Бағышлајан Рәһм едән Аллаһын ады илә



Yüklə 2,7 Mb.
səhifə22/32
tarix01.08.2018
ölçüsü2,7 Mb.
#60465
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

«Əllinci Görüş»


Bu əhvalatı “Məfatihul-cinan” kitabından nəql edirik. Hacı Nuri deyir ki, bu əhvalatı mənə Rəşt sakini olan təqvalı, xeyirxah və əməlisaleh tacir seyyid Əhməd ibn seyyid Haşim ibn seyyid Həsən Musəvi Rəşti mənə nəql etmişdir. O, deyir:

1280-ci hicri şəmsi ilində həcc ziyarəti məqsədilə Rəştdən Təbrizə gedib, məşhur Təbriz taciri Hacı Səfər Əlinin evində qonaq oldum. Orada mə`lum oldu ki, hələ ziyarət karvanı hazır deyil. Mən bundan çox narahat oldum və nə edəcəyimi fikirləşirdim. Bir də eşitdim ki, hacı Cabbar Cəludar Sədəhi İsfahani Trabzona getməyə hazırlaşır. Mən də ondan bir az mal kirayə edib onunla birlikdə yola düşdüm. Yolda axşamladığımız birinci gecədə hacı Molla Məhəmməd Baqir Təbrizi, (Təbrizli tacir) seyyid Hüseyn Təbrizi və hacı Əli adlı başqa üç nəfər şəxs də mənə qoşuldu. Səhər açıldıqda hamılıqla yola düşdük və nəhayət, Rum ərazilərinə gəlib çatdıq. Sonra oradan da Trabzona yola düşdük.

Yolda istirahət etdiyimiz yerlərdən birində hacı Cabbar Cəludar bizə dedi: Qarşıda gecələməli olacağımız yer çox qorxuludur, xahiş edirəm ləngiməyin, tez hərəkət edib dəstəyə qoşulun (bundan əvvəlki yerlərdə də bə`zən biz dəstədən aralı düşürdük). Səhərə iki saat yarım və ya üç saat qalmış olardı. Biz də tez hərəkət edib dəstəyə qoşulduq. Təxminən, üç kilometr getmişdik ki, yolda güclü qar yağmağa başladı və hava qaraldı. Yoldaşlarım başlarını örtüb sür`ətlə hərəkət etməyə başladılar. Özümü onlara çatdırmağa çalışsam da bu mümkün olmadı. Beləliklə, onlar yollarına davam edib getdilər, mən isə tək qaldım. Son dərəcə narahat və iztirab içində yolun kənarında atdan düşüb yerə əyləşdim. Özümlə cəmi altı yüz tümən xərclik pulum var idi. Fikirləşib belə qərara gəldim ki, səhərə qədər elə burada qalaram. Çünki, qaldığım yerə yaxın idim, ən pis halda geri qayıdıb özüm ilə bir neçə bələdçi və cangüdən götürüb onların köməyi ilə dəstəyə çata bilərdim. Bu fikirdə idim ki, bir də gördüm yolun kənarındakı bağda bağbana oxşar bir şəxs əlindəki bel ilə ağaclara vurub onların qarını tökür. Məni görcək, yaxınlaşıb fars dilində dedi: Kimsən? Dedim: Yoldaşlarım gedib, mən isə burada tək qalmışam və üstəlik yolu da itirmişəm. Dedi: Yolu tapmaq istəyirsənsə, nafilə namazlarını qıl.

Mən şam namazının nafiləsini qılmağa başladım. Namazları qılıb dua etdikdən sonra yenə yanıma gəlib dedi: Hələ getməmisən? Dedim: And olsun Allaha ki, yolu tanımıram. Dedi: “Camiə” ziyarətnaməsini oxu! Mən əsla “Camiə” ziyarətnaməsini əzbər bilmədiyim halda, birdən, onu səhvsiz əzbər oxumağa başladım. O, yenə də yanıma gəlib dedi: Sən hələ getməmisən? Qeyri-ixtiyari olaraq məni ağlamaq tutdu, bir təhər özümü saxlayıb dedim: Bəli burdayam, axı yolu tanımıram, necə gedim. Dedi: Onda “Aşura” ziyarətnaməsini oxu. “Aşura” ziyarətnaməsini də əzbər bilmədiyim halda yenə onu da əvvəldən axıra qədər həzin səslə əzbərdən oxumağa başladım. Ziyarətnaməni oxuyub qurtardıqdan sonra Peyğəmbər Əhli-beytinə zülm edənlərə yüz dəfə lə`nət, onların özlərinə isə yüz dəfə salam dedim. Bundan sonra “Əlqəmə” ziyarətnaməsini də oxudum. Mən duanı qurtarmışdım ki, yenə o gəlib dedi: Hələ də getməmisən?! Darıxma, mən indi səni dəstəyə çatdıraram. O, uzunqulağına oturdu və belini də çiyininə qoyub dedi: Sən də mənim tərkimə əyləş. Mən də onun arxasında əyləşib atın yüyənini çəkməyə başladım. Amma nə qədər çəkdimsə, at yerindən tərpənmədi. Buyurdu: Atının yüyənini mənə ver! Mən atın yüyənini ona verdim. O, beli sol çiyininə qoyub sağ əli ilə atımın yüyənindən yapışdı. Bundan sonra at dərhal yoluna davam etdi. Yolda əlini dizimin üstünə qoyub buyurdu: Siz nə üçün gecə nafilələrini qılmırsınız? Nafilə, nafilə, nafilə... (tə`kid üçün onu neçə dəfə təkrar etdi) Sonra buyurdu. Siz nə üçün Aşura ziyarətnaməsini oxumursunuz? Aşura, Aşura, Aşura... Sonra buyurdu: Bəs nə üçün Camiə ziyarətnaməsini oxumursunuz? Camiə, Camiə, Camiə... Bununla da hər üçünün son dərəcə əhəmiyyətli olduğuna tə`kid etdi. O, yolu dairəvi gedirdi və birdən mənə buyurdu: Onlar sənin yoldaşlarındır. Baxıb gördüm ki, onlar doğrudan da mənim yoldaşlarım idi. Dəstəmaz almaq üçün yolun kənarındakı çaya tərəf enmişdilər. Onların yanına getmək üçün tez uzunqulaqdan düşüb ata minmək istəsəm də, ata minə bilmədim. O, uzunqulaqdan düşüb mənə ata minməyə də kömək etdi. Atımın başını yoldaşlarıma tərəf yönəltmək istəyərkən, birdən öz-özümə dedim: Bu qədər yolu gəlib mənə kömək edən bu şəxs, görəsən, kim idi? Onun mənimlə fars dilində danışmağı məndə başqa bir sual da yaratdı. Çünki həmin məntəqədə yalnız türklər yaşayır və yolüstü hərdən məsihilərlə də rastlaşmışdıq. Onun mənə nafilə namazlarını qılmağı, “Aşura” və “Camiə” ziyarətnamələrini oxumağı tapşırması və o qədər ləngidikdən sonra çox qısa müddətdə məni yoldaşlarıma çatdırması bir az da məni həyəcanlandırdı. Bunları götür-qoy edib başa düşdüm ki, o şəxs İmam Zaman (ə) olmuşdur. Dönüb arxaya baxdıqda, artıq bir kimsədən əsər-əlamət yox idi.





«Əlli Birinci Görüş»


Hacı Nuri (Allah ona rəhmət etsin) deyir: Son dərəcə əməli saleh və təqva sahibi olan Şeyx Məhəmməd Tahir Nəcəfi Kufə məscidinin xidmətçisi olmuş və uzun müddət ailəsi ilə birlikdə orada yaşamışdır. Mən özüm də onu uzun illər idi ki, təqvalı və dindar bir şəxs kimi tanıyırdım. Uzun müddət zöhd və Kufə məscidində ibadətlə məşğul olan təqvalı bir alim mənə şeyx Məhəmməd Tahirin təqva və dindarlığını tə`rifləyərək ondan belə bir əhvalat nəql etdi:

Keçən il Kufə məscidinə getmişdim. Onunla görüşüb hal-əhval tutdum. Mənə belə bir əhvalat danışdı: Neçə il əvvəl Nəcəf-Əşrəfin iki qəbiləsi arasında qarşıdurma yarandığından ziyarətçilər və elm adamlarının Kufə məscidinə gəlişi azaldı. Mənin evimin ehtiyacları da yalnız bu yolla tə`min olunduğu üçün maddi vəziyyətim həddindən artıq çətinləşdi. Neçə yetim uşağa da himayədarlıq etdiyimdən yaranmış şərait məni lap ağır vəziyyətə saldı.

Bir cümə axşamı idi. Mənim nə pulum qalmışdı, nə də ki, pul qazanmağa taqətim. Yetimlər acından nalə edir, mən isə dərd çəkirdim. Təndir adı ilə tanınan “səfinə” məhəlli ilə “dəkkətül-qəza” arasında üzü qibləyə oturub düşdüyüm vəziyyətdən Allah-təalaya gileyləndim. Axırda dedim: İlahi! Nə olar, mən bu vəziyyətimə razıyam, amma heç ağam İmam Zaman (ə)-ın mübarək camalını da görmək mənə nəsib olmur. Əgər bunu mənə nəsib etsən, Səndən bundan artıq bir şey istəməyəcəyəm və ömrümün sonunadək yoxsulluğuma səbir edəcəyəm. Birdən, qeyri-ixtiyari olaraq ayağa qalxdım və özümə gələndə gördüm ki, bir əlimdə ağ səccadə var, o biri əlimdən isə üzündən nur yağan alicənab, vüqarlı bir cavan tutmuşdur. Onun əynində qaraya çalan nəfis paltar var idi. Bunun üçün də mən onu şahzadələrə oxşatdım. Lakin, gördüm ki, başında yaşıl əmmamə, yanında isə ağ paltarlı başqa bir şəxs vardır.

Nəhayət, biz üç nəfər “dəkkətül-qəza”ya tərəf gedib mehraba yaxınlaşdıq. Ora çatdıqda, mənə dedi: Ey Tahir, səccadəni sər! Mən də səccadəni sərdim. O, olduqca ağ və parlaq idi, amma onun nədən hazırlandığını bilmədim. Mən səccadəni qibləyə tərəf açdım və o şəxs onun üstündə dayandı və təkbir (Allahu Əkbər) deyib namaz qılmağa başladı. Ondan ətrafa nur yayılırdı. Mən onda əzəmət və nurun hər an artdığını hiss edirdim. Tədricən, onun nuru o qədər çoxaldı ki, artıq üzünü görə bilmədim. Onunla gələn şəxs də dörd qarış fasilə ilə arxada dayanıb namaza başladı.

Mən onlarla üzbəüz dayanıb fikirləşirdim ki, görəsən onlar kimdirlər? Namazı qılıb qurtardıqdan sonra birinci şəxsin arxasında namaz qılan şəxsi artıq görmədim. Amma birdən arxada namaz qılan şəxs görünməz oldu və gördüm ki, qarşıda namaz qılan şəxs isə hündürlüyü iki metir və yuxurısı taclı parlaq bir taxtın üzərində əyləşmiş və müqəddəs vücudu hər tərəfə işıq saçır. Vücudu o qədər parlaq idi ki, gözləri qamaşdırır və onu görmək olmurdu. Sonra üzünü mənə tutub dedi: Ey Tahir! Məni hansı hökmdara bənzətmişdin?! Dedim: Ey ağam! Siz hökmdarlar hökmdarı, bütün dünyanın ağasısınız. Siz onlardan deyilsiniz. Buyurdu: Ey Tahir! Öz arzuna çatdın. İndi de görüm, nə istəyirsən? Məgər biz hər gün sizin fikrinizdə deyilikmi? Bil ki, sizin gördüyünüz işlər və mövcud vəziyyətiniz barədə ardıcıl bizə xəbər verilir.

Bundan sonra mənə dedi ki, maddi vəziyyətim yaxşılaşaraq yoxsulluqdan yaxa qurtaracağam. Elə bu vaxt tanıdığım və adını bildiyim günahkar bir nəfər həzrət Müslim (ə)-ın ziyarətgahının həyətindən çıxıb Kufə məscidinə daxil oldu. Bu an həzrətin mübarək simasında qəzəb nişanələri gördüm. O, üzünü həmin günahkar şəxsə tərəf tutub dedi: Ey! Hara qaça bilərsən? Məgər yer üzü bizə məxsus deyilmi? Məgər göylər bizə məxsus deyilmi? Bil ki, göydə və yer üzündə bizim hökmlərimiz icra olunmalıdır və sənin onlara tabe olmaqdan başqa çarən yoxdur.

Sonra üzünü mənə tutub gülümsəyərək dedi: Ey Tahir! İstəyinə nail oldun. Bundan başqa nə istəyirsən? Onun heybəti məni o qədər tutmuşdu ki, hətta danışa belə bilmirdim. O, bir daha dediklərini təkrar etdi. Mən yenə də ağzımı açıb nə bir kəlmə deyə bildim, nə də ondan bir şey soruşa bildim. Mən o qədər sevinc hissi keçirirdim ki, bunu dillə demək olmur. Elə bu vaxt bir anda özümü məsciddə gördüm. Ətrafımda nə bir kimsə var idi, nə də ondan bir əsər-əlamət qalmamışdı. Bu vaxt gördüm ki, artıq gün yavaş-yavaş üfüqdən baş qaldırır.

Şükür olsun Allaha, o vaxtdan bu günədək ruzim boldur və heç vaxt maddi çətinlik çəkmirəm.






Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə