BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə47/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   43   44   45   46   47   48   49   50   ...   58
azari-book-25246

Sual-cavablar: 
 
Məsələ  415.  Xümsün  imama  aid  olan  hissəsini  qərb  ölkələrində  yaşayan 
mömin bir gəncin ailə həyatı qurmasına yardım üçün sərf etmək olarmı? Bunu da 
nəzərə  almaq  lazımdır  ki,  həmin  ölkələrdə  yaşayan  müsəlmanların  ödədiyi  iri 
məbləğli  xüms  ödənişləri  hesabına  müxtəlif  müsəlman  ölkələrində  yaşayan  bir 
neçə  aztəminatlı  mömini  evləndirmək  mümkündür.  Beləliklə,  xümsün  sözügedən 
hissəsindən  faydalanmağa  haqqı  olan  bir  deyil,  daha  artıq  insanın  faydalanması 
daha yaxşı olmazdımı? 
 
Cavab:  Ehtiyac  sahibi  olan  möminlərin  evləndirilməsi  xümsün  imama  aid 
olan hissəsinin xərc istiqamətlərindən biri olsa da, həmin rüsumlar bu və eləcə də 
şəriətdə nəzərdə tutulan digər istiqamətlərdə xərclənməsi yalnız mərcəi-təqlidin və 
ya  onun  vəkilinin  icazəsi  əsasında  həyata  keçirilməlidir.  Həmin  dini  rüsumlarla 
mümkün qədər daha artıq möminin evləndirilməsi vacib hesab edilmir. Vacib olan 
onların sərf olunmasında prioritet (önəmlilik dərəcəsi) ardıcıllığına riayət etməkdir. 
Bu isə şəraitdən asılı olaraq dəyişən bir vəziyyətdir. 
 
Məsələ  416.  Qeyri-ərəb  müsəlmanların  “əqd  siğəsi”  adlanan  şifahi  nikah 
anlaşmasını onun sözlərinin ayrı-ayrılıqda ifadə etdiyi mənanı bilmədiyi halda ərəb 
                                                           
1
 Bax: Minhac əs-salihin, əl-Muamilat, c.2, səh.136-137; əl-Məail əl-muntəxəbə, səh.385-419. 


 
157 
dilində  tələffüz  etməsi  kifayətdirmi?  Nəzərə  almaq  lazımdır  ki,  onlar  bu  sözləri 
tələffüz  etməkdə  məqsədlərinin  şəriətdə  nəzərdə  tutulan  şifahi  nikah  anlaşmasını 
həyata  keçirmək  olduğunu  bilirlər.  Ümumiyyətlə,  “əqd  siğəsinin”  ərəb  dilində 
oxunması vacibdirmi, yəni başqa dildə ifadə etmək olmazmı? 
 
Cavab:  “Əqd  siğəsi”nin  ümumi  məzmununu  başa  düşmək  və  tələffüz 
əsnasında diqqət mərkəzində saxlamaq kifayətdir və ehtiyata  əsasən, şifahi nikah 
anlaşmasının başqa dillərdə icra edilməsi doğru hesab edilmir. 
 
Məsələ  417.  Şifahi  nikah  anlaşmasını  telefon  əlaqəsi  ilə  həyata  keçirmək 
doğru hesab olunurmu? 
 
Cavab: Doğru hesab edilir. 
 
Məsələ  418.  Telefon,  faks,  yaxud  məktub  vasitəsilə  şahidlik  etmək 
(məhkəmədə şahid kimi ifadə vermək) mümkündürmü? 
 
Cavab:  Şəriət  baxımından  yalnız  hakimin  hüzurunda  verilən  şahid  ifadəsi 
üçün  nəzərdə  tutulan  hüquqi  nəticələr  qüvvəyə  minir,  lakin  şahid  ifadəsinin 
açıqlanmasına  gəlincə,  bu  məqsədlə  yanıltma  və  saxtakarlıq  hallarına  yol 
verilməməsi  şərtilə  sözügedən  kommunikasiya  vasitələrindən  istifadə  eedilməsinə 
də icazə verilir. 
 
Məsələ  419.  Evlənmək  istədiyimiz  qızın  bədəninin  cinsiyyət  üzvü  istisna 
olmaqla digər yerlərinə diqqətlə, ehtiraslanmaq məqsədilə və ya şəhvani həzzalma 
məqsədi olmadan baxa bilərikmi? 
 
Cavab:  Onların  gözəlliyinə,  o  cümlədən  üzünə,  saçlarına  və  əllərinə 
ehtiraslanmaq  məqsədi  olmadan  (hərçənd  ehtiras  hissinin  qeyri-iradi  olaraq 
yaranacağı  məlum  olsa  belə)  baxmaq  olar  və  əgər  ilk  baxışda  onların  zahiri 
görkəmi  (qüsurlu  və  ya  gözəl  olub-olmaması)  ilə  bağlı  informasiya  əldə  edildiyi 
halda yenidən baxmağa icazə verilmir. 
 
Məsələ  420.  Bəzi qərb  dövlətlərində  16  yaşına  çatan  qızlara  bir  sıra sosial-
iqtisadi  hüquqlar,  o  cümlədən  əmək  fəaliyyəti  ilə  məşğul  olmaq,  yaşayış  yerini 
müstəqil  surətdə  seçmək  kimi  hüquq  və  azadlıqlar  tanınır.  Onlar  ata  evindən 
ayrılaraq  öz  həyatlarını  müstəqil  surətdə  qurmağa  başlayırlar  və  onların 
valideynləri  ilə  şəxsi  həyatları  ilə  bağlı  bu  və  ya  digər  məsələni  müzakirə  etməsi 


 
158 
sadəcə  məşvərət,  yaxud  etik  norma  xarakteri  daşıyır.  Beləliklə,  belə  bir  durumda 
olan  bakirə  qızın  atasından  icazə  almadan  daimi  və  ya  müvəqqəti  evliliklə  bağlı 
qərar qəbul etməsinə şəriətin münasibəti necədir? 
 
Cavab:  Bu,  atasının  onun  istədiyi  şəxslə  evlənməsinə  razı  olması,  yaxud 
ümumiyyətlə onun evlilik məsələsinə qarışmaqdan imtina etməsi deməkdirsə, onun 
öz iradəsi əsasında nikaha daxil olmasına icazə verilir. Əks təqdirdə evlilik ehtiyata 
əsasən, şəriət tərəfindən məqbul hesab edilmir. 
 
Məsələ  421.  Yaşı  otuzdan  artıq  olmasına  baxmayaraq  hələ  də  bakirəliyini 
qoruyan  qadın  evlənmək  xüsusunda  atasının,  yaxud  ata  tərəfdən  olan  babasının 
icazəsini almalıdırmı? 
 
Cavab: Müstəqil həyat tərzi sürmürsə, hətta vacib ehtiyata  əsasən, müstəqil 
həyat tərzi sürdüyü halda belə icazə alması vacibdir. 
 
Məsələ  422.  Bakirə  qızlara  qadın  məclislərində  potensial  elçilərin  diqqətini 
cəlb etmək və daha gözəl görünmək məqsədilə yüngül makyajdan istifadə etməyə 
icazə verilirmi? Yoxsa bu, zahiri görkəmdəki qüsurların ört-basdır edilməsi sayılır? 
 
Cavab:  Onların  makyaj  etməsinə  icazə  verilir  və  bu  qüsurların  ört-basdır 
edilməsi  hesab  olunmur.  Hətta  qüsurların  gizlədilməsi  sayılsa  belə,  elçini 
aldatmaq, saxtakarlığa yol vermək kimi qəbul edilmədiyi surətdə haram deyil. 
 
Məsələ  423.  Qadın  hansı  hallarda  şəriət  hakiminə  boşanma  tələbi  ilə 
müraciət edə bilər? Əri tərəfindən davamlı olaraq xoşagəlməz davranışlara  məruz 
qalan və cinsi ehtiyacları təmin olunmadığından günaha düşməkdən qorxan qadın 
boşanma tələbi ilə çıxış edə və boşana bilərmi? 
 
Cavab: Ər şəriət hakiminin həyat yoldaşı qarşısında üzərinə düşən vəzifələri 
yerinə  yetirmək  ilə  boşanma  arasında  seçim  etməsi  ilə  bağlı  tələbindən  sonra  da 
boşanmaqdan boyun qaçırarsa, arvad şəriət hakiminə boşanma tələbi ilə müraciət 
edə  bilər.  Beləliklə,  qadın  aşağıdakı  hallarda  sözügedən  tələblə  şəriət  hakiminə 
müraciət edə bilər: 
a) əri onun yaşayış ehtiyaclarını ödəməkdən və eyni zamanda boşanmaqdan 
imtina  edərsə,  yaxud  yaşayış  ehtiyaclarını  ödəməyə  qadir  olmazsa,  bununla  belə 
boşanmaqdan da imtina edərsə; 


 
159 
b)  onu  zorakılığa  məruz  qoyarsa  və  uca  Allahın  əmr  etdiyi  kimi  xoş 
davranmazsa; 
c) onu tamamilə tərk edərək çıxılmaz vəziyyətdə qoyarsa və nəticədə qadın 
nə boşanmış, nə də evli qadın kimi öz hüquqlarından yararlana bilməzsə. 
Lakin  ərin  arvadının  cinsi  ehtiyaclarını  tamamilə  ödəmədiyi  və  nəticədə 
arvadın günaha düşmək qorxusu ilə üzləşdiyi halda hərçənd vacib ehtiyata əsasən, 
ər ya onun sözügedən ehtiyacını ödəməli, ya da boşanmalı olsa da, ər bu seçimlərin 
ikisindən də imtina edərsə, qadının dözməsi, səbirli olması tövsiyə olunur. 
Məsələ 424. Müsəlman bir qadın uzun müddətdir ki, ərindən ayrı yaşayır və 
bu vəziyyətin tezliklə başa çatacağına da ümidi yoxdur. O, yaşadığı qərb ölkəsində 
tənha  qadınların  üzləşdiyi  həyat  tərzi  ilə  yaşaya  bilməyəcəyini,  həyatının  və 
əmlakının  təhlükədə  olduğunu  bəyan  edir.  Beləliklə,  ərindən  boşanaraq  yenidən 
başqa bir şəxslə evlənə bilməsi üçün boşanma tələbi ilə şəriət hakiminə müraciət 
edə bilərmi? 
Cavab:  Əgər  əri  onu  tənha  qoyub  getmişsə,  yaxud  ondan  ayrı  yaşamağa 
başlamışsa,  bu  məsələ  ilə bağlı  şəriət  hakiminə  müraciət  edə  bilər.  Şəriət  hakimi 
isə öz növbəsində icbari surətdə onu (əri) həyat yoldaşı ilə yaşamaqla onu boşamaq 
arasında seçim etməyə məcbur etməlidir. Ərin bunların hər ikisindən imtina etdiyi 
və hakimin məcburiyyət tədbirlərinin də nəticə vermədiyi halda isə hakim qadının 
tələbi əsasında onların evliliyinə xitam verə bilər. 
Lakin ayrılan, həyat yoldaşını tərk edən tərəf arvad olarsa və o ərini şəriətdə 
üzürlü  hesab  edilməyən  bir  səbəblə  tərk  etmiş  olarsa,  o,  boşanma  tələbi  ilə  şəriət 
hakiminə müraciət edərək boşana bilməz. 
Məsələ 425. Müsəlman qadınla evli olan müsəlman kişi uzun müddət həyat 
yoldaşından ayrı yaşamağa məcbur olarsa, onun xəbəri olmadan kitab əhli olan bir 
qadınla müvəqqəti və ya daimi evlilik həyatı qura bilərmi? Bəs həyat yoldaşından 
icazə aldığı və onun da razılıq verdiyi surətdə bu evlilik doğru hesab olunurmu? 
Cavab: Vacib ehtiyata  əsasən, kitab əhli olan qadınla daimi evliliyə heç bir 
vəchlə icazə verilmir. Yəhudi və ya xristian qadınla müvəqqəti evliliyə isə kişinin 
müsəlman  qadınla  evli  olmadığı  halda  icazə  verilir.  Müsəlman  həyat  yoldaşı 


 
160 
olduğu  halda  isə  şəriət  müsəlman  kişinin  yəhudi  və  xristian  qadınla  müvəqqəti 
evliliyinə həyat yoldaşının izni olmadan, hətta vacib ehtiyata əsasən, onun izni olsa 
belə icazə vermir. 
Məsələ 426. Müsəlman qadınla evli olan müsəlman kişi uzun illər qürbətdə 
yaşamaq  məcburiyyəti  qarşısında  qalmışdır.  Yaxın  zamanlarda  isə  həyat 
yoldaşından  boşanmışdır  və  evlilik  həyatı  yaşamağa  ehtiyac  duyur.  Beləliklə, 
boşandığı  müsəlman  həyat  yoldaşı  “iddə”  (gözləmə)  günlərində  olduğu  müddət 
ərzində kitab əhli olan bir qadınla müvəqqəti nikaha (mütə) daxil ola bilərmi? 
Cavab:  Sözügedən  müvəqqəti  evliliklə  bağlı  şəriətin  hökmü  onun  batil 
(yanlış)  olmasından  ibarətdir.  Çünki  rici  təlaqdan  (nikahın  bərpa  olunma  imkanı 
olan boşanmadan) sonrakı iddə günlərində boşanan qadın hələ həyat yoldaşı sayılır 
və öncəki  məsələlərdə  də  qeyd  edildiyi  kimi  müsəlman  qadınla  evli  olduğu  halda 
müsəlman  kişi  kitab  əhli  olan  bir  qadınla  müvəqqəti  evlilik  münasibətləri  qura 
bilməz. 
Məsələ  427.  Keçmiş  səmavi  dinlərin  ardıcılı  (yəhudi,  xristian)  və  ya 
müsəlman  bir  qadınla  evlənməyə  hazırlaşan  şəxsə  həmin  qadının  keçmiş  həyat 
yoldaşından  boşandıqdan  sonra  iddə  müddətini  gözləmədiyini  və  ya  hal-hazırda 
iddə  müddətində  olduğunu  bildirmək,  xəbəri  olmadığı  halda  onu  bu  barədə 
məlumatlandırmaq vacibdirmi? 
Cavab: Onu bu barədə məlumatlandırmaq vacib deyil. 
Məsələ  428.  Müsəlmanın  kafir  kişi  ilə  nikah  münasibətlərində  olan  kafir 
qadınla  evlənməyə  icazə  verilirmi?  Həmin  qadın  kafir  həyat  yoldaşından 
ayrıldıqdan  sonra  iddə  müddəti  gözləməlidirmi  və  gözləməli  olduğu  halda  bu 
müddət neçə gündən ibarətdir? İddə müddəti ərzində onunla cinsi əlaqədə olmağa 
icazə  verilirmi?  Bəs  həmin  qadın  İslamı  qəbul  edərsə,  kafir  həyat  yoldaşından 
boşandıqdan  sonra  müsəlman  bir  kişi  ilə  evlənmək  üçün  gözləməli  olduğu  iddə 
müddəti neçə gündür? 
Cavab:  Müsəlman  kişinin  kafir  də  olsa  bir  kişi  ilə  qanuni  nikah 
münasibətlərində olan kafir qadınla evlənməsi yolverilməzdir. Çünki o, evli hesab 
olunur. Lakin boşandıqdan və iddə müddəti (müsəlman qadının gözləməli olduğu 


 
161 
iddə  müddətinə  bərabərdir)  başa  çatdıqdan  sonra  onunla  müvəqqəti  nikaha  daxil 
ola  bilər.  Sözügedən  müddət  başa  çatmamış  evlilik  münasibətlərinə  daxil  olmağa 
isə heç bir vəchlə icazə verilmir. 
İslamı  qəbul  etməinə  gəlincə,  əgər  qadın  əri  ilə  nikah  münasibətləri 
çərçivəsində cinsi əlaqədə olduqdan sonra müsəlman olarsa və həyat yoldaşı kafir 
olaraq  qalarsa,  ehtiyata  əsasən,  boşandıqdan  sonra  iddə  müddəti  başa  çatmamış 
onunla  müvəqqəti  evlilik  münasibətlərinə  başlamaq  olmaz.  Lakin  cinsi  əlaqədə 
olmamışdan  öncə  İslamı  qəbul  etdiyi  halda  isə  onların  nikahı  qüvvədən  düşmüş 
sayılır və qadının iddə müddətini gözləməsinə də gərək yoxdur. 
Məsələ 429. Şəriətdə həyat yoldaşları (zövcələr) arasında ədalət deyərkən nə 
nəzərdə tutulur? 
Cavab: Riayət edilməsi vacib olan ədalət ərin vaxtını onlar arasında bərabər 
surətdə  bölüşdürməsindən  ibarətdir.  Başqa  sözlə,  ər  bir  gecə  onlardan  birinin 
yanında qaldığı halda başqa bir gecə digərinin yanında qalmalıdır. Riayət edilməsi 
müstəhəb  (təqdirəlayiq)  hesab  olunan  ədalət  isə  onların  yaşayış,  diqqət  və  qayğı, 
habelə cinsi ehtiyaclarını  və s. bərabər səviyyədə təmin etməkdən ibarətdir. 
Məsələ 430. Müsəlman qadın zina edərsə, həyat yoldaşı onu öldürməlidirmi? 
Cavab: Vacib ehtiyata əsasən, hətta öz gözləri ilə onu zina edərkən görrərsə 
belə, öldürməsinə şəriət tərəfindən icazə verilmir. 
Məsələ  431.  Əməliyyə  risalələrində  “zinakarlıqla  tanınan  qadın”  ifadəsinə 
rast gəlirik. Bu təbir nəyi ifadə edir? 
Cavab: Bir qadının insanlar arasında zinakarlıqla məşğul olan, qeyri-qanuni 
intim münasibətlər quran qadın kimi tanınmasını. 
Məsələ  432.  Bir  gənc  müvəqqəti  evliliyə  ehtiyac  duyarsa  və  müvəqqəti 
nikaha  daxil  ola  biləcəyi  yeganə  qadın  zinakarlığı  ilə  tanınan  bir  qadın  olarsa, 
onunla müvəqqəti evlilik həyatı qura bilərmi? 
Cavab: Vacib ehtiyata  əsasən, tövbə edənədək onunla müvəqqəti evlilikdən 
çəkinmək lazımdır. 


 
162 
Məsələ  433.  Fəqihlər  bəyan  edirlər  ki,  zinakar  qadının  zina  əməlinə  görə 
iddə  müddəti  gözləməsinə  ehtiyac  yoxdur.  Bu  məsələyə  aydınlıq  gətirə 
bilərsinizmi? 
Cavab:  Bu  o  deməkdir  ki,  qadın  zina  etdikdən  sonra  iddə  müddəti 
gözləmədən  evlənə  bilər,  yaxud  evli  qadın  zina  etdiyi  halda  həyat  yoldaşı  idə 
müddətini  gözləmədən  onunla  cinsi  əlaqədə  ola bilər. “Yanlışlıqla  cinsi  yaxınlıq” 
(vəty əş-şübhə)
1
 hallarına isə bu hökm şamil edilmir. 
Məsələ  434.  Bir  kişi  evlənmək  niyyətində  olduğu  qadınla  nikahdan  öncə 
cinsi əlaqədə olur və bu cinsi əlaqə nəticəsində qadın hamilə qalır. Yalnız bundan 
sonra  onlar  şəriət  qaydası  ilə  evlənirlər.  Beləliklə,  onların  şəri  nikahdan  öncəki 
evliliyi  şəriət  tərəfindən  məqbul  hesab  edilirmi  və  sonradan  bağlanan  şəri  nikah 
öncəki münasibətləri də tənzimləyirmi? İstənilən halda şəri nikahdan öncəki cinsi 
yaxınlıq nəticəsində dünyaya gələn övladla bağlı şəriətin rəyi nədən ibarətdir? 
Cavab:  Şəriət  nikahın  qüvvəyə  minməsi  üçün  müəyyən  olunmuş  “icab” 
(qadın  tərəfindən)  və  “qəbul”  (kişi  tərəfindən)  ifadələrinin  şifahi  surətdə 
tələffüzünü mötəbər (zəruri) hesab edir və evlilik münasibətləinin təsdiqi üçün heç 
bir  digər  hərəkət  bunu  əvəz  edə  bilməz.  Beləliklə,  sualda  şərh  olunan  vəziyyətdə 
evlilik  münasibətləri  məqbul  hesab  olunmur. Yalnız şəri  nikahın  icrasından  sonra 
evlilik münasibətləri şəriət tərəfindən məqbul hesab olunur və şəri nikah özündən 
öncəki  münasibətlərə  məqbulluq  qazandırmır.  Övlada  gəlincə, valideynlərinin  hər 
ikisi  bu  məsələ  haqqında  məlumatsız  olduğu  halda  cinsi  əlaqə  “vəty  əş-şübhə” 
olduğundan  halalzadə  sayılır.  Hər  ikisi  məlumatlı  olduğu  halda  cinsi  əlaqə  zina, 
                                                           
1
 

Yanlışlıqla cinsi əlaqə

 (vəty əş-şübhə) aşağıdakı iki vəziyyətə şamil olunur: 
1) bir kişi ilə bir qadının şəriətin onların nikah münasibətlərinə (istər daimi, istərsə müvəqqəti) daxil olmasına 
(məsələn, bir kişinin öz həyat yoldaşının bacısı, yaxud livat etdiyi başqa bir kişinin bacısı ilə evlənməsi kimi hallara) 
icazə vermədiyini bilmədən nikah münasibətinə daxil olaraq cinsi əlaqədə olması; 
2) bir kişi ilə bir qadının şəriət tərəfindən nikah münasibətlərində olduqlarını güman edərək (məsələn, nikahlarının 
bu və ya digər səbəbdən doğru hesab edilmədiyini, yaxud pozulmuş, xitam verilmiş olduğunu bilmədən) cinsi 
əlaqədə olması. 

Yanlışlıqla cinsi əlaqə

 (vəty biş-şübhə) mövzusu ilə bağlı ətraflı məlumat almaq üçün əməliyyə risalələrinin, 
eləcə də digər müfəssəl fiqh ədəbiyyatının 

nikah

və 

təlaq

 bölmələrinə müraciət edə bilərsiniz. 


 
163 
övlad  isə  vələdüzzina  hesab  olunur.  Valideynlərdən  yalnız  biri  məlumatlı  olduğu 
halda  isə  dünyaya  gələn  övlad  digəri  (məlumatlı  olmayan)  üçün  halalzadə  hesab 
edilir. 
Məsələ  435.  Bəzi  evli  cütlüklər  hamiləlik  şansının  yüksək  olduğu  süni 
mayalanma  əməliyyatına  ehtiyac  duyurlar  və  həkim-mütəxəssislər  tərəfindən 
həyata  keçirilən  bu  əməliyyat  onların  cinsiyyət  orqanlarının  görünməsini  labüd 
edir. Bu halda şəriət süni mayalanma əməliyyatının icrasına icazə verirmi? 
Cavab: Övlad sahibi olmaq zərurəti duyulmadıqca və bu məqsədlə cinsiyyət 
orqanının  müşahidə  və  müayinəsi  labüd  olmadıqca,  sözügedən  əməliyyat 
çərçivəsində  cinsiyyət  orqanının  göstərilməsinə  şəriət  tərəfindən  icazə  verilmir. 
Övlad  sahibi  olmaq  zərurətinə  valideynlərin  ümumiyyətlə  övlad  sahibi  olmaması 
və bunun onlar tərəfindən dözülməz hesab edilməsini örnək göstərmək olar. 
Məsələ 436. Hamilə qalmaq istəməyən qadın uşaqlıq borularının bağlanması 
üçün  həkimə  müraciət  edərək  arzuolunmaz  hamiləlikdən  qoruna  bilər.  Gələcəkdə 
sözügedən  boruların  təkrar  açılmasının  mümkün  olub-olmamasını,  yaxud  ərin 
razılığının  olub-olmamasını  nəzərə  alaraq  bu  əməliyyata  şəriətin  münasibətini 
açıqlamağınızı xahiş edirik. 
Cavab:  Gələcəkdə  uşaqlıq  borularının  təkrar  açılmasının  mümkün  olub-
olmamasından asılı olmayaraq  haram baxış və toxunuşların labüd olmadığı halda 
sözügedən  əməliyyatın  həyata  keçirilməsinə  icazə  verilir.  Hamiləliyin  qarşısını 
aldığına görə bu əməliyyat üçün qadının ərindən icazə almasına da ehtiyac yoxdur. 
Lakin  digər  səbəblərlə  əlaqədar  olaraq,  o  cümlədən  həkimə  müraciət  məqsədilə 
evdən çıxmaq üçün ərindən icazə alması lazım ola bilər. 
Məsələ  437.  Qərb  ölkələrində  geniş  yayılmış  süni  mayalanma 
əməliyyatlarından bir qismində ər və arvadın cinsi hüceyrələri (sperma və yumurta 
hüceyrələri)  sınaq  borusunda  mayalandırıldıqdan  sonra  alınan  embrion  arvadın 
anasının  rəhminə  transfer  edilir  və  onun  bətnində  böyüyən  rüşeym  elə  onun 
tərəfindən  dünyaya  gətirilir.  Beləliklə,  şəriət  tərəfindən  süni  mayalanma 
nəticəsində  alınan  həmin  embrionun  bioloji  nənəsinin  bətninə  transfer  edilməsinə 
icazə verilirmi və bu yolla dünya gələn övladın anası kim hesab olunur? 


 
164 
Cavab:  Hətta  icrası  üçün  labüd  olan  haram  baxış  və  toxunuşlar  nəzərə 
alınmasa  da,  belə  bir  əməliyyatın  şəriət  tərəfindən  məqbul  hesab  edilməsi  şübhə 
doğuran  bir  məqamdır.  Bu  əməliyyatın  uğurlu  icrası  nəticəsində  uşaq  dünyaya 
gəldiyi halda isə nəsəb etibarilə onun anasının yumurta hüceyrənin sahibimi, yoxsa 
uşaqlığın sahibimi olması ilə bağlı fikir ayrılığı mövcuddur və zənnimizcə, onların 
hər ikisinə qarşı şəriət hökmlərində ehtiyat hallarına riayət etmək lazımdır. 
Məsələ  438.  Bəzi  ölkələrdə  kişilərin  sperma  hüceyrələri  alınaraq  sperma 
banklarında saxlanılır. Ərindən boşanmış müsəlman bir qadın nikah münasibətində 
olmadığı  yad  bir  kişinin  sperma  hüceyrəsindən  onun  icazəsi  əsasında,  yaxud 
icazəsi olmadan istifadə edərək süni mayalanma yolu ilə hamilə qala bilərmi? Bəs 
rici  (nikahın  bərpasının  mümkün  olduğu)  təlaqla  boşanan  qadın  iddə  müddəti 
ərzində,  yaxud  iddə  müddəti  başa  çatdıqdan  sonra  boşandığı  ərinin  sperma 
donorluğu ilə hamilə qala bilərmi? 
Cavab:  Yad  kişinin  sperma  donorluğu  ilə  süni  mayalandırma  əməliyyatını 
həyata keçirməsinə icazə verilmir. Lakin öz ərinin donorluğu ilə, hətta rici təlaqdan 
sonrakı iddə müddəti əsnasında da hamilə qala bilər. İddə müddəti başa çatdıqdan 
sonra isə sözügedən əməliyyat yolverilməzdir. 
Məsələ 439. Həyat yoldaşı ilə ailəsi (o cümlədən valideynləri) arasında ciddi 
narazılıqlar olan şəxs ailəsini razı salmaq üçün həyat yoldaşını boşamalıdır, yoxsa 
ailəsindən üz çevirməlidir? 
Cavab: O, mənəvi və dünyəvi həyatı ilə bağlı ən doğru qərarı qəbul etməli, 
ədalət  və  insaf  prinsipinə  riayət  etməli  və  hər  iki  tərəfə  qarşı  haqsızlıqdan 
çəkinməlidir. 
Məsələ  440.  Ərin  arvadı  qarşısında  vəzifələrindən  olan  “vacib  nəfəqə” 
(icbari  təminat)  anlayışı  özündə  nəyi  ehtiva  edir?  Vacib  olan  nəfəqə  ərin  sosial 
vəziyyətinə,  yoxsa  qadının  ata  evindəki  sosial  vəziyyətinə  (rifah  səviyyəsinə) 
uyğun olmalıdır? Yoxsa başqa bir meyar mövcuddur? 
Cavab:  Meyar  ərin  rifah  səviyyəsi  nəzərə  alınmaqla  qadının  sosial 
vəziyyətidir. 


 
165 
Məsələ  441.  Əri  qadının  hüquqlarını  nəzərə  almadıqda,  vəzifələrinin 
icrasından imtina etdikdə qadın onunla cinsi əlaqədən imtina edə bilərmi? 
Cavab:  Onun  belə  bir  haqqı  yoxdur.  Tövsiyə  və  xəbərdarlıqlar  nəticə 
vermədiyi  halda  lazımı  tədbirlərin  icrası  məqsədilə  şəriət  hakiminə  müraciət  edə 
bilər. 
Məsələ 442. Müsəlman vidalaşarkən, yaxud səfərdən qayıtdıqda qarşılanma 
əsnasında insanların gözü önündə həyat yoldaşını qucaqlayaraq öpə bilərmi? 
Cavab:  Təhrikedici  hərəkət  olmadığı  halda  hicab  və  geyim  qaydalarına 
riayət  olunması  şərtilə  haram  sayılmır.  Bununla  belə,  bu  qəbildən  olan 
hərəkətlərdən çəkinmək daha doğru olardı. 
Məsələ  443.  Qərb  ölkələrindən  birində  yaşayan  bir  ailə  həmin  ölkənin 
qanunvericiliyinə  müvafiq  qaydada  boşanmışdır.  Lakin  keçmiş  ər  qadının  şəri 
hüquqlarını  nəzərə  almayaraq  nəfəqə  ödəməkdən  imtina  edir,  şəriətdə  müəyyən 
edilmiş  qaydalarla  problemin  həllinə  vasitəçilik  edənlərin  vasitəçiliyini  də  qəbul 
etmir.  Bu  halda  qadın  nə  etməlidir?  Nəzərə  almaq  lazımdır  ki,  onun  qarşılaşdığı 
vəziyyət olduqca dözülməzdir. 
Cavab: Bu halda qadın şəriət hakiminə və ya onun vəkilinə müraciət etməli, 
onlar da öz növbəsində ərini iki seçim qarşısında qoyaraq ya  nəfəqə ödəməyə, ya 
da şəri boşanmanı (hətta üçüncü bir şəxsin vəkilliyi ilə olsa belə) gerçəkləşdirməyə 
məcbur etməlidir. Ərin bunların hər ikisindən də imtina edərsə və onun əmlakından 
qadına  nəfəqə  ödənməsi  də  mümkün  olmazsa,  hakim,  yaxud  onun  vəkili  qadını 
boşaya (şəri nikaha son verə) bilər. 
Məsələ  444.  Vətəndaşı  olduğu  ölkə  bilavasitə  və  ya  dolayı  yolla 
müsəlmanlarla  (hər  hansı  müsəlman  ölkəsi  ilə)  müharibə  vəziyyətində  olan  kafir 
qadınla  (səmavi  dinlərdən  birinin  mənsubu,  yaxud  dinsiz  olmasından  asılı 
olmayaraq) şəri nikahdan kənar cinsi əlaqədə olmaq olarmı? 
Cavab: İcazə verilmir. 
Məsələ  445.  Ərinə  itaət  etməyən,  onun  qarşısında  həyat  yoldaşı  kimi  öz 
vəzifələrini  icra  etməyən,  habelə  ondan  izin  almadan  atası  evinə  gedərək  aylarla 
orada  qalan,  sonra  isə  evinə  dönməyərək  İslam  qanunlarına  üz  tutmaq  əvəzinə 


 
166 
boşanmaqla  yanaşı  yüksək  məbləğdə  nəfəqə  almaq  və  övladlarının  qəyyumluq 
hüququnu  əldə  etmək  məqsədilə  qeyri-müsəlman  məhkəmələrinə  müraciət  edən 
qadının şəriət baxımından ərindən nəsə tələb etməyə haqqı varmı? Belə vəziyyətdə, 
yəni  qadın  boşanmaq  və  hüquqlarını  (nəfəqə  və  övladlarının  qəyyumluq 
hüququnu) əldə etmək məqsədilə İslam qanunlarından fərqli qanunverilik əsasında 
fəaliyyət  göstərən  qeyri-İslami  məhkəmələrə  üz  tutduğu  təqdirdə  şəriətdə  həyat 
yoldaşı üçün nəzərdə tutulan bütün hüquqlara malikdirmi? 
Cavab: Belə bir vəziyyətdə qadın şəriətdə nəzərdə tutulan nəfəqə haqqından 
məhrum  olur,  lakin  bununla  belə  həyat  yoldaşı  kimi  öz  vəzifələrindən  icrası 
nəticəsində mehriyyə və övladlarını böyütmək (iki il ərzində) hüququnu itirmir. 
Məsələ 446. Gənc bir qadın uşaqlığın götürülməsi əməliyyatı nəticəsində 15 
ildir  ki,  heyzdən  (aybaşı,  menstruasiya)  tamamilə  kəsilmişdir.  Həmin  qadın 
müvəqqəti  evlilik  həyatı  yaşayarsa,  mütə  anlaşmasının  müddəti  başa  çatdıqdan 
sonra iddə gözləməlidirmi və gözləməli olduğu halda onun üçün iddə müddəti neçə 
gündür? 
Cavab:  Əgər  normal  halda  heyz  qanı  görən  qadınlarla  eyni  yaşdadırsa 
(klimaks  dövrü  başlamamışsa),  iddə  gözləməlidir  və  müvəqqəti  nikahdan  sonra 
iddə müddəti 45 gündür. 
Məsələ  447.  Müsəlman  olmayan  bir  qadın  müsəlman  bir  şəxsin  onunla 
evlənməyə  razılıq  verməsi  üçün  kəlimeyi-şəhadət  deyərək  müsəlman  olduğunu 
bildirərsə,  lakin  həmin  şəxs  onun  həqiqətən  İslamı  qəbul  etdiyinə  əmin  olmazsa, 
onu müsəlman hesab edə bilərmi? 
Cavab:  Həmin  qadından  müsəlman  olmasını  inkar  edən  bir  fikir  eşitməzsə, 
yaxud bir hərəkət müşahidə etməzsə, onu müsəlman hesab edə bilər. 
Məsələ 448. Süni mayalandırma əməliyyatı çərçivəsində bir qadının yumurta 
hüceyrəsini  dölləndikdən  sonra  başqa  bir  qadının  uşaqlığına  transfer  edirlər.  Bu 
əməliyyata  şəriətin  münasibəti  necədir?  Bəs  hamiləlik  baş  tutduğu  halda  həmin 
embriondan əmələ gələn uşaq kimin övladı sayılır? 
Cavab:  Haram  baxış  və  toxunuşlardan  qorunmaq  şərtilə  sözügedən 
əməliyyata məhdudiyyət qoyulmur. Lakin uşağın nəsəb etibarilə anasının yumurta 


 
167 
hüceyrənin sahibimi, yoxsa içində böyüdüyü uşaqlığın sahibimı olması xüsusunda 
bir mənalı fikir söyləmək mümkün deyil. Vacib ehtiyata əsasən, onların hər ikisinə 
qarşı şəriət hökmlərindən ehtiyatın tələblərinə riayət etmək lazımdır. 
Məsələ 449. Döl ana bətnində dölyanı mayedə üzür. Doğuş əsnasında, yaxud 
doğuşdan  bir  qədər  əvvəl  isə  bəzən  bu  maye  ilə  yanaşı  qan  da  ifraz  olunur. 
Beləliklə, sözügedən maye qana qarışmadan ifraz olunduğu halda pak sayılırmı? 
Cavab: Bəli, bu halda pak sayılır. 
Məsələ  450.  Hansı  hallarda  aborta  icazə  verilir?  Bu  məsələdə  embrionun 
inkişafının hansı mərhələdə olmasının bir önəmi varmı? 
Cavab:  Döllənmədən  sonrakı  mərhələlərdə  aborta  icazə  verilmir. Lakin  ana 
hamiləliyin onun həyatı üçün riskli olmasından qorxarsa, yaxud hamiləliyin davam 
eməsi  onu  əsasən  (normal  vəziyyətlərdə)  dözülməz  hesab  edilən  bir  çətinliklə 
qarşı-qarşıya qoyarsa və yeganə çıxış yolu abort etdirmək olarsa, bu halda ruhun 
daxil  olmasından  öncə  abort  etdirə  bilər.  Ruhun  ana  bətnindəki  bədənə  daxil 
olmasından sonrakı mərhələdə isə abort istənilən vəchlə yolverilməzdir. 
Məsələ 451. Bəzən həkim-ginekoloqlar embrionun (dölün) bu və ya digər bir 
təhlükəli  xəstəliyin  daşıyıcısı  olduğunu  anlayır  və  abortun  doğru  seçim  olduğu 
qərarına  gəlirlər.  Onların  diaqnozuna  görə,  körpə  dünyaya  gələcəyi  halda 
anadangəlmə  qüsurlu  doğulacaq,  yaxud  doğuşdan  qısa  bir  müddət  sonra  həyatını 
itirəcəkdir.  Belə  hallarda  həkim  abort  əməliyyatını  həyata  keçirə  bilərmi?  Digər 
tərəfdən  ana  özünün  və  bətnindəki  canlının  canını  sözügedən  əməliyyatın  icrası 
üçün  həkimə  təslim  edə  bilərmi?  Bəs  bu  halda  onlardan  hansı  diyə  (qanbahası) 
ödəməlidir? 
Cavab: Uşağın anadangəlmə qüsurlu doğulması, yaxud doğuşdan sonra uzun 
müddət  yaşamayacağı  ehtimalı  aborta  icazə  verilməsi  üçün  tutarlı səbəb sayılmır. 
Beləliklə,  nə  ana  həkimin  bu  əməliyyatı  həyata  keçirməsinə  icazə  verməli,  nə  də 
həkim bu əməliyyatı icra etməlidir. Diyəni isə abortu bilavasitə həyata keçirən şəxs 
ödəməlidir. 
Məsələ  452.  Həyatı  risk  altında  olmadığı  halda  qadın  ruhun  daxil 
olmasından öncə arzuolunmaz hamiləlikdən abort əməliyyatı ilə azad ola bilərmi? 


 
168 
Cavab: Hmiləliyin davam edəcəyi təqdirdə sağlamlığı ilə bağlı ciddi təhlükə 
ilə  qarşılaşa  və  ya  dözülməz  çətinliklərlə  üzləşə  biləcəyi  hallar  istisna  olmaqla, 
abort etmək haqqına sahib deyil. 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə