BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə44/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   40   41   42   43   44   45   46   47   ...   58
azari-book-25246

Sual-cavablar: 
 
Məsələ  356.  Narkotik  maddələrin  yalnız  istifadəçisinə  deyil,  eləcə  də 
cəmiyyət üçün davamlı asılılıq, yoluxucu xəstəliklər və s. ciddi zərər və təhlükələri 
artıq tibbi cəhətdən sübuta yetirilmişdir. Səhiyyə sistemi, rehabilitasiya mərkəzləri 
və  eləcə  də  qanunvericilik  narkotik  maddələr  və  onların  fəsadları  ilə  mübarizə 
məqsədilə  bütün  imkanlardan  istifadə  etməkdədir.  Bəs  müqəddəs  şəriətin  bu 
məsələ ilə bağlı rəyi nədən ibarətdir? 
 
Cavab:  Davamlı  asılılıq  və  eləcə də  digər  ciddi  zərər  və təhlükələri nəzərə 
alınmaqla  narkotik  maddələrin  istifadəsi  haramdır.  Hətta  vacib  ehtiyata  əsasən, 
istənilən halda narkotik maddələrin istifadəsindən çəkinmək lazımdır. Yalnız zəruri 
tibbi  prosedurlarda  zəruri  miqdarlarda  istifadəsinə  icazə  verilir.  Allah  hər  şeyin 
doğrusunu biləndir! 
                                                           
1
 Eftanaziya - koma, beyin ölümü və ya ağır xəstəlikdən əziyyət çəkən pasientin süni nəfəs aparatından ayrılması, 
yaxud müalicəsinin dayandırılması ilə həyatdan məhrum edilməsi nəticələnən tibbi prosedurdur. Bir sıra ölkələrdə 
qanunvericliklə qadağan edildiyi halda, xüsusən son dövrlərdə bəzi ölkələrdə də icasına icazə verilmişdir. 


 
140 
 
Məsələ 357. Tibbi tədqiqatlar siqaretin ürək xəstəlikləri və habelə xərçəngin 
başlıca amillərindən biri olduğunu göstərir. Hətta bir sıra hallarda siqaret çəkmək 
insan  ömrünün  qısalması  ilə  nəticələnə  bilir.  Beləliklə,  siqaret  çəkmə  ilə  bağlı 
aşağıdakılara şamil olunan hökm nədən ibarətdir: 
a) yeni başlayanlar
b) adət edənlər; 
c)  yanında  siqaret  çəkilənlər?  Nəzərə  almaq  lazımdır  ki,  həkimlər  yanında 
siqaret  çəkilən  şəxsin  (passiv  tütün  məhsulu  istifadəçisi)  də  siqaret  çəkən  (aktiv 
tütün  məhsulu  istifadəçisi)  ilə  yanaşı  bir  sıra  təhlükələrə  məruz  qaldığını  bəyan 
edirlər.  Passiv tütünçəkən  həkimlərin bu  tövsiyələrinə  əsasən, sağlamlığı ilə bağlı 
ciddi təhlükə ilə üzləşə biləcəyini ehtimal etdiyi halda nə etməlidir? 
Cavab:  a)  Siqaretin  onun  istifadəsinə  yeni  başlayan  şəxsi  hətta  gələcəkdə 
belə  olsa,  ciddi  təhlükələrə  məruz  qoyacağı  halda  həmin  şəxsə  siqaret  çəkmək 
haramdır, istər təhlükənin mövcudluğu faktlara əsaslansın, istərsə sağlam düşüncə 
sahiblərinin  nəticələrindən  qorxduğu  ehtimala.  Lakin  ciddi  təhlükədən  qorunarsa, 
məsələn  həddən  ziyadə  çəkmədiyinə  (yaxud  nadir  hallarda  çəkdiyinə)  görə 
sağlamlığına ciddi təhlükə törətməzsə, icazə verilir. 
b)  Siqaret  çəkməyə  davam  etmək  onun  sağlamlığı  üçün  ciddi  təhlükə 
törədərsə,  siqareti  dərhal  tərk  etməlidir.  Lakin  siqaretdən  birdəfəlik  uzaqlaşmağın 
siqaret  aludəçisini  siqaret  çəkmək  qədər,  yaxud  daha  ciddi  problemlərlə  qarşı-
qarşıya  qoyduğu,  başqa  sözlə  onun  siqareti  atacağı halda  adətən  dözülməz  hesab 
edilən çətinliklərlə üzləşəcəyi hal istisna təşkil edir. 
c)  Passiv  siqaretçəkənlərə  isə  siqaret  çəkməyə  yeni  başlayan  şəxs  ilə  bağlı 
“a” bəndində təfsilatı ilə öz əksini tapan hökm şamil olunur. 
Məsələ  358.  Bəziləri  beyin  ölümünün  nəbz  döyüntüsünün  kəsilməməsinə 
rəğmən  insanın  həyatını  itirməsi  demək  olduğu  qənaətindədir.  Həkimlərin 
sözlərinə görə beyin ölümü gerçəkləşdikdən bir müddətdən sonra nəbz döyüntüləri 
də dayanır. Beləliklə, nəbz döyüntüləri kəsilmədiyi halda beyin ölümü gerçəkləşən 
insan ölmüş hesab olunurmu? 


 
141 
Cavab: Bir sıra şəriət hökmlərinin mövzusu olan  “ölüm” üçün meyar  ürfün 
(cəmiyyətin)  nəzərində  ölüm  kimi  qəbul  edilən  vəziyyətdir,  yəni  ürfün  insanı 
həyatını  itirmiş  hesab  etməsidir  ki,  sualda  göstərilən  halda  bu  anlamda  ölüm 
gerçəkləşmiş sayılmır. 
Məsələ  359.  Həkimlik  sənəti  bəzən  kişi  həkimlərin  qadın  xəstələrini 
bədənlərinə  bilavasitə  baxaraq,  toxunaraq  müayinə  etməyi  tələb  edir.  Avropa 
ölkələrində  müayinə  əsnasında  üst  paltarların  çıxarılmasının  normal  bir  hal  kimi 
qəbul  edildiyi  nəzərə  alınmaqla,  müsəlman  həkimlərin  həmin  çalışmasına  şəriətin 
münasibəti necədir? 
Cavab:  Diaqnoz  qoymaq  üçün  zəruri  hesab  edilən  hallar  istisna  olmaqla, 
haram baxış və toxunuşlardan çəkinmək şərtilə məhdudiyyət qoyulmur. 
Məsələ 360. Bəzən qadın xəstəni müayinə edən kişi həkim cinsiyyət orqanı 
istisna olmaqla onun bədəninin müəyyən üzvlərini, o cümlədən həssas nahiyələrini 
(sinə, bud və baldırlar kimi) baxaraq və ya toxunaraq müayinə etməyə gərək duyur. 
Beləliklə: 
a)  müvafiq  sahə  üzrə  qadın  mütəxəssisin  mövcud  olduğu,  lakin  onun 
tərəfindən müayinənin baha başa gəldiyi; 
b) ciddi bir xəstəliyi olmadığı; 
c)  həkimin  cinsiyyət  orqanına  baxmaq  istədiyi  hallarda  qadın  pasient 
sözügedən bədən üzvlərini kişi həkimə göstərə bilərmi? 
Cavab:  a)  Qadın  pasientlərə  qadın  həkim-mütəxəssislərin  mövcud  olduğu, 
lakin  maddi  durumlarının  onların  tərəfindən  müayinə  prosedurunun  xərclərini 
ödəməyə imkan vermədiyi hallar istisna olmaqla, kişi həkimə müraciət etmələrinə 
icazə verilmir. 
b)  Kişi  həkim  tərəfindən  müalicədən  imtina  etməyin  onların  sağlamlığını 
ciddi  təhlükəyə  məruz  qoya  biləcəyi,  yaxud  onlar  üçün  adətən  dözülməz  olan 
sıxıntılar törədə biləcəyi hallarda icazə verilir. 
c) Bu halla bağlı da “a” və “b” bəndlərində açıqlanan hökm keçərlidir və hər 
iki  halda  zərurət  həddi  ilə  kifayətlənmək  lazımdır.  Müayinə  və  müalicə 
prosedurunu bədən üzvlərinə birbaşa baxmadan, başqa sözlə monitor və ya güzgü 


 
142 
vasitəsilə  həyata  keçirmək  mümkün  olarsa,  ehtiyata  əsasən,  bu  qaydada  həyata 
keçirmək lazımdır. 
Məsələ 361. Bəzi genetika mühəndisləri insan genlərini dəyişdirməklə bəşər 
cinsini gözəlləşdirməyə qadir olduqlarını iddia edirlər. O cümlədən: 
1) insanın zahiri görkəmindəki qüsurların aradan qaldırılmasına; 
2) ona estetik baxımdan daha gözəl bir görkəm bəxş etməyə
3) yuxarıdakıların hər ikisinə eyni zamanda nail ola biləcəklərini bildirirlər. 
Alimlərin bu təcrübələri həyata keçirməsinə şəriət tərəfindən icazə verilirmi? 
Müsəlman gen mühəndislərinə onun genlərini dəyişdirməsinə icazə verə bilərmi? 
Cavab: Yan təsirləri olmadığı halda öz-özlüyündə yasaq deyil. 
Məsələ 362. Qərb ölkələrində farmakoloji məhsulların (dərman vasitələri və 
preparatlarının)  istehsalı  ilə  məşğul  olan  müəssisələr  məhsullarını  bazara 
çıxarmazdan  öncə  onları  sınaqdan  keçirirlər.  Həkim  xəstəsinə  məlumat  vemədən 
ona faydalı ola biləcəyini güman etdiyi dərmanı həmin dərmanın üzərində tədqiqat 
təcrübələri başa çatmadığı halda xəstənin müalicəsində sınaqdan keçirə bilərmi? 
Cavab:  Xəstənin  məlumatlandırılması  və  dərmanın  onun  üzərində 
təcrübədən keçirilməsinə dair razılığının alınması labüddür.  Lakin həkimin həmin 
dərmanın xəstəyə yan təsirlər göstərməyəcəyinə əmin olduğu, sadəcə faydalı olub-
olmayacağına şübhə etdiyi hallar istisna təşkil edir. 
Məsələ  363.  Bəzən  tibbi-ekspertiza  qurumları  ölüm  və  ya  qətlin  səbəbini 
aydınlaşdırmaq  üçün  meyidin  yarılmasını  zəruri  hesab  edir.  Hansı  hallarda  buna 
icazə  vermək  olar,  hansı  hallarda  isə  meyidin  yarılması  şəriət  tərəfindən 
yolverilməz hesab edilir? 
Cavab: Mərhumun vəlisi (məsələn, atası və ya böyük oğlu) qeyd olunan və 
buna bənzər məqsədlərlə onun cəsədinin yarılmasına icazə verməməli və mümkün 
olduğu  halda  mane  olmalıdır.  Lakin  meyidin  yarılmasının  fəsadı  (şəriətdə  bunu 
yolverilməz  edən  amillər)  qədər,  yaxud  ondan  daha  önəmli  bir  problemin  həlli 
zəruri olduğu hallarda icazə verilir. 
Məsələ  364.  Müsəlmanın  kafirə  və  ya  kafirin  müsəlmana  sağlığında 
orqanlarından birini, məsələn böyrəyini bağışlamasına, yaxud ölümündən sonra bu 


 
143 
və  ya  digər  bədən  üzvünün  bağışlanmasını  vəsiyyət  etməsinə  icazə  verilirmi?  Bu 
məsələdə bədən üzvləri arasında fərq varmı? 
Cavab: Bir insanın sağlığında bədən üzvlərindən birini öz sağlamlığına ciddi 
təhlükə törətmədiyi halda başqasının bədəninə transplantasiya olunması məqsədilə 
ona  bağışlamasına  icazə  verilir.  Məsələn,  hər  iki  böyrəyi  sağlam  olan  şəxs  bir 
böyrəyini  bağışlaya  bilər.  Dünyadan  köçən  şəxsin  vəsiyyəti  əsasında  bədən 
üzvlərindən  birinin  başqa  bir  şəxsin  bədəninə  trasplantasiyası  məqsədilə  kəsilib 
götürülməsinə  gəlincə,  buna  yalnız  həmin  donorun  müsəlman  və  ya  bu  məsələdə 
müsəlmanla eyni hökmün şamil olunduğu bir şəxs olmadığı, yaxud bir müsəlmanın 
həyatını xilas etmək üçün zəruri olduğu hallarda (sonuncu halda hətta müsəlmanın 
da cəsədinin yarılmasına) icazə verilir. Bu iki hal istisna olmaqla digər hallarda isə 
müvafiq vəsiyyətin icrasının və meyidin yarılmasının şəriət baxımından doğruluğu 
şübhə altındadır. Bununla belə, istənilən halda vəsiyyət əsasında meyidin yarılması 
əməliyyatını həyata keçirən şəxsin diyə ödəməsi vacib deyil. 
Məsələ  365.  Ateist  (Tanrıya  inancı  olmayan)  insanın  bu  və  ya  digər  orqanı 
müsəlmanın  bədəninə  transplantasiya  olunduqda  əməliyyatdan  sonra  müsəlmanın 
bədən üzvü sayılması ilə pak olurmu? 
Cavab:  Müsəlman  olub-olmamasından  asılı  olmayaraq  insanın  bədənindən 
ayrılan,  yaxud  kəsilən  istənilən  orqan  nəcis  hesab  olunur.  Lakin  kəsilən  orqan 
müsəlman və ya bu məsələdə müsəlmanla eyni hökmün şamil olunduğu bir şəxsə 
transplantasiyasından  nəticəsində  ölü  orqanın  köçürüldüyü  orqanizmdə  yeni  bir 
həyat qazanmasından sonra pak hesab olunur. 
Məsələ  366.  Şəkərli  diabetin  müalicəsində  istifadə  olunan  insulin 
preparatlarının  bir  qismi  donuzun  mədəaltı  vəzindən  alınır.  Sözügedən 
preparatlardan istifadə edə bilərikmi? 
Cavab:  Həmin  preparatların  əzələ,  damar,  yaxud  dəri  altına  inyeksiyasına 
(iynə ilə vurulmasına) heç bir məhdudiyyət qoyulmur. 
Məsələ  367.  Donuzun  qaraciyərinin  insan  orqanizminə  transplantasiyasına 
şəriətin münasibəti necədir? 


 
144 
Cavab:  Donuzun  qaraciyərinin  insan  bədəninə  köçürülməsinə  icazə  verilir. 
Allah (hər şeyi) biləndir. 
Məsələ  368.  Kişi  (sperma)  və  qadın  (yumurta)  cinsi  hüceyrələrinin 
laboratoriya şəraitində mayalandırılması nəticəsində yaranan embrionların uşaqlığa 
transferi  ilə  gerçəkləşdirilən  süni  mayalanma  əməliyyatlarına  şəriətin  münasibəti 
necədir? 
Cavab: Bu əməliyyat öz-özlüyündə (haramlaşmasına səbəb ola biləcək əlavə 
amillərin mövcud olmadığı təqdirdə) yasaq deyil. 
Məsələ  369.  Bəzi  irsi  xəstəliklər  atadan  övlada  keçərək  onların  gələcək 
sağlamlığına  qarşı  təhlükə  riski  yaradırlar.  Müasir  tibb  həmin  xəstəliklərin  bir 
qisminin irsi yolla dünyaya gələcək övladlara keçməsinin qarşısını almaq üçün bir 
çıxış  yolu  tapmışdır.  Bu,  repreduktiv  hüceyrələrin  (sperma  və  yumurta 
hüceyrələrinin)  sınaq  borusunda  dölləndirilərək  alınan  embrionların  (rüşeymlərin) 
ən sağlam inkişaf edəninin seçilərək (digər embrionlar isə həkim tərəfindən məhv 
edilir)  ana  bətninə  yerləşdirilməsindən  ibarət  olan  süni  mayalandırma 
əməliyyatıdır. Şəriət bu əməliyyatın icrasına icazə verirmi? 
Cavab:  Bu  əməliyyata  öz-özlüyündə  (haramlaşmasına  səbəb  ola  biləcək 
əlavə amillərin mövcud olmadığı təqdirdə) heç bir məhdudiyyət qoyulmur. 
Məsələ 370. Sınaq borusunda həyata keçirilən süni mayalandırma əməliyyatı 
nəticəsində  bəzən  alınan  çoxsaylı  embrionların  hamısının  ana  bətninə 
yerləşdirilməsi ananın  həyatını və ya sağlamlığını təhlükə qarşısında qoyur. Bunu 
nəzərə  alaraq  həmin  embrionlardan  yalnız  birini  seçə,  digərlərini  isə  məhv  edə 
bilərikmi? 
Cavab:  Sınaq  borusunda  əldə  edilən  embrionların  bətn  daxilinə  ötürülməsi 
(embrion transferi) vacib deyil. Beləliklə, sualda qeyd olunan halda onların birinin 
seçilərək digərlərinin məhv edilməsinə şəriət tərəfindən əngəl yoxdur. 
Məsələ  371.  Üzdə  və  ya  bədənin  müxtəlif  yerlərində  estetik  əməliyyatların 
həyata keçirilməsinə icazə verilirmi? 
Cavab: Əməliyyat əsnasında haram toxunuş və baxışlardan qorunmaq şərtilə 
icazə verilir. 


 
145 
 
QİÇS  (Qazanılmış  İmmun  Çatışmazlığı  Sindromu,  ingiliscə:  AİDS) 
günümüzdə 
bəşəriyyətin 
üzləşdiyi 
ən  təhlükəli  xəstəliklərdən  biridir. 
Hesablamalara  əsasən,  1996-cı  ildə  dünyanın  müxtəlif  ölkələrində  bu  xəstəliyə 
yoluxanların  sayı  8  milyon  çatmışdır.  22  milyon  nəfər  isə  İİV  (İnsanın 
İmmunçatışmazlığı  Virusu,  ingiliscə:  HİV)  virusunun  daşıyıcısıdır.  Son  statistik 
məlumatlar  göstərir  ki,  təkcə  1996-cı  il  ərzində  bu  xəstəlikdən  dünyasını 
dəyişənlərin sayı 1,5 milyon nəfər olmuşdur. Ümumdünya Səhiyyə Təşkilatının 1 
dekabr 1996-cı il tarixində “Ümumdünya QİÇS-lə mübarizə günü” münasibəti ilə 
açıqladığı  məlumatlara  əsasən  isə  həmin  tarixədək  sözügedən  virusun 
qurbanlarının sayı 6 milyona çatmışdır. 
Mütəxəssislərə  görə,  QİÇS  xəstəliyinə  yoluxma  əsasən  üç  yolla  baş  verə 
bilər: 
a)  heteroseksual  (əks  cinsin  nümayəndəsi  ilə)  və  homoseksual  (eyni  cinsin 
nümayəndəsi  ilə)  cinsi  əlaqə  yolu  ilə  -  bu  ən  təhlükəli  və  ən  çox  rast  gəlinən 
yoluxma halıdır, belə ki, bu yolla yoluxma halları 80%-ə çatır; 
b)  içərisində  virus  olan  qanın  və  ya  qan  preparatlarının  sağlam  adama 
köçürülməsi  və  ya  virusla  imfeksiyalaşmış  iynə  ilə  sağlam  adama  damardaxili 
inyeksiyalar zamanı; 
c) tranplasentar yolla - xəstəliyin xəstə anadan bətndaxili dövrdə (hamiləlik) 
cift  vasitəsilə  dölə  və  ya  doğuş  əsnasında  keçməsi  yeni  dünyaya  gələn  körpəyə 
keçməsi ilə. 
Araşdırmalar  göstərir  ki,  bütün  ölkələrdə  bu  ölümcül  xəstəliyə  yoluxan 
insanlar  yaşayır  və  heç  bir  xalq  bu  xəstəlikdən  sığortalanmamışdır.  Həmçinin, 
araşdırmaların nəticələrinə əsasən, sözügedən xəstəliyin daşıyıcılarının sayı günü-
gündən  artmaqdadır  və  onların  böyük  əksəriyyətini  kişilər  təşkil  edir.  Bununla 
yanaşı  məlum  olmuşdur  ki,  QİÇS  xəstəliyinə  yoluxma  hallarının  artması  son 
dövrlərdə  qismən  azalan  bir  sıra  xəstəliklərin,  o  cümlədən  ağciyər  vərəminin 
artmasına gətirib çıxarmışdır. 


 
146 
QİÇS  haqqında  ümumi  məlumatdan  sonra  bir  sıra  aktual  suallara  Həzrət 
Ayətullah əl-uzma Sistaninin cavablarını nəzərinizə çatdırırıq: 
Məsələ  372.  QİÇS-ə  yoluxanların  təcrid  olunması  ilə  bağlı  şəriətin  hökmü 
nədən  ibarətdir?  Onların  özlərini,  yaxud  ailə  üzvlərinin  həmin  şəxsləri  cəmiyyət 
həyatından təcrid etməsi vacibdirmi? 
Cavab:  QİÇS-ə  yoluxanların  nə  özləri,  nə  də  başqa  şəxslər  tərəfindən 
cəmiyyətdən  təcrid  olunması  vacib  deyil,  əksinə  yoluxdurma  təhlükəsi  olmadığı 
halda  onların  məscidlərə  və  eləcə  də  digər  ictimai  məkanlara  girişinin 
yasaqlanması  yolverilməzdir.  Bununla  belə,  yoluxmanın  qaçılmaz  olduğu,  yaxud 
ehtimal edildiyi məqamlarda profilaktik tədbirlərə riayət olunması vacibdir. 
Məsələ  373.  QİÇS  xəstəliyini  (İİV  virusunu)  qəsdən  yoluxdurma  ilə  bağlı 
şəriətin hökmü nədən ibarətdir? 
Cavab:  Bu  yolverilməz  hesab  olunur  və  yoluxan  şəxsin  ölümü  ilə  -  hətta 
uzun müddətdən sonra baş versə belə - nəticələnərsə, yoluxduran şəxs yoluxmaya 
səbəb  olan  iş  (məsələn,  cinsi  əlaqə,  yaxud  inyeksiya)  əsnasında  həmin  hadisənin 
ölümlə  nəticələnə  biləcəyindən  xəbərdar  olduğu  halda  ölən  şəxsin  vəlisi  qisas 
tələbi ilə çıxış edə bilər. Lakin yoluxduranın ölüm təhlükəsindən xəbərsiz olduğu, 
yaxud yoluxmaya və ölümə səbəb olan hadisə əsnasında unutduğu halda isə yalnız 
diyə (qanbahası) və kəffarə ödəməlidir. 
Məsələ  374.  QİÇS  xəstəliyinin  daşıyıcısı  olan  bir  şəxs  sağlam  bir  insanla 
ailə həyatı qura bilərmi? 
Cavab:  Evlənə  bilər.  Lakin  həmin  şəxsin  öz  xəstəliyindən  xəbərdar  olduğu 
halda  elçilik  və  nikah  əsnasında  özünü  sağlam  insan  kimi  təqdim  etməsinə  icazə 
verilmir.  Həmçinin,  evləndikdən  sonra  yoluxma  ilə  nəticələnəcəyi  halda  həyat 
yoldaşı ilə cinsi əlaqədə olmasına da icazə verilmir. Bununla belə, yoluxmanın baş 
verəcəyinə əmin olmadıqları, bunun sadəcə bir ehtimal olduğu və qarşı tərəfin də 
etiraz etmədiyi hallarda cinsi əlaqədən imtina etmək vacib sayılmır. 
Məsələ  375.  İİV  virusunun  daşıyıcıları  olan  iki  şəxsin  evlənməsinə  şəriətin 
münasibəti necədir? 


 
147 
Cavab:  Qadağan  edilmir,  lakin  cinsi  əlaqə  onların  xəstəliyinin  təhlükəli 
dərəcəyə çatmasına səbəb ola bilərsə, cinsi əlaqədən imtina etməlidirlər. 
Məsələ  376.  QİÇS  xəstəliyinin  daşıyıcısı  olan  şəxslə  cinsi  əlaqədə  olmaqla 
bağlı  şəriətin  hökmü  nədən  ibarətdir.  Sağlam  şəxsin  cinsi  əlaqənin  QİÇS-in  əsas 
yoluxma vasitələrindən biri olduğunu nəzərə alaraq həyat yoldaşı ilə cinsi əlaqədən 
imtina etməyə haqqı varmı? 
Cavab:  Sağlam  qadın  özünün  də  yoluxması  ilə  nəticələnə  biləcəyi  halda 
(hətta  sadəcə  bir  ehtimala  əsaslansa  belə)  QİÇS  xəstəliyinə  yoluxan  həyat 
yoldaşının onunla cinsi əlaqədə olmasına icazə verməyə bilər. Hətta belə hallarda 
qadının cinsi əlaqədə olmaqdan imtina etməsi vacibdir. 
Lakin  prezervativ,  yaxud  digər  qoruyucu  vasitələrdən  istifadə  etməklə 
yoluxma ehtimalını diqqətə alınmayacaq dərəcədə (məsələn, 2%-ə kimi) azaltmaq 
mümkündürsə,  cinsi  əlaqədə  ola  bilər  və  hətta  ehtiyata  əsasən,  bu  halda  ərinin 
onunla cinsi əlaqədə olmasına əngəl törətməsinə icazə verilmir. 
Bu  hökmlə  QİÇS  xəstəliyinin  daşıyıcı  olan  qadınla  nikahda  olan  kişilərlə 
bağlı hökm də aydınlığa qovuşur. Beləliklə, aqillərin önəm verdiyi dərəcədə ciddi 
bir  yoluxma  ehtimalı  mövcud  olduğu  halda  sağlam  kişinin  xəstəliyin  daşıyıcısı 
olan  həyat  yoldaşı  ilə  cinsi  əlaqədə  olmasına  icazə  verilmir.  Digər  tərəfdən  isə 
yoluxmanın qarşısının alınmasını təmin edən vasitələrdən (prezervativlərdən və s.) 
istifadənin  mümkünlüyü  istisna  olmaqla, həyat  yoldaşı  qarşısında  “cinsi  əlaqədən 
dörd  aydan  artıq  müddət  ərzində  imtina  etməmə”  vəzifəsi  də  qüvvədən  düşmüş 
sayılır. 
Məsələ  377.  Ailədə  tərəflərdən  birinin  QİÇS  xəstəliyinin  daşıyıcısı  olduğu 
halda qarşı tərəfin (ər və ya arvadın) ayrılma tələbi ilə çıxış etməyə haqqı varmı? 
Cavab:  Elçilik,  yaxud  nikah  əsnasında  aldatma  və  ya  yanıltma  məqsədilə 
tərəflərdən biri özünü sağlam insan şəxs kimi təqdim edərsə və nikah anlaşması da 
hər iki tərəfin sağlamlığına əsaslanaraq baş tutarsa, vəziyyət aydınlaşdıqdan sonra 
aldadılan  şəxs  nikahın  etibarsız  sayılmasını  tələb  etmək  hüququna  malikdir.  Kişi 
evləndiyi  qadının  sağlam  olduğunu  düşündüyü  halda  sadəcə  qadının  və  onun 
vəlisinin  sükut  edərək  xəstəliklə  bağlı  onu  məlumatlandırmaması  nəticəsində 


 
148 
kişiyə  nikahı  pozmaq  hüququ  verilmir.  Məqsədli  şəkildə  aldatma  və  ya 
yanıltmanın baş vermədiyi, yaxud xəstəliyin nikahdan sonra qazanıldığı halda isə 
sağlam ər xəstəliyin daşıyıcısı olan arvadını boşamaq hüququna malikdir. 
Sağlam  qadının  cinsi  əlaqədən  məhrum  olma  kimi  səbəblərlə  QİÇS 
xəstəliyinin  daşıyıcısı  olan  ərindən  boşanmaq  tələbinin  haqlı  sayılıb-
sayılmamasına  gəlincə,  burada  iki  nəzər  mövcuddur  və  istənilən  halda  ehtiyatın 
tələbinə  riayət  etmək  lazımdır.  Əlbəttə,  əgər  əri  ondan  tamamilə  uzaqlaşaraq  onu 
çıxılmaz  vəziyyətdə  qoymuşsa  (qadın  nə  evli,  nə  də  subay  sayılmayaraq  ailə  və 
intim  həyatından  məhrum  qalmışsa),  ərini  icbari  tədbirlərlə  iki  seçim  qarşısında 
qoyaraq  ya  boşanmağa,  ya  da  həyat  yoldaşı  ilə  birgə  həyatına  qayıtmağa  məcbur 
etməsi üçün şəriət hakiminə müraciət edə bilər. 
Məsələ 378. Ər QİÇS xəstəliyinin daşıyıcısı olduğu halda qadının boşanması 
ilə bağlı şəriətin hökmü nədən ibarətdir? 
Cavab: Öncəki sualın cavabına müraciət edin. 
Məsələ 379. QİÇS xəstəliyinin daşıyıcısı olan qadın abort etdirə bilərmi? 
Cavab:  Abort,  xüsusilə  də,  ruhun  rüşeymə  daxil  olmasından  sonrakı 
mərhələdə yolverilməzdir. Lakin ana üçün ciddi təhlükə riski daşıdığı halda ruhun 
rüşeymə daxil olmasına qədər aborta icazə verilir. 
Məsələ  380.  QİÇS  daşıyıcısı  olan  ananın  yeni  dünyaya  gələn  sağlam 
övladını  böyütmək  hüququna  və  onu  öz  südü  (ağuz  və  ya  yetkin  süd  ilə) 
qidalandırmasına şəriətin münasibəti necədir? 
Cavab: Ananın övladına baxmaq, onu böyütmək hüququ qorunur. Lakin süd 
vəzilərindən  birbaşa  əmizdirmə  yolu  ilə  xəstəliyin  keçmə  ehtimalının  (ciddi 
ehtimalın)  mövcud  olduğu  halda  yoluxmanın  qarşısını  almaq  üçün  lazımı 
tədbirlərin görülməsi labüddür. 
Məsələ 381. QİÇS-i ölüm xəstəliyi adlandırmaq olarmı? 
Cavab: Uzun sürən xəstəliklərdən olduğundan bu xəstəliyin yalnız ölümdən 
bilavasitə  öncəki  iztirablar,  immun  sisteminin  tamamilə  zəifləməsi  və  ölümcül 
nevroloji  simptomların  üzə  çıxması  ilə  müşayiət  olunan  son  mərhələsini  ölüm 
xəstəliyi hesab etmək olar. 


 
149 
Məsələ  382.  Həkimə  QİÇS  xəstəliyinə  yoluxan  xəstəsinin  vəziyyəti  ilə 
maraqlanan  şəxsləri,  o  cümlədən  həyat  yoldaşını  onun  bu  xəstəliyin  daşıyıcısı 
olması ilə bağlı məlumatlandırması doğrudurmu, yaxud vacibdirmi? 
Cavab: Xəstə və ya onun vəlisinin icazəsi ilə məlumatlandıra bilər. Xəstənin 
həyatının xilas edilməsi, yaxud hətta bir qədər daha artıq yaşaması belə buna bağlı 
olarsa, onun vəziyyəti ilə bağlı yaxınlarını məlumatlandırması vacibdir. Həmçinin, 
onları  məlumatlandırmadığı  halda  bu,  yoluxmadan  qorunmaq  üçün  zəruri  ehtiyat 
tədbirlərini  həyata  keçirməyəcəklərinə  görə  onların  da  xəstəliyin  daşıyıcısına 
çevrilməsinə  səbəb  olacaqsa,  bu  halda  da  həmin  şəxslərin  məlumatlandırılması 
vacibdir. Allah (hər şeyi) biləndir. 
Məsələ 383. Müsəlman kişi yoluxucu QİÇS xəstəliyinin daşıyıcısı olduğunu 
bildiyi  halda  həyat  yoldaşı  ilə  cinsi  əlaqədə  ola  bilərmi  və  onu  bununla  bağlı 
məlumatlandırması vacibdirmi? 
Cavab:  Əgər  cinsi  əlaqə  yolu  ilə  xəstəliyin  keçəcəyinə  əmindirsə,  yaxud 
yoluxma ilə bağlı ciddi bir ehtimal mövcuddursa, cinsi əlaqəyə heç bir vəchlə icazə 
verilmir. 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə