BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə43/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   39   40   41   42   43   44   45   46   ...   58
azari-book-25246

ALTINCI FƏSİL 
SƏHİYYƏ VƏ TİBB 
 
Son  dövrlərdə  Qərbi  Avropa  və  ABŞ-da  elm  və  texnologiyanın  inkişafı  ilə 
əlaqədar olaraq dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanların da müalicə 
məqsədilə həmin ölkələrə üz tutması halları artmışdır. Həmçinin, həmin ölkələrdə 
məskunlaşan  müsəlmanların  da  digər  vətəndaşlar  kimi  şəxsi  sağlamlıqlarını 
qorumaq  məqsədilə  yerli  tibb  müəssisələrinə  müraciət  etməsi  bir  sıra  aktual 
sualları  meydana  gətirmişdir.  Bütün  bunları  nəzərə  alaraq  sözügedən  mövzu  ilə 
bağlı  ən  önəmli  şəriət  hökmlərini  nəzərinizə  çatdırmağı  məqsədəuyğun  hesab 
edirik: 
 
Məsələ  351.  Praktiki  tibbi  təhsil  və  s.  məqsədlərlə  müsəlmanın  cəsədinin 
yarılması  yolverilməzdir.  Şəriət  tərəfindən  müsəlmanın  cəsədinin  yarılmasına 
yalnız  başqa  bir  müsəlmanın  yaşamasının  bundan  asılı  olduğu  hallarda  –  hətta 
gələcəkdə olsa belə - icazə verilir. 
 
Məsələ  352.  İstənilən  heyvanın,  hətta  it  və  donuzun  da  bu  və  ya  digər 
orqanının  insan  bədəninə  transplantasiyasına  şəriət  tərəfindən  icazə  verilir  və 
köçürülən üzv insan  bədəninin  yaşayan  aktiv  bir orqanına  çevrildikdən  sonra  pak 
hesab edilir və namaz kimi ibadətlərə də heç bir xələl gətirmir. 


 
139 
 
Məsələ 353. Həkimin ürək döyüntüsü cihazla bərpa olunan pasiyentini hətta 
beyin  ölümü  gerçəkləşmiş  olsa  belə  və  həyatı  yalnız  həmin  süni  nəfəs  aparatına 
bağlı olsa belə, həmin cihazı söndürə və eftanaziyanı
1
 həyata keçirə bilməz. Çünki, 
İslamda insanın yaşamaq hüququ toxunulmaz hesab edilir. 
 
Həkim pasientinin və ya yaxınlarının onun müalicəsini dayandırmasına dair 
istək və tələblərini nəzərə alaraq müalicədən imtina etməməlidir. Onun süni nəfəs 
aparatını söndürməsi nəticəsində pasient həyatını itirərsə, həkim qatil hesab olunur. 
 
Məsələ 354. Tibb ixtisasları üzrə təhsil alan tələbə hətta gələcəkdə olsa belə 
müsəlmanların  ciddi  sağlamlıq  problemlərinin  həlli  üçün  zəruri  olduğu  hallar 
istisna olmaqla, təcrübə əsnasında təcrübə obyekti olan insanın cinsiyyət orqanına 
baxa bilməz. 
 
Məsələ  355.  Müsəlmana  qəbul  etdiyi  dərman  vasitələri  və  preparatlarının 
tərkibində  şəriət  tərəfindən  qəbulu  haram  hesab  olunan  maddələrin  olub-
olmamasını  müəyyənləşdirmək  məqsədilə  hətta  dərmanların  tərkibini  öyrənmək 
mümkün və kifayət qədər asan olsa belə, onların tərkibini araşdırmaq vacib deyil. 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə