BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə22/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   18   19   20   21   22   23   24   25   ...   58
azari-book-25246

 
DÖRDÜNCÜ FƏSİL 
BİZNES VƏ SƏRMAYƏ 
 
Hər  bir  müsəlman  istənilən  həyat  fəaliyyəti  ilə,  müsəlman  olmasa  belə 
fəaliyyəti  müsəlmanların  mənafeyinə  zidd  olmayan  sahibkarların  biznesi  də  daxil 
olmaqla  özü  ilə  yanaşı  insan  cəmiyyəti  üçün  də  faydalı  olan  işlərlə  məşğul  ola 
bilər, yalnız bu şərtlə ki: 
1) həmin əmək fəaliyyəti İslam şəriəti tərəfindən qadağan edilmiş olmasın; 
2) həmin iş və fəaliyyətin nəticəsində müsəlmanlara zərər dəyməsin
3) İslam və müsəlmanların düşmənlərinin mənafeyinə və planlarına xidmət 
xarakteri daşımasın. 
Məsələ  239.  Müsəlman  özünü  başqa  bir  şəxsin  –  istər  müsəlman  olsun, 
istərsə  qeyri-müsəlman  –  qarşısında  alçaltmamalıdır.  Gördüyü  iş,  əmək  fəaliyyəti 
müsəlmanı  müsəlman  olmayan  bir  şəxs  qarşısında  alçaldarsa,  həmin  iş  və 
fəaliyyətlə məşğul olması yolverilməzdir. 
Məsələ  240.  Müsəlmana  İslam  şəriəti  normalarına  müvafiq  qaydada 
kəsilməyən  heyvanların  ətini  belə  ət  məhsullarını  halal  qəbul  edən  insanlara,  o 
cümlədən  xristianlara,  yəhudilərə  və  s.  satmaq  və  ya  bağışlamaq,  həmçinin  onlar 
üçün  həmin  ət  məhsullarının  istehsal  edildiyi,  onlardan  müxtəlif  yeməklərin 
hazırlandığı yeyinti sənayesi, ticarət və ictimai iaşə müəssisələrində işləməyə icazə 
verilir. 
Məsələ  241.  Müsəlmana  donuz  ətini  onun  yeyilməsini  halal  qəbul  edən 
insanlara, o cümlədən xristianlara satmağa icazə verilmir. Həmçinin, vacib ehtiyata 
əsasən,  belə  ət  məhsullarını  satışdan  başqa  bir  yolla  da  (məsələn  bağışlamaq) 
onların istifadəsinə vermək olmaz. 


 
97 
Məsələ  242.  Müsəlmana  şərabı  (məstedici,  spirtli  içkiləri)  istənilən  şəxsin, 
hətta belə içkiləri halal hesab edənlərin belə istifadəsinə təqdim etməyə (satmağa, 
ictimai  iaşə  obyektlərində  müştərilərin  içməsinə  şərait  yaratmağa  və  s.)  icazə 
verilmir.  Həmçinin,  şərab  qədəhlərini  yuması,  müştərilərə  şərab  verilən  iaşə 
obyektlərində  işləməsi  (ofisiant  və  s.  qismində)  onların  fəaliyyətinə  zəmin 
yaradaraq rəvac verərsə, müsəlmana belə əmək fəaliyyəti ilə məşğul olmağa da heç 
bir vəchlə icazə verilmir. 
Məsələ  243.  Müsəlmanın  ödənişli  əsaslarla  (müəyyən  əmək  haqqı 
müqabilində) şərab içilməsinə zəmin yaradan  işlərlə məşğul olması, belə içkilərin 
satışı, iaşə müəssisələrində servisi və şərab qədəhlərinin yuyulması kimi xidmətlər 
göstərməsi yolverilməzdir. Həmçinin, belə bir iş müqabilində alınan əmək haqqı da 
haram  hesab  edilir.  Bəzi  müsəlmanların  özlərinin  belə  işlərlə  məşğul  olmalarına 
zərurət  və  ehtiyac  adı  altında  bəraət  qazandırmaq  cəhdlərinə  gəlincə,  qeyd  etək 
lazımdır ki, bu bəraətlər məqbul hesab edilmir. 
Allah  (sübhanəhu  və  təala)  buyurur: 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə