BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə18/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   14   15   16   17   18   19   20   21   ...   58
azari-book-25246

 
II HİSSƏ 
MÜAMİLƏLƏR 
 
BİRİNCİ FƏSİL 


 
74 
QİDALAR 
 
Müsəlmanlar  adətən  öz  doğma  evlərində,  şəhər,  yaxud  kəndlərində 
doğmalarının, ailə üzvlərinin əhatəsində böyüyüb boya-başa çatır, orada sevdikləri 
və  tərkibini  bildikləri  müxtəlif  növ  qida  məhsulları,  yeməklər  və  içkilərlə 
qidalananmağa adət edirlər. Onlar bilirlər ki, həmin qidalar inanclarının onları qida 
kimi qəbulundan çəkindirdiyi məhsullardan xalidir və İslami dəyərlərdən hər hansı 
biri ilə uyğunsuzluq təşkil etmir. 
 
Qeyri-müsəlman  mühitində  yaşayacaqları  hər  hansı  bir  xarici  ölkəyə  köç 
etdikdə  isə  qidalanma  problemi  ilə  qarşı-qarşıya  qalırlar.  Çünki  nə  burada 
qarşılaşdıqları  yeməklər  və  içkilər  onların  sevdikləri,  yeməyə  və  içməyə  adət 
etdikləri, zövqlərincə olan qidalardır, nə də onların tərkibi mühacir müsəlmanların 
halallığından əmin olduqları məhsullarından ibarətdir. Məsələ burasındadır ki, yeni 
məskunlaşdıqları  cəmiyyət  bir  qeyri-müsəlman  toplumudur  və  onun  da 
özünəməxsus ictimai dəyərləri, adət-ənənələri vardır. Təbii ki, qidalanmada İslam 
şəriətinin norma və göstərişlərinə bağlılıq burada bir önəm kəsb etmir. 
 
Beləliklə,  müsəlman  mühacir  hər  hansı  bir  restorana  gedərək  nahar  etmək 
istədikdə isə həmin qidanın halal, yoxsa haram olması, onu yeməyin mübah, yoxsa 
yasaq  olması,  qidanın  özünün  pak  olub-olmaması  kimi  problemlərlə  üzləşir  və 
bütün bunlar cavabını gözləyən bir sıra sualları meydana gətirir. 
 
Bunu  nəzərə  alaraq,  öncə  hər  bir  müsəlmanın  qidalanma  ilə  bağlı  bilməli 
olduğu  bir  sıra  şəriət  hökmlərini  xatırladaraq  daha  sonra  sözügedən  mövzuda 
ünvanlanan bir sıra suallara yer verməyi daha məqsədəuyğun hesab edirik: 
 
Məsələ  154.  Öncəki  səmavi  dinlərin  və  müqəddəs  kitabların  ardıcılları,  o 
cümlədən yəhudilər, xristianlar və məcusilər pak hesab edildiyindən qidalanma ilə 
bağlı  bir  çox  problemlərin  həlli  asanlaşır.  Belə  ki,  biz  müsəlmanlar  onların 
hazırldıqları yeməklərin və içkilərin tərkibində şərab kimi qəbulu bizə haram olan 
maddələrin mövcudluğuna əmin olmadığımız halda hətta rütubətli əlləri ilə onlara 
toxunmuş olsalar belə həmin qida məhsulları ilə qidalana bilərik. Ət, piy və digər 
heyvan mənşəli qida məhsulları ilə bağlı isə gələcək məsələlərdə öz əksini tapacaq 
xüsusi göstərişlər vardır. 


 
75 
 
Məsələ  155.  Kitab  əhli  olmayan  (müqəddəs  kitablardan  heç  birinə 
inanmayan)  kafir  tərəfindən  hazırlanan  yeməklərin  tərkibində  şərab  kimi  qəbulu 
ona  haram  olan  qidaların  mövcudluğuna  əmin  olmadığı  halda  müsəlman  qidanı 
hazırlayanın ona rütubətli əllə toxunduğuna da əmin olmayınca ondan yeyə bilər. 
Bu  halda  da  ət,  piy  və  digər  heyvan  mənşəli  qida  məhsulları  ilə  bağlı  gələcək 
məsələlərdə öz əksini tapacaq xüsusi göstərişlər vardır. 
 
Məsələ 156. Müsəlman yeyinti sənayesi məhsullarını istehsal edənlərin dini 
və  etiqadı  haqqında  ümumiyyətlə  məlumatlı  olmadığı  təqdirdə  həmin  qida 
məhsullarının  tərkibində  şərab  kimi  qəbulu  ona  haram  olan  maddələrin 
mövcudluğuna  əmin  olmadıqca  hazırlayanın  ona  yaş  əllə  toxunub-
toxunmamasından  asılı  olmayaraq  həmin  qida  məhsulları  ilə  qidalana  bilər.  Bu 
məqamda da ət, piy və digər ət məhsulları ilə bağlı gələcək məsələlərdə öz əksini 
tapacaq xüsusi göstərişlər vardır. 
 
Bununla  yanaşı  qeyd  etmək  lazımdır  ki,  müsəlmana  yediyi  qidanı 
hazırlayanın  inanclı  olub-olmadığını,  yaxud  qidaya  əllə  toxunub-toxunmadığını 
öyrənmək vacib deyil. Hətta bu məlumatı əldə etmək kifayət qədər asan və normal 
gorünsə  belə.  Bir  sözlə,  müsəlmana  ət,  piy  və  digər  ət  mənşəli  məhsullar  istisna 
olmaqla bütün növ qida məhsulları ilə qidalanmaq olar, hətta tərkibində yeyilməsi 
onun üçün haram olan qidaların mövcudluğundan, yaxud hazırlayanın ona rütubətli 
əllə toxunduğundan şübhələnsə belə. 
 
Məsələ  157.  Həmçinin  müsəlmanın  tərkibində  yeyilməsi  haram  olan 
maddələrin olub-olmadığını öyrənmək üçün qida məhsulunun tərkibini araşdırması 
və eləcə də onu hazırlayanlardan hazırlama (istehsal) prosesində, yaxud daha sonra 
ona əllə toxunub-toxunmadığını soruşması vacib deyil. 
 
Məsələ  158.  Müsəlmana  ət,  piy  konservləri,  eləcə  də  ət  və  piy  mənşəli 
məhsulların konservləri istisna olmaqla bütün növ qida məhsulları  ilə qidalanmaq 
olar, hətta tərkibində yeyilməsi onun üçün haram olan qidaların mövcudluğundan, 
yaxud  hazırlayanın  ona  rütubətli  əllə  toxunduğundan  şübhələnsə  belə.  Həmçinin 
müsəlmanın  tərkibində  yeyilməsi  haram  olan  maddələrin  olub-olmadığını 
öyrənmək üçün konserv məhsullarının tərkibini araşdırması vacib deyil. 


 
76 
 
Məsələ  159.  Müsəlman  özü  kimi  müsəlman  satıcının  müsəlmanlara  satdığı 
müxtəlif halal ət məhsullarını ala bilər. Həmin müsəlman başqa məzhəbdən, onun 
məzhəbinin fiqhinə görə kəsim qaydaları da bizim məzhəbin kəsim qaydalarından 
bir qədər fərqli olsa belə, heyvanın kəsimində fiqhimizin kəsim normalarına riayət 
edilməsi  ehtimalı  mövcud  olduğu  halda  həmin  ət  məhsulları  halal  hökmünü 
daşıyır. Bu hökm kəsimin üzü qibləyə doğru gerçəkləşdirilməsindən başqa şərtlərə 
aiddir.  Qibləyə  doğru  kəsim  şərtinə  gəlincə  isə,  qəssabın  (məzhəbinin  fiqhinə 
müvafiq olaraq) onu vacib bilmədiyi halda riayət edilməsi vacib deyil. 
 
Məsələ  160.  Əgər  müsəlman  almaq  istədiyi  ət  məhsulunun  inək,  qoyun  və 
toyuq  kimi  əti  halal  olan  heyvanların  ətindən  olduğunu,  lakin  İslam  şəriətinin 
normalarına müvafiq qaydada kəsilmədiyini bilərsə və buna əmin olarsa, satıcının 
müsəlman  olmasına  baxmayaraq,  həmin  ət  məhsulunun  yeyilməsi  onun  üçün 
haram, özü isə nəcis hesab olunur və rütubətli olduğu (ət, yaxud toxunduğu əşya, 
yaxud hər ikisi) halda toxunduğu əşyanı da nəcis edir. 
 
Məələ  161.  Əgər  müsəlman  ət  məhsulunu  bilavasitə  kafirdən,  yaxud 
kafirdən  alan  və  alarkən  necə  kəsildiyini  öyrənməyən  başqa  bir  müsəlmandan 
satınalma, yaxud başqa bir yolla (ödənişsiz bağışlama və s.) əldə edərsə, həmin ət 
məhsulu haram hesab edilir. Lakin müsəlmanın həmin heyvanın şəriət normalarına 
müvafiq  qaydada  kəsilmədiyi  haqqında  dəqiq  məlumatı  olmadığı  təqdirdə  ət 
yeyilməsi haram olsa da, nəcis hökmünü daşımır. 
 
Məsələ  162.  Növündən  asılı  olmayaraq  balıq  və  balıq  məhsullarının  yeyilə 
bilməsi (halal hesab edilməsi) üçün iki şərt (meyar) mövcuddur: 
1) balıq pulcuqlu olmalıdır; 
2)  müsəlman  onun  sudan  diri  ovlandığına,  yaxud  balıqçının  torunda 
öldüyünə əmin olmalıdır.  Balığı ovlayanın  müsəlman olması, yaxud ov  əsnasında 
Allahın  adını  zikr  etməsi  vacib  deyil.  Beləliklə,  hətta  kafir  belə  pulcuqlu  balığı 
ovlayaraq  sudan  diri  çıxardarsa  və  ya  balıq  onun  torunda,  yaxud  səbətində  can 
verərsə, həmin balığın yeyilməsi halal sayılır. 
Müsəlman  birinci  şərtin  (meyarın)  mövcudluğuna  əmin  olmaq  üçün  balıq 
qarşısında  olduğu  halda  (toxunulmadan,  təmizlənmədən  qalmışsa)  öz  gözləri  ilə 


 
77 
görərək,  yaxud  doğru  yazıldığına  arxayın  olduğu  halda  adından  onun  pulcuqlu 
olub-olmadığını aydınlaşdıra bilər. Əlinizdəki əsərin sonunda (II əlavədə) pulcuqlu 
balıqların adlarından ibarət bir cədvəl öz əksini tapmışdır. 
İkinci  şərtə isə,  əldə  olan  məlumatlara  əsasən, demək  olar ki, bütün dünya 
ölkələrində  riayət  olunur  və  bütün  dünyada  balıqçılıq  təsərrüfatı  normalarına 
müvafiq olaraq ovlanan balıqlar sudan diri çıxarılır, yaxud torda can verir. 
Beləliklə,  təbii,  yaxud  konservləşdirilmiş  olmasından  asılı  olmayaraq  balıq 
məhsullarını müsəlmandan olduğu kimi kafirdən də alaraq yemək olar. 
Məsələ  163.  Krevet  sudan  diri  tutulduğu  halda  yeyilməsi  halaldır.  Lakin 
qurbağaların,  xərçənglərin,  tısbağaların,  bütün  növ  suda-quruda  yaşayanlar,  o 
cümlədən ilbizlər və omarların (oynaqlı iri dəniz xərçəngləri) yeyilməsi haramdır. 
Məsələ  164.  Kürülərin  halallığı  isə  onun  alındığı  balığın  halal  olub-
olmamasından  asılıdır.  Yeyilməsi  halal  olan  balığın  kürüsü  də  halal,  haram  olan 
balığın isə kürüsü də haramdır. 
Məsələ 165. Şərab, pivə, bərk və ya maye halında olmasından, yaxud ağır və 
yüngül  içki  sayılmasından  asılı  olmayaraq  bütün  məstedicilərin  qəbulu  haramdır. 
Allah  (c.c.)  dəyərli  kitabında  buyurur: 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə