Bakı Biznes Universiteti


Aktivlər = Öhdəliklər + Kapital



Yüklə 30,75 Kb.
səhifə2/6
tarix02.04.2022
ölçüsü30,75 Kb.
#84990
1   2   3   4   5   6
Bakı Biznes Universiteti

Aktivlər = Öhdəliklər + Kapital

Azərbaycanın uçot praktikasında passivlər dedikdə iki müxtəlif kateqoriya (öhdəlik və kapital) başa düşülür. Qərb ölkələrinin uçot praktikasının daha bir xüsusiyyətinə görə həmin ölkələrdə müxtəlif hesablar üzrə debet və kredit dövriyyələrindən istifadə olunmur. Qərb mühasibləri belə bir vəziyyətdən çıxmaq üçün debet və kredit dövriyyələrini təhlil etdikdə iki ayrıca hesabı əsas götürürlər:



  • “Satışdan gəlirlər”

  • “Satışın maya dəyəri”

Qərb ölkələrində aktiv-passiv hesablardan çox nadir hallarda istifadə edilir. Məsələn: “Müxtəlif debitor və kreditorlarla hesablaşmalar” hesabı beynəlxalq uçotda iki hesabla təqdim olunur:

  • “Müxtəlif debitorlarla hesablaşmalar”;

  • “Müxtəlif kreditorlarla hesablaşmalar”

Uçotun aparılmasının qərb praktikasında köçürmələrdə bir neçə hesabın iştirakına yol verilir. Buna görə də həmin ölkələrin mühasibat kitablarında müxabirləşən hesabları fərqləndirmək müəyyən çətinliklər törədir.

Azərbaycanın uçot sistemində müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin hesablar planının mərkəzləşmiş qaydada formalaşması onu qərb ölkələrinin uçot sistemindən xeyli fərqləndirir. Qərb ölkələrinin əksəriyyətində hesablar planı dövlət tərəfindən reqlamentləşdirilmir. Məsələn: ABŞ-da və Böyük Britaniyada hər bir şirkət özü üçün müstəqil qaydada hesablar planı hazırlayır. Almaniyada, Fransada, Rusiyada, Qazaxıstanda və s. hesablar planı hökümət tərəfindən hazırlanır və onun tətbiqi bütün müəssisələr üçün məcburidir.

Mühasibat balansı və onun tərtib olunmasının metodoloji xüsusiyyətləri beynəlxalq praktikada müəyyən qədər fərqlənir. Xüsusən də balans iki formada verilir: mühasibat hesabı və hesabat. Balansın şaquli forması (hesabat) hesabın üfüqi forması ilə müqayisədə daha üstün sayılır.

Terminoloji nöqteyi-nəzərdən də balanslar biri digərindən fərqlənir. Ingilis-amerikan praktikasında balansın aktivi aktiv adlanır, passiv isə öhdəlik və kapital kimi başa düşülür. Alman, fransız və italyan mühasibat uçotu və hesabatı sistemində aktiv və passivin ənənəvi terminlərindən istifadə edilir. Ingilis və İrlandiya balanslarında passivi fərqləndirmək üçün “maliyyələşdirilir” terminindən də istifadə oluna bilər.

Balansın bölmələrinin və maddələrinin yerləşdirilməsi üzrə amerikan, ingilis və kontinental (qitə) üsulları fərqləndirilir.

Məsələn, amerikan balanslarında aktiv maddələr onların likvidliyinin azalması üzrə, ingilis balanslarında isə əksinə, artması üzrə yerləşdirilir.

Ingilis və amerikan balanslarında passivin maddələri öhdəliklərdən başlamaqla kapitalın yerləşdirilməsi ilə tamamlanır. Kontinental (qitə) balanslarında passiv əksinə, kapitaldan başlayır. Ingilis balanslarının ən mühüm xüsusiyyətlərindən birisi qısamüddətli, yaxud bütün kreditor borclarının aktivdə ayrıca kontrmaddədə qeydə alınmasındadır. Bu zaman xalis aktivlər işçi kapitalı, məcmu kapital, öhdəliklər isə istifadə olunan kapital adlanır.

Müxtəlif növ balans sxemləri aşağıdakı cədvəldə verilmişdir (cədvəl 1.1.).

Beynəlxalq Standartlar bütün növ müxtəlif balansları qəbul edir, lakin balans maddələrinin minimum sayını müəyyənləşdirmişdir (MHBS1):


Yüklə 30,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə