BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə49/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   45   46   47   48   49   50   51   52   ...   58
azari-book-25246

Sual-cavab: 
 
Məsələ 470. Bir ata övladının dostundan onun davranışına nəzarət etməsini 
istəyir, bir müddətdən sonra isə ondan övladının hərəkətləri bağlı rəyini bildirməyi 
xahiş edir. Dostu oğlunun başqalarının bilmək istəmədiyi cəhətlərindən də atasını 
xəbərdar edə bilərmi? 
 
Cavab: Yalnız, qarşısının alınması vacib olan pis bir davranış (günah) olarsa 
və həmin günahın qarşısının alınması üçün başqa çıxış yolu olmazsa, onu incitmək 
hesabına başa gəlsə də, bu addımı atmaq olar. Əks təqdirdə isə yolverilməzdir. 
 
Məsələ 471. Xalq arasında məşhur olan “birinci baxış sənin lehinə, ikinci isə 
əleyhinədir” ifadəsi nəyi ehtiva edir? Bəzilərinin iddia etdiyi kimi naməhrəmə ilk 


 
171 
baxışın haram olmadığını əldə əsas tutaraq həmin baxışı uzadaraq qadını diqqətlə 
nəzərdən keçirmək olarmı? 
 
Cavab:  Anlaşılan  odur  ki,  sözügedən  məsəl  birinci  və  sonrakı  baxışlar 
arasındakı fərqi açıqlayır. Belə ki, ilk baxış adətən təsadüfi və ötəri xarakter daşıyır 
və  ehtiraslanma  məqsədi  güdülmədiyindən  günahsız  hesab  edilir.  İkinci  baxış  isə 
əksinə,  məqsədyönlü  şəkildə  gerçəkləşir  və  bir  növ  ehtiraslanma  ilə  müşayiət 
edildiyindən  zərərli  hesab  edilir.  Bu  mətləbin  önəmini  vurğulamaq  üçün  İmam 
Sadiq  (ə)  bir  hədisində  buyururdu:  “İlk  baxışdan  sonrakı  baxış  qəlbdə  ehtiras 
qığılcımlarını oyadır və naməhrəmə baxanın günaha düşməsini təmin edir”. 
 
Beləliklə, aydın olduğu kimi bu məsəl baxışlarının sıra ardıcıllığını nəzərdə 
tutmur. Başqa sözlə, birinci baxışın hətta başlanğıcdan məqsədyönlü şəkildə günah 
(naməhrəmə  baxaraq  ehtiraslanmaq)  niyyəti  ilə  olsa  da,  yaxud  sonradan  -  baxış 
əsnasında belə bir baxışa çevrilsə də, halal; ikinci baxışın isə ani və ehtiraslanmaq 
niyyəti güdmədən olsa da, haram olduğunu nəzərdə tutmur. 
 
Məsələ  472.  Naməhrəm  qadına  baxmağın  haramlığı  ilə  bağlı  danışrakən 
insanların  əksəriyyəti  üçün  aydın  olmayan  bir  sıra  ifadələrdən  istifadə  olunur. 
Məsələn,  ribə  (şübhə,  tərəddüd),  həzzalma  və  şəhvət  ifadələri  hansı  mənanı  ifadə 
edir? Bu ifadələin hamısı bir mənanı ifadə edən sinonimlərdimi? 
 
Cavab:  Həzzalma  və  şəhvət  deyərkən  istənilən  gözəlliyə,  gözəl  mənzərə 
baxdıqda alınan həzz (estetik zövq) deyil, cinsi, şəhvani həzzalma (ehtiraslanma) 
nəzərdə tutulur. Ribə deyərkən isə məftun olaraq günaha düşmək qorxusu nəzərdə 
tutulur. 
 
Məsələ 473. Haram həzzin hüdudları nədən ibarətdir? 
 
Cavab:  Haram  həzzin  ən  yüngül  dərəcəsi  ilkin  cinsi  istəklərdir  (şəhvət 
duyğusunun hərəkətə keçməsidir). 
 
Məsələ 474. Britaniya və eləcə də bir sıra digər qərb ölkələrində orta təhsil 
müəssisələrində şagirdlər “cinsi tərbiyə” adlı dərs çərçivəsində cinsiyyət orqanının 
təsviri  və  heykəl  (maneken)  modeli  üzərində  izahlara  qulaq  asırlar.  Yeniyetmə 
müsəlman şagirdlərinə bu dərslərdə iştirak etməyə icazə verilirmi? Bəs onlar özləri 
bu bilik və məlumatların gələcəkdə onlar üçün faydalı olacağı düşüncəsi ilə həmin 


 
172 
dərslərdə  iştirak  etməyə  rəğbət  göstərdikləri  halda  valideynlərinin  onlara  qadağa 
qoyması vacibdirmi? 
 
Cavab: Həmin dərsdə iştirak etmək şəhvətli baxış kimi hər hansı bir haramla 
nəticələnməzsə,  yaxud  şagirdlər  əxlaqi  sapıntılara  sürüklənməzsə,  iştirak 
sərbəstdir. 
 
Məsələ 475. Qadınların hüzurunda aşiqanə qəzəllər oxumaq olarmı? Məqsəd 
onların  sevgisini  qazanmaq  olduqda  və  olmadıqda  şəriətin  münasibəti  nədən 
ibarətdir?  Bəs  məclisdə  iştirak  edən  qadınlar  evli  olmadığı  və  onların  həmin 
qəzəllərdən təsirləndiyi halda necə? 
 
Cavab: Yolverilməz hesab ediliir. 
 
Məsələ  476.  Qadınlarla  həzzalma  niyyəti  və  günaha  düşmək  qorxusu 
olmadan,  yaxud  hər  hansı  bir  harama  sövq  etmədən  rəğbət  qazandıran  gözəl 
sözlərlə, aşiqanə ifadələrlə danışmaq olarmı? 
 
Cavab: Ehtiyata əsasən, belə hərəkətlərdən çəkinmək lazımdır. 
 
Məsələ  477.  Hansısa  bir  qadına  və  ya  ümumiyyətlə  zərif  cinsin 
nümayəndələrinə ithafən romantik mənzum (şeir) və ya mənsur əsərlər (roman və 
s.) yazmaq olarmı? 
 
Cavab: Haram istək və təmənnalardan xali olduğu, habelə digər əxlaqa zidd 
nəticələr doğurmadığı təqdirdə əngəl yoxdur. 
 
Məsələ  478.  Aralarından  biri  ilə  tanış  olaraq  daha  sonra  müvəqqəti  evlilik 
təklif etmək məqsədilə qadınlarla ünsiyyət qormaq olarmı? 
 
Cavab:  Bu  ünsiyyət  naməhrəm  qadınla  normal  sayılan  ünsiyyət  çərçivəsi 
daxilində olarsa, şəriət tərəfindən əngəl qoyulmur. 
 
Məsələ 479. Avropada son dövrlərdə dəb halını alan adətlərdən biri də budur 
ki,  kişilər  də  qadınlar  kimi  qulaqlarının  birinə,  yaxud  hər  ikisinə  sırğa  taxırlar. 
İslamda buna icazə verilirmi? 
 
Cavab:  Qızıldan  olduğu  halda  icazə  verilmir.  Ehtiyata  əsasən  isə, 
ümumiyyətlə, icazə verilmir. 
 
Məsələ 480. Bir şəxs haram iş görərək saqqalını ülgüclə qırxarsa, daha sonra 
yenə də üzünü ülgüclə təraş edə bilərmi? 


 
173 
 
Cavab:  Vacib  ehtiyata  əsasən,  saqqalı  ülgüclə  qırxmaqdan  çəkinmək 
lazımdır. 
 
Məsələ  481.  Avropa  ölkələrində  bəzi  müəssisələr  işə  düzəlmək  istəyən 
namizədlərin saqqallı olub-olmamasına diqqət yetirərək saqqal saxlamayanları işə 
qəbul  etməyi  tərcih  edirlər.  Bu  ayrıseçkilik  və  imtiyaz  real  olduğu  halda  həmin 
müəssisələrdə işə qəbul olunmaq üçün saqqalımızı qırxa bilərikmi? 
 
Cavab:  Saqqalı  qırxmağın  ehtiyata  əsaslanan  haramlığı  nəzərə  alınmaqla, 
həmin  müəssisələrdə işə qəbul olmaq istəyi öz-özlüyündə (zərurət olmadan)  buna 
əsas vermir. 
 
Məsələ  482.  Yanaqlardakı  tükləri  təraş  edərək  yalnız  çənə  nahiyəsində 
saqqal saxlamaq olarmı? 
 
Cavab: Saqqalı qırxmağın ehtiyata əsaslanan haramlığı üzün hər iki tərəfində 
bitən  tüklərin  qırxılmasını  əhatə  edir.  Yanaq  nahiyələrindəki  tüklərin 
təmizlənməsinin isə eybi yoxdur. 
 
Məsələ  483.  Mərcləşmə  ilə  və  ya  mərcləşmə  olmadan  kompyuter,  yaxud 
qumar aparatları vasitəsilə qumar oynamaq olarmı? 
 
Cavab:  Şəriət  buna  icazə  vermir  və  həmin  oyunlara  adi  qumar  alətləri  ilə 
oynanılan qumar kimi haram hökmü şamil olunur. 
 
Məsələ 484. Bəzi halal oyunları, o cümlədən zərlə oynanılan oyunları (nərd 
kimi) oynamaq olarmı? 
 
Cavab:  Zər  məhz  qumar  oyunlarında  istifadə  olunan  bir  alət,  oyun  vasitəsi 
hesab olunmazsa, onunla qumar olmayan oyunları oynamaq olar. 
 
Məsələ  485.  Müsəlman  olmayan  qadınların  bədənlərinin  yay  aylarında 
adətən açıq qoyduqları hissələrinə baxmaq olarmı? 
 
Cavab: Şəhvani həzz almaq niyyəti, yaxud günaha düşmək qorxusu olmadan 
baxılarsa, eybi yoxdur. 
 
Məsələ  486.  Hicablı  qadının  hicabsız  halda  çəkdirdiyi  şəklinə  baxmaq 
olarmı? 


 
174 
 
Cavab:  Ehtiyata  əsasən,  üz  və  əllər  istisna  olmaqla  bədənlərinin  digər 
hissələrinə baxmaqdan çəkinsinlər. Üz və əllərinə isə şəhvani həzz alma və günaha 
düşmək qorxusu olmadan baxmaq olar. 
 
Məsələ  487.  Tamaşaçı  ehtiras  hislərinin  oyanacağına  əmin  olmadığı  halda 
sadəcə  informasiyaya  olan  ehtiyacını  ödəmək  məqsədilə  televiziya  ekranında, 
internetdə  və  s.  çılpaq,  yaxud  yarıçılpaq  hesab  olunan  görkəmdə  olan  qeyri-
müsəlman  qadınların  görüntülərinə  baxa  bilərmi?  Bəs  müsəlman  kişi  küçələrdə, 
ictimai  yerlərdə  belə  görkəmdə  olan  qadınlara  qeyd  olunan  məqsədlə  deyil,  öz 
həyat yoldaşına qarşı ehtiras hissinin təhrik olunması məqsədilə baxa bilərmi? 
 
Cavab:  Çılpaq  səhnələrə  nə  canlı,  nə  də  ekran  (yaxud  monitor)  arxasından 
tamaşa  etək  olmaz.  Vacib  ehtiyata  əsasən,  belə  səhnələrə  heç  bir  vəchlə  baxmaq 
olmaz. 
 
Məsələ  488.  Tamaşaçı  ehtiras  hissinin  oyanmayacağına  arxayın  olduğu 
halda təhrikedici kadrlara baxa bilərmi? 
 
Cavab: Çılpaq kadr olarsa, ehtiyata əsasən, baxmamalıdır. 
 
Məsələ  489.  Həzz  almaq  niyyəti  olmadan  pornoqrafiya  və  erotika 
janrlarından olan film və videolara axmaq olarmı? 
 
Cavab: Ehtiyata əsasən, heç bir vəchlə baxmaq olmaz. 
 
Məsələ 490. Bəzi ödənişli telekanallar gündüz saatlarında əxlaq normalarına 
zidd olmayan verilişlər və filmlər yayımlasa da, gecə yarısından sonra 18+ film və 
verilişlər  nümayiş  etdirir.  Həmin  telekanallara  ödənişli  əsaslarla  abunə  olmaq 
olarmı? 
 
Cavab: Abunəçinin özünün, yaxud başqalarının (həmin telekanalın yayımını 
izləmək  imkanı  olan  şəxslərin,  o  cümlədən  ailə  üzvlərinin)  həmin  əxlaqsız 
proqramları izləməyəcəyinə arxayın olması istisna edilməklə, icazə verilmir. 
 
Məsələ  491.  Bəzi  ölkələrdə  adətə  görə  hər  hansı  yığıncağa,  kollektivə,  iş 
yerinə  və  s.  gələn  şəxs  bütün  şəxslərlə,  o  cümlədən  qadınlarla  da  ehtiraslanmaq 
niyyəti  olmadan  əllə  görüşür.  Qadınlarla  əllə  görüşməkdən  imtina  etmək  isə 
təəccüblə  qarşılanmaqla  qalmayaraq  əksər  hallarda  onlara  qarşı  nəzakətsizlik  və 
hətta təhqir kimi qəbul edilir və bundan imtina edən şəxsə qarşı mənfi reaksiyaların 


 
175 
təzahürünə  səbəb  olur.  Beləliklə,  belə  bir  vəziyyətdə  qadınlarla  əllə  görüşmək 
olarmı? 
 
Cavab:  İcazə  verilmir.  Bu  vəziyyətdən  heç  kəslə  əllə  görüşməmək,  yaxud 
əlcəklə görüşmək kimi yollarla çıxmaq olar. Bu da mümkün olmadığı halda isə əllə 
görüşməkdən  imtina  etməyin  onu  əsasən  dözülməz  hesab  edilən  çətinliklərlə  üz-
üzə  qoyacağını  anlayarsa,  yalnın  bu  halda  müsəlmana  naməhrəm  qadınlarla  əllə 
görüşməyə  izin  verilir.  Eləcə  də  qeyd  etmək  lazımdır  ki,  bu  hökm  yalnız  həmin 
yığıncaqda  iştirak  etməyin,  yaxud  kollektivə  qoşulmağın  zərurətdən  irəli  gəldiyi 
hallara  şamil  olunur.  Əks  təqdirdə  (zərurət  olmadığı  hallarda)  isə  haram 
hərəkətlərdən  imtina  edə  bilməyəcəyi  yığıncaq  və  kollektivlərdə  iştirak 
etməməlidir. 
 
Məsələ  492.  Qərb  ölkələrində  əl  sıxmaq  salamlaşma,  görüşmə  adətlərindən 
biri  hesab  edilir  və  bəzən  əllə  görüşməkdən  imtina  etmək  işdən,  yaxud  təhsildən 
uzaqlaşdırılma  və  ya  iş  və  təhsil imkanlarından  məhrum  olmaq kimi  nəticələr də 
doğura  bilir.  Beləliklə,  zərurət  hallarında  müsəlman  kişi  ona  naməhrəm  olan 
qadınla, müsəlman qadın da özünə naməhrəm olan kişi ilə əllə görüşə bilərmi? 
 
Cavab: Əlcək, yaxud başqa bir vasitə ilə də bilavasitə əl təmasının qarşısını 
almaq  mümkün  olmazsa,  əllə  görüşməkdən  imtinanın  ciddi  zərər,  yaxud  əsasən 
dözülməz  hesab  edilən  problemlərlə  nəticələnəcəyi  hallarda  görüşməyə  icazə 
verilir. 
 
Məsələ  493.  Qərb  ölkələrində  yaşayan  müsəlman  kişi  evlənmək  üçün 
müsəlman  qadın  tapa  bilmədiyi  halda  müsəlman  olmayan  bir  qadınla  evlənə 
bilərmi?  Nəzərə  almaq  lazımdır  ki,  bu  onların  övladlarının  gələcəyi  baxımından 
üzərində düşünülməli olan bir məsələdir. Belə ki, valideynlər arasındakı dil, övlad 
tərbiyəsinə  baxış,  mənəvi  dəyərlər  və  ictimai  münasibətlərə  yanaşma  fərqlilikləri 
onlar üçün bir sıra psixoloji problemlər yarada bilər. 
 
Cavab:  Ehtiyata  əsasən,  müsəlman  kişilər  kitab  əhli  olan  qadınlarla  daimi 
ailə  həyatı  qura  bilməz.  Müvəqqəti  evliliyə  gəlincə,  şəriət  tərəfindən  buna  icazə 
verilsə  də,  həmin  qadınlarla  müvəqqəti  evlilikdən  övlad  sahibi  olmaq  məsləhət 
görülmür. Həmçinin, qeyd etmək lazımdır ki, buna yalnız həmin şəxsin müsəlman 


 
176 
bir  həyat  yoldaşının  olmadığı  halda  (onunla  birgə  qalıb-qalmamasından  asılı 
olmayaraq)  icazə  verilir.  Müsəlman  həyat  yoldaşı  olduğu  halda  isə  həmin 
qadınlarla  müvəqqəti  evliliyə  yalnız  onun  razılığı  əsasında  izin  verilir.  Hərçənd, 
ehtiyata  əsasən,  hətta  müsəlman  həyat  yoldaşı  razı  olsa  belə,  onlarla  müvəqqəti 
evlilikdən də çəkinməlidir. 
 
Məsələ  495.  Bəzi  pornoindustriya  müəssisələri  vaginaya  (qadın  cinsiyyət 
orqanına)  bənzəyən  oyuncaqlar  istehsal  edir  və  bəzi  kişilər  həmin  oyuncağı 
cinsiyyət  orqanına  keçirirlər  ki,  yuxuda  şəhvani  həzz  alaraq  orqazm  olsunlar.  Bu 
haram istimna əməlinin bir növü hesab olunurmu? 
 
Cavab:  Sözügedən  oyuncaqdan  istifadə  edənin  məqsədi  məni  ifraz  etmək 
olarsa  və  istifadə  nəticəsində  sperma  ifraz  olunarsa,  yaxud  adətən  onun  həmin 
oyuncaqdan  istifa  etməsi  bununla  nəticələnərsə,  haramdır.  Vacib  ehtiyata  əsasən 
isə  hətta  məninin  ifraz  olunmayacağına  əmin  olduğu  hallarda  da  həmin 
oyuncaqların istifadəsindən çəkinməlidir. 
 
Məsələ  495.  Kişinin  öz  həmcinsini  şəhvətlə  qucaqlaması,  oğlanların  bir-
birini  cinsi  həzz  almaq  niyyəti  ilə  öpməsi,  yaxud  da  bir  qədər  də  irəli  gedərək 
anormal qəbul edilən hərəkətlərə yol verməsinə şəriətin münasibəti necədir? 
 
Cavab:  Günah  dərəcəsinə  görə  fərqlənsə  də,  bu  qəbildən  olan  bütün 
hərəkətlər haram hesab edilir. 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə