BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə29/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   25   26   27   28   29   30   31   32   ...   58
azari-book-25246

“Onların  hər 
ikisinə  acıyaraq  mərhəmət  qanadının  altına  alıb:  “Ey  Rəbbim!  Onlar  məni 
körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” 
– de”.
2
 
 
İbrahim  ibn  Şüeyb  adlı  bir  müasiri  nəql  edir  ki,  bir  gün  İmam  Sadiqə  (ə) 
dedim: “Atam qocalaraq tamamilə əldən-ayaqdan düşüb, ayaq yoluna belə onu biz 
çiynimizdə  aparırıq”.  Həzrət  (ə)  buyurdu:  “Gücün  yetdikcə  bundan  (ona  qulluq 
etməkdən) imtina etmə və onu öz əllərinlə yedizdir. Çünki bu əməlin sabah sənin 
üçün bəlalar, əzablar qarşısında qalxana çevriləcəkdir”.
3
 
 
Bəzi 
hədisi-şəriflərdə 
övlad-ana 
münasibətlərinin 
övlad-ata 
münasibətlərindən  daha  önəmli  olduğu  vurğulanmışdır.  O  cümlədən,  İmam 
Sadiqdən (ə) nəql olunan bir hədisdə oxuyuruq ki, bir səhabəsi Allahın elçisinin (s) 
yanına gələrək kimə yaxşılıq etməli olduğunu soruşur. Peyğəmbər (s): “Anana” – 
deyə cavab verir. Həmin şəxs: “Sonra kimə?” – deyə soruşur, Allahın elçisi (s) isə 
öz  növbəsində  cavabını  bir  daha  təkrarlayır.  Səhabə  üçüncü  dəfə  eyni  sualla 
müraciət etdikdə sevimli Peyğəmbərimiz (s) yenə də: “Anana” – deyə cavab verir. 
“Daha  sonra  kimə?”  –  sualını  bir  daha  təkrarlayan  səhabəyə  Allahın  elçisi  (s) 
yalnız dördüncü dəfə: “Atana” – cavabını verir”.
4
 
 
Məsələ 299. Bəzi hədislərdə göstərilir ki, böyük qardaş kiçik qardaş(lar)ına 
qarşı bir sıra məsuliyyətləri daşıyır. O, kiçik qardaşını qorumalı, ona qarşı qayğıkeş 
olmalıdır  ki,  ailə  daxilində  birlik,  bərabərlik,  sevgi  münasibətləri  möhkəmlənsin, 
                                                           
1
 Usul əl-kafi, c.2, 349. 
2
 İsra surəsi, 24-cü ayə. 
3
 Usul əl-kafi, c.2, 162. 
4
 Usul əl-kafi, c.2, 160. 


 
114 
qarşıya  çıxan  müstəsna  hallarda  bağlılıq  münasibətlərinin  qorunub-saxlanması 
təmin  edilsin.  Həzrət  Məhəmməd  (s)  buyurur:  “Böyük  qardaşın  kiçik  qardaş 
üzərindəki haqları atanın övladları üzərindəki haqlarına bərabərdir”.
1
 
 
Məsələ 300. Uşağın vəlisindən (valideynindən, yaxud qəyyumundan) və ya 
onun  izin  verdiyi  şəxsdən  başqa  kimsənin  haram  bir  iş  gördükdə,  yaxud 
başqalarına zərər verdikdə tərbiyələndirmək məqsədilə onu vurmağa haqqı yoxdur. 
Yalnız  azyaşlıların  vəlilərinə,  yaxud  onların  izin  verdiyi  şəxslərə  və  yalnız 
tərbiyələndirmək  (xoşagəlməz  hərəkətlərdən  çəkindirmək)  üçün  başqa  bir  yol 
qalmadıqda tərbiyə tədbiri olaraq onları üç dəfədən artıq olmamaq şərtilə yüngülcə, 
dərisini qızartmayacaq şəkildə vurmağa icazə verilir. Gənc (yaşca böyük) qardaşa 
da  azyaşlı  (özündən  kiçik)  qardaşını  onun  vəlisi  olduğu,  yaxud  vəlisinin  izni 
əsasında  hərəkət  etdiyi  hal  istisna  olmaqla  tərbiyə  tədbiri  olaraq  vurmağa  icazə 
verilmir.  Məktəblərdə  müəllimlərin  də  vəlilərinin,  yaxud  onların  təyin  etdiyi 
şəxslərin icazəsi olmadan azyaşlı şagirdləri vurması qətiyyən yolverilməzdir. 
 
Məsələ  301.  Vacib  ehtiyata  əsasən,  həddi-büluğa  çatmış  insanı  vurmaq 
(tərbiyə tədbiri adı ilə) ümumiyyətlə yolverilməzdir. 
 
Məsələ  302.  Sevimli  peyğəmbərimiz  Həzrət  Məhəmməd  (s)  bizi  qocalara, 
yaşlılara  hörmət  bəsləməyə  çağıraraq  buyurmuşdur:  “Kim  bir  ağsaqqal  qocanın 
dəyərini  bilərək  ona  yaşına  (həyat  təcrübələrinə)  görə  hörmət  bəsləyərsə,  Allah 
(c.c.)  onu  qiyamət  gününün  qorxulu  sıxıntılarından  uzaq  tutar”.
2
 Başqa  bir 
hədisində  isə  buyurmuşdur:  “Uca  Allaha  sayğının  örnəklərindən  biri  də  ağsaqqal 
möminlərə hörmət bəsləməkdir”.
3
 
 
Məsələ  303.  İslam  peyğəmbəri  (s)  və  onun  Əhli-beytindən  (ə)  nəql  olunan 
çoxsaylı  hədisi-şəriflərdə  möminləri  bir-birini  ziyarət  etməyə,  mehriban  dostluq 
münasibətləri  qurmağa,  bir-birinin  qəlbini  sevindirməyə,  ehtiyaclarının  aradan 
qaldırılması istiqamətində çalışmağa, xəstələrə baş çəkməyə, cənazələrin dəfnində 
                                                           
1
 Cami əs-səadat, c.2, səh.267. 
2
 Şeyx Səduq, Səvab əl-əmal və iqab əl-əmal, 225. 
3
 Şeyx Səduq, Səvab əl-əmal və iqab əl-əmal, 225. 


 
115 
iştirak etməyə, həm yaxşı, həm də pis günlərdə bir-birinin yanında olmağa çağıran 
təkidli  tövsiyələrə  rast  gəlirik.  O  cümlədən,  İmam  Sadiqdən  (ə)  nəql  olunan  bir 
hədisdə  oxuyuruq:  “Kim  Allah  yolunda  (onun  rizasını  qazanmaq  niyyətilə) 
qardaşını (dindaşını) ziyarət edərsə, Allah (c.c.) buyurar: “Sən sanki məni ziyarət 
etdin  və  mükafatını  da  mən  verəcəyəm.  Səni  (bu  əməlini)  cənnətdən  başqa  bir 
mükafatla  dəyərləndirməyə  razı  olmaram!”
1
 Müasirlərindən  olan  Xeysəməyə 
buyurduğu hədisində isə belə oxuyuruq: “Bizim dostlarımıza salam söylə və onları 
uca  Allahın  təqvalı  bəndələri  olmağa,  zənginlərini  yoxsullarına,  güclülərini 
zəiflərinə  qarşı  qayğıkeş  olmağa,  sağ  qalanlarını  dünyadan  köçənlərinin  dəfnində 
iştirak etməyə, bir-birlərini evlərində ziyarət etməyə çağır”.
2
 
 
Məsələ  304.  Qonşuluq  haqları  da  demək  olar  ki,  qohumluq  haqlarına 
bərabərdir  və  bu  haqlar  xüsusunda  müsəlman  qonşu  ilə  qeyri-müsəlman  qonşu 
arasında  fərq  qoyulmamalıdır.  Allahın  elçisi  (s)  də  müsəlman  olmayan  qonşular 
haqqında  da  bu  haqları  (mənəvi  məsuliyyətləri)  təsdiqləmiş,  önəmini 
vurğulamışdır: “Qonşular üç qismə bölünür. Onlardan bir qismi (qohum qonşular 
tərc.
)  sizin  üzərinizdə  üç növ  haqq sahibidir  –  müsəlmanlıq  (dindaşlıq), qonşuluq 
və qohumluq haqqı. İkinci qismi iki (qohum olmayan müsəlman qonşular 
tərc.
) iki 
növ  haqqa  sahibdir  –  müsəlmanlıq  və  qonşuluq  haqqı.  Üçüncü  qisim  qonşuların, 
yəni  kafirlərin  isə  üzərinizdə  yalnız  bir  növ  haqqı  –  qonşuluq  haqqı  vardır”.
3
 
Sevimli  peyğəmbərimiz  (s)  həmçinin,  buyurur:  “Qonşularınla  xoş  (mehriban) 
münasibətdə ol ki, mömin sayılasan”.
4
 
 
Həzrət  Əli  (ə)  də  İbn  Mülcəm  tərəfindən  sui-qəsdə  məruz  qaldıqdan  sonra 
xəstə  yatağında  İmam  Həsən  (ə)  və  İmam  Hüseynə  (ə)  vəsiyyətində  qonşuluq 
haqlarını  xatırladaraq  buyurmuşdu:  “Sizi  and  verirəm  Allaha!  Sizi  and  verirəm 
Allaha! Qonşularınızı unutmayın, bu peyğəmbərinizin (s) vəsiyyətidir. O, qonşular 
                                                           
1
 Usul əl-kafi, c.2, səh.176. 
2
 Usul əl-kafi, c.2, səh.176. 
3
 Müstədrək əl-vəsail, Kitab əl-həcc, 72-ci bab. 
4
 Cami əs-səadat, c.2, səh.267; Usul əl-kafi, c.2, səh.666. 


 
116 
barədə  bizə  o  qədər  önəmli  tövsiyələr  edərdi  ki,  onlara  varislik  haqqı  da 
tanıyacağını zənn edərdik”.
1
 
 
İmam  Sadiq  (ə)  isə  buyurur:  “Qonşusunu  incidən  lənətlənmişlərin 
lənətlənmişidir!”
2
 Həmçinin, buyurur: “Qonşusu ilə mehriban qonşuluq münasibəti 
saxlamayan bizdən deyil”.
3
 
 
Məsələ  305.  Əməlisaleh  möminlərin  özəlliklərindən  biri  də  uca  Allahın  öz 
dəyərli kitabında 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə