BağIŞlayan və mehriban allahin adi iLƏ


“... Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə2/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   2   3   4   5   6   7   8   9   ...   58
azari-book-25246

“... Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi 
cəzalandırma!  Ey  Rəbbimiz,  bizdən  əvvəlkiləri  yüklədiyin  kimi,  bizi  ağır 
yükləmə!  Ey  Rəbbimiz,  gücümüz  çatmayan şeyə  bizi  mükəlləf  etmə!  Bizi  əfv 
edib  bağışla,  bizə  rəhm  et!  Sən  bizim  ixtiyar  sahibimizsən  (mövlamızsan). 
Kafirlərə qələbə çalmaqda bizə kömək et!”
 
(Bəqərə surəsi, 286-cı ayə)
 
Əbdülhadi Məhəmmədtəqi Həkim 
27 ramazan 1418-ci h.q. ili 
 
 
 
 
KİTABIN HEKAYƏSİ 
 
Hicri-qəməri  təqvimlə  1416-cı  ilin  rəcəb ayına  təsadüf edən  (dekabr, 1995) 
günəşli  bir  qış  günü səhər  saatlarında  Böyük  Britaniyanın  paytaxtı  Londona uçan 
təyyarə havalandı. 


 

 
Təyyarə şərqdən qərbə, günəşli ölkədən buludlar paytaxtına doğru istiqamət 
götürmüşdü. Pəncərələrdən içəri daxil olan qızmar günəş şüaları ilə vidalaşırdım. 
Eynilə dərin mənalı bir hərarətlə tərk etdiyim doğma vətənim kimi. 
 
Təyyarə  səmada  sabit  bir  nöqtədə  qərar  tutmuş  kimi  hərəkətini 
tənzimləyərək  səssiz  və  həzin  uçuşuna  davam  edərkən  mən  də  uşaqlıqdan 
yanımdan  ayırmadığım  kiçik  həcmli  Qurani-Kərim  nüsxəsindən  bir  neçə  surə 
oxumaqla boş vaxtımı səmərəli keçirməyi məqsədəuyğun hesab etdim. 
 
Mən  Nəcəfi-Əşrəfdəki  geniş  evimizdə  dünyaya  gəlmişdim.  Uşaqlıqdan 
babamın hər sabah, günorta namazlarından sonra, eləcə də səfər əsnasında və digər 
əlverişli  vaxtlarda  Quran  oxuduğuna,  həmçinin  atamın  həmişə  cibində  Allah 
kitabının bir nüsxəsini daşıdığına və onu heç zaman, istər evdə, istərsə də səfərdə 
olduqda  yanından  ayırmadığına  şahid  olmuşdum.  Bu  xatirələrlə  müqəddəs  kitabı 
açdım,  ruhumu,  mənəvi  aləmimi,  damarlarımdakı  qanımı  yumaq,  dilimi  maddi 
dünyanın nöqsanlarından, çirkinliklərindən təmizləmək, habelə uca Allahdan göylə 
yer arasında havada qalan bu dəmir parçasını bədbəxt hadisələrdən qoruması üçün 
yardım diləmək məqsədilə seçdiyim ayələri ahəstə səslə oxumağa başladım. 
 
Artıq günorta idi və namazın vaxtı çatırdı. Oturduğum oturacaqdan qalxaraq 
ayaq yoluna getdim, dəstəmazımı təzələyərək cibimdən çıxardığım daraqla saçımı, 
saqqalımı səliqəyə saldım və üstümdəki kiçik ətir şüşəsindəki xoş ətirdən istifadə 
etdim. Belə adət etmişdim, çünki ətirlənməyin bəyənilən bir iş olduğunu və sevimli 
Peyğəmbərimiz  Həzrət  Məhəmmədin  (s)  ətiri  sevdiyini  oxumuşdum.  Həmçinin 
kitablarda  oxumuşdum  ki,  ətirlənmiş  halda  qılınan  namazın  dəyər  və  mükafatı 
yetmiş  dəfə  artar.  Dəstamaz  alaraq  saçımı  daradıqdan  və  ətirləndikdən  sonra 
ayaqyolu  kabinəsinin  qapısını  açdım  və  sərnişin  salonuna  çıxaraq  oturacağıma 
doğru yönəldim. 
 
Yerimə oturan kimi uşaqlıqdan əzbərlədiyim ayələri oxumağa başladım. Bir 
tərəfdən  isə harada namaz  qılacağımı, qiblənin  istiqamətini  necə  təyin  edəcəyimi, 
ayaq  üstə,  yoxsa  oturaq  halda  namaz  qılmalı  olduğumu  fikirləşirdim.  Bu  suallar 
məni bir qədər məşğul etdi. 


 

 
Dərhal  hafizəmə  müraciət  etdim  və  dini  biliklərimdən  yardım  almağa 
çalışdım.  Fəqihlərin  sözlərini  xatırladım.  İnsan  bacardıqca  ayaq  üstə,  yalnız 
bacarmadığı, əlverişli şərait olmadığı təqdirdə oturaraq namaz qılmalıdır. Beləliklə, 
bir  hökmdən  başqa  bir  hökmə  yönələrək  gücüm,  məlumatım  yetən  qədər  addım-
addım  həqiqətə  yaxınlaşırdım.  Axı  bilirdim  ki,  namaz  qılmaqdan  heç  bir  vəchlə 
imtina etmək olmaz. Hər zaman bir yolu vardır. 
 
Bu  nəticəyə  gəldikdə  ayaq  üstə  namaz  qıla  biləcəyim  bir  yer  tapmaq 
məqsədilə təyyarənin göyərtəsinə göz gəzdirdim. Salonun bir ucunda namaz qılına 
biləcək  boş  bir  yer  gördüm.  “Yer  hazırdır”  –  dedim  öz-özümə,  -  “indi  isə  gərək 
qiblə  istiqamətini  təyin  edim  və  təyyarə  sabit  hərəkətdə  ikən  vacib  namazımı 
qılım”.  Birdən  yadıma  düşdü  ki,  təyyarə  personalından  qiblənin  istiqamətini 
öyrənə bilərəm. 
 
Elə  bu  zaman  sərnişinlərə  çay  gətirən  stüardessanın  yaxınlaşmasından 
istifadə edərək nöqsanlı bir ingiliscə ilə dedim: 
- Sizdən bir məlumat almaq istəyirəm. 
- Buyurun. 
- Zəhmət olmazsa, deyin, qiblə hansı istiqamətdədir? 
- Qiblə? Yəni müqəddəs Məkkə? 
- Bəli! Günorta namazını qılmaq istəyirəm. 
- İcazə verin pilotdan soruşum. 
Stüardessa  pilotlardan  qiblənin  istiqamətini  öyrənmək  məqsədilə  pilot 
kabinəsinə  doğru  yönəldi.  Həmin  əsnada  namaz  qılmaq  üçün  təmiz  bir  döşəmə 
örtüyünə  də  ehtiyacım  olduğunu  xatırladım.  Geri  dönərək  sualıma  cavab  verən 
stüardessadan  üzərində  namaz  qıla  biləcəyim  bir  parça,  yaxud  iri  qəzet  vərəqi 
gətirməsini də xahiş etdim. 
Onun  gətirdiyi  mələfəni  göyərtənin  boş  və  əlverişli  bir  yerində  döşəməyə 
sərərək  üstündə  zöhr  və  əsr  namazlarını  müsafir  qaydası  ilə  iki  rəkətlik  qılaraq 
ardınca  Həzrət  Fatimə  (s.ə.)  təsbihatını  zikr  etdim,  sonra  Rəbbimə  şükür  edərək 
yenidən  oturacağıma  qayıtdım.  Vəziyyətim  dəyişmişdi,  özümü  daha  rahat  hiss 
edirdim. O günədək belə düşünürdüm ki, təyyarədə namaz qılmaq olduqca çətin və 


 

yorucu  bir  işdir  və  məni  əziyyətə  salaraq  insanlar  tərəfindən  barmaqla 
göstərilməyimə səbəb olacaqdır. Ancaq yanılmışdım. Aydın oldu ki, namaz  mənə 
xüsusi  bir  ehtiram,  insanların,  hətta  birlikdə  səfər  etdiyim  müsəlman  olmayan 
sərnişinlərin,  eləcə  də  uçuş  personalının  nəzərində  özünəməxsus  bir  görkəm 
qazandırmışdı. 
Elə  bu  düşüncələrə  dalmışdım  ki,  birdən  səsucaldıcıdan  elan  olundu  ki, 
sərnişinlərə nahar verilir. Stüardessalar dərhal yaxınlaşaraq sərnişinlərdən mövcud 
menyudan  istədikləri  yeməkləri  sifariş  etmələrini  xahiş  etdilər.  Növbə  mənə 
çatdıqda  stüardessalardan  biri  soruşdu:  “Hansı  yeməyi  xoşlayırsınız: balıq,  yoxsa 
toyuq əti?” 
Balığı  tərcih  etdim.  Ancaq ona  görə  yox  ki,  balığı  toyuq  ətindən  daha  çox 
xoşlayırdım, sadəcə bu səbəblə ki, toyuq qeyri-müsəlmanlardan alınmışdı və onun 
şəriət qaydalarına müvafiq şəkildə kəsildiyinə əmin deyildim. Bu, qərb ölkələrinə 
gerçəkləşdirdiyim hər səfərimdə qarşılaşdığım bir problem idi. 
Mən  bir  müsəlman  ölkəsində  dünyaya  gəlmiş,  böyümüşəm.  Nə  zaman 
ətindən  yediyim  inək,  qoyun,  yaxud  toyuğun  doğru  qaydada  kəsildiyinə  şəkk 
etsəm,  yaxud  bazardan  aldığım  balığın  halal  olub-olmamasına  şübhə  etsəm,  bu 
şəkk-şübhələrə  etina  etməzdim.  Çünki  onlar  müsəlman  bazarından  alınırdı  və 
arxayınlıqla,  tərəddüdü  bir  kənara  qoyaraq  yeyə  bilirdim.  Lakin  qərb  ölkələrində 
vəziyyət  tamamilə  fərqlidir.  Müsəlman  olmayanlardan  aldığım  ət  və  ət 
məhsullarını  İslam  şəriətinə,  fiqh  qaydalarına  uyğun  şəkildə  kəsildiyinə  əmin 
olmadan yeyə bilmərəm və bu xüsusda arxayınlıq hasil etmək o qədər də asan bir 
iş deyil. 
Beləliklə,  stüardessa  yeməkləri  gətirdi.  Naharım  olduqca  ləziz  və 
iştahagətirici  bir  yemək  idi.  Qarşıma  günəbaxan  yağı  ilə  qızardılmış  balıq  və 
kartof, az miqdarda düyü, salad və göyərti, iki yaşıl zeytun dənəsi, bir qədər qara 
üzüm  və  əncir,  şirniyyat,  tək  istifadəlik  qablaşdırmada  su,  duz,  qənd  və  bir  sıra 
ədviyyələr, iki dilim çörək, həmçinin qaşıq, çəngəl, bıçaq və salfet qoyulmuşdu. 
Kifayət qədər aclıq hiss edirdim. Ona görə də ilk növbədə Allaha həmd-səna 
edərək  dərhal  çəngəli  balığa  batırdım  ki,  onunla  balığı  tutaraq  digər  əlimdəki 


 

bıçaqla  onu  xırda  tikələrə  bölüm.  Ancaq  balığın  dadına  baxmamış  daha  bir 
tərəddüd məni bürüdü. 
Görəsən,  yeməyə  hazırlaşdığım  pulcuqlu  balıqdır,  yoxsa  deyil?  Onu  sudan 
diri  halda  tutublar?  Balıqçının  torunda  ölüb,  ya  yox?  Onu  ovlayan  balıqçı 
müsəlman olub, yoxsa kafir? Ov əsnasında Allahın adı çəkilib, yoxsa yox? Balığın 
qızardıldığı  yağ  necə,  təmiz  olub,  yoxsa  yox?  Nəhayət,  balığı  qızardan,  görəsən, 
müsəlmandır? 
O  an  düşüncəmi  məşğul  edən  bu  suallar  olduqca  yorucu  gəlmiş  və  bir 
anlığına məni aclıq hiss etməyimə baxmayaraq həmin ləziz və isti balığın dadına 
baxmaqdan  çəkindirmişdi.  Ancaq  bu  o  qədər  də  önəmli  deyildi.  Çünki  balığın 
pulcuqlulardan  olduğuna,  sudan  diri  halda  tutulduğuna,  yaxud  balıqçının  torunda 
öldüyünə əmin olduqdan sonra onu ovlayanın müsəlman olub-olmamasından və ya 
ovlayarkən bismillah deyib-demədiyindən asılı olmayaraq yeyə bilərdim. Çəngəllə 
balıqdan bir qədər götürərək boşqabıma qoydum və bir daha beynimi məşğul edən 
şəriət  məsələlərini  hafizəmin  süzgəcindən  keçirdim.  Yola  çıxmazdan  öncə  təqlid 
etdiyim  müctəhidin  əməliyyə  risaləsini  mütaliə  etdiyimi  xatırladım.  Balıqla  bağlı 
heç  bir  problem  qalmamışdı.  Bu  dəfə  isə  günəbaxan  yağını  düşündüm.  Görəsən, 
pakdır,  halaldır?  Cavab  özünü  çox  gözlətmədi.  Əlbəttə!  Nəcis  olduğuna,  murdar 
sayılan bir şeyə toxunduğuna əmin olmadıqca hər şey sənin üçün pakdır. Bu yağın 
da  nəcis  olduğuna  dair  məlumatım  olmadığına  görə  deməli  pakdır.  Yağ  da  təmiz 
olduğuna  görə,  demək  ki,  onunla  bişirilən  balıq  da  təmiz  və  halaldır.  Beləliklə, 
qida  məhsulları  ilə  bağlı  hər  şey  qaydasındadır.  Bircə  qalır  onu  bişirən.  Görəsən, 
müsəlmandırmı, yaxud pak hesab olunan kitab əhlindəndirmi? Əlbəttə, bu önəmli 
bir  məqamdır.  Ancaq  mən  bilmirəm  ki,  aşpazın  qarşımdakı  yeməyə  əli  toxunub, 
yoxsa toxunmayıb. O zaman yenə də fiqhin “nəcis olduğuna (nəcisə bulaşdığına) 
əmin olmadıqca hər şey sənin üçün pakdır” qaydasını xatırladım. Həmin qaydaya 
müraciət  nəticəsində  bu  nəticəyə  gəlmək  olur  ki,  təyyarədə  verilən  balıq  mənşəli 
qida  təmizdir  və  mən  onu  halallıqla  yeyə  bilərəm.  Bu  nəticəyə  gələr-gəlməz 
dərindən  nəfəs  aldım  və  arxayınlıqla  çəngəlimi  əlimə  alaraq  xırda  hissələrə 
böldüyüm  balıq  tikələrinin  dadına  baxdım.  Sonra  yağda  qızardılmış  və  nəcis 


 

olduğuna  dair  məlumatım  olmayan  kartof  qızartmasını,  eləcə  də  halal  və  pak 
bildiyim çörək, salad, meyvə və şirniyyatı da yedim. Ardınca isə bir istəkan su və 
bir  fincan  çay  qəbul  etdim.  Bütün  bu  qida  məhsulları  ilə  bağlı  İslam  şəriətinin 
hökmü birmənalı idi. 
Allaha  həmd-səna  edərək  nemətlərinə  görə  şükür  etdim.  Sonra  bir  qədər 
dincəlmək  üçün  gözlərimi  yumdum.  Lakin  çox  keçmədən  gözlərimi  açdım  və 
təyyarənin  pəncərəsindən  səmaya  göy  gəzdirdim,  açıq  mavi  rəngə  bürünmüş 
sonsuzluq  görürdüm.  Ardınca  aşağıya  boylandım,  bir  qədər  mavi  sulara  tamaşa 
etdim. Bu rəng hər tərəfdən məni əhatə etmişdi, sanki sonsuz bir fəza boşluğunda 
üzürdüm. 
Təyyarə  yerdən  otuz  min  foot  hündürlükdə  uçurdu  və  Londonun  Hitrou 
havalimanına enməsinə daha 2,5 saat var idi. 
Göyərtəyə göz gəzdirdikdə gördüm ki, sərnişinlərdən bəziləri stüardessaların 
onlara  gətirdiyi  qəzetləri  oxumaqla  məşğuldur,  bir  qismi  isə  dərin  yuxuya 
dalmışdır.  Sakitcə  əlimi  uzadaraq  sabah  qəzetlərindən  bir  nüsxə  götürdüm. 
Başlıqlar  oxucuların  diqqətini  cəlb  etməsi  üçün  tünd  qara  və  eləcə  də  rəngli 
hərflərlə  dərc  olunmuşdu.  Sərlövhələrə  göz  gəzdirərkən  diqqətimi  toplaya 
bilmirdim.  O  an  həmin  günlərdə  düşüncələrimi  davamlı  olaraq  məşğul  edən  bir 
fikir yenidən beynimi qurcalamağa başlamışdı: “Mən əcnəbi bir ölkədə öz mədəni 
kimliyimi necə qorumalıyam?!” 
Avropaya  səfərimi  necə  keçirməliyəm  sualı  uzun  müddət  idi  ki,  zehnimi 
məşğul  edirdi.  Yola  çıxdığım  andan  etibarən  bu  fikir  məni  narahat  edirdi.  Hal-
hazırda  da  ən  önəmli  qayğılarımdan  birini  təşkil  edən  bu  problemi  hər  an 
düşünməkdəyəm.  Yatanda  da,  yuxudan  oyananda  da,  sabah  da,  axşam  da  qeyri-
ixtiyari olaraq bu fikir məni özünə məşğul etməkdədir. 
Bir dəfə məndən öncə Londona səfər edən bir dostum telefon əlaqəsi vasitəsi 
ilə mənə bir sıra tövsiyələr etmişdi. Bir dəfə isə kitabxanada bu mövzu ilə əlaqədar 
oxuduğum  bir  kitab  diqqətimi  cəlb  etmişdi.  Həm  o  kitab,  həm  də  dostum  məni 
məzmununu  qısaca  belə  ifadə  edə  biləcəyim  bir  məsələyə  diqqət  yetirməyə  sövq 
etmişdi:  Qərbə  mühacirətin  mənfi  nəticələri  insanın  İslam  dünyasından  fiziki 


 

anlamda  tamamilə  uzaqlaşması,  dini  bilik  və  məlumatlarının  zəifləməsi  ilə 
yekunlaşmır,  hətta  bəzən  bundan  qat-qat  daha  önəmli  olan  məqamlar  da  qarşıya 
çıxır.  O  da  bundan  ibarətdir  ki,  müsəlman  fərd  belə  mühitlərdə  öz  mənəvi  və 
ictimai kimliyindən uzaqlaşır və İslam əxlaqından, adət-ənənələrindən ayrı düşür. 
Həmin  əsərin  müəllifi  sözlərinə  belə  əlavə  etmişdir:  “Qərb  ölkələrinə 
mühacirət  etmək  məcburiyyətində  qalan  müsəlman  həmin  cəmiyyətlərdə 
rastlaşmayacağı,  sağlam  dini  dəyərlərin  qorunduğu  bir  mühiti  özü  üçün 
yaratmalıdır. Doğrudur, o mövcud cəmiyyəti tamamilə dəyişdirə bilməz, ancaq öz 
ətrafında özünəməxsus bir sağlam mühit yarada bilər. 
Belə  bir  şəraitdə  İslami  dəyərlərin  özünü  göstərdiyi  əlverişli  bir  mühit 
yaratmaq  cəhdi  insanın  yoluxmamaq  və  ya  şüurlu  tədbirlər  sayəsində  qarşısını 
almaq  istədiyi  bir  epidemiyaya  qarşı  vaksinasiya  olunmasına  bənzəyir.  Buna 
asanlıqla nail oluna biləcəyini iddia etmirik. Belə primitiv təşbihlərlə də bu önəmli 
məsələni  həll  olunmuş  saymaq  olmaz.  Digər  tərəfdən  isə  bütün  bu  çətinliklər  də 
inanclı bir insanın kimliyinin, şəxsiyyətinin özülünü təşkil edən dini öhdəliklərinə 
dəyə  biləcək  zərərin  önəmini  azaltmır.  Buna  görə  də  belə  cəhd  və  tədbirlərin 
həyatın  digər  sferalarında  (məişət,  sosial,  iş  həyatı  və  s.)  qarşıya  çıxara  biləcəyi 
çətinliklərə,  problemlərə  rəğmən,  bu  məsələyə  həssas  yanaşmağımız  daha 
məqsədəuyğun olardı. 
Bu  səfərlərin  mənfi  nəticələrini  nəzərə  aldığımız  ölçüdə  həmin 
problemlərdən azad olmaq üçün də tədbirlər görməyə çalışmalıyıq. 
Qərb  ölkələrində  dünyəvi  işlərində,  təhsilində,  karyerasında  və  həyatının 
digər  sferalarında  uğur  qazanmağa  çalışan  müsəlman  bu  uğurda  axirət  həyatını, 
mənəviyyatını  unutmamalıdır.  Hər bir tacir  (iş adamı)  kimi  öz  şərəf və ləyaqətini 
hansısa  məbləğ  müqabilində  zədələməməyə  çalışmalıdır.  Hər  bir  xəstə  kimi 
sağlamlığına  qovuşmaq  üçün  dərmanın  acılığına,  iynənin,  cərrahi  müdaxilənin 
ağrısına  və  digər  müalicəvi  tədbirlərin  çətinliklərinə  dözməlidir  ki,  xəstəlik  ona 
qalib gəlməsin. 
Beləliklə,  sözügedən  mənəvi  problemlərin  mövcud  olduğu  mühitlərdə 
yaşayan  hər  bir  müsəlman  özünü  belə  xoşagəlməz  maneələrdən,  təhlükələrdən 


 
10 
qorumalı  və  onların  qarşısını  almaq  məqsədilə  özü  üçün  dini  dəyərlərini  yaşada 
biləcəyi əlverişli bir atmosfer yaratmalıdır”.
1
 
O,  özü,  ailəsi,  övladları  və  hətta  din  qardaşları  üçün  belə  sağlam  ictimai 
mühitin yaranmasına çalışaraq Rəbbinin göstərişinə əməl etməlidir: 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə