BağIŞlayan və mehriban allahin adi iLƏ


“...  bir-birinizin qeybətini  qırmayın!  Sizdən



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə35/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   31   32   33   34   35   36   37   38   ...   58
azari-book-25246

“...  bir-birinizin qeybətini  qırmayın!  Sizdən 
biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar 
(qeybət də belədir)”.
2
 
Allahın  elçisi  (s)  isə  belə  buyurur:  “Qebətdən  həzər  edin!  Həqiqətən,  o 
zinadan daha ağır bir  günahdır.  Çünki  insanlar  zina  etdikdən  sonra tövbə  edərsə, 
Allah  onları  bağışlaya  bilər,  ancaq  qeybət  edən  qeybətini  etdiyi  şəxs  onu 
bağışlamayınca, günahı əfv edilməz”.
3
 
Möminə  başqa  bir  mömin  qardaşının  qeybətinə  qulaq  asmaq  yaraşmaz. 
Əksinə,  sevimli  Peyğəmbərimizdən  (s)  və  imamlarımızdan  (ə)  nəql  olunan 
hədislərdən  belə  aydın  olur  ki,  yanında  qeybət  edilən  şəxs  qeybətini  eşitdiyini 
insanı  müdafiə  etməli,  onun  qeybətinin  edilməsinə  etirazını  bildirməlidir.  Əks 
təqdirdə Allah (sübhanəhu və təala) onu dünya da, axirətdə də alçaldar və o, qeybət 
edənlə eyni günahı qazanar.
4
 
Məsələ 316. Qeybətdən söz düşərkən möminlərin yadına cəmiyyət həyatında 
sabitliyin qorunması məqsədilə İslamın haram buyurduğu və icraçılarını kəskin bir 
dillə  qınadığı  başqa  bir  əməl  –  söz  gəzdirmək,  dedi-qodu  yaymaq  düşür.  Söz 
gəzdirmək  insanlar  arasında  kin-küdurət  yaratmaq,  yaxud  mövcud  kin-küdurəti 
dərinləşdirmək  məqsədilə  onların  bir-birləri  barəsindəki  sözlərini  qarşı  tərəfə 
çatdırmaqdan  ibarətdir.  Rəvayələrdən  birində  oxuyuruq  ki,  bir  gün  sevimli 
Peyğəmbərimiz (s) səhabələrinə müraciətlə soruşur: “Sizə aranızdakı ən şər xislətli 
insanların  kim  olduğunu  açıqlayımmı?”  Onlar  bir  ağızdan:  “Bəli,  ey  Allahın 
                                                           
1
 Minhac əs-salihin, Ayətullah əl-uzma Sistani, c.1, səh.17. 
2
 Hucurat surəsi, 12-ci ayə. 
3
 Cami əs-səadat, c.2, səh. 203. 
4
 Minhac əs-salihin, Ayətullah əl-uzma Sistani, c.1, səh.17. 


 
125 
elçisi!” – deyə cavab verdikdə isə buyurur: “İnsanlar arasında gəzərək dedi-qodu 
yayanlar, dostları bir-birindən ayıranlardır”.
1
 
İmam  Baqir  (ə)  buyururdu:  “Cənnət  qeybət  edərək  insanlar  arasında  söz 
gəzdirənlərə haramdır”.
2
 
Buna  bənzər  başqa  bir  hədisdə  isə  İmam  Sadiqin  (ə)  belə  buyurduğunu 
oxuyuruq: “Qaniçən qatillər, əyyaşlar və ara vuranlar cənnətə həsrət qalacaqlar”.
3
 
Məsələ  317.  Rəbbimiz  bizi  sui-zəndən,  yəni  bədgümanlıqdan  da 
çəkindirmişdir.  O,  Qurani-Kərimdə  buyurur: 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə