BağIŞlayan və mehriban allahin adi iLƏ


cəhənnəm  atəşində  qızdırılıb  alınlarına,  böyürlərinə  və  kürəklərinə  dağ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə41/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   37   38   39   40   41   42   43   44   ...   58
azari-book-25246

cəhənnəm  atəşində  qızdırılıb  alınlarına,  böyürlərinə  və  kürəklərinə  dağ 
basılacaq  (və  onlara):  “Bu  sizin  özünüz  üçün  yığıb  saxladığınız  sərvətdir.  Di 
dadın yığdığınızı (mal-dövlətinizin əzabını, acısını)” – (deyiləcəkdir)”
3
 
İslamın təməllərini öz nümunəvi həyat yolu ilə təcəssüm etdirən Möminlərin 
əmiri  Əli  (ə)  də  bu  fani  dünyada  qazandığı  nemətləri  Allah  yolunda  xərcləyərək 
zahidlik  həyatını  tərcih  etmiş,  müsəlmanların  beytülmalı  onun  ixtiyarında  olduğu 
günlərdə  (xəlifəliyi  dövründə)  də  dünya  həyatının  ehtişamına  könül  verməmişdir. 
Özü  bununla  bağlı  buyururdu:  “Mən  istəsəydim,  xalis  bal,  əla  növ  buğda  ilə 
bəslənər, ipəkdən libaslar geyinərdim. Ancaq Hicazda və ya Yəmamədə bir kəsin 
ac  yataraq  bir  tikə  çörəyə  həsrət  qalmış  olduğu  halda,  əsla  nəfsim  (ehtiraslarım) 
mənə  qalib  gələrək  növbənöv  təamlarla  bəslənməyə,  yaxud  ətrafımda  ac  qarınlar, 
susuzluqdan  yanan  ciyərlər  olduğu  halda  məni  tox  yatmağa,  başqa  sözlə  şairin 
                                                           
1
 Hədid surəsi, 11-12-ci ayələr. 
2
 Munafiqun surəsi, 10-11-ci ayələr. 
3
 Tövbə surəsi, 34-35-ci ayələr. 


 
128 
“sənin  tox  yatdığın  halda  ətrafında  bir  tikə  çörəyə  həsrət  mədələrin  olmasından 
daha böyük bir dərd, bəla ola bilərmi?!” – sözlərinin örnəyinə çevrilməyə sövq edə 
bilməz”.
1
 
İslam  Peyğəmbərindən  (s) və  eləcə  də  imamlarımızdan  (ə)  nəql olunan bir 
sıra  hədislər  malından  Allah  yolunda  xərcləyənlərin  onları  gözləyən  ən  dəyərli 
axirət  mükafatı  ilə  yanaşı  sözügedən  əməlin  bu  dünyada  da  bir  sıra  nəticə  və 
mənfəətlərinə şahid olacaqlarını açıq şəkildə bəyan edir. Belə nəticələrdən biri ruzi 
bolluğudur.  Allahın  elçisi  (s)  buyurur:  “Sədəqələrinizlə  göydən  özünüzə  ruzi 
yağdırın”.
2
 
Başqa  bir  nəticə  isə  xəstəliklərdən  qurtulmaq,  şəfa  tapmaqdır. 
Peyğəmbərimiz (s) buyurardı: “Xəstələrinizi sədəqə sayəsində sağaldın”.
3
 
Digər bir mükafat isə ömrün uzun olmasından və xoşagəlməz ölümdən uzaq 
olmaqdan  ibarətdir.  İmam  Baqirdən  (ə)  nəql  olunan  bir  hədisdə  bununla  bağlı 
oxuyuruq: “Yaxşılıq və sədəqə yoxsulluğu insandan uzaqlaşdırır, ömrünü uzadır və 
onu yetmiş növ xoşagəlməz ölümdən qoruyur”.
4
 
Allah  yolunda  xərcləməyin  faydalarından  biri  də  borcların  qaytarılmasına 
zəmin yaratması və bərəkət gətirməsidir. Eynilə İmam Sadiqin (ə) buyurduğu kimi: 
“Sədəqə borcları qaytarmağa və xeyir-bərəkətin yaranmasına səbəb olur”.
5
 
Sədəqə  verənin  dünya  həyatında  qazandığı  faydalardan  biri  də  övladının 
xoşbəxt gələcəyinin təmin olunmasıdır. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə 
oxuyuruq: “Hansı bəndə dünya həyatında gözəl sədəqə əməlini əsirgəməmişdirsə, 
Allah (c.c.) da onun övladının xoşbəxt gələcəyini təmin etmişdir”.
6
 İmam Baqir (ə) 
isə  belə  buyurur:  “Mənə  görə,  bir  müsəlman  ailəsinə  himayədarlıq  etmək, 
                                                           
1
 Nəhc əl-bəlağə, Sübhi Salehin redaktəsi ilə, səh.417-418. 
2
 Bihar əl-ənvar, c.19, səh.118. 
3
 Qurb əl-isnad, səh.74. 
4
 əl-Xisal, c.1, səh.25. 
5
 Vəsail əş-şiə, c.6, səh.255. 
6
 Vəsail əş-şiə, c.19, səh.118. 


 
129 
qarınlarını  doyurmaq,  geyimlə  təmin  etmək,  insanlara  əl  açmalarına  imkan 
verməmək dəfələrlə, onlarla dəfə, hətta yetmiş dəfə həcc ziyarətinə yollanmaqdan 
daha təqdirəlayiqdir”.
1
 
Allah  yolunda  xərcləmək  təfərrüatlarını  bu  müxtəsər  risaləyə  sığışdıra 
bilməyəcəyimiz geniş bir mövzudur.
2
 
Məsələ  320.  Allahın  elçisi  (s)  ailə  başçılarını  öz  ailəsinin  üzvlərini  onlara 
aldıqları  hədiyyələrlə  sevindirməyə  təşviq  edərdi.  İbn  Abbas  onun  belə 
buyurduğunu  nəql  edir:  “Bazara  yollanaraq  hədiyyə  alıb  onu  öz  əlləri  ilə  ailə 
üzvlərinə aparan şəxs möhtaclara sədəqə (yardım) daşıyan şəxs kimidir”.
3
 
Məsələ  321.  İslam  şəriətinin  önəmini  təkidlə  vurğuladığı  məqamlardan  biri 
də  müsəlmanların  problemlərinə  diqqət  ayırmaqdır.  İslam  Peyğəmbərinin  (s) 
buyurduğu  kimi,  sabah  açıldıqda  müsəlmanların  qayğısı  ilə  yuxudan  oyanmayan 
şəxs  müsəlman  deyil.
4
 Allahın  elçisi  (s)  belə  buyururdu:  “Kim  yeni  günə 
başlayarkən  müsəlmanların  problemlərini  düşünməzsə  (onları  həll  etməyə 
çalışmazsa), onlardan sayılmaz”.
5
 Bu məsələ ilə bağlı çoxsaylı hədislər mövcuddur 
ki, burada onların hamısını xatırlatmaq imkanlarımız çərçivəsində deyil.
6
 
İndi  isə  ictimai  əlaqələr  (sosial  münasibətlər)  mövzusu  ilə  əlaqədar  Həzrət 
Ayətullah  əl-uzma  Sistaniyə  ünvanlanan  bir  sıra  suallar  və  onların  cavabları  ilə 
tanış olaq: 
Məsələ  322.  Qeyri-müsəlmanların,  məsələn  müsəlman  olmayan  qonşuların 
cənazəsini müşayiət edərək dəfnində iştirak etmək olarmı? 
Cavab:  Dünyasını  dəyişən  şəxsin  özü,  yaxud  yaxınları  İslama  və 
müsəlmanlara  düşmən  mövqeyi  ilə  tanınan  insanlar  olmadığı  halda  dəfn 
                                                           
1
 Səvab əl-əmal və iqab əl-əmal, səh.172. 
2
 Əlavə məlumat üçün bax: “əl-İnfaq fi səbilillah”, Seyid İzzəddin Bəhrəlülum. 
3
 Səvab əl-əmal və iqab əl-əmal, səh.239. 
4
 Cami əs-səadat, c.2, səh.229. 
5
 Cami əs-səadat, c.2, səh.229. 
6
 Bax: Usul əl-kafi, Müsəlmanların qayğısın qalmaq fəsli. 


 
130 
mərasimində  iştirak  etməyin  eybi  yoxdur.  Lakin  daha  yaxşı  olar  ki,  müşayiət 
zamanı cənazənin önündə deyil, arxasınca hərəkət etsinlər. 
Məsələ  323.  Müsəlman  olmayan  qonşu,  biznes  partnyoru,  yaxud  başqa  bir 
şəxslə şəmimi dostluq münasibətləri qurmaq olarmı? 
Cavab:  Əgər  sözdə  və  hərəkətlərində  İslam  və  müsəlmanlara  qarşı 
düşmənçilik  meyilləri izhar etməzsə, ona qarşı dostluq və sevginin təzahürü olan 
yaxşılıq və xeyirxahlıqla davranmaq olar. Uca Allah buyurur: 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə