BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə21/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   17   18   19   20   21   22   23   24   ...   58
azari-book-25246

 
ÜÇÜNCÜ FƏSİL 
MÜSƏLMAN İMMİQRANT VƏ YAŞADIĞI ÖLKƏNİN 
QANUNVERCİLİYİ 
 
Hər  bir  dövlət  öz  hüdudları  daxilində  hüquqi  cəmiyyətin  bərpası  və 
qorunması məqsədilə bir sıra qanunlar qəbul edir. Qanunvericilik bəzən bu və ya 
digər  bir  hərəkətin,  fəaliyətin  icrasını  tələb,  bəzən  isə  qadağan  edir,  bəzən 
məhdudlaşdırır, bəzən də bu və ya digər bir şərtlə şərtləndirir və s. 
 
Həmin  qanunlardan  bir  qismi  də  müəyyən  bölgənin  əhalisinin  gündəlik 
sosial  həyatının  ayrılmaz  bir  parçası  olan  ictimai  yerlərlə  bağlı  olur  və  həmin 
qanunların  tələblərini  pozmaq  ictimai  sabitliyin  pozulmasına,  hərc-mərcliyin 
yaranmasına səbəb ola bilər. 
 
Bunu  nəzərə  alaraq  mövzu  ilə  bağlı  aşağıdakı  şəriət  hökmlərini  oxucuların 
diqqətinə çatdırmağı məqsədəuyğun görürük: 
 
Məsələ  215.  Müsəlman  insanların  istifadə  etdiyi  istər  piyada  yollarını 
(səkiləri, keçidləri), istərsə də avtomobil yollarını nə müsəlman ölkələrində, nə də 
qeyri-müsəlman  ölkələrində  bu  və  ya  digər  bir  şəkildə  bağlaya,  hərəkəti 
məhdudlaşdıra bilməz. 
 
Məsələ  216.  Müsəlman  sahibinin  izni  olmadan  özəl  mülkiyyətdə  olan 
binaların divarlarına, elan lövhələrinə hər hansı bir elanı yerləşdirə, yaza bilməz. 
 
Məsələ 217. Müsəlmana ona bu ya digər əmlakı, yaxud işi etibar edən şəxsə, 
hətta  kafir  olsa  belə,  xəyanət  etmək  haramdır.  Müsəlmana  vacibdir  ki,  ona  etibar 
edilən əmanəti qorusun, həvalə edilən işi layiqincə icra etsin. O cümlədən, ticarət 


 
92 
müəssisələrində  işləyən  satıcılara  və  mühasiblərə  heç  bir  vəchlə  biznes  sahibinə 
xəyanət edərək nəzarətlərində olan əmlakı mənimsəməyə icazə verilmir.
1
 
 
Məsələ 218. İslama və müsəlmanların heysiyyətinə ləkə düşürdüyünü nəzərə 
alaraq,  müsəlman  olmayan  insanların  istər  xüsusi,  istərsə  də  ümumi  mülkiyyətini 
oğurlayaraq mənimsəmək, yaxud tələf etmək yolverilməzdir. 
 
Məsələ  219.  Xüsusi  və  ya  ümumi  mülkiyyət  olmasından  asılı  olmayaraq 
müsəlman olmayan əhalinin əmlakını oğurlamaq yolu ilə mənimsəmək və ya tələf 
etmək,  hətta  İslam  və  müsəlmanların  nüfuzuna  xələl  gətirməsə  belə,  xəyanət  və 
immiqrasiya əsnasında, yaxud daimi və ya müvəqqəti məskunlaşma icazəsi alarkən 
həmin  dövlət  qarşısında  götürülən  öhdəliklərin  pozulması  hesab  edildiyindən 
yolverilməzdir.  Çünki  dinindən,  irqindən  və  s.  asılı  olmayaraq  istənilən  şəxs  (o 
cümlədən,  fiziki  və  hüquqi  şəxslər)  qarşısında  götürülən  öhdəliyi  pozmaq  və 
xəyanət haramdır. 
 
Məsələ  220.  Müsəlman  ölkələrinə  giriş  əsnasında  (sərhəd  və  gömrük  keçid 
məntəqələrində)  müsəlman  olmayan  insanların  əmlakını  oğurlamaq  yolu  ilə 
mənimsəmək yolverilməzdir. 
 
Məsələ 221. Əlaqədar qurumları və məsul şəxsləri yalan informasiya vermək 
kimi  yollarla  aldadaraq  qeyri-qanuni  yollarla  pensiya  və  müavinət  hüququ  əldə 
etmək olmaz. 
 
Məsələ  222.  Müsəlman  istənilən  sığorta  şirkəti  ilə  yanğın,  sel,  daşqın, 
oğurluq  və  s.  təhlükələrə  qarşı  həyat  sığortası,  əmlak  sığortası  və  s.  sığorta 
müqavilələri  bağlaya  bilər  və  bu  müqavilələr  öhdəliklərinin  icrası  icbari  olan, 
yalnız  tərəflərin  birgə  razılığı  əsasında  son  verilə  biləcək  hüquqi  anlaşma  hesab 
olunur. 
 
Məsələ 223. Müsəlman haqqı olmayan əmlakı (sığorta ödənişini) əldə etmək 
etmək  üçün  sığorta  şirkətinə  yalan  informasiya  verə  bilməz.  Həmçinin,  sığorta 
ödənişini  əldə  etmək  üçün  qəsdən  yanğın  törətmək  kimi  yollara  əl  atmaq  da 
                                                           
1
 Dəlil əl-muslim fi bilad əl-ğurbə, səh.89-90. 


 
93 
müsəlman  üçün  yolverilməzdir  və  həmin  əmlak  (sığorta  ödənişi) onun üçün  halal 
hesab edilmir. 
 
Məsələ  224.  Bəzən  müsəlmanların  ali  mənafeyi  onların  qeyri-müsəlman 
ölkələrində  bu  və  ya  digər  bir  siyasi  partiyada,  nazirlikdə  və  ya  qanunverici 
orqanda  təmsil  olunmalarını  tələb  edir.  Bu  halda  onlara  sözügedən  qurumlarda 
çalışmağa  icazə  verilir.  Sözügedən  addımın  müsəlmanların  mənafeyinə  olub-
olmadığına  gəlincə, bu  yalnız  və  yalnız  etibarlı  mütəxəssislərə  müraciət  əsasında 
müəyyən edilməlidir. 
 
Məsələ  225.  Təhsil  müəssisələrində  götürülən  imtahanlarda  başqa  bir 
abituriyentdən  qarşılıqlı  yardım  almaq,  hazır  yazılı  cavablardan  istifadə  etmək, 
nəzarətçini  aldatmaq  və  ya  hər  hansı başqa  bir  yolla imtahan  qaydalarını  pozaraq 
saxtakarlıq etmək yolverilməzdir. 
 
İndi  isə  gəlin,  mövzu  ilə  bağlı  bəzi  aktual  suallar  və  onlara  Ayətullah  əl-
uzma Sistanin fətvalarına müvafiq surətdə verilən cavalar ilə tanış olaq: 
 
Məsələ 226. Müsəlman bankomatdan pul çəkərkən yazdığı məbləğdən daha 
artıq  pul  gələrsə,  qeyri-İslami  bankın  məlumatı  olduğu  halda  həmin  pulu  (artıq 
məbləği) götürə bilərmi? 
 
Cavab: Götürə bilməz. 
 
Məsələ  227.  Qeyri-müsəlman  ölkələrində  alış-veriş  əsnasında  satıcı  (kassir 
və ya mühasib) ona qaytarmalı olduğu qalıq məbləğindən daha artıq pul qaytararsa, 
müsəlman  həmin  məbləği  götürə  bilərmi?  Yoxsa  satıcını  bu  səhvdən  xəbərdar 
etməsi vacibdirmi? 
 
Cavab: Qalıqdan artıq məbləği götürməyə haqqı yoxdur və götürdüyü halda 
da mütləq geri qaytarmalıdır. 
 
Məsələ 228. Qeyri-müsəlman şirkətlərdən birində çalışan bir məmur şirkətin 
əmlakından ehtiyacı olan bir avadanlığı,  əşyanı və s. şirkət sahibinə və ya  məsul 
şəxsə məlumat vermədən götürə bilərmi? 
 
Cavab: Götürə bilməz. 


 
94 
 
Məsələ  229.  Qeyri-müsəlman  ölkələrində  elektrik  enerjisi,  qaz,  su 
sayğaclarının  işinə  müdaxilə  edərək  onların  düzgün  işləməsinə  əngəl  törətmək 
olarmı? 
 
Cavab: Bu yolverilməzdir. 
 
Məsələ  230.  Qərb  ölkələrindən  birində  avtomobil  qəzası  ilə  üzləşən 
müsəlman  mühacir  yüksək  məbləğdə  sığorta  ödənişini  əldə  etmək  etmək  üçün  öz 
ölkəsində  uzun  illər  sürücülük  təcrübəsi  olduğunu  iddia  edir  və  iddiasını 
təsdiqləmək  üçün  sığorta  şirkətinə  yazılı  sənədlər  də  təqdim  edir.  Onun  məqsədi 
həqiqətə uyğun olmayan informasiya verməsinə, hətta sadəcə həqiqəti gizlətməklə 
olsa  belə  mütəxəssisləri  yanıltmasına  əsas  verirmi  və  bu  işdə  ona  kömək  etmək 
olarmı? 
 
Cavab: Sözügedən məqsədlə yalan söyləmək, həmçinin bu yolla artıq qazanc 
(sığorta  ödənişi)  əldə  etmək  olmaz.  Bu  işə  yardım  etmək  də  günahın  icrasına 
yardım etmək deməkdir. 
 
Məsələ  231.  İslam  və  müsəlmanların  imicinə  kölgə  düşürəcəyini  bildiyi 
halda müsəlman qeyri-müsəlman ölkələrində sığorta şirkətlərini aldada bilərmi? 
 
Cavab: Əsla, yolverilməzdir. 
 
Məsələ 232. Müsəlman qeyri-İslami sığorta şirkətindən sığorta ödənişi əldə 
etmək  məqsədilə  öz  evində  yanğın  hadisəsinin  baş  verməsinə  zəmin  yarada  və 
sığorta ödənişi edildiyi halda həmin ödənişi qəbul edə (mənimsəyə) bilərmi? 
 
Cavab:  Müsəlmana  deyilən  məqsədlə  öz  əmlakını  tələf  etməyə,  habelə 
sığorta  şirkətinə  yalan  informasiya  verməyə  icazə  verilmir  və  sığorta  ödənişi  də 
ona halal sayılmır. 
 
Məsələ  233.  Avropa  ölkələrində  fəaliyyət  göstərən  dövlət  məktəblərində 
saxtakarlıq  hallarına  yol  vermək  olarmı?  Bəs  müsəlman  və  ya  qeyri-müsəlman 
qeyri-dövlət məktəblərində necə? 
 
Cavab: İstənilən halda saxtakarlıq yolverilməzdir. 
 
Məsələ  234.  Bəzi  ictimai  nəqliyyat  vasitələrində  siqaret  çəkməyin  qadağan 
edildiyini göstərən yazı və işarələr mövcuddur. Bu tələbi pozmaq olarmı? 


 
95 
 
Cavab: Əgər bu tələb həmin nəqliyyat vasitələrindən istifadə edən sərnişinlər 
üçün bir öhdəlik hesab edilərsə, yaxud müsəlman mühacirin riyaət edəcəyinə dair 
öhdəlik götürdüyü  yerli qanunvericliyin bir tələbi olarsa, sözügedən yasağa riayət 
edilməlidir. 
 
Məsələ  235.  Bu  və  ya  digər  bir  qeyri-müsəlman  ölkəsinə  viza  əldə  edən 
müsəlman həmin ölkəyə səfəri əsnasında yerli qanunlara, o cümlədən yol hərəkəti 
haqqında  qanunun,  əmək    məcəlləsinin  və  s.  tələblərinə  riayət  etməyə 
borcludurmu? 
 
Cavab:  Əgər  dolayı  yolla  olsa  da,  belə  bir  öhdəlik  götürmüşsə,  müqəddəs 
şəriətin  zidd  olmadıqca  həmin  qanunlara  riayət  etməlidir.  Yol  hərəkəti  haqqında 
qanun  kimi  hüquqi-normativ  aktlara  gəlincə,  xüsusilə,  bu  qanunların  tələblərinin 
pozulması canı və malı (yaşamaq və mülkiyyət hüququ) toxunulmaz olan insanlara 
zərər dəyməsinə səbəb olduğundan onlara riayət etmək mütləq şəkildə vacibdir. 
 
Məsələ  236.  Bəzi  dövlətlər  immiqrantlara  işsizliyə  görə  müavinət  verir. 
Müsəlman immiqrantlara əmək fəaliyyəti ilə məşğul olduqları halda bu müavinəti 
almaq (mənimsəmək) olarmı? 
 
Cavab:  Onlar  əmək  fəaliyyəti  ilə  məşğul  ola  və  əmək  haqqı  ala  bilərlər. 
Lakin  əlaqədar  qurumlara  əmək  fəaliyyəti  haqqında  məlumat  vermədən  həmin 
müavinətləri ala bilməzlər. 
 
Məsələ  237.  Müsəlman  Avropa  və  Amerika  ölkələri  kimi  qeyri-müsəlman 
ölkələrində  kafirlərdən  oğurluq  edə  və  ya  onların  əl  atdığı  hiyləli  yollara  baş 
vurmaqla sərvət əld etməyə çalışa bilərmi? 
 
Cavab:  İslam  və  ya  müsəlmanların  nüfuzuna  zərbə  vurduğu  halda  onların 
həm  xüsusi,  həm  də  ümumi  mülkiyyətini  oğurluq  yolu  ilə  mənimsəmək,  habelə 
tələf etmək yolverilməzdir. Hətta İslam və ya müsəlmanlara ləkə gətirmədiyi halda 
belə, bu əməl həmin ölkəyə giriş və ya orada məskunlaşma izni alarkən götürülən 
öhdəliklərin  pozulması  və  xəyanət  hesab  olunduğundan  yolverilməzdir.  Çünki 
öhdəlikləri pozmaq və xəyanət istənilən halda haram və günahdır. 


 
96 
 
Məsələ  238.  Müsəlman  Avropa  ölkələrində  qanunvericilikdə  nəzərdə 
tutulmuş bir sıra imtiyaz və güzəştləri əldə etmək üçün dövlət orqanlarına həqiqətə 
uyğun olmayan informasiya təqdim edə bilərmi? 
 
Cavab:  Bu  addım  yalan  hesab  edildiyinə  görə  yolverilməzdir  və  göstərilən 
hal yalana icazə verən zərurət məqamlarından sayılmır. 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə