Bakı Biznes Universiteti


Maliyyə Hesabatının Beynəlxalq Standartlar Komitəsi üzrə Şuranın strukturu



Yüklə 30,75 Kb.
səhifə6/6
tarix02.04.2022
ölçüsü30,75 Kb.
#84990
1   2   3   4   5   6
Bakı Biznes Universiteti

4.Maliyyə Hesabatının Beynəlxalq Standartlar Komitəsi üzrə Şuranın strukturu
Maliyyə Hesabatının Beynəlxalq Standartları üzrə Şuranın strukturu 2000-ci ildə yenidən qurulduqdan sonra o, aşağıdakı görünüş almışdır:

  • Müvəkkillər İnstitutu 19 nəfərdən ibarət olmaqla müxtəlif regionları və fəaliyyət növlərini əhatə edir. Bunlardan 6 nəfəri Şimali Amerikanı, 6 nəfəri- Avropanı, 4 nəfəri Asiya-Sakit Okean regionunu və 3 nəfəri istənilən regionu təmsil edir. Bilavasitə həmin müvəkkillər MHBSK-nın üzvlərini, İnterpretasiya komitəsinin üzvlərini (İFRİC) və standartlar üzrə Məşvərət Şurasının üzvlərini (SAS) təyin edir.

  • Maliyyə Hesabatının Beynəlxalq Standartlar Komitəsi üzrə Şura 14 nəfərdən ibarətdir (12 nəfər daimi və 2 nəfər məşvərətçi). Onlar 3 ildən 5 ilədək müddətə müvəkkillər tərəfindən təyin edilir.

Şuranın üzvləri onların texniki bilikləri və keçmiş təcrübələri nəzərə alınmaqla, region mənsubiyyətindən asılı olmayaraq seçilir. Eyni zamanda idarə heyətinin daimi üzvlərindən 7 nəfəri rəsmi surətdə standartlaşmanın milli orqanlarının nümayəndələrindən ibarət olmalıdır.

  • Standartlar üzrə məşvərətçi Şura müvəkkillər tərəfindən 3 il müddətinə təyin edilən, müxtəlif regionları və fəaliyyət növlərini təmsil edən 45 nəfərdən ibarət olur.

  • Beynəlxalq Maliyyə Hesabatlarının İnterpretasiya Komitəsinin 12 nəfər üzvü var. Maliyyə hesabatlarının keyfiyyətini yaxşılaşdırmaq üçün 1977-ci ildən etibarən interpretasiya üzrə daimi komitə faəliyyət göstərir. Onun qarşısında aşağıdakı vəzifələr durur:

  • MHBS-da nəzərdən keçirilməyən və meydana çıxan suallarla bağlı problemlərin araşdırılması;

  • Rəsmi şərhlərin olmadığı şəraitdə MHBS interpretasiyası ilə ziddiyyət təşkil edən məsələlərin nəzərdən keçirilməsi.

Nəticə:

Mühasibat (maliyyə) hesabatının tərtib olunması uçot əməliy­yat­larının apa­rılmasının yekun mərhələsi sayılır. Mü­hasibat (maliyyə) hesabatı mühasi­bat uço­tu­nun faktiki və düzgün təsdiq olunmuş göstəricilərinin müəssisənin və başqa tə­sər­rüfat subyektlərinin əmlakının, maliyyə təsərrüfat fəaliyyəti nə­ti­cə­lə­rinin və s-nin. istifadəçilər üçün tə­yin edilmiş formada öz əksini tapan yekun­la­rının məcmuudur.



Ədəbiyyat:

1. AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ MALIYYƏ HESABATLARININ BEYNƏLXALQ STANDARTLARI.



2. S.M.Səbzəliyev «Maliyyə hesabatı: formalaşması və təkmilləşdirilməsi problemləri»
Yüklə 30,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə