16
maddi aləmdə hər hansı bir mövcudluq yekcins deyildir və o, ən
müxtəlif birnövlü, lakin bir-biri ilə birləşə bilən birləşmələrdən
ibarət olduğundan, hər bir növün isə özünə uyğun tələbatı olduğun-
dan, ruh isə yalnız bir növdən ibarət olduğundan və ayrı-ayrılıqda
götürüldükdə hər hansı bir varlığı təşkil edə bilən növlərdən böyük
olduğundan əlbəttə, onun öz tələbatına uyğun təsiri daha böyük
olur və hər hansı bir varlıq isə onun üçün bir vasitə olduğundan,
şübhəsiz ki, həmin varlığın rahatlıq və tələbatını da nəzərə alır.
Həyat bir növ səbəb-nəticə ardıcıllığının məhsuludur və həyatda
hər hansı bir nəticənin ümumi səbəblər toplusundan yaranmış bir
vəziyyətin məhsulu olduğu aydındır. Nəticələr ən müxtəlif səbəb-
lərdən yarandığından bəzən hadisənin baş verəcəyi ana qədər biz
baş verə biləcək hadisə haqqında heç bir anlayışa malik olmuruq.
Lakin hadisə baş verəndə həmin işin məzmunu və təzahür forma-
ları ilə tanış olub hadisənin mahiyyətini anlayırıq. Əgər bu hadisə
daimi sabit, təkrarlanan halda müxtəlif zamanlarda baş verə bilərsə
biz o hadisəni yaradan səbəbləri qanun adlandırırıq.
Ancaq bəzən belə də ola bilər ki, hər hansı bir hadisə müxtə-
lif zamanlarda müxtəlif təzahür formaları ilə özünü göstərsin, belə
olan təqdirdə biz o hadisəni törədən səbəbləri qanun adlandırmırıq.
Bütün bunlar öz yerində bəzən belə də olur ki, hər hansı bir
hadisə baş verir, nəticə var, lakin hadisəni doğuran səbəblər bizə
məlum deyil, yəni biz bu işin mahiyyətini anlamırıq. Çox vaxt in-
sanlar bu işi möcüzə adlandırırlar. Ancaq biz tamamilə anlaşıqlı şə-
kildə başa düşməliyik ki, insanlara möcüzə kimi görünən hər hansı
bir hadisənin səbəbi var, möcüzə kimi görünən odur ki, baş verən
hadisənin səbəbi bəzən insanlar tərəfindən qavranıla və ya qəbul
edilə bilmir. Həmişə də nəticələr bir, səbəblər isə müxtəlif sayda
ola bilər.
Bu da qanun şəklində qəbul edilməlidir ki, nəticə yaranan andan
səbəbə çevrilir. İnsan həyatının özü də səbəb-nəticə ardıcıllığının
məhsuludur. Normal insan hər hansı səbəb və ya nəticənin mahiy-
yətini ümumi şüur səviyyəsində öyrənə bilmək qabiliyyətinə və
imkanına malikdir. Lakin ümumi şüur səviyyəsindən daha yüksək
17
mərhələyə keçid üçün insandan xüsusi səy və ondan asılı olmayan
hər hansı qıraq təkan lazımdır. Buradan tam şəkildə aydın olur ki,
normal vəziyyətdə öyrənilən hər hansı maraq doğuran göstərici,
öz xüsusi səyin, daxili imkanların və ya hər hansı səbəbini bilmə-
diyin təkan nəticəsində daha çox istifadə etmək bacarığınla əldə
etdiyin göstərici ilə eyni deyildir. Hər halda buradan belə bir fikir
də anlamaq mümkündür ki, insan öz səyi ilə arzuladığı hər hansı
onun üçün ilk baxışda əlçatmaz görünən məqsədə çata bilər. Həm
də bilmək lazımdır ki, insanın fiziki quruluşunun imkanları o qə-
dər genişdir ki, o, son dərəcə ağlasığmaz işlər görməyə qabildir.
Ancaq çox yaxşı olar ki, insan öz imkanlarından özünə və bəşə-
riyyətə fayda gətirə biləcək tərzdə istifadə etsin. Əks təqdirdə bir
çox yaşanmamış arzuların rahatsızlığını yaşayar, ona görə ki, hər
an üçün əldə oluna bilən şeylər çoxdur, lakin onlardan biri sənin
qismətindir. Həm də o qismət sənin ondan sonrakı həyatının is-
tiqamətləndiricisidir.
Ümumiliyə vurulan ziyan xüsusilikdə müvəqqəti müvəffəqiy-
yət qazana bilər. Ağıllı insan bütün bunları nəzərə alıb ən faydalı
işlərlə məşğul olmalıdır ki, həm öz, həm də sonrakı nəslinin rahat-
lığını təmin etsin.
Həyat müxtəlif qruplara bölünmüş varlıqlar toplusundan ibarət-
dir. Hər bir varlıq həyatda öz mövcudluğuna uyğun mövqeyə ma-
likdir. Ayrı-ayrı qruplar arasındakı bənzərsizlik nəzərə çarpacaq
dərəcədə hiss olunur. Lakin qrupun öz içərisindəki xüsusilik o qə-
dər də nəzərə çarpmır. Hər hansı bir qrupa aid olmaq üçün müəyyən
forma və məzmuna malik olmaq lazımdır. İnsan da beləcə. Normal
insanlar bir-birindən o qədər də seçilmirlər. İnsan məfhumu altında
Yer kürəsində yaşayan bütün insanlar birləşirlər. Ancaq bu fikrə
bir az dərindən yanaşsaq biz başqa bir şeyin şahidi olarıq. İnsan-
lar, xüsusilə insanlar bir çox hallarda formalarına görə bir-birinə
bənzəyirlər. Onların mənəviyyatları isə bir-birindən hiss olunacaq
dərəcədə fərqlidir. Düzdür, insanlar fiziki cəhətcə, o cümlədən za-
hiri görkəmcə bir-birinə nə qədər çox oxşasalar da hər halda tam
eynilik təşkil etmirlər və elə bunun nəticəsidir ki, hər hansı bir şəx-
18
siyyətin kimliyini onun zahiri görünüşünə görə təyin edirlər. Lakin
hər halda bu zahiri bənzərsizlik o dərəcədə deyildir ki, bütün insan-
ları bir qrupda, insan adı altında yerləşdirmək mümkün olmasın.
Ancaq insanları öz mənəviyyatlarına görə qruplara bölsəydilər, çox
təəssüf ki, onlar yalnız insan adı altında birləşən qrupda olmazdılar.
Düzdür, etiraf edək ki. onların bəziləri lap mələk səviyyəsinə qədər
yüksələ bilərdilər, lakin bir çoxları hətta heyvan cərgələrində belə
yer tutmağa layiq olmazdılar. İnsanlara fiziki cəhətdən yanaşıldıq-
da belə onların fiziki quruluşu, ümumiyyətlə götürdükdə, oxşar
olsa da, haradasa bir-birindən öz spesifikliyi ilə seçilir.
Zaman dayanmadan axır və hər hansı bir mövcudluğa xarici
aləmin fiziki təsirləri o an üçün öz təsirini göstərir. Bu təsir altında
hər şey zamanın özü kimi axır. Ancaq əslində axan zaman deyil,
hadisələrin bir-birinə təsiri nəticəsində olan nisbi dəyişikliklərdir
ki, biz bu dəyişikliklər arasındakı müddəti nisbi olaraq zaman ad-
landırırıq. Bizə çox yaxşı məlumdur ki, hadisə müxtəlif səbəblər-
dən yaranmış bir nəticənin məhsuludur. Lakin hadisələrin gedişin-
dən iki tam oxşar nəticə yaratmaq mümkün deyildir. Çünki hər an
üçün yalnız bir nəticə yarana bilər.
Düzdür, müəyyən an üçün yaranan nəticə bir başqa cür də ola
bilərdi, lakin eyni nəticəni təkrar-təkrar tamlığı ilə yaratmaq müm-
kün deyildir.
Təkrar yaranan nəticə hökmən özündən əvvəlkindən hansı
xüsusiyyətiləsə seçilməlidir. Bir-birindən nisbətən az seçilən ha-
disələri bəzən oxşar hadisələr kimi qruplaşdırırlar. Lakin onlar
mütləq oxşarlıq deyillər. Düzdür, ümumiyyətlə, götürdükdə bütün
varlıqlar, hətta lap işıqla qaranlığın, qara ilə ağın arasında haradasa
ümumi cəhətlər tapmaq mümkündür, lakin həyatda bir-birinin eyni
olan iki mütləq oxşarlıq yoxdur. Ona görə də bu təkrarsız həyatda
haradasa hər bir mövcudluğun öz spesifik cəhətləri vardır. Bunun
üçün də hər hansı bir hadisənin mahiyyətini öyrəndikdə bu xüsusi-
likləri nəzərə almaq lazımdır. Əks təqdirdə haradasa yanlışlıqlara
yol verilə bilər. Bir şeyi də qeyd etmək lazımdır ki, haradasa daha
yaxın oxşarlıqların ümumi meyilləri də yaxın olur.
Dostları ilə paylaş: |