum: Camaat deyir ki, kim qırx cümə axşamı Səhlə məscidinə gedib orada ibadətlə məşğul olsa, İmam Zamanla (ə) görüşə bilər. Amma mə`lum deyil ki, bu sözlər nə qədər doğrudur! Atam qəzəblənərək dedi: Haradan deyirsən? Əgər sən bir şeyi görməmisənsə, deməli onun əsası yoxdur?! O, məni o qədər danladı ki, dediklərimə peşman oldum.

Bir azdan sonra məscidə daxil olduq və orada kimsə yox idi. Atam məscidin ortasında dayanıb “istiğasə” (imdad) namazını qılmaq istərkən, İmam Zaman (ə)-ın məqamı tərəfdən bir şəxs ona tərəf gəldi. Atam onunla salamlaşıb əl verərək görüşdü. Sonra mənə dedi: Bəs bu kimdir? Təəccüblə dedim: O, İmam Zamandırmı? Dedi: Bəs kimdir? Mən dərhal yerimdən qalxıb ona tərəf yüyürməyə başladım. Amma nə məscidin içində, nə də ki, çölündə kimsəni görmədim.



«Əlli Yeddinci Görüş»


Mərhum Ayətullah seyyid Əbül-Həsən İsfahani zamanımızın məşhur mərcəi-təqlid alimlərindən biri olmuşdur. O, dəfələrlə fədası olduğumuz İmam Zamanla (ə) görüşə nail olmuşdur. “Alimlərin xəzinəsi” kitabında böyük alim Məhəmməd Həsən Mircahanidən belə bir əhvalat nəql olunur:

Yəməndə yaşayan zeydiyyə məzhəbli Bəhrul-Ülum adlı bir alim fədası olduğumuz İmam Zaman (ə)-ın müqəddəs vücudunu inkar edirdi. O, dövrünün alimlərinə məktub göndərib onlardan İmam Zaman (ə)-ın mövcudluğuna dair əsaslı dəlillər gətirmələrini istəyirdi. Alimlər ona cavab versələr də, qane olmurdu. O, məktublardan birini də seyyid Əbül-Həsəni İsfahaniyə göndərir və ondan bu məsələyə dair cavab istəyir. Seyyid Əbül-Həsən İsfahani ona belə bir cavab məktubu göndərir: “Əgər Nəcəf-Əşrəfə gəlsəniz, mən sizin sualınıza şifahi olaraq cavab verərəm.”

Yəmənli Bəhrul-Ülum cavab məktubunu aldıqdan sonra oğlu seyyid İbrahim və bir neçə müridi ilə birlikdə Nəcəfə, Əbül-Həsən İsfahaninin yanına gəlir. Görüşüb hal-əhval tutduqdan sonra Bəhrul-Ülum deyir: Mən bura sizin də`vətinizlə gəlmişəm. Ümid edirik ki, və`d verdiyiniz cavabdan bəhrələnə biləcəyik. Əbül-Həsən İsfahani buyurur: Sabah axşam bizim evə gəlin, orada sizin cavabınızı verim.

Ertəsi gün axşam Bəhrul-Ülum oğlu ilə birlikdə Əbül-Həsən İsfahaninin evinə gedir. Şam yeməyini yeyib qurtardıqdan sonra İmam Zaman (ə)-ın mövcudluğu barədə müzakirələr başlayır. Nəhayət, gecə başqa qonaqlar dağılışdıqdan sonra Ayətullah İsfahani xidmətçisi Məşhədi Hüseyndən çıraq gətirməsini istəyir. Sonra Bəhrul-Ülum və oğlu İbrahimə deyir: Gedək, siz özünüz o həzrəti görün.

Məhəmməd Həsən Mircahani deyir: Biz də orada idik. Onlarla birlikdə getmək istədikdə, Ayətullah İsfahani dedi: Siz gəlməyin, yalnız Bəhrul-Ülum və oğlu gəlsin.

Biz daha onların hara getdiklərini bilmədik. Amma həmin gün səhər mən Bəhrul-Ülum və oğlu İbrahimlə görüşə bildim və onlardan nə gördükləri haqda soruşdum. Bəhrul-Ülum yalnız bunu dedi: Şükür olsun Allaha ki, sizin məzhəbinizə keçdik və İmam Zamanın müqəddəs vücudunun hal-hazırda mövcud olduğuna iman gətirdik. Soruşdum: Necə? Buyurdu: Ayətullah İsfahani İmam Zamanı bizə göstərdi. Soruşdum: O, İmam Zamanı sizə necə göstərdi? Buyurdu: Evdən çıxdıqdan sonra hara getdiyimizi bilmədik. Nəhayət, “Vadiyus-salam” adlı yerə çatdıq. Vadiyus-salamın ortasında “İmam Zamanın məqamı” adlı bir yer var idi. Ayətullah İsfahani ora çatdıqda, çırağı Məşhədi Hüseyndən alıb tək məni özü ilə birlikdə məqama daxil etdi və orada dəstəmazını təzələdi. Oğlumun onun gördüyü işlərə gülməyi gəlirdi. Nəhayət, orada dörd rükət namaz qılıb başa düşmədiyimiz bir neçə kəlmə söz dedi. Bir də gördük ki, fəza işıqlandı.

Bu yerdə yəmənli alimin oğlu İbrahim dedi: Bu vaxt mən məqamdan kənarda dayanmışdım, atam isə Ayətullah İsfəhani ilə birlikdə məqamın içində idilər. Bir neçə dəqiqədən sonra atamın fəryad etdiyini eşitdim və sonra o, huşunu itirib özündən getdi. Yaxınlaşıb gördüm ki, Ayətullah İsfahani atamın çiyinlərini ovxalayır ki, özünə gəlsin. Oradan qayıtdığımız zaman atam dedi: Mən orada İmam Zaman (ə)-ı gördüm! O, məni on iki imamçı şiə məzhəbinə də`vət etdi.

O, bundan artıq orada gördükləri haqda bir söz demədi. Bir neçə gündən sonra Yəmənə qayıtdı və dörd min nəfər müridini şiə etdi.






Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə