BağIŞlayan və mehriban allahin adi iLƏ


“Ey  iman  gətirənlər!  Şərab  da  (içki  də)



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə19/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   15   16   17   18   19   20   21   22   ...   58
azari-book-25246

“Ey  iman  gətirənlər!  Şərab  da  (içki  də), 
qumar  da,  bütlər  də,  fal  oxları  da  Şeytan  əməlindən  olan  murdar  bir  şeydir. 
Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla 
aranıza  ədavət,  kin  salmaq  və  sizi  Allahı  zikr  etməkdən,  namaz  qılmaqdan 
ayırmaq (yayındırmaq) istər. Artıq bu işə son qoyacaqsınızmı?”
1
 
Sevimli  Peyğəmbərimiz  Həzrət  Məhəmməd  (s)  isə  belə  buyurur:  “Allah 
(c.c.)  şərabı  dilimə  belə  toxundurmağı  mənə  haram  etdikdən  sonra  kim  şərab 
içərsə, qapınıza elçiliyə gəldikdə ona qız verməyiniz, onun üçün hər hansı bir işdə 
vasitəçilik 
və 
himayədarlıq 
etməyiniz,  sözlərini  təsdiq  etməyiniz  və 
əmanətdarlığına inanaraq ona etibar etməyiniz doğru deyil”.
2
 Başqa bir hədisdə isə 
Allahın  elçisinin  (s)  belə  buyurduğunu  oxuyuruq:  “Allah  (c.c.)  şərabı,  onun 
                                                           
1
 Maidə surəsi, 90-91-ci ayələr. 
2
 Furu əl-Kafi, c.6, səh.396. 


 
78 
alındığı  meyvə  ağacını  (şərab  istehsalı  məqsədilə)  əkəni,  onu  şərab  şirəsinə 
çevirəni  (istehsalçını),  şərab  içəni,  içirdəni,  satanı,  alanı,  onun  gəlirindən 
faydalananı,  şərabı  daşıyanı  və  istifadəsinə  daşınan  şəxsi  lənətləmişdir”.
1
 Bu 
xüsusda çoxsaylı hədislər mövcuddur ki, daha ətraflı məlumat almaq üçün fiqh və 
hədis məcmuələrinə müraciət edə bilərsiniz.
2
 
Məsələ  166.  Şərab,  yaxud  məstedici  içki  içilən  süfrədən  qidalanmaq 
haramdır.  Həmçinin,  vacib  ehtiyata  əsasən,  həmin  süfrənin  arxasında  əyləşmək 
belə haramdır. 
Məsələ  167.  Müsəlman  şərab  verilən  iaşə  müəssisələrinə  (restoranlara, 
kafelərə  və  s.)  gedə  bilər,  bu  şərtlə  ki,  onun  həmin  müəssisələrin  xidmətindən 
istifadəsi onların belə şəriətə uyğun olmayan fəaliyyətinə rəvac vermiş olmasın. Bu 
halda da şərab içilən süfrədən qidalanmamalı, həmçinin vacib ehtiyata əsasən, belə 
süfrələrin  arxasında  belə  oturmamalıdır.  Şərab  içilən  süfrənin  yaxınlığında  stol 
rezervasiya etməyin isə eybi yoxdur. 
Məsələ  168.  Təharət  və  nəcasətlə  bağlı  hökmlərin  öz  əksini  tapdığı üçüncü 
fəsildə  qeyd  edildi  ki,  odundan  və  ya  başqa  bir  maddədən  alınmasından  asılı 
olmayaraq  spirtin  bütün  növləri  pak  sayılır.  Beləliklə,  tərkibində  spirt  olan  bütün 
qida məhsulları da pak hesab edilir. 
Məsələ  169.  Bəzi  balıqçılıq  təsərrüfatı  mütəxəssislərinin  nəzərincə, 
pulcuqsuz  balıqlar  dənizlərdəki  çirkli  məhsulları  yeməklə  təmizlik  vəzifəsini  icra 
edirlər. 
Məsələ  170.  Bəzi  tədqiqatçı  mütəxəssislərin  rəyinə  görə,  heyvanın  başının 
kəsilməsi  ilə  orqanizmindəki  qanın  axıdılması  onun  ətini  yeyənlərin  sağlamlığı 
üçün bu qaydada ölməyən heyvanın ətindən daha faydalı edir.  Təəccüblü deyildir 
ki,  bəzi  müsəlman  olmayan  alıcıların  da  daha  sağlam  qidalanmaq  niyyəti  ilə  ət 
məhsullarını  heyvanların  İslam  şəriəti  normalarına  müvafiq  qaydada  kəsildiyi  və 
satıldığı satış nöqtələrindən aldığına şahid oluruq. 
                                                           
1
 Mən la yəhzəruhu-l-fəqih, c.4, səh.4. 
2
 Furu əl-Kafi, c.6, səh.396. 


 
79 
Məsələ  171.  İnsana  (sağlamlığına  və  mövcudluğuna)  öldürücü  zəhər  qəbul 
etmək kimi ciddi təhlükə törədə biləcək hər hansı bir maddənin istifadəsi, eləcə də 
hamilə  qadının  uşağını  düşürməsinə  (kurtaja)  səbəb  ola  biləcək  hər  hansı  bir 
dərman maddəsini qəbul etməsi və zərərli olduğu məlum olan, yaxud sağlam ağıl 
sahiblərinin etina etdiyi kiçik bir ehtimalla olsa belə güman edilən və zərəri ölümə, 
yaxud bədən üzvlərindən birinin fəaliyyətini itirməsinə yol aça biləcək qədər ciddi 
olan hər hansı digər bir işin icrası haramdır. 
Məsələ  172.  İslam  dinində  süfrə  arxasında  əyləşməyin  və  qidalanmağın  bir 
sıra etik qaydaları mövcuddur, o cümlədən: 
- yeməyə başlayarkən Allahın adını xatırlamaq; 
- sağ əllə yemək; 
- yeməyi kiçik dilimlər şəklində qəbul etmək
- süfrə arxasında tələsmədən əyləşmək
- yeməyi həzm olunması üçün yaxşıca çeynəmək; 
- yeməkdən sonra Allaha şükür etmək
- meyvələri yeməzdən öncə yumaq; 
- tox halda qidalanmaqdan imtina etmək; 
- tam doyanadək yeməmək (doymazdan öncə əlini süfrədən çəkmək); 
- yemək əsnasında insanların üzünə baxmamaq; 
- kollektiv halda süfrə arxasına əyləşdikdə başqalarının qarşısındakı yeməyə 
əl uzatmamaq; 
-  yeməyə  süfrədəki  duzdan  dadmaqla  başlamaq  və  yeməyi  bu  qaydada 
bitirmək.
1
 
İndi  isə  gəlin  qidalanma  ilə  bağlı  Həzrət  Ayətullah  əl-uzma  Sistaniyə 
ünvanlanan bir sıra aktual suallar və onlara verilən cavablarla tanış olaq: 
Məsələ  173.  Müsəlman  ölkələrində  fəaliyyət  göstərən  bir  sıra  qeyi-
müsəlman  müəssisələrinin  istehsal  etdiyi  ət  məhsullarının  üzərində  “İslam 
normalarına  müvafiq  qaydada  kəsilmişdir”  yazılır.  Həmin  məhsullarla  qidalana 
                                                           
1
 Daha ətraflı məlumat almaq üçün Həsən ibn Fəzl Təbərsinin “Məkarim əl-əxlaq” əsərinin 7-ci fəslinə (səh.134-dən 
etibarən) müraciət edə bilərsiniz. 


 
80 
bilərikmi?  Belə  məhsulları  qeyri-müsəlman  ölkələrində  fəaliyyət  göstərən 
müsəlman  yeyinti  sənayesi  müəssisələri  istehsal  etdiyi  halda  həmin  məhsullardan 
yeyə  bilərikmi?  Bəs  həm  istehsalçı  müəəsisənin  qeri-müsəlmanlara  məxsus 
olduğu,  həm  də  məhsulun  istehsal  olunduğu  ölkənin  qeyri-müsəlman  dövləti 
olduğu halda necə? 
Cavab:  Məhsulların  üzərindəki  yazılar  mötəbər  hesab  edilmir.  Həmin 
məhsulların  istehsalçısı  müsəlmanlar  olduğu  halda,  yaxud  əhalisinin  əksəriyyətini 
müsəlmanların təşkil etdiyi bir ölkədə istehsal edildiyi və istehlakçıda istehsalçının 
müsəlman  olmadığına  dair  etibarlı  məlumat  olmadığı  halda  onlarla  qidalanmaq 
olar.  Lakin  istehsalçının  müsəlman  olmadığı,  yaxud  məhsulun  əhalisinin 
əksəriyyətini  müsəlmanların  təşkil  etmədiyi  bir  ölkədə  istehsal  edildiyi  və 
istehlakçıda onun istehsalçısının müsəlman olduğuna dair dəqiq məlumat olmadığı 
halda isə həmin məhsullarla qidalanmaq olmaz. 
Məsələ  174.  Avropa  ölkələrində  bir  sıra  iri  alış-veriş  mərkəzlərində 
qutusunun  üzərində  “halal”,  yaxud  “İslami  şəriətin  müvafiq  qaydada  kəsilmişdir” 
kimi ifadələrin yazıldığı ət konservlərinə rast gəlirik. Onları alıb yeyə bilərikmi? 
Cavab: Doğruluğuna arxayınlıq hasil etmədiyi halda həmin yazılar bir önəm 
kəsb etmir. 
Məsələ  175.  Bəzi  müəssisələr  əllərindəki  texnologiya  və  avadanlıqlarla 
çoxlu  sayda  toyuğun  vahid  zamanda  kəsimini  həyata  keçirir.  Əgər  həmin 
avadanlığı bir müsəlman işlədərək cihazı işə salarkən bütün başı kəsilən heyvanlar 
üçün  bir  dəfə  təkbir  və  bəsmələ  (bismillah)  zikr  edərsə,  onları  yemək  halal 
sayılırmı? Həmin məhsulların halallığına şübhə etdiyimiz halda onları təmiz hesab 
edə və yeyə bilərikmi? 
Cavab: Cihaz kəsim əməliyyatını həyata keçirdiyi müddət ərzində cihazı işə 
salan  “bismillah”  zikrini  davamlı  surətdə  təkrarlayarsa,  halallıq  üçün  kifayətdir. 
Halallıqda şəkk “bismillah” zikrinin deyilib-deyilməməsi ilə əlaqədar olduğu halda 
isə məhsul təmiz, yeyilməsi də halal sayılır. 
Məsələ 176.  Sahibi müsəlman  olan  və  şərab da satılan  supermarketdə halal 
adı ilə satılan ət məhsullarını almaq olarmı? 


 
81 
Cavab:  Bəli,  hərçənd  daha  öncə  müsəlman  olmayan  bir  şəxsin  əlində  olsa 
belə, müsəlman satıcının məhsulun şəriət normalarına müvafiq qaydada kəsildiyini 
aşkarlaması ehtimalını nəzərə alaraq həmin məhsulları satın almaq olar və onlarla 
qidalanmaq halal sayılır. Belə bir ehtimal olmadığı halda isə halal hesab edilmir. 
Məsələ  177.  Qeyri-müsəlman  ölkələrində  istehsal  olunan  bir  sıra  pendir 
məhsullarının  mayası  buzov,  yaxud  başqa  bir  heyvanın  mədəsindən  alınır  və  biz 
həmin  heyvanların  şəriət  normalarına  müvafiq  qaydada  kəsilib-kəsilmədiyini, 
yaxud mayanın istihalə halını gerçəkləşdirib-gerçəkləşdirmədiyini bilmirik. Həmin 
pendir məhsullarını yemək olarmı? 
Cavab: Sözügedən pendir məhsullarının bu baxımdan yeyilməsinə bir əngəl 
görünmür. Doğrusunu isə Allah bilir. 
Məsələ  178.  Qərb  ölkələrində  “jelatin”  adlanan  qida  məhsullarının 
istehsalında, yeməklərdə və içkilərdə geniş miqyasda istifadə olunur. Bu maddənin 
bitki, yoxsa heyvan mənşəli olduğunu, heyvan mənşəli olduğu halda isə heyvanın 
sümüyündənmi,  yoxsa  sümüyün  ətrafındakı  toxumalardanmı  alındığını,  habelə 
həmin  heyvanın  yeyilməsi  halal,  yoxsa  haram  heyvanlardan  olduğunu  bilmirik. 
Beləliklə, jelatini qida kimi qəbul edə bilərikmi? 
Cavab: Şübhə jelatinin heyvan, yoxsa bitki mənşəli olduğuna dairdirsə, qida 
kimi qəbul etmək olar. Lakin heyvan mənşəli olduğuna dair məlumat olduğu halda 
vacib  ehtiyata  əsasən,  hətta  heyvanın  sümüyündən  hazırlandığı  halda  belə  onun 
şəriət normalarına müvafiq qaydada kəsildiyinə əmin olmadıqca jelatini qida kimi 
qəbul  etmək  olmaz.  Bununla  yanaşı,  jelatini  təşkil  edən  maddələrin  kimyəvi 
istehsal prosesi  çərçivəsində  istihaləyə  məruz qaldığına  əmin  olduğumuz  təqdirdə 
qida  kimi  qəbulunun  qəti  qorxusu  yoxdur.  Lakin  bu  (istihalə  halı)  təsbit 
edilməmişdir. 
Məsələ  179.  İri  balıqçılıq  gəmiləri  eyni  anda  tonlarla  balıq  ovlayaraq 
bazarlarda  satışa  çıxarırlar.  Əldə  etdiyimiz  məlumatlara  əsasən,  balıq  ovunda 
formalaşan ənənələr, qaydalar balıqların sudan diri halda çıxarılmasını tələb edir. 
Hətta  iri  balıqçılıq  təsərrüfatı  subyektləri  özləri  sudan  ölü  halda  çıxan  balıqları 
zəhərlənmə  hallarından  qorxaraq,  yaxud  qida  sağlamlığını  nəzərə  alaraq  yenidən 


 
82 
suya  atırlar.  Beləliklə,  həmin  balıqları  qeyri-müsəlmanlar,  yaxud  şəriətin 
hökmlərinə  qarşı  laqeyd  olan  müsəlmanlar  tərəfindən  satıldığı  satış  nöqtələrindən 
ala  bilərikmi?  Nəzərə  almaq  lazımdır  ki,  qarşımızdakı  balığın  sudan  diri 
çıxarıldığına  dair  dəqiq  məlumat  əldə  etmək,  yaxud  bunu  öz  gözləri  ilə  görən 
etibarlı bir şahid tapmaq olduqca çətin, hətta bəzi hallarda mümkünsüzdür. Bütün 
bunları  nəzərə  alaraq,  toyuq,  qoyun  və  inək  ətinin  təzkiyəsi  ilə  bağlı  dəqiq 
məlumatın  əldə  edilməsində  çətinlik  çəkdiklərindən  ət  və  ət  məhsullarına 
ehtiyaclarını balıq ətinin heabına ödəməyə çalışan müsəlmanların bu probleminin 
həlli yolu nədən ibarətdir? 
Cavab: 
Həmin 
balıqların  istər  müsəlmanlardan,  istərsə  qeyri-
müsəlmanlardan  alınmasına  məhdudiyyət  qoyulmur.  Həmçinin,  deyilən  qaydada 
(sudan  diri  çıxarılma  şərtilə)  ovlandığı  və  pulcuqlu  balıqlardan  olması 
dəqiqləşdirildiyi halda yeyilməsi də sərbəstdir. 
Məsələ  180.  Adətən  balıq  konservlərinin  qutularının  üzərində  əks  olunan 
balığın  adı  və  ya  şəklinə  əsaslanaraq  onun  pulcuqlu  balıqlardan  olub-olmamasını 
ayırd  edə  bilirik.  Bu  qəbildən  olan  hallarda  saxtakarlığın  istehsalçı  şirkəti  ciddi 
zərərlərlə  qarşı-qarşıya  qoya  biləcəyini  (bu  baxımdan  da  istehsalçının  belə 
saxtakarlıq  hallarına  yol  verməyəcəyini)  nəzərə  alaraq  balığın  növünü  təyin 
etməkdə  qutunun  üzərindəki  həmin  məlumatlara  (ad  və  ya  şəklə)  istinad  edə 
bilərikmi? 
Cavab: Doğruluğuna əmin olduğunuz halda istinad edə bilərsiniz. 
Məsələ 181. Krevetlərə oxşadıqlarını nəzərə alaraq müxtəlif növ xərçəngləri 
də yemək olarmı? 
Cavab: Xərçənglərin yeyilməsinə şəriət tərəfindən icazə verilmir. 
Məsələ  182.  Əhli-sünnə  məzhəblərindən  olan  müsəlmanlardan  balıq 
məhsullarını  almaq  olarmı?  Nəzərə  almaq  lazımdır  ki,  həmin  balıqların  pulcuqlu 
olub-olmadığını bilmirik. 
Cavab:  Alınmasına  əngəl  yoxdur,  lakin  pulcuqlu  olduğuna  dair  dəqiq 
məlumat əldə edilməmiş yeyilə bilməz. 


 
83 
Məsələ  183.  Təzkiyə  olunmamış  heyvan  ətinin  buxarında  bişirilən  halal 
yeməkləri yemək olarmı? 
Cavab:  Yemək  olmaz.  Çünki  həmin  yemək  nəcis  hökmündə  olan  ətin 
buxarından toplanan su dənəcikləri ilə təmas etdiyindən nəcis hesab olunur. 
Məsələ  184.  Müsəlmanın  iştirakılardan  hesab  olunacağı  təqdirdə  şərab 
məclislərində  süfrə  arxasında  oturmasının  haram  olduğunu  bilirik.  Bəs  süfrə 
deyərkən nə nəzərdə tutulur: bir neçə süfrədən (stoldan) ibarət bütöv məclis, yoxsa 
yoxsa  məhz  üzərində  şərab  olan  süfrə  (stol)?  Başqa  sözlə  məclisdə  süfrələr  bir-
birindən  aralı  olduğu  halda  üzərində  şərab  olmayan  süfrənin  arxasında  əyləşmək 
olarmı? 
Cavab:  Burada  süfrə  deyərkən  məhz  üzərində  şərab  olan  süfrə  nəzərdə 
tutulur. Şərab və ya spirtli məstedici içkilərin içildiyi süfrədə əyləşməyin haramlığı 
ilə  bağlı  hökm  ehtiyata  əsaslandığından,  “əqva”  (ən  güclü)  nəzərə  əsasən,  həmin 
süfrədən qidalanmaq da haramdır. 
Məsələ  185.  Bir  müsəlman  kafedə  çay  içərkən  başqa  bir  şəxs  də  gələrək 
həmin  stolun  arxasında  əyləşərək  şərab  (spirtli  içki)  içməyə  başlayarsa,  müsəlmn 
dərhal ayağa qalxaraq həmin məkanı tərk etməlidirmi? 
Cavab:  Bəli,  artıq  qeyd  edildiyi  kimi  belə  vəziyyətlərdə  həmin  süfrədən 
(stolun arxasından) qalxmaq lazımdır. 
Məsələ  186.  Üzərində  “spirtsiz”  ifadəsi  yazılan  pivə  məhsullarını  içmək 
olarmı? 
Cavab:  Yüngül  dərəcədə  də  olsa,  məstedicilik  qabiliyyəti  olan  pivə  halal 
sayılmır.  Lakin  “mauş-şəir”  (arpa  suyu)  adlanan  və  məstedicilik  qabiliyyəti 
olmayan içkinin qəbuluna isə məhdudiyyət qoyulmur. 
Məsələ  187.  Həb  və  ya  maye  halında  olan  əksər  dərman  preparatlarının 
tərkibində  spirt  mövcuddur.  Həmin  preparatların  qəbuluna  şəriət  tərəfindən  icazə 
verilirmi və onlar pak hesab edilirmi? 
Cavab:  Həmin  preparatlar  pak  hesab  olunur  və  onların  tərkibindəki  spirtin 
miqdarı cüzi olduğundan qəbuluna da məhdudiyyət qoyulmur. 


 
84 
Məsələ  188.  Sirkənin  şərabdan  (araqdan)  alınan  bir  növü  də  mövcuddur. 
Belə ki, həmin sirkəni zavodda müəyyən emal prosesi nəticəsində şərabdan alırlar. 
Buna  görə  də  onu  arpa  və  digər  xammallardan  alınan  sirkələrdən  fərqləndirmək 
üçün  qablaşdırmanın  üzərində  “şərab  sirkəsi”  yazılır.  Bu  sirkə  ilə  bağlı  digər  bir 
məqam  isə  ondan  ibarətdir  ki,  onu  alışveriş  mərkəzlərində  sirkə  məhsulları  üçün 
ayrılan  rəflərdə  yerləşdirirlər  və  əsla  şərabların  müştərilərə  təqdim  olunduğu 
vitrinlərə yerləşdirmirlər. Həmçinin, qeyd etmək lazımdır ki, biz bu sirkə ilə İraqda 
xurmadan  hazırlanan  sirkə  məhsulları  arasında  bir  fərq  görə  bilmirik.  Beləliklə, 
şərabdan sirkəyə çevrilən sözügedən məhsul sirkə sayılırmı? 
Cavab: Sualda göstərilən vəziyyətdə olduğu kimi ürfən sirkə hesab olunduğu 
halda sözügedən məhsul sirkə hökmünü daşıyır. 
Məsələ  189.  Qida,  konserv  və  qənnadı  məhsullarının  istehsalçıları 
qanunvericiliyinin  tələbinə  uyğun  olaraq  istehlakçılara  satdıqları  yeyinti  sənayesi 
məhsullarının  (qablaşdırmalarının)  üzərində  onların  tərkibinə  dair  məlumat  da 
yerləşdirməlidirlər.  Həmin  məhsulların  bəziləri  tez  xarab  olan  qida  məhsulları 
olduğundan onların tərkibinə xarab olmaqdan qoruyan və bir qismi heyvan mənşəli 
olan    qatqı  maddələri  (stabilizatorlar)  də  əlavə  olunur  və  məhsulların  tərkibi 
haqqında məlumatda həmin maddələr “E 450”, yaxud “E 472” kimi (E400 – E499) 
əmtəə seriya nişanları (kodları) ilə göstərilir. Beləliklə, aşağıdakı hallarda şəriətin 
hökmü nədən ibarətdir: 
a) istehlakçı qida məhsulunu təşkil edən tərkib hissələrinin mahiyyətini başa 
düşmədikdə; 
b)  istehlakçıya  istihalə  ilə  bağlı  anlayışı  olmayan  əmtəəşünaslar  tərəfindən 
hazırlanan  və  bir  sıra  qatqı  maddələrinin  heyvan  mənşəli  olduqlarına  görə  seriya 
kodlarının qarşısında “haram” qeydi olan bir siyahı təqdim olunduqda; 
c)  tədqiqatlar  həmin  maddələrin  bəzilərinin  ilkin  vəziyyətində  qalmayaraq 
istihalə nəticəsində başqa bir maddəyə çevrildiyini göstərdikdə. 
Cavab:  a)  Tərkibində  sözügedən  qatqı  maddələrinin  mövcud  olduğu  həmin 
qidalar onun üçün halal sayılır; 


 
85 
b)  İddialara  rəğmən,  həmin  qatqı  maddələrinin  heyvan  mənşəli  olduğuna 
dair  dəqiq  məlumat  əldə  edilmədiyi  halda,  həmçinin  heyvan  mənşəli  olduğu 
məlum  olan  qatqı  maddələrinin  nəcis  hesab  olunan  (nəcisül-eyn  və  ya  təzkiyə 
olunmamış) heyvan mənşəli olduğuna dair dəqiq məlumat əldə edilmədiyi və qatqı 
maddəsinin olduqca cüzi miqdarda əlavə edildiyi halda həmin məhsullarla qidalana 
bilər. 
c)  Ürfən  (insanların,  yaxud  mütəxəssislərin  nəzərincə)  həmin  maddələrin 
istihalə  halının  gerçəkləşməsi  nəticəsində  ilkin  tərkibini  itirərək  dəyişikliyə 
uğramasından  sonra  onların  paklığı  və  halallığı  xüsusunda  heç  bir  şübhə  ola 
bilməz. 
Məsələ 190. Aşağıdakı suallara cavab verməyinizi xahiş edirik: 
a) Jelatin pak hesab olunurmu? 
b)  “İstihalə”  anlayışının  nəyi  əhatə  etməsi  ilə  bağlı  anlaşılmazlıqdan 
(məfhum 
qeyri-müəyyənliyindən) 
irəli 
gələrək 
bu  halın  gerçəkləşib-
gerçəkləşmədiyi  ilə  bağlı  tərəddüdə  düşsək,  “istishab”  prinsipi  əsasında  öncəki 
nəcislik hökmü qüvvədə qalırmı? 
Cavab: a) Heyvan mənşəli jelatinin mənşə etibarilə nəcis olduğuna dair əldə 
dəqiq məlumat yoxdursa, məsələn təzkiyə olunmuş heyvandan əldə edildiyinə dair 
bir  ehtimal  da  mövcuddursa,  pak  hesab  olunur.  Lakin  həmin  jelatin  maddəsinin 
yeyilməsi  halal  olan,  təzkiyə  olunmuş  heyvandan  əldə  edildiyinə,  yaxud 
“istihalə”sinin  gerçəkləşdiyinə  dair  dəqiq  məlumat  əldə  edilmədikcə  ondan  qida 
məhsullarına  yalnız  tərkibdə  gözə  çarpmayacaq  dərəcədə  olduqca  cüzi  miqdarda 
əlavə  edilə  bilər.  Bu  məsələdə  onun  qığırdaq  kimi  canlı  hesab  olunan,  yaxud 
sümük kimi canlı hesab olunmayan bədən üzvlərindən alınmasının da heç bir fərqi 
yoxdur.  Hərçənd,  sonuncu  halda  (sümükdən  alındığı  halda)  ehtiyat  etmək  (həmin 
jelatin  maddəsinin  qida  məhsullarının  hazırlanmasında  istifadə  edilməsindən, 
yaxud  tərkibində  bu  növ  jelatin  maddəsi  olan  qida  məhsulları  ilə  qidalanmaqdan 
çəkinmək 
tərc.
) daha məqsədəuyğundur. 
Lakin  jelatin  maddəsinin  mənşə  etibarilə  nəcis  olduna  dair  əldə  dəqiq 
məlumat  olarsa,  məsələn  onun  nəcisül-eyn  heyvanlardan  (vücudu  tamamilə  nəcis 


 
86 
hesab  olunan  heyvan:  it  və  donuz),  yaxud  təzkiyə  olunmamış  heyvanın 
qığırdağından və ya yuyularaq təmizlənməmiş sümüyündən alındığı məlum olarsa, 
həmin  jelatin  maddəsi  rütubətli  nəcisə  toxunduğundan  nəcis  hesab  olunur.  Bu 
halda 
onun 
paklığı  və  qidalarda  istifadəsinin  halallığı  “istihalə”nin 
gerçəkləşməsinə bağlıdır. “İstihalə”nin gerçəkləşməsi isə ürfün nəzərindən asılıdır 
və  “istihalə”nin  hansı  qaydada  gerçəkləşməsi  öncəki  səhifələrdə  qeyd 
olunmuşdur.
1
 
b)  “İstishab”a  gəlincə,  hərçənd  “məfhum  qeyri-müəyyənliyi”  xüsuslarında, 
yəni  şəriət  hökmünün  predmetinin,  yaxud  predmetin  xüsusiyyətlərinin  və  ya 
hökmün  özünün  məzmununun  qeyri-müəyyən  olduğu  hallarda  bu  prinsip  tətbiq 
olunmasa  da  (“üsuli-fiqh”  elmində  də  öz  əksini  tapdığı  kimi),  nəcasətin  predmeti 
insanların nəzərində ayrı-ayrı nəcislər, o cümlədən sidik, qan, it və s. olduğundan 
və  nəcasətin  qalması  aqil  insanların  nəzərincə  həmin  predmetlərin  zati 
xüsusiyyətlərinin 
qalması  demək  olduğundan  “istihalə”nin  gerçəkləşib-
gerçəkləşməməsi  xüsusunda  (istihalə  anlayışının  nəyi  əhatə  edib  nəyi  etməməsi 
baxımından)  şəkk  də  həmin  nəcislərin  varlığının  onların  zati  xüsusiyyətləri  ilə 
birgə  qalıb-qalmaması  (mövcudluğunu  davam  etdirib-etdirməməsi)  xüsusunda 
şübhədən  irəli  gəlir.  Beləliklə,  burada  nəcasətlə  bağlı  şəriət  hökmünün  predmeti 
mücərrəd  deyil,  maddi  varlıq  predmetlərindən  olduğundan  “istishab”  prinsipinin 
tətbiq olunmasına məhdudiyyət qoyulmur. Allah (ən doğrusunu) biləndir. 
Məsələ  191.  Qərb  ölkələrində  alış-veriş  etdiyimiz  ticarət  mərkəzlərində 
tərkibi  haqqında  məlumatsız  olduğumuz  müxtəlif  növ  qida  məhsulları  satılır. 
Həmin  məhsulların  yeyilməsi  və  içilməsi  haram  olan  qidalardan  xali  olub-
olmaması  məlum  deyil.  Bu  halda  onların  tərkibinə  baxmadan,  yaxud  tərkibi 
haqqında  məlumat  almadan  həmin  məhsullarla  qidalana  bilərik,  yoxsa  bu 
yolverilməz hesab edilir? 
Cavab: Onların tərkibində ət, piy, habelə ət və piy mənşəli qida maddələrinin 
olduğuna dair məlumatınız olmadığı halda qidalana bilərsiniz. 
                                                           
1
 Bu məsələdə sözügedən 

istihalə



istishab



təzkiyə

 kimi terminlərin izahı üçün bax: Müxtəsər fiqh 
terminləri lüğəti. 


 
87 
Məsələ  192.  Balina  və  digər  yeyilməsi  haram  olan  balıqların  yağından  və 
ilbizlərdən  qidalarda  və  eləcə  də  digər  məqsədlərlə  istifadə  olunmasına  icazə 
verilirmi? 
Cavab:  Qidalarda  istifadəsinə  icazə  verilmir,  digər  məqsədlərlə  istifadəsinə 
isə məhdudiyyət qoyulmur. Allah (hər şeyin doğrusunu) biləndir. 
Məsələ 193. Müsəlman şərab içilən məclislərdə iştirak edə bilərmi? 
Cavab: Həmin məclislərdə yeyib-içmək haramdır. İştirak etməyin haramlığı 
isə  vacib  ehtiyat  hökmünə  əsaslanır.  Nəhy  əz  münkər  edə  biləcəyi  halda  isə  bu 
məqsədlə orada iştirak etməsinə əngəl yoxdur.  
Məsələ  194.  Omarların  (iri  oynaqlı  dəniz  xərçənglərinin),  krevetlərin  və 
ilbizlərin yeyilməsi halladırmı? 
Cavab:  Dəniz  canlılarından  yalnız  pulcuqlu  balıqların  və  krevetlərin 
yeyilməsi halladır. Digər dəniz canlılarının, o cümlədən xərçənglərin və pulcuqsuz 
balıqların  isə  yeyilməsinə  şəriət  icazə  vermir.  Allah  (hər  şeyin  ən  doğrusunu) 
biləndir. 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə