BağIŞlayan və mehriban allahin adi iLƏ


“Ey  müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə33/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   29   30   31   32   33   34   35   36   ...   58
azari-book-25246

“Ey 
müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr 
edən  və  pis  əməlləri  qadağan  edən  bir  camaat  olsun!  Bunlar  (bu  camaat), 
həqiqətən  nicat  tapmış  kimsələrdir”.
1
 Qurani-Məcidin  başqa  bir  ayəsində  isə 
oxuyuruq: 
“Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). 
Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər...”
2
 
 
Sevimli  peyğəmbərimiz  Həzrət  Məhəmməd  (s)  buyurur:  “Ümmətim  (bir-
birlərini) yaxşı işlər görməyi əmr etdikcə, pis işləri yasaq etdikcə və xeyirli işlərdə 
yardımlaşdıqca  xeyir  içində  olarlar.  Bu  işlərdən  imtina  etdikdə  isə  xeyir-bərəkət 
onlardan  uzaqlaşar,  bir-birlərinə  qənim  kəsilərlər  və  nə  yer  üzündə,  nə  də  göydə 
onlara bir  yardım  edən  tapılmaz”.
3
 Həmçinin, İmam  Sadiqdən  (ə)  nəql olunan bir 
hədisdə  də  oxuyuruq  ki,  bir  gün  Allahın  elçisi  (s)  səhabələrinə  buyurur: 
“Qadınlarınızın  mənəviyyatsızlaşdığı,  gənclərinizin  günah  girdabında  boğulduğu 
halda  bir-birinizə  yaxşı  işlər  görməyi  əmr  etmədiyiniz,  pis  əməlləri  qadağan 
etmədiyiniz  zaman  halınız  necə  olacaq?!”  Səhabələri  soruşurlar:  “Ey  Allahın 
elçisi!  Belə  bir  hal  ilə  qarşılaşacağıqmı?”  Peyğəmbər  (s)  buyurur:  “Bəli,  hətta 
bundan daha acınacaqlı bir vəziyətlə üzləşəcəksiniz. Bir-birinizi pis əməllərə sövq 
edib,  xeyirli  işlərdən  çəkindirdiyiniz  bir  dövr  gəldikdə  halınız  necə  olacaq?!” 
Səhabələri:  “Bu  vəziyyətlə  də  üzləşəcəyikmi,  ey  Allahın  elçisi?”  –  deyə 
soruşduqda  isə  buyurur:  “Şübhəsiz!  Hətta  bundan  da  pis  bir  durumla  üz-üzə 
                                                           
1
 Ali-İmran surəsi, 104-cü ayə. 
2
 Tövbə surəsi, 71-ci ayə. 
3
 Vəsail əş-şiə, c.16, səh.396. 


 
119 
qalacaqsınız. Yaxşı işləri pis əməllər, pis əməlləri isə xeyirli işlər hesab edəcəyiniz 
gün halınız necə olacaq?!”
1
 
 
Yaxşı işlərdən uzaqlaşan, pis işlərə meyl edən insanın öz ailə üzvləindən biri 
olduqda  bu  iki  vacib  vəzifə  daha  ciddi  önəm  kəsb  edir.  Bəzən  insan  ailə 
üzvlərindən  birinin  vacib  əməllərin  icrasında  nöqsanlara  yol  verdiyini,  düzgün 
qaydada dəstəmaz, təyəmmüm, yaxud qüsl almadığını, bədənini, yaxud libaslarını 
düzgün  təmizləmədiyini,  namazda  surələri,  yaxud  vacib  zikrləri  düzgün 
oxumadığını,  əmlakından,  gəlirindən  xüms  və  zəkat  verməli  olduğu  halda  dini 
rüsumlarını  ödəmədiyini  görür.  Bəzən  isə  onlardan  birinin  bir  sıra  günahlara 
bulaşdığına, məsələn, istimna (onanizm, masturbasiya) ilə məşğul olduğuna, qumar 
oynadığına, haram musiqilərə qulaq asdığına, şərab içdiyinə, yeyilməsi haram olan 
ət  məhsulları  ilə qidalandığına,  qul  haqqı  yediyinə,  xəyanatkarlıq,  yaxud oğurluq 
etməsi  hallarına  şahid  olur.  Bəzən  isə  ailəsinin  qadın  üzvlərindən  birinin  hicab 
geyinmədiyini, saçını lazımı qaydada örtmədiyini, yaxud qüsl və dəstəmaz alarkən 
dırnaqlarındakı  boyanı  təmizləmədiyini  və  ya  ərindən  başqası  üçün  ətirləndiyini, 
bir evdə yaşamaq kimi əsassız bəhanələrlə əmisi, dayısı, xalası, bibisi oğlanlarının, 
qaynının,  yaxud  ərinin  dostlarının  yanında  hicaba  riayət  etmədiyini  görür.  Bəzi 
hallarda  isə  ailə  üzvləri  arasında  yalan  danışan,  qeybət  edən,  başqasına  qarşı 
haqsızlıq edən, israfçılığa yol verən, zalımlara yardım edən və qonşularını narahat 
edən insanlar tapılır və s. 
 
Belə  hallarla  üzləşdikdə  onları  yaxşı  işlərə  sövq  etmək,  pis  əməllərdən 
çəkindirmək,  bu  məqsədlə  öncə  birinci  (hiss  və  jestlərlə  pis  əməllərə  xoşagəlməz 
reaksiyanın ifadəsi) və ardınca ikinci mərhələdən (sözügedən reaksiyanın sözlərlə 
ifadəsi)  başlamaq,  yalnız  bu  mərhələlər  fayda  vermədikdə  üçüncü  mərhələyə  baş 
vuraraq  şəriət  hakiminin  izni  ilə  yüngüldən  ağıra  doğru  əməli  tədbirləri  həyata 
keçirilmək  lazımdır.
2
 Sözügedən  şəxs,  şəriətin  hər  hansı  bir  məsələ  ilə  bağlı 
                                                           
1
 Vəsail əş-şiə, c.16, səh.122. 
2
 əl-Fətava əl-müyəssərə, səh.268-275. 


 
120 
hökmünü  bilmədiyi  halda  isə  vacibdir  ki,  bu  hökm  ona  öyrədilsin  və  həmin 
hökmün icrasına təşviq edilsin. 
 
Məsələ 311. Bütün insanlara qarşı tolerantlıq haqq dinimizin təkidlə tövsiyə 
etdiyi  təqdirəlayiq  məqamlardandır.  Allahın  elçisi  (s)  buyurur:  “Rəbbim  mənə 
fərizələrini  (vacib  ibadət  və  göstərişlərini)  icra  etməyi  əmr  etdiyi  kimi,  bütün 
insanlarla  mülayim  (tolerant  münasibətlər  əsasında)  davranmağı  əmr  etmişdir”. 
Başqa  bir  hədisində  isə  buyurur:  “Üç  xislət  vardır  ki,  onlar  olmadan  kimsənin 
əməli  kamil  sayılmaz:  insanı  Allaha  qarşı  üsyankarlıqdan  (günahlardan)  qoruyan 
təqva,  insanlarla  mülayim  davranışı  təmin  edən  əxlaq  və  nadanın  cahilliyindən 
qorunmağa yardım edən həlimlik”.
1
 
 
Tolerantlıq 
yalnız 
müsəlmanlar 
arasındakı 
münasibətlərlə 
məhdudlaşmayaraq, müsəlman olmayanlara qarşı davranışı da əhatə edir. Belə nəql 
olunur ki, Əmirəlmöminin Əli (ə) Kufə yolunda müsəlman olmayan bir şəxslə yol 
yoldaşı olur və yol ayırıcna çatdıqda həmin şəxs ondan ayrılaraq öz yoluna davam 
etmək istəyərkən Əli (ə) da onu bir neçə addım müşayiət edir. Həmin şəxs, “məgər 
siz Kufəyə getmirdiniz?” – deyə təəccüblə soruşduqda Möminlərin əmiri (ə) deyir: 
“Yoldaşlığın ən ali ədəb qaydalarından biri də budur ki, insan gərək həmsöhbətini, 
yoldaşını ondan ayrılarkən bir qədər müşayiət etsin, yola salsın. Peyğəmbərimiz (s) 
bizə  belə  əmr  etmişdir”.  Həmin  şəxs  bu  nəzakətli  davranışın  nəticəsi  olaraq 
müsəlman olmuşdu.
2
 
 
Möminlərin  əmirinin  (ə)  müsəlman  olmayanlarla  davranışı  ilə  bağlı  ən 
maraqlı və təqdirəlayiq xatirələrdən biri də Şibi adlı ravinin nəql etdiyi rəvayətdir. 
Şibi deyir: “Günlərin bir günü Əli ibn Əbu Talib (r.ə.) bazara gəlir və zireh satan 
bir xristian satıcı ilə qarşılaşır. Zireh Əliyə (r.ə.) tanış gəlir və o, satıcıya zirehin 
ona  məxsus  olduğunu  deyir  və  məsələnin  aydınlaşdırılması  üçün  İslam  şəriəti 
hakiminə  (qaziyə)  müraciət  etməyi  təklif  edir.  O  zamanlar  qazi  vəzifəsini  Şüreyh 
icra  edirdi  və  onu  Əli  özü  bu  vəzifəyə  təyin  etmişdi.  Qazinin  yanına  gəldikdə 
                                                           
1
 Vəsail əş-şiə, c.12, səh.200. 
2
 Vəsail əş-şiə, c.12, səh.135. 


 
121 
Şüreyh soruşur: “Ey Möminlərin əmiri, iddianız nədən ibarətdir?” Əli (r.ə.) deyir: 
“Bu, mənim bir müddət öncə oğurlanan zirehimdir”. Sonra Şüreyh üzünü xristian 
satıcıya  tutaraq  ona  da  eyni  sualla  müraciət  edir.  Xristian:  “Əmirəlmöminini  (ə) 
yalançı hesab etmirəm, ancaq zireh mənə məxsusdur”. 
 
Şüreyh:  “Əli,  zireh  onun  əlindədir,  iddianı  sübut  etmək  üçün  bir  sübutun, 
şahidin varmı?” 
 
Əli: “Etiraf edirəm ki, Şüreyh ədalət mühakiməsini düzgün qaydada aparır”. 
 
Xristian:  “Mənə  gəlincə,  təsdiq  edirəm  ki,  bu  peyğəmbərlərin  mühakimə 
üsuludur.  Əmir  özü  də  hər  bir  fərd  kimi  qaziyə  müraciət  edir  və  qazisi  onun 
əleyhinə hökm çıxarır. Ey Möminlərin əmiri, Tanrıya and içərək etiraf edirəm ki, 
bu  sizin  zirehinizdir.  Mən  siz  qoşununuzla  birgə  hərəkət  edərkən  sizi  izləmiş,  bu 
zirehi  də  kül  rəngli  dəvənizdən  düşərkən  götürmüşdüm.  Bu  andan  etibarən,  iqrar 
edirəm ki, Allahdan başqa tanrı yoxdur və Məhəmməd onun elçisidir”. 
 
Əli  (r.ə.)  isə  öz  növbəsində,  “İslamı  qəbul  etdiyinə  görə  bu  zirehi  sənə 
hədiyyə  edirəm”  –  demiş,  üstəlik  ona  qiymətli  bir  at  da  bağışlamışdı.  Əbu 
Zəkəriyyadan  eşitdiyimə  görə,  həmin  şəxs  sonralar  müşriklərlə  savaşlarda  da 
iştirak etmişdi”.
1
 
 
Həmçinin, Həzrət Əlinin həyatı ilə bağlı (ə) indi nəql edəcəyimiz bir rəvayət 
hal-hazırda  qərb  dövlətlərində  sosial  təminat  qanunvericiliyinin  başlıca  hüquqi 
prinsipini  təşkil  edən  sosial  ədalət  və  bərabərlik  anlayışlarının  İslam 
svilizasiyasındakı  tarixinə  işıq  salır.  Gördüyümüz  kimi,  o  İslam  dövlətinin 
tabeliyində  yaşayan  müsəlman  və  qeyri-müsəlman  vətəndaşlar  arasında  fərq 
qoymur.  Sözügedən  rəvayətdə  oxuyuruq:  “Görmə  qabiliyyətini  itirən  ahıl  bir  kişi 
insanlara  əl  açıb  dilənirdi.  Bu  mənzərəyə  şahid  olan  Möminlərin  əmiri  (ə) 
ətrafındakı  insanlardan  nə  baş  verdiyini  soruşduqda  ona  həmin  qocanın 
xristianlardan olduğunu söyləyirlər. Əli (ə) bu cavaba hiddətlənərək deyir: “Onun 
əmək  qabiliyyətindən  yararlandınız,  qocalıb  əmək  qabiliyyətini  itirdikdə  isə 
                                                           
1
 Qadətuna kəyfə nərifuhum, Beyhəqinin “əs-Sunən əl-kubra” əsərinə (c.4, səh.135) istinadən. 


 
122 
özünüzdən  uzaqlaşdırırsınız?!  Beytülmaldan  onun  üçün  də  müavinət  ayırmaq 
lazımdır”.
1
 
 
İmam  Sadiq  (ə)  də  dəyərli  kəlamlarından  birində  belə  buyururdu:  “Yəhudi 
ilə də həmsöhbət olsan, yoldaşlıq etsən, onunla xoş davranmalısan”.
2
 
Məsələ 312. İnsanları barışdırmaq, fikir ayrılıqlarına son qoymaq, aralarında 
ülfət yaratmaq və düşmənçilik meyillərini aradan qaldırmaq üçün böyük savablar, 
ilahi mükafatlar nəzərdə tutulmuşdur. Bu əməllər insanların öz doğma diyarından, 
ailə üzvlərindən, tanışlarından və dostlarından uzaq olduqları qürbət eldə, təbii ki, 
daha  böyük  önəm  kəsb  edir.  Möminlərin  əmiri  (ə)  xaricilərdən  olan  İbn  Mülcəm 
Muradi  tərəfindən  sui-qəsdə  məruz  qaldıqdan  sonra  ömrünün  son  anlarında 
oğlanları  İmam  Həsən  (ə)  və  İmam  Hüseynə  (ə)  vəsiyyətində  buyururdu:  “Sizə, 
bütün  övladlarıma,  ailə  üzvlərimə  və  bu  vəsiyyətnaməmi  oxuyan  hər  bir  kəsə 
təqvalı ömür sürməyi, işlərinizdə nizam-intizamlı olmağı və insanlar arasında sülh, 
barış  yaratmağı  vəsiyyət  edirəm.  Sizin  bababından  (Həzrət  Məhəmməddən  (s)): 
“İnsanlar arasında sülh və barışığı təmin etmək bütün ömür boyu qılınan namaz və 
tutulan oruclardan üstündür” – deyə buyurduğunu eşitmişəm”.
3
 
Məsələ  313.  Nəsihət,  insanın  mömin  qardaşları  üçün  ilahi  nemətlərin 
davamlı  olmasını  arzulaması,  şərrin  onlara  toxunmasından  ikrah  hissi  keçirməsi, 
onları  xoşbəxtliyə,  xeyir  qazandıran,  mənfəətlərinə  olan  işlərə  doğru 
istiqamətləndirməsi Rəbbimizin (c.c.) sevdiyi, təqdirəlayiq əməllərdəndir. Nəsihət 
və  xeyirxahlıq  xüsusunda  nəql  olunan  hədislər  saysız-hesabsızdır.  O  cümlədən, 
Allahın  elçisindən  nəql  olunan  bir  hədisdə  oxuyuruq:  “Qiyamət  günü  Allah 
dərgahında  ən  uca  məqamın  sahibi  yer  üzündə  insanlara  nəsihət  və  xeyirxahlıq 
üçün daha çox addım atan şəxs olacaqdır”.
4
 
                                                           
1
 Təhzib əl-əhkam, c.6, səh.292. 
2
 Vəsail əş-şiə, c.12, səh.201. 
3
 Nəhc əl-bəlağə, Sübhi Salehin redaktəsi ilə, səh.421. 
4
 Usul əl-kafi, c.2, səh.208. 


 
123 
İmam  Baqirin  (ə)  nəql  etdiyi  hədisdə  isə  sevimli  Peyğəmbərimiz  (s)  belə 
buyurur:  “Hər  biriniz  qardaşlarınıza  (dindaşlarınıza)  qarşı  özünüzə  olduğunuz 
qədər xeyirxah olmalısınız”.
1
 
İmam  Sadiq  (ə)  də  kəlamlarında  nəsihət  və  xeyirxahlığın  önəmini 
vurğulamışdır: “Möminlərin bir-birlərinə qarşı vəzifələrindən biri də istər bir arada 
olduqda,  istərsə  bir-birindən  uzaqda  olduqda  bir-birlərinə  qarşı  xoş  niyyət  və 
tövsiyələrini əsirgəməməkdir”.
2
 Başqa bir kəlamında isə belə buyurmuşdur: “Allah 
yolunda Onun bəndələrindən xeyirxahlığını və nəsihətlərini əsirgəmə! Çünki Onun 
qarşısına çıxacağın gün bundan daha üstün bir əməl tapmayacaqsan”.
3
 
Məsələ  314.  Müsəlmanların  gizli  qalmasını  istədiyi  işləri  araşdıraraq  ifşa 
etmək,  onların  sirlərindən  agah  olmağa  və  başqalarını  da  agah  etməyə  çalışmaq 
İslam  şəriətində  haram  hesab  olunur.  Uca  Allah  dəyərli  kitabında  buyurur: 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə