BağIŞlayan və mehriban allahin adi iLƏ


“Əgər  (Muhəmməd  əleyhissəlamdan)  üz  döndərsəniz,  sizdən



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə26/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   22   23   24   25   26   27   28   29   ...   58
azari-book-25246

“Əgər  (Muhəmməd  əleyhissəlamdan)  üz  döndərsəniz,  sizdən 
yer  üzündə  fitnə-fəsad  törətmək  və  (Cahiliyyət  dövründə  olduğu kimi)  qoumluq 
tellərini  qırmaq  gözlənilməzmi?!  Onlar  (münafiqlər,  fitnə-fəsad  törədənlər) 
Allahın lənət elədiyi (qulaqlarını) kar və gözlərini kor etdiyi kimsələrdir!”
1
 
 
İmam  Əli  (ə)  isə  belə  buyurur:  “Bəzən  bir  ailənin  üzvləri  mənəviyyatdan 
yoxsul  insanlar  olsalar  da,  bir  arada  yaşadıqlarına,  bir-birlərinə  qarşı  xeyirxah 
olduqlarına  görə  uca  Allah  onlara  ruzi  bəxş  edir.  Başqa  bir  ailənin  üzvləri  isə 
təqvalı  olmağa  çalışsalar  da,  bir-birlərindən  uzaqlaşdıqlarına,  əlaqələrini 
kəsdiklərinə görə Allah (c.c.) ruzisini onlardan əsirgəyir”.
2
 
 
İmam  Baqirdən  (ə)  nəql  olunan  bir  hədisdə  isə  belə  oxuyuruq:  “Əlinin  (ə) 
kitabında  göstərilmişdir  ki,  üç  xislətə  sahib  olan  şəxslər  onların  nəticəsini 
görməyincə  dünyadan  köçməyəcəklər:  zülm  (haqsızlıq),  qohumlarla  əlaqəni 
kəsmək və yalan and (şahidlik). Belə şəxslər sanki Allahla mübarizəyə qalxmışlar. 
İbadətlər  arasında  ən  tez  mükafatlandırılanı  qohumlarla  sıx  əlaqələrin  bərpasıdır. 
Bəzən  mənəviyyatdan  yoxsul  insanlar  belə  bir-biri  ilə  sıx  və  səmimi  əlaqələr 
                                                           
1
 Muhəmməd surəsi, 22-23-cü ayələr. 
2
 Usul əl-kafi, c.2, səh.348. 


 
111 
qurduqlarına görə zəngin insanlara çevrilirlər. Yalan andlar və əlaqələrin kəsilməsi 
isə məmləkətləri sakinsiz xarabalığa çevirir”.
1
 
 
Məsələ 295. Qohumlarla  əlaqəni kəsmək haramdır, hətta həmin qohum özü 
daha öncə münasibətlərə son versə də, namaz qılmasa da, şərab içsə də, hicab kimi 
İslamın  bəzi hökmlərinə qarşı laqeydlik  nümayiş  etdirsə  də, hətta  xeyirxahcasına 
nəsihət  və  tənbeh  cəhdləri  belə  ona  təsir  etməsə  də.  Yalnız  bu  şərtlə  ki,  onunla 
münasibətlərin  bərpası  haram  (qəbahətli  və  günah)  işlərinə  dəstək  və  təşviq 
xarakteri daşımamalıdır. 
 
Sevimli peyğəmbərimiz Həzrət Məhəmməd (s) buyurur: “Ən üstün fəzilətlər 
(ali  mənəvi  keyfiyyətlər)  insanın  onunla  əlaqəsini  kəsən  qohumu  ilə  əlaqə 
saxlaması,  onu  məhrum  edən  şəxsdən  əlindəkini  əsirgəməməsi  və  ona  qarşı 
haqsızlıq edəni bağışlamasıdır”.
2
 
 
Başqa  bir  hədisdə  isə  belə  buyurduğunu  oxuyuruq:  “Qohumlarınla  əlaqəni 
kəsmə, hətta onlar sənin münasibətlərinə son versələr də”.
3
 
 
Məsələ  296.  Müsəlmanın  qohumlarla  sıx  əlaqələrin  bərpası  üçün  görə 
biləcəyi ən sadə iş onlarla imkan daxilində görüşmək, onları ziyarət etmək, yaxud 
uzaqdan da olsa belə hal-əhval tutmaq, vəziyyətlərindən xəbərdar olmaqdır. 
 
Əziz  peyğəmbərimiz  (s)  buyurur:  “Mükafatı  ən  tez  verilən  xeyirli  əməl 
qohumlarla əlaqə saxlamaqdır”.
4
 
 
Möminlərin  əmiri  (ə)  isə  buyurur:  “Qohumlarınızla  heç  olmazsa 
salamlaşmaqla  (hal-əhval  tutmaqla)  əlaqə  saxlayın.  Uca  Allah: 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə