BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə48/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   44   45   46   47   48   49   50   51   ...   58
azari-book-25246

SƏKKİZİNCİ FƏSİL 
GƏNCLƏRİ MARAQLANDIRAN MƏSƏLƏLƏR 
 
Son  dövrlərdə  gənclərin  təhsil  almaq,  yaxud  müvəqqəti  və  ya  daimi 
məskunlaşmaq  məqsədilə  qeyri-müsəlman  ölkələrinə,  xüsusilə  də  Avropa  və 
Amerika ölkələrinə köçməsi halları artmaqdadır. İnanclı müsəlman gənclərinin öz 
dinlərinə  bağlılığının  məntiqi  nəticəsi  olaraq  onlar  üçün  qarşılarına  çıxan  bir  sıra 
aktual  məsələlərə,  problemlərə  şəriətin  münasibətini  öyrənmək  zərurəti  yaranır. 
Məhz  bu  zərurəti  nəzərə  alaraq  həmin  ölkələrdə  məskunlaşan  dininə  bağlı 
müsəlman gəncləri onları maraqlandıran ən aktual şəriət hökmləri ilə tanış etməyi 
məqsədəuyğun hesab edirik: 
 
Məsələ  453.  Fəqihlər  birmənalı  olaraq  bəyan  edirlər  ki,  qadınlara  (həyat 
yoldaşından başqa 
tərc.
) ehtiraslı və şübhəli (tərəddüdlü) baxış haramdır. Ehtirasla 
baxmaq  deyərkən  şəhvət  hissinin  oyanmasını,  şübhəli  baxış  deyərkən  isə  günaha 
düşmək qorxusunu nəzərdə tuturlar. 
 
Məsələ  454.  Açıq-saçıq  geyinməkdən  çəkindirilmələrinə  rəğmən  məhəl 
qoymayaraq  belə  geyinməyə  davam  edən  qadınlara  ehtiraslanmaq  məqsədi 
güdmədən baxmaq olar. Onların  üzlərinə, əllərinə, ayaqlarına və adətən açıq olan 
digər  bədən  üzvlərinə  cinsi  həzzalma  duyğusu  və  harama  (günaha)  düşmək 
qorxusu  olmadan  baxmağa  şəriət  tərəfindən  icazə  verilir.  Lakin  adətən  açıq 
olmayan,  təsadüfi  hallarda  görünən  bədən  üzvlərinə  isə,  ümumiyyətlə,  baxmaq 
olmaz. 
 
Məsələ  455.  Kişinin  kişiyə,  qadının  da  qadına  şəhvət  hissi  ilə  baxması 
yolverilməzdir. 
 
Məsələ 456. Homoseksualizm adlandırılan livat – kişilər arasında cinsi əlaqə 
və müsahiqə (lezbianizm) qadınlar arasında cinsi əlaqə haramdır. 


 
169 
 
Məsələ 457. İstimna (masturbasiya, onanizm) hansı üsulla edilməsindən asılı 
olmayaraq haramdır. 
 
Məsələ  458.  Vacib  ehtiyata  əsasən,  çılpaq  şəkil  və  video  görüntülərə  hətta 
ehtiras duyğusu və günah qorxusu olmadan belə baxmaqdan çəkinmək lazımdır. 
 
Məsələ 459. Əxlaqı fəsadı yayan ünsürlər qadın cinsiyyət orqanının bir sıra 
xüsusiyyətləri  özündə  əks  etdirən  bir  oyuncaq  ixtira  etmişdir.  Kişilər  yatarkən 
həmin oyuncağı cinsiyyət üzvünün üzərinə qoyaraq həzz ala (orqazm ola) bilirlər. 
Vacib  ehtiyata  əsasən,  həmin  oyuncaqlardan  hətta  məni  (sperma)  ifraz  etmək 
niyyəti  olmadığı  halda  belə  istifadə  edilməməlidir  və  bu  məsələdə  kişinin  evli 
olub-olmamasının heç bir fərqi yoxdur. 
 
Məsələ  460.  Kişi  hamiləliyin  qarşısını  almaq  üçün  cinsi  əlaqə  zamanı 
prezervativdən  istifadə  edə  bilər,  lakin  vacib  ehtiyata  əsasən,  həyat  yoldaşının  da 
razılığı olmalıdır. 
 
Məsələ  461.  Müsəlman  kişilərə  haramla  nəticələnə  biləcəyi  halda  ümumi 
(kişi  və  qadınların  birgə  istifadə  etdiyi)  hovuzların  xidmətindən  istifadə  etmək, 
yaxud  digər  bənzər  yerlərə  (sauna,  çimərlik  və  s.)  getmək  olmaz.  Vacib  ehtiyata 
əsasən  isə,  hətta  harama  sürüklənməyəcəkləri  halda  da  belə  yerlərə 
getməməlidirlər. 
 
Məsələ 462. Müsəlman kişilərə qadınlarla bilavasitə təmasa əngəl törədəcək 
əlcək kimi bir vasitə olmadan əllə görüşmək olmaz. Lakin əllə görüşməkdən imtina 
etmək onları ciddi və normal durumlarda dözülməz hesab edilən çətinlik və sıxıntı 
ilə qarşı-qarşıya qoyarsa, zərurət çərçivəsində görüşməyə icazə verilir. 
 
Məsələ 463. Gənc müsəlman kişi gənc bacısını, xalasını, bibisini və azyaşlı 
qızlarını  onlara  qarşı  sevgisinin  təzahürü  olaraq  öpə  bilər.  Onları  öpmək  şəhvət 
hissi oyandırdığı halda isə buna icazə verilmir. 
 
Məsələ  464.  Mərcləşmənin  olub-olmamasından  asılı  olmayaraq  şahmat 
oynamaq  haramdır.  Həmçinin,  hər  iki  tərəf  (oyunçular)  real  oyunçular  olduğu 
halda  kompyuterlə  də  sözügedən  oyunu  oynamaq  haram  sayılır.  Habelə,  vacib 
ehtiyata  əsasən,  tərəflərdən  biri  real,  digəri  isə  virtual  oyunçu  olduğu  halda  da 
oynamaq olmaz. 


 
170 
 
Məsələ  465.  Bütün  növ  qumar  alətləri,  o  cümlədən  kartlarla  oynanılan  və 
mərcləşməyə  əsaslanan  oyunlar  haramdır.  Vacib  ehtiyata  əsasən  isə,  hətta 
mərcləşmə olmadığı halda da həmin oyunlardan uzaq durmaq lazımdır. 
 
Məsələ  466.  Futbol,  basketbol,  voleybol,  həndbol  kimi  top  oyunlarının 
oynanılmasına, həmçinin ehtiraslı baxış kimi haramlara (günahlara) sürükləməməsi 
və  hansısa  vacib  bir  əməlin  icrasından  saxlamaması,  məsələn  namazın  qəzaya 
verilməsinə  səbəb  olmaması  şərtilə  həmin  oyunlara  idman  meydançalarında  canlı 
olaraq, yaxud ekran arxasında ödənişli (bilet almaq, yaxud ödənişli telekanallarda 
yayımına tamaşa etmək kimi) və ya ödənişsiz əsaslarla baxmağa şəriət tərəfindən 
icazə verilir. 
 
Məsələ  467.  Ciddi  fiziki  xəsarətləri  ilə  nəticələnməyəcəyi  halda  mərcləşmə 
olmadan güləş və boks oyunlarına və məşqlərinə də icazə verilir. 
 
Məsələ 468. Vacib ehtiyata əsasən, kişi saqqalını qırxmamalıdır. Həmçinin, 
vacib  ehtiyata  əsasən,  üzünün  digər  hisslərini  tamamilə  qırxaraq  yalnız  çənəsində 
tük saxlamasına da icazə verilmir. 
 
Məsələ 469. Müalicə və digər profilaktik tədbirlər çərçivəsində zəruri olduğu 
halda, yaxud qırxmaqdan imtina etdiyi halda ciddi bir təhlükə ilə qarşılaşa biləcəyi 
təqdirdə  və  ya  məsxərə  obyektinə  çevrilmək  kimi  müsəlman  üçün  normal 
vəziyyətlərdə  dözülməz  hesab  edilən  çətinliklərlə  üzləşdikdə  saqqalı  qırxmağa 
icazə verilir. 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə