BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə42/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   38   39   40   41   42   43   44   45   ...   58
azari-book-25246

“Allah din yolunda 
sizinlə  vuruşmayan  və  sizi  yurdunuzdan  çıxartmayan  kimsələrə  yaxşılıq  etməyi 
və  onlarla  ədalətlə  rəftar  etməyi  sizə  qadağan  etməz.  Allah  ədalətli  olanları 
sevər!”
1
 
Məsələ  324.  Kitab  əhli  olan  öncəki  səmavi  dinlərin  nümayəndələri  və  hər 
hansı  bir  müqəddəs  kitaba  inancı  olmayan  kafirlər  məscidlərə  və  müsəlmanların 
ibadət məkanlarına girə bilərlərmi və onlara giriş izni verildiyi halda hicaba riayət 
etməyən qadınları içəri girərkən hicab geyinməyə məcbur etməliyikmi? 
Cavab:  Ehtiyata  əsasən,  onlar  məscidlərə  daxil  ola  bilməzlər.  Lakin  digər 
ibadət  məkanlarına  giriş  sərbəstdir.  Hicabdan  imtina  etmək  müqəddəs  məkana 
qarşı hörmətsizlik kimi anlaşıldığı halda qadınlar ona riayət etməyə borcludurlar. 
Məsələ  325.  Yəhudi,  xristian,  yaxud  hər  hansı  bir  dinə  etiqad  bəsləməyən 
qonşulara narahatçılıq törədəcək hərəkətlərə yol vermək olarmı? 
Cavab:  Bbelə  bir  hərəkətə  haqq  qazandıracaq  tutarlı  bir  səbəb  olmadan 
etiqadından asılı olmayaraq qonşuları incitmək olmaz. 
Məsələ  326.  Kitab  əhli  olan  və  olmayan  kafir  yoxsullara  sədəqə  vermək 
olarmı və sədəqə verən bu əməlinə görə savab qazanırmı? 
Cavab:  Haqqa  və  haqq  yolunun  ardıcıllarına  düşmənçilik  hissi  bəsləməyən 
istənilən  yoxsula  sədəqə  vermək  olar  və  sədəqə  verən  bu  əməlinə  görə  Rəbbi 
tərəfindən mükafatlandırılacaqdır. 
Məsələ  327.  Təsirli  olacağını  ehtimal  etdiyimiz,  habelə  hər  hansı  bir 
xoşagəlməz  halla  nəticələnməyəcəyinə  əmin  olduğumuz  hallarda  Əhli-beyt  (ə) 
                                                           
1
 Mümtəhinə surəsi, 8-ci ayə. 


 
131 
ardıcıllarından  (imamiyyə  məzhəbindən)  olmayanları,  yaxud  kitab  əhli  sayılan 
digər  səmavi  dinlərin  ardıcıllarını  da  yaxşı  əməllərə  sövq  edərək  pis  işlərdən 
çəkindirmək vacibdirmi? 
Cavab:  Vacib  olması  üçün  zəmin  hesab  edilən  digər  şərtlər  də  nəzərə 
alınmaqla  onları  da  yaxşı  işlərə  sövq  etmək  və  pis  əməllərdən  çəkindirmək 
vacibdir.  Həmin  şərtlərdən  biri  də  onların  münkər  (pis)  işlərlə  məşğul  olması, 
yaxud məruf (yaxşı) işlərin icrasından imtinasının üzürlü hal qismindən olmaması, 
o  cümlədən  həmin  şəxslərin  müqəssir  cahil  olmaması  şərtidir  ki,  bu  halda  öncə 
onlara  doğru  olanı  başa  salmaq,  başa  düşdükdən  sonra  əməl  etmək  niyyətində 
olmadığını  gördükdə  isə  əmr  (yaxşı  işlərə  sövq)  və  nəhy  (pis  əməllərdən 
çəkindirmə) tədbirlərini (mərhələlərin ardıcıllığına riayət etməklə) həyata keçirmək 
lazımdır.  Münkər  iş  yer  üzündə  fəsad  törətmək,  nahaq  insan  qanı  axıtmaq  kimi 
ümumiyyətlə  Allahın  gerçəkləşməsini  yolverilməz  hesab  etdiyi  günahlar 
qismindən olduğu halda isə qarşısının alınması labüddür, hətta münkər işi icra edən 
qasir cahil
1
 olsa belə. 
Məsələ 328. Avropada bəzi məktəblərdə hansısa bir dinə etiqad bəsləməyən, 
şagirdlərin  önündə  Allahın  varlığını  inkar  edən  bir  sıra  müəllimlər  də  tədris 
fəaliyyəti ilə məşğul olur. Müsəlman şagirdlərin belə məktəblərdə təhsilinə davam 
etməsi  doğrudurmu?  Nəzərə  almaq  lazımdır  ki,  müəllimlərinin  onların 
düşüncələrinə təsiri olduqca güclüdür. 
Cavab:  Bu  yolverilməzdir  və  bununla  bağlı  bütün  məsuliyyət  şagirdlərin 
vəlilərinin (valideynlərinin, yaxud qəyyumlarının) üzərinə düşür. 
Məsələ  329.  Oğlanlar  və  qızlar  orta  təhsil  müəssisələrində  birgə  təhsil  ala 
bilərlərmi?  Nəzərə  almaq  lazımdır  ki,  belə  birgə  təhsil  mühiti  gec-tez  onları 
hansısa günaha, ən azından haram hesab edilən baxışa (naməhrəmə şəhvət hissi ilə 
baxmağa) sürükləyəcəkdir. 
Cavab: Göstərilən halda birgə təhsil doğru deyil. 
                                                           
1
 “Müqəssir cahil” və “qasir cahil” terminləri üçün əlinizdəki əsərin “Müxtəsər fiqh terminləri lüğəti” bölməsinə 
müraciət edin. 


 
132 
Məsələ  330.  Müsəlman  kişilər  ümumi  (kişi  və  qadınların  birgə  istifadə 
etdiyi)  hovuz  xidmətlərindən  istifadə  edə  bilərlərmi?  Özəlliklə  nəzərə  almaq 
lazımdır ki, həmin hovuzların xidmətindən istifadə edən qadınlar İslam şəriətində 
əxlaq  normaları  hesab  edilən  geyim  və  davranış  qaydalarına  qarşı  o  qədər 
etinasızdırlar  ki,  hətta  onlara  bununla  bağlı  edilən  xatırlatmalara  belə  məhəl 
qoymurlar. 
Cavab:  Geyim  normalarına  riayət  etməyən  və  bu  xüsusda  qadağa  və 
xəbərdarlıqlara  da  məhəl  qoymayan  qadınlara  şəhvani  həzz  duyğusu  olmadan 
baxmağa icazə verilməsinə baxmayaraq, ehtiyata əsasən, belə məkanlara üz tutmaq 
ümumiyyətlə doğru yolverilməzdir. 
Məsələ  331.  Qərb  ölkələrində  məskunlaşan  müsəlmanlar  hicablı  qızlarını 
icbari  orta  təhsil,  yaxud  digər  növ  təhsil  (texniki  peşə  təhsili  və  s.)  almaq  üçün 
oğlanlarla qızların birgə təhsil aldığı təhsil müəssisələrinə göndərə bilərmi? Nəzərə 
almaq  lazımdır  ki,  yalnız  qızların  təhsil  aldığı  təhsil  müəssiləri  də  vardır.  Lakin 
həmin məktəblər yüksək təhsil haqqı tələb edir, yaxud onların yaşayış yerlərindən 
kifayət qədər uzaqdır və ya orada təhsilin səviyyəsi daha aşağıdır. 
Cavab:  Valideynlər  övladlarını  əksər  hallarda  müşahidə  etdiyimiz  kimi 
şagirdlərin  dini  inanclarını  və  dinlərinə  bağlılıqlarını  itirməklə  yanaşı  onların 
əxlağina da mənfi təsir edən belə məktəblərə göndərməməlidirlər. 
Məsələ 332. Əcnəbi universitetlərdə müsəlman gənclərlə birlikdə təhsil alan 
gənc  qızlar  onlarla  birgə  əyləncə,  elmi  və  s.  xarakterli  gəzintilərdə  iştirak  edə 
bilərlərmi? 
Cavab:  Yalnız  haramdan  (günaha  düşməkdən)  qorunacaqlarına  əmin 
olduqları halda iştirak edə bilərlər. 
Məsələ  333.  Küçədə  qarşılaşdığımız  real  romantik  səhnələrə  baxmaq 
günahdırmı? 
Cavab: Şəhvani həzz hisslərinin müşayiəti ilə belə bir səhnəyə tamaşa etmək 
olmaz. Hətta ehtiyata əsasən, ümumiyyətlə belə səhnələrə baxmamalısınız. 
Məsələ 334. Həm kişi, həm də qadınların baş çəkdiyi kinoteatrlara və şəriət 
tərəfindən  məqbul  hesab  edilməyən  digər  əyləncə  məkanlarına  getmək  olarmı? 


 
133 
Nəzərə  almaq  lazımdır  ki,  həmin  məkanlarda  harama  (günaha)  yol 
verməyəcəyimizə əmin deyilik. 
Cavab: Olmaz. 
Məsələ 335. Kişi və qadınların birgə istifadə etdiyi hovuzlarda şəhvani həzz 
almaq niyyəti olmadan üzmək olarmı? 
Cavab: Ehtiyata əsasən, əxlaqi fəsadın baş alıb getdiyi məkanlara üz tutmaq 
ümumiyyətlə yolverilməzdir. 
Məsələ  336.  Havanın  isti  olduğu  günlərdə  dincəlmək  üçün  dəniz  sahili  və 
parklara baş çəkmək olarmı? Nəzərə almaq lazımdır ki, həmin məkanlarda ictimai 
əxlaq qaydalarına zidd hallara rast gəlmək qaçınılmazdır. 
Cavab:  Harama  (günaha)  yol  verməyəcəyinizdən  əmin  olmadığınız  halda 
belə yerlərə üz tutmamalısınız. 
Məsələ  337.  Avropa  ölkələrində  müəyyən  standartlar  əsasında  ümumi 
tualetlər  tikilir  və  onların  tikintisində  müsəlman  dövlətlərində  riayət  olunan 
ayaqyolu  çanaqlarının  üzü  və  ya  arxası  qibləyə  olmaması  şərti  nəzərə  alınmır. 
Qiblənin  hansı  istiqamətdə  olduğunu  bilmədiyimiz  halda  həmin  ümumi 
tualetlərdən istifadə edə bilərikmi? Bəs onları üzü (yaxud arxası) qibləyə olduğunu 
bildiyimiz  halda  necə?  Xahiş  edirik,  şəriət  tərəfindən  bizə  həmin  tualetlərdən 
istifadə edilməyə icazə verilməyəcəyi halda nə etməli olduğumuzu da açıqlayın. 
Cavab:  Birinci  halda  vacib  ehtiyata  əsasən,  orada  qiblə  istiqamətini 
müəyyənləşdirməyin mümkünsüzlüyünə əmin olduğunuz və gözləyə bilmədiyiniz, 
yaxud  gözləməyin  məşəqqətli  olduğu  hallar  istisna  olmaqla,  həmin  ümumi 
tualetlərdən  istifadə  etmək  olmaz.  İkinci  halda  isə  vacib  ehtiyata  əsasən,  həmin 
ayaqyolu çanaqlarından istifadə edərkən (sidik və ya nəcis ifrazı əsnasında) üzü və 
ya  arxası  qibləyə  oturmaqdan  çəkinməlisiniz.  Həmin  çanaqlardan  istifadə 
məcburiyyəti  qarşısında  qaldıqda  isə  ehtiyata  əsasən,  üzü  deyil,  arxası  qibləyə 
oturmağı tərcih edin. 
Məsələ  338.  Müsəlman  Avropa,  Amerika  və  digər  qeyri-müsəlman 
ölkələrində üzərində sahibinin kimliyini müəyyən etməyə əsas verən hər hansı bir 


 
134 
əlamət (ad, soyadı, əlaqə telefonları və s.) olan və ya olmayan çamadan taparsa, nə 
etməlidir? 
Cavab:  Adətən,  çamadanların  üzərində  sahibi  ilə  əlaqə  saxlamağa  imkan 
verən hansısa bir əlamət olur. Çamadanı tapan onun bir müsəlmana, yaxud yaxud 
müsəlmanlar kimi mülkiyyət hüququ qorunan (şəriət tərəfindən toxunulmaz hesab 
edilən)  bir  şəxsə  aid  olduğunu  bilərsə,  yaxud  əsaslı  bir  ehtimalla  güman  edərsə, 
vacib  ehtiyata  əsasən,  bir  il  müddətində  onun  sahibini  axtarmalı  və  onu  tapa 
biləcəyinə  ümidini  itirdikdən  sonra  isə  sədəqə  verməlidir.  Lakin  onun 
müsəlmanlara,  yaxud  digər  mülkiyyət  hüququ  (İslam  şəriəti  tərəfindən) 
toxunulmaz hesab edilən şəxslərə aid olmadığını bildiyi halda isə bir müstəsna hal 
xaricində həmin çamadanı mənimsəyə bilər. Müstəsna hal isə bundan ibarətdir ki, 
müsəlman  vətəndaşı  olduğu  hüquqi  dövlət  qarşısında  qanunvericiliklə  nəzərdə 
tutulmuş bir sıra öhdəliklər daşıyarsa, o cümlədən həmin ölkənin ərazisində tapdığı 
əşyaları  əlaqədar  dövlət  orqanlarına  təhvil  verməlidirsə,  bu  halda  həmin  əşyaları 
mənimsəyə  bilməz  və  mütləq  qanunvericilikdə  nəzərdə  tutulan  öhdəçiliyini 
(vətəndaşlıq vəzifəsini) icra etməlidir. 
Məsələ 339. Avropa ölkələrindən birində üzərində sahibini müəyyən etməyə 
əsas verən heç bir əlamət olmayan müəyyən məbləğdə pul tapsam, ona sahiblənə 
bilərəmmi? 
Cavab:  Həmin  əsknasların  üzərində  sahibini  müəyyən  etməyə  imkan  verən 
hər hansı bir əlamət olmazsa (heç olmazsa, itirilən pulun miqdarını bilməsi ilə belə 
sahibini tanımaq  mümkün olmazsa),  öncəki məsələlərdə qeyd  olunan  hallar (yerli 
qanunlar  çərçivəsində  hərəkət  etməyin  zəruri  olduğu  məqamlar)  istisna  olmaqla, 
həmin vəsaiti mənimsəmək olar. 
Məsələ  340.  Bəzi  qərb  ölkələrində  dəyərli  əşyaları  elə  ucu  qiymətə  satışa 
çıxarırlar  ki,  nəticədə  müştəri  həmin  əşyaların  oğurluq  mal  olduğunu  düşünür. 
Beləliklə,  həmin  əşyaların  müsəlman,  yaxud  kafir  bir  şəxsdən  oğurlandığından 
əmin olsaq, yaxud böyük ehtimalla şübhəyə düşsək, satıcının müsəlman olduğu və 
olmadığı hallarda onları almaq olarmı? 


 
135 
Cavab:  Həmin  əşyaların  müsəlman  və  ya  kafir  olmasından  asılı  olmayaraq 
mülkiyyət hüququ qorunan (şəriət tərəfindən əmlakının müsadirə və qəsb edilməsi 
yolverilməz  hesab  edilən)  bir  şəxsdən  oğurlandığına  dair  məlumat  əldə  etdikdə, 
yaxud  buna  əmin  olduqda  onları  alması  və  öz  mülkiyyətinə  daxil  etməsi 
yolverilməz hesab olunur. 
Məsələ  341.  Qərb  ölkələrində  siqaret  olduqca  baha  qiymətə  satılır. 
İstehlakçının  siqaretin  nəinki  faydalı  bir  şey  olmadığını,  hətta  sağlamlığa  ciddi 
təhlükə  törətdiyini  bildiyini  nəzərə  alaraq  demək  olarmı  ki,  israfçılıq  baxımından 
siqaret almaq haramdır? 
Cavab: Siqaretin alqı-satqısı sərbəstdir və sadəcə göstərilən səbəblə (qiymət 
bahalığı  ilə)  əlaqədar  olaraq  istehlak  edilməsi  də  haram  sayıla  bilməz.  Lakin 
siqaret  çəkmək  istehlakçının  sağlamlığına  ciddi  zərər  törədərsə  və  siqaret 
çəkməkdən  imtina  etmək  ona  zərər  verməzsə,  yaxud  daha  az  zərər  toxundurarsa, 
imtina etməlidir. 
Məsələ 342. Yaşadığımız dövrdə telefon danışıqlarını abonentlərin məlumatı 
olmadan qeydə alan cihazlar mövcuddur. Lazım gəldikdə dəlil olaraq istifadə edə 
bilmək  üçün  kiminsə  danışığını  özünün  məlumatı  (xəbəri  və  razılığı)  olmadan 
qeydə almaq olarmı? 
Cavab: Bir abonentin həmsöhbəti olduğu abonentlə danışığını qeydə alması 
üçün ondan icazə alması vacib deyil. Lakin bir mömin insana qarşı hörmətsizlik və 
onun sirlərinin ifşa olunması  ilə nəticələnəcəyi halda bu dərəcədə (möminin şərəf 
və  ləyaqətinin  qorunması  qədər)  və  ya  daha  artıq  önəm  kəsb  edən  bir  zərurət 
olmadıqca  həmin  səs  yazısını  yaymaq,  yaxud  başqaları  ilə  paylaşmaq 
yolverilməzdir. 
Məsələ 343. Fotoqraflıqla məşğul olan bir şəxs süfrəyə şərab da verilən bir 
toy məclisində iştirakçıların fotolarını çəkmək üçün çağrılarsa, həmin məclisə gedə 
bilərmi? 
Cavab:  Şərab  içilən,  yaxud  hansısa  bir  haramın  icra  olunduğu  səhnələrin 
fotosunu çəkmək olmaz. 
Məsələ 344. Valideynlərə itaətin çərçivələrini bəyan edə bilərsinizmi? 


 
136 
Cavab: Övladların valideynləri qarşısında vəzifələri bunlardır: 
1)  onlara  yaxşılıq  etməlidir;  baxıma  möhtac  olduqları  halda  onların 
ehtiyaclarını  təmin  etməli,  sağlam  düşüncənin  məqbul  və  normal  hesab  etdiyi 
çərçivədə yaşayış tələbatlarını ödəməlidirlər. Bu vəzifənin icrasından imtina etmək 
onların  (valideynlərin  övladlara  qarşı)  yaxşılıqlarını  inkar  etmək  anlamına  gəlir. 
Valideynlərə  yaxşılıq  vəzifəsinin  çərçivələri  onların  fiziki  durumundan 
(səhhətindən) asılı olaraq dəyişir. 
2)  onlarla  yaxşı  davranmalıdırlar.  Hətta  övladlarına  haqsızlıq,  zülm  etsələr 
belə  övladlar  onlara  qarşı  xoşagəlməz  ifadə  və  hərəkətlərdən  uzaq  olmalıdırlar. 
Hədislərdə  oxuyuruq:  “Hətta  (valideynlərin)  səni  vursalar,  döysələr  belə,  onların 
üstlərinə qışqırıb acı söz söyləmə! “Allah sizi bağışlasın!” – deməklə kifayətlən!” 
Bu  iki  vəzifə  övlad-valideyn  münasibətlərini  valideynlik  hüquqları 
aspektindən  izah  edir.  Məsələyə  övlad  aspektindən  baxdıqda  da  iki  halla 
qarşılaşırıq: 
1)  valideynlər  övladlarına  qarşı  xeyirxahlıqlarına,  qayğıkeşliklərinə  görə 
əziyyətə  məruz  qalırlar;  bu  halda  övladlar  valideynlərinin  çəkindirib-
çəkindirməməsindən asılı olmayaraq onları incidəcək işlərdən uzaq durmalıdırlar. 
2)  valideynlər  bəzi  xoşagəlməz  xislətlərinə,  məsələn  övladlarının  dünya  və 
axirət  mənfəətlərini  düşünmədiklərinə  (onları  da  belə  xeyirli  işlərdən 
çəkindirdiklərinə)  görə  incidilirlər.  Valideynlərin  bu  növ  incikliyi  övladlarına heç 
bir günah qazandırmır və övladların onların bu növ istək və arzularına tabe olması 
vacib deyil. 
Göründüyü  kimi,  valideynlərə onların  şəxsi  əmr  (tələb) və qadağaları  (ilahi 
əmr  və  yasaqlara  zidd  və  zərərli  istək  və  arzuları)  xüsusunda  itaət  öz-özlüyündə 
vacib sayılmır. Allah (hər şeyi) biləndir. 
Məsələ  345.  Bəzi  valideynlər  övladlarının  insanları  yaxşı  əməllərə 
yönləndirməsindən  və  xoşagəlməz  işlərdən  çəkindirməsindən  qorxur,  çəkinirlər. 
Bu  xüsusda  onlara  itaət  etmək  vacibdirmi?  Nəzərə  almaq  lazımdır  ki,  övladlar 
onların bu addımlarının nəticə verəcəyinə inanırlar və özlərinə üz verəcək hər hansı 
bir zərərdən də qorxmurlar. 


 
137 
Cavab:  Sözügedən  addımlar  şərtləri  çərçivəsində  övladlara  vacib  olduğu 
halda  həmin  addımları  atmalıdırlar.  İnsanlara  (hətta  valideynlərə  belə)  itaət 
Yaradanın əmrinə itaətsizliyə əsas vermir. 
Məsələ  346.  Bir  çox  ailələrdə  oğullarla  ataları,  qızlarla  isə  anaları  arasında 
müxtəlif  məişət  məsələləri  ilə bağlı  ciddi mübahisələr baş  verir  və valideynlər bu 
mübahisələrdən  bərk  inciyirlər.  Övladlar  valideynlərlə  belə  mübahisələrə  girişə 
bilərlərmi  və  bu  məsələdə  aşılması  yolverilməz  hesab  edilən  bir  hədd,  çərçivə 
mövcuddurmu? 
Cavab:  Övladlar  valideynləri  ilə  onların  doğru  hesab  etmədikləri  rəyləri  ilə 
bağlı  mübahisə  edə  bilərlər.  Lakin  bu  mübahisələrdə  sakitçiliyə  və  ədəb 
qaydalarına  riayət  etməli,  nəinki  kobud  ifadələrə  yol  verməməli,  hətta  onlara 
qəzəblə  baxmaqdan  və  valideynlərindən  uca  səslə  danışmaqdan  belə 
çəkinməlidirlər. 
Məsələ  347.  Ana  oğlundan  gəlini  ilə  aralarındakı  narazılıqlara  görə  onu 
boşamasını tələb edərsə, oğlunun onun istəyini gerçəkləşdirməsi vacibdirmi? Bəs 
ana  “əgər  ondan  boşanmasan,  üzümə  ağ  olmuş  sayılacaqsan!”  kimi  sözlərlə  israr 
etsə necə? 
Cavab: Onun bu tələbini gerçəkləşdirmək vacib deyil və həmin sözlər də heç 
bir  şeyi  ifadə  etmir.  Bununla  belə,  daha  öncə  də  qeyd  edildiyi  kimi  ananı 
xoşagəlməz sözlər və davranışlarla incitməkdən çəkinmək lazımdır. 
Məsələ  348.  Atanın  oğlunu  vurması  nəticəsində  dərisi  qaralarsa,  yaxud 
qızararsa,  diyə  ödəməlidirmi?  Bəs  insanı  atasından  başqa  bir  şəxs  bu  şəkildə 
vurduqda (döydükdə) necə, hökm dəyişirmi? 
Cavab: Vuranın (döyənin) insanın atası olub-olmamasından asılı olmayaraq 
diyə ödənilməlidir. 
Məsələ  349.  Əgər  müsəlman  atasının  onun  ölkə  xaricinə  səfər  etməsinə 
etirazını  sözlərlə  ifadə  etməsə  də,  onun  qəlbən  bu  səfərə  razı  olmadığına  əmin 
olarsa,  həmin  səfərin  onun  xeyrinə  olduğunu  bildiyi  halda  səfərini  gerçəkləşdirə 
bilərmi? 


 
138 
Cavab: Əgər ataya yaxşılıq (öncəki məsələlərdə öz əksini tapan çərçivələrdə) 
onun  yanında  olmağı  labüd  edirsə,  yaxud  o  övladının  ondan  uzaqlaşması 
nəticəsində  mənəvi  sıxıntılarla  üzləşəcəksə,  övlad  belə  bir  səfərdən  imtina 
etməlidir. Lakin səfərdən imtina nəticəsində zərərə uğrayacağı halda imtina etməsi 
vacib deyil. 
Məsələ  350.  Xüsusilə  qürbətdə  qadının  ya  kişinin  həyat  yoldaşının 
valideynlərinə,  bacı  və  qardaşına  hörmət  və  yaxşlığı,  onlara  qulluq  etməsi  də 
vacibdirmi? 
Cavab:  Bunun  həyat  yoldaşına  qarşı  hörmət  və  xeyirxahlığın  örnəyi 
olmasına şübhə yoxdur, lakin bununla belə vacib sayılmır. 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə